18
ünvanları, web-saytlarına istinadlar, normativ baza-
lar və s.
- xəbərlər – baş verən hadisələr, onların mahiyyəti və
inkişaf dinamikası barədə ilkin (işlənməmiş) məlu-
matlardır.
Gündəlik fəaliyyətdə informasiya anlayışı ilə yanaşı mə-
lumat anlayışından da geniş istifadə olunur. Bəzən bu anla-
yışları eyniləşdirirlər. Lakin konteksdən asılı olaraq onlar
tamamilə fərqli mahiyyət daşıyırlar. Azərbaycan dilinin
izahlı lüğətində məlumat anlayışı “bir şey haqqında bilik,
xəbərdarlıq”, “bir şey haqqında şifahi və ya yazılı arayış,
bildiriş, izahat”, “xəbər, xəbərdarlıq” kimi şərh olunur.
“İnformasiya azadlığı haqqında” Azərbaycan Respub-
likasının Qanununda məlumat aşağıdakı kimi şərh olunur:
“ Məlumat - təbiətdə və cəmiyyətdə baş verən hadisələr,
proseslər, təzahürər, fəaliyyətlər və əşyalar barədə fakt-
lar, rəylər, bilgilərdir
”.
Beləliklə, demək olar ki
, məlumat – ətraf mühitdə mövcud
olan bütün maddi və mənəvi varlıqlar haqqında bilgilərdir,
“ informasiya isə məlumatın (xəbərin) məzmunudur”.
İnformasiya və məlumat anlayışları ilə yanaşı verilənlər
və biliklər anlayışlarından istifadə olunur.
Verilənlər dedikdə konkret mövzu (fəaliyyət) sahəsində
obyektlərin faktoqrafik təqdimatını təmin edən konkret
məlumatlar başa düşülür. Başqa sözlə, verilənlər – ob-
yektlərin konkret göstəriciləri haqqında emal sisteminə
daxil edilən faktiki məlumatlar toplusudur.
Bəzən aşağıdakı tərifə də rast gəlinir: “ verilənlər – tex-
niki və proqram vasitələrinin köməyi ilə emal olunması və
rabitə xətti ilə ötürülməsi mümkün olan formallaşdırılmış
şəkildə təqdim edilən faktlardır”.
19
“Elektron imza və elektron sənəd haqqında” Azərbay-
can Respublikasının Qanununda “ verilənlər – informasiya
texnologiyaları vasitələri ilə emal edilməyə yararlı infor-
masiya” kimi şərh olunur.
Ənənəvi olaraq, verilənləri bir neçə növə ayırırlar: iki-
lik (binar) verilənlər, mətn tipli verilənlər, ədəd tipli veri-
lənlər və s. İkilik verilənlər yalnız onların strukturunu bi-
lən xüsusi proqram təminatı vasitəsilə emal edilir, digər
proqramlar isə onları dəyişdirmədən ötürür. Mətn tipli ve-
rilənlər informasiya sistemi tərəfindən hər hansı dildə ya-
zılmış mətn kimi qəbul olunur. Adətən, bir sistemdən di-
gərinə ötürülən zaman mətnlər kodlaşdırılır. Ədəd tipli ve-
rilənlər müəyyən kəmiyyətlərin qiymətlərinin verilməsi,
hesablamaların aparılması üçün istifadə olunur.
Ümumiyyətlə, verilənlər obyekt haqqında və ya obyekt-
dən daxil olan qeyd edilmiş məlumatlar çoxluğudur. Veri-
lənlər onların mümkün emalı proseslərinə adekvat olan
konkret formalarda təqdim olunurlar. İnformasiya kom-
püterə daxil edilən zaman o, verilənlərə çevrilir.
Bu baxımdan verilənləri faktoqrafik (faktiki) informa-
siya adlandırırlar. Faktoqrafik informasiya dedikdə ölç-
mə, təsviretmə və təsbitetmə üsulu nəticəsində alınan tə-
miz (dəyişikliyə məruz qalmamış) məlumatlardır.
Verilənlərin informasiyaya çevrilməsi üçün onu aktual-
laşdırmaq və mənaya malik məzmun vermək lazım gəlir.
Ona görə də verilənlərin informasiya olması üçün onların
qəbul və emal edilməsi üsulları və vasitələri olmalıdır.
Başqa sözlə, informasiya verilənlər və onlar arasındakı
münasibətlərdən yaranan dinamik məhsuldur.
Verilənlərin toplanması, saxlanılması və emalı üçün
verilənlər bazalarından istifadə olunur. Verilənlər bazası
(VB) dedikdə hər hansı fiziki və ya virtual sistemin xa-
20
rakteristikalarını təsvir edən strukturlaşdırılmış, təşkil
olunmuş verilənlər toplusudur. Verilənlər bazası anlayışını
bəzən səhvən verilənlər bazalarını idarəetmə sistemləri
(VBİS) ilə eyniləşdirirlər. Lakin yadda saxlamaq lazımdır
ki, VB – bilavasitə verilənlərin toplusu, VBİS isə verilən-
lər bazalarının təşkili və aparılması üçün nəzərdə tutulmuş
proqram sistemidir.
Bir çox hallarda rəsmi sənədlərdə verilənlər termini əvə-
zinə məlumat terminindən, verilənlər bazası termini əvəzi-
nə isə məlumatlar bazası terminindən istifadə olunur.
Biliklər – həll edilən məsələ, təqdim olunan əşya, ob-
yekt və mövzu sahəsi haqqında müəyyən məlumatlılıq
səviyyəsinə uyğun olan və onun haqqında tam təsəvvür
yaradan məlumatlar toplusudur. Azərbaycan dilinin izahlı
lüğətində bilik “oxumaq və ya təcrübə nəticəsində əldə
edilən məlumat, elm” kimi şərh olunur. Biliklər mövzu
sahəsində müəyyən olunmuş məsələlərin həll edilməsinə
imkan verən məlumatlar və onlar arasındakı münasibətləri
tənzimləyən qanunauyğunluqlar əsasında formalaşır. İn-
formasiya sistemləri nəzəriyyəsində bilikləri məntiqi nəti-
cə çıxarma prosesində istifadə olunan, formallaşdırılmış
və strukturlaşdırılmış informasiya adlandırırlar.
Bilik – insanın dərketmə fəaliyyətinin nəticələrinin
mövcudolma və sistemləşdirmə formasıdır.
Bilik – obyektiv reallığın subyektiv obrazı, başqa sözlə
daxili və xarici aləmin insanın şüurunda təqdimatlar,
anlayışlar, mülahizələr, nəzəriyyələr formasında adekvat
əksidir.
Süni intellekt, biliklər bazaları və ekspert sistemləri
baxımından biliklər dedikdə ətraf aləm haqqında verilən-
lər, faktlar, xəbərlər və nəticəçıxarma qaydaları, o cümlə-
dən obyektlərin xassələri, proses və hadisələrin qanuna-
Dostları ilə paylaş: |