21
uyğunluqları barədə informasiyanı, qərarların qəbul edil-
məsi üçün bu informasiyanın istifadə olunması qaydalarını
özündə saxlayan toplu başa düşülür.
Biliklər təbii və süni dillər vasitəsilə təsbit olunur və
saxlanılır. Təbiətinə görə biliklər deklarativ və prosedur
bilikləri kimi iki kateqoriyaya bölünür. Deklarativ biliklər
özündə yalnız müəyyən anlayışların strukturu haqqında
məlumatları saxlayır. Onlar verilənlərə və ya faktlara daha
yaxındır. Prosedur biliklər isə yeni biliklərin alınması,
biliklərin yoxlanılması vasitələri və yolları haqqında mə-
lumatları müəyyən edir.
Özündə bilikləri saxlayan verilənlər bazalarına biliklər
bazaları qeyilir. Biliklər bazası (BB) – biliklərin idarə
edilməsi, toplanması, saxlanılması, axtarılması və təqdim
edilməsi üsul və vasitələrini reallaşdıran xüsusi növ veri-
lənlər bazasıdır. Başqa sözlə, biliklər bazası dedikdə in-
formasiyanın dərk edilmiş (şüurlu) emalına və məntiqi nə-
ticə çıxarılmasına imkan verən faktlar (biliklər) və qay-
dalar toplusu başa düşülür.
Süni intellektin biliklər bazalarını və biliklərlə iş üsul-
larını öyrənən bölməsi biliklər mühəndisliyi adlanır.
1.2. İnformasiyanın kodlaşdırılması və təsvir
edilməsi
Müasir dövrdə kompüter elmlərinin başlıca vəzifəsi
informasiya texnologiyaları və sistemləri vasitəsilə infor-
masiyanın qəbulu, emalı, saxlanması və ötürülməsindən
ibarətdir. Bu baxımdan informatika elmində informasiya
iki yerə bölünür: analoq və rəqəmsal informasiya.
22
Bu cür bölgünün aparılması informasiyanın təbiətindən
irəli gəlir. Belə ki, təbiətdə və həyatda baş verən, insanın
vizual müşahidə (görmə) və qulaqasma orqanları tərəfin-
dən qəbul edilən, eləcə də klassik telefon, televiziya, radio
və digər qurğular vasitəsilə ötürülən məlumatlar analoq
informasiyadır.
Hesablama texnikasında, o cümlədən kompüterlərdə,
kompüter şəbəkələrində və sistemlərində, müasir rabitə
vasitələrində məlumatlar rəqəmsal informasiya şəklində
yaradılır, saxlanılır, emal olunur və ötürülür.
Analoq informasiya ilə rəqəmsal informasiya arasında
əlaqəni göstərmək üçün aşağıdakı nümunəyə baxaq.
Ətrafda görünən təbiətin (məsələn, dağın, gölün) rəssam
tərəfindən çəkilən və insanların görmə orqanları (gözləri)
tərəfindən qəbul edilən şəkil, peyzaj analoq informasi-
yadır. Lakin həmin şəklin (və ya təbiətin) rəqəmsal foto-
aparatla (müasir mobil telefonla) çəkilmiş variantı, foto-
aparatın, telefonun və ya kompüterin yaddaşına yazılmış
rəqəmsal informasiya olur. Beləliklə, analoq informasiya
rəqəmsal informasiyaya çevrilmiş olur.
Analoji olaraq, mətn, şəkil, audio və video məlumatlar
da kompüterə daxil edilərkən kodlaşdırılır və siqnallara
çevrilir, yəni rəqəmsal informasiyaya çevrilmiş olur.
Analoq informasiya kəsilməz olur, yəni bu informasiyada
hadisənin bütün məqamları öz əksini tapır, lakin rəqəmsal
informasiya baş vermiş hadisənin reallığını itirməmək şərti
ilə onu ayrı-ayrı kadrlar, yəni siqnallar şəklində saxlayır. Bu
baxımdan, rəqəmsal informasiyaya diskret informasiya
deyirlər. Analoq informasiyanın rəqəmsal informasiyaya
çevrilməsi prosesinə analoq-rəqəm çevrilməsi deyilir.
İnsanın hissiyyat orqanları yalnız analoq informasiyanı
qəbul və emal edə, saxlaya və ötürə bilir. Qeyd olunduğu
23
kimi, analoq informasiyanın qəbulu, ötürülməsi və emalı
funksiyalarını yerinə yetirən bir çox texniki analoq qurğu-
ları və vasitələri (məsələn: televizor, radio, maqnitafon, te-
lefon) mövcuddur. Lakin müasir dövrdə analoq qurğular
yeni nəsil rəqəmsal qurğularla əvəz olunur. Hazırda rə-
qəmsal informasiya ilə işləyən qurğulara misal olaraq
kompüter texnikasını, rəqəmsal televizorları, rəqəmsal ra-
dionu, DVD və BluRay qurğularını, rəqəmsal telefonları
və s. misal göstərmək olar. Belə qurğular yalnız rəqəmli
informasiyanın qəbulu, emalı, saxlanması və ötürülməsi
üçün nəzərdə tutulmuşdur.
