25
bitindəki informasiyanın həcmindən 8 dəfə çoxdur. Əslin-
də baytda informasiyanın həcmi üçün bitlərin sayı deyil,
eyni zamanda onların sıradakı mövqeyi də əhəmiyyət kəsb
edir. Belə ki, 00000001, 00001000, 10000000 baytları
bitlərin, yəni 1 və 0 rəqəmlərinin sayının eyni olmasına
baxmayaraq, müxtəlif ölçülü məlumatları (uyğun olaraq,
1, 8 və 128 ədədlərini) ifadə edirlər.
Onluq say sistemində olan ədədlərin ikilik say siste-
mində ekvivalentinin tapılması, ədədlərin bir sistemdən
digərinə çevrilməsi qaydaları ilə müəyyən edilir. Aydındır
ki, 1 baytın, yəni 8 bitin köməyilə 256 (0-dan 255-ə qədər)
ədədi ifadə etmək mümkündür:
1. 0000 0000=0
8.
0000 0111=7
2. 0000 0001=1
9.
0000
1000=9
3. 0000 0010=2
…
4. 0000 0011=3
253. 1111 1100=252
5. 0000 0100=4
254. 1111 1101=253
6. 0000 0101=5
255. 1111 1110=254
7.
0000 0110=6
256. 1111 1111=255
Ümumiyyətlə, praktikada aşağıdakı informasiya ölçü
vahidlərindən istifadə olunur:
Bit – bir ikilik rəqəmdən (0 və ya 1 rəqəmindən) ibarət
ən kiçik ölçü vahidi olub impulsun daxil olmasını (1) və
ya olmamasını (0) bildirir.
Bayt – ( b kimi işarə olunur) kompüterdə istifadə edilən
simvolların (rəqəmlərin, hərflərin və digər işarələrin)
ikilik say sistemində təsvir edilməsi üçün istifadə olunan
və 8 bitdən ibarət olan ölçü vahididir:
1 bayt = 8 bit.
26
Məsələn, 210 ədədi ikilik say sistemdə "11010010"
kimi 1 bayt şəklində ifadə olunur ki, bu da 8 ikilik rəqəm-
dən, yəni 8 bitdən ibarətdir.
Kilobayt – ( Kb kimi işarə olunur) adından göründüyü
kimi (" kilo" sözü burada "ikilik min"i bildirir) təxminən
min bayt ölçüsünə uyğun gəlir. Lakin ikilik say sisteminin
xüsusiyyətlərdən asılı olaraq, kilo 1000-ə deyil, 1024-ə (1
kilo = 2
10
) bərabərdir. Beləliklə,
1 Kb = 2
10
b = 1024 b.
Meqabayt – ( Mb kimi işarə olunur) aşağıdakı kimi
qiymətləndirilir:
1 Mb = 2
10
kb
= 2
20
b = 1048576 b.
Qiqabayt – ( Gb kimi işarə olunur) vahidinin qiyməti
belədir:
1 Gb = 2
10
Mb = 2
30
b = 1073741824 b.
Terrabayt – ( Tb kimi işarə olunur) aşağıdakı qiymətə
malikdir:
1 Tb = 2
10
Gb = 2
40
b.
Bod – rabitə xətti vasitəsilə ötürülən zaman informasiya
bodlarla ölçülür və 1 saniyədə ötürülən bitlərin miqdarını
göstərir:
1 bod = 1 bit/san.
Aydındır ki, 1 bit vasitəsilə yalnız iki qiymət – 1 və ya
0 qiymətləri kodlaşdırıla bilər. 2 bitlə dörd (0-dan 3-ə qə-
dər - 00, 01, 10, 11), 3 bitlə səkkiz müxtəlif qiymət (0-dan
7-yə kimi) kodlaşdırılır. Ona görə də, kodlaşdırma üçün
istifadə olunan bitlərin sayı artdıqca, daha böyük həcmdə
informasiyanın kodlaşdırılması mümkün olur.
27
Ümumiyyətlə, müasir kompüterlərdə 256 simvoldan is-
tifadə edilir. Yuxarıda qeyd olunduğu kimi, bu 256 sim-
volun təsvir olunması üçün maksimum 8 bit kifayət edir.
Onlardan 128 simvol standart, 128 simvol isə dəyişən
olur. Standart hissəyə idarəedici simvollar, rəqəmlər, he-
sab əməlləri, böyük və kiçik ingilis hərfləri, durğu işarələri
daxildir. Dəyişən hissədə isə milli şriftlər (milli stan-
dartlar), mətnlərdə istifadə olunan müxtəlif işarələr, psev-
doqrafika və s. əksini tapır.
Qeyd olunduğu kimi, kompüterlər yalnız rəqəmlərlə iş-
ləyə bilir. Ona görə də kompüterlərin yaddaşında hərfləri
saxlamaq üçün hər bir simvola, o cümlədən hərf və ya rə-
qəmə müəyyən bir ədəd (kod) qarşı qoyulur. Əvvəllər sim-
volların kodlaşdırılması üçün müxtəlif simvollar çoxluğun-
dan (standartlarından) istifadə olunurdu. ASCII, DOS, ISO,
KOI, Windows və s. kodlarını belə standartlara misal olaraq
göstərmək olar. ASCII standartı kompüterlərdə istifadə
olunan ilk simvollar toplularından biridir. ASCII standartı
kompüterlər üçün "əlifba" hesab olunur. Burada kompü-
terdə istifadə olunan simvollar, onların şəkilləri, kodları
(nömrələri) müəyyən edilir.
Lakin bu standartlardan heç biri kompüter sistemlərin-
də və digər hesablama texnikasında istifadə olunan bütün
simvolları təsvir etməyə imkan vermir. Bu baxımdan müx-
təlif sistemlərdə (Windows, Unix, Macintosh və s.) ayrıca
bir dil üçün müxtəlif kodlaşdırmalardan istifadə olunurdu.
Elə bir standart kodlaşdırma sistemi yox idi ki, o, bütün
hərfləri, rəqəmləri, simvolları, işarələri və texniki simvol-
ları özündə cəmləşdirsin. Eyni zamanda bir neçə dildə iş-
ləmək problem yaradırdı.
Bundan əlavə, çox vaxt bu kodlaşdırma standartları ara-
sında uyğunluq olmurdu. Məsələn, mövcud iki müxtəlif
28
kodlaşdırma sistemində müxtəlif iki simvola eyni bir kod
və ya eyni simvola iki müxtəlif kod verilirdi. Bu da kom-
püterlərdə, əsasən də server kompüterlərində müxtəlif kod-
laşdırma sistemlərinin saxlanmasını tələb edirdi. Bu halda
informasiyanın bir platformadan digər platformaya ötürül-
məsi və ya digər kodlaşdırmaya çevrilməsi müəyyən çə-
tinliklər törədirdi.
Məhz bu baxımdan Unicode standartının qəbul olun-
ması qeyd olunan problemləri həll etdi. Unicode ISO/IEC
10646 standartının rəsmi reallaşdırılmasıdır. Unicode stan-
dartı istifadə olunan dildən, kompüterlərin platformasın-
dan, proqram təminatından asılı olmayaraq bütün simvol-
lara unikal kod mənimsədir. Unicode Apple, HP, İBM,
JustSystem, Microsoft, oracle, SAP, Sun, Sybase, Unisys
və s. kimi böyük kompüter şirkətləri tərəfindən kodlaşdır-
ma standartı kimi qəbul edilmişdir.
XML, Java, ECMAScript (JavaScript), LDAP, CORBA
3.0, WML və digər müasir texnologiyalar tərəfindən yalnız
Unicode standartı istifadə olunur. Eyni zamanda qeyd olun-
malıdır ki, bu standart bütün əməliyyat sistemləri (platfor-
maları), internet proqramları və müxtəlif proqram təminatları
tərəfindən dəstəklənir. Unicode standartının dəstəklənməsi
və istifadəsinin təmin edilməsi müasir proqram təminatları-
nın inkişafının ən vacib aspektlərindən biridir.
Müştəri-server texnologiyasında olan şəbəkə proqram-
larında və əlavələrində, eləcə də internet şəbəkəsində istifadə
olunan proqram sistemlərində informasiyanın təqdim edil-
məsi üçün Unicode standartının tətbiqi proqram məhsulları-
nın hazırlanmasına və dəstəklənməsinə çəkilən xərclərin
azaldılmasına gətirib çıxarır. Belə ki, Unicode müxtəlif plat-
formalarda istifadə oluna biləcək vahid proqram təminatını
və ya web-səhifəni hazırlamağa imkan verir.
Dostları ilə paylaş: |