Qeyd olunduğu kimi, informasiya siqnallar formasında
qəbul olunur, emal edilir və ötürülür. Hər növ siqnalın öz
qəbuledicisi olmalıdır. Məsələn, qulaq səs siqnallarını, göz
işıq siqnallarını və s. qəbul edir. İnformasiyanın saxlanma-
sı üçün isə onun kodlaşdırılması tələb olunur. İnsan dü-
şüncəsinin və fikirlərinin mətnlər şəklində yazılmasını in-
formasiyanın xüsusi siqnallarla kodlaşdırılması kimi qəbul
etmək olar. İnformasiyanın yazı şəklində saxlanması üçün
qəbul edilmiş siqnallar hərflərdir. Yazının kodlaşdırılması
sisteminə əlifba deyilir. Əlifbalar müxtəlif olduğundan ey-
ni bir informasiyanı müxtəlif sistemlərdə (dillərdə) kodlaş-
dırmaq mümkündür. Bəzən yazıların kodlaşdırılıması
üçün daha mürəkkəb kodlaşdırma sistemlərindən – heroq-
liflərdən istifadə edirlər.
Rəqəmsal informasiyanın elektron qurğuların, o cümlə-
dən kompüterlərin köməyi ilə saxlanması, emalı, qəbulu
və ötürülməsi üçün onlar da kodlaşdırılmalıdır. Kompü-
terdə məlumatlar 0 və 1 rəqəmlərinin ardıcıllığı şəklində
ifadə edilir, yəni rəqəmsal informasiyanın verilməsi (təq-
dim və təsvir olunması) üçün istifadə olunan siqnallar 0 və
1 rəqəmləri ilə işarə olunur. Məsələn, qurğulardan asılı
24
olaraq impulsun, işıq selinin, elektrik cərəyanının və s.
olması 1, olmaması isə 0 rəqəmi ilə verilir.
Kompüterdə informasiya ayrı-ayrı simvolların toplusu
şəklində emal edilir. İnformasiyanın verilməsi üçün tələb
olunan bütün simvollar müəyyən olunmuş kodlarla – ədəd-
lərlə işarə olunur. Hər hansı söz kompüterə daxil edilərkən
və ya rabitə xətti ilə ötürülərkən o, ayrı-ayrı hərflərinin
(simvollarının) kodlarına, yəni ədədlərə çevrilir və ədədlər
şəklində saxlanılır və ya ötürülür. Kompüterlərdə, eləcə də
digər rəqəmsal texnologiyalarda audio, video, qrafika, şəkil
və s. növ məlumatlar da analoji qaydada kodlaşdırılır, emal
olunur və saxlanılır. Bu kodlar da (ədədlər) iki rəqəmin – 0
və 1 rəqəmlərinin vasitəsilə ifadə olunur.
İnformasiyanın 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə
olunması sistemi ikilik say sistemi adlanır. İkilik say sis-
temi ingiliscə "binary digit" adlanır.
İnformasiya texnologiyalarının xüsusiyyətlərindən irəli
gələrək, informasiyanın həcminin ölçülməsi üçün bit və
bayt baza vahidlərindən istifadə edilir. Digər ölçü vahid-
ləri baytdan törəmə ölçü vahidləridir.
Bit (ingiliscə binary digi t sözlərindən) – informasiyanın
saxlanması üçün istifadə olunan ən kiçik ölçü vahidi olub
yaddaş qurğularının fiziki texnologiyasından irəli gəlmiş və
informasiyanın saxlanması üçün nəzərdə tutulmuş element-
lərlə müəyyən olunmuşdur. Məlum olduğu kimi, 1 bit bir
ikilik simvola, yəni 0 və ya 1 rəqəmlərinə uyğun gəlir.
İnformasiyanın emalı zamanı bitlərin istifadəsi əlverişli
olmur. Bu məqsədlə baytlardan istifadə olunur. Bayt – ve-
rilənlərin və ya kompüterin yaddaşının ünvanlana (müra-
ciət oluna) bilən ən kiçik vahididir. 1 bayt 8 bitdən iba-
rətdir. İlk baxışdan elə yanlış təsəvvür yarana bilər ki,
baytda saxlanılan informasıyanın miqdarı onun hər hansı
Dostları ilə paylaş: |