I FƏSİL
İNFORMASİYA VƏ İNFORMASİYA
SİSTEMLƏRİ
İnformasiya anlayışı, onun növləri
İnformasiyanın kodlaşdırılması və təsvir edilməsi
İnformasiyanın əsas xassələri
İnformasiya sistemləri
İnformasiya sistemlərinin təsnifatı
14
1.1. İnformasiya anlayışı, onun növləri
Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya
ilə bağlıdır. Xarakterindən asılı olaraq insan fəaliyyətinin
müxtəlif sahələrində elmi-texniki, iqtisadi, siyasi, idarəetmə,
kommersiya və s. növ informasiya yaranır, toplanır, emal
olunur və istifadə edilir. İnformasiya termini mənşəcə latın
sözü olan «informatio» sözündən yaranmışdır, izahetmə,
şərhetmə və məlumat vermə mənalarını daşıyır. İnformasiya
informatikada ilkin anlayış kimi qəbul olunur.
İnformasiya anlayışına bütün tətbiq sahələrini əhadə
edən dəqiq tərif vermək çətindir. Müxtəlif mənbələrdə in-
formasiya anlayışının müxtəlif aspektlərdən aşağıdakı ki-
mi izah və şərhlərinə rast gəlinir:
- informasiya – işarə və siqnallar vasitəsilə mövzu sa-
həsinin əks olunmasıdır;
- informasiya – xəbərlər, yeni faktlar, yeni biliklərdir;
- informasiya – məlumatın və ya xəbərin məzmunudur;
- informasiya – mövcud qeyri-müəyyənliyi aradan qal-
dıran məlumat və ya xəbərdir;
- informasiya – insanın ətraf aləmdə olan obyektlər və
baş verən hadisələr haqqında məlumatlılıq səviyyə-
sini artıran xəbərlərdir;
- informasiya – fəlsəfi mənada real aləmin əksi kimi
qəbul edilir.
Azərbaycan dilinin izahlı lüğətində informasiya anla-
yışı “məlumatlar məcmusu” kimi şərh olunur.
İnformatika elmi baxımından informasiyaya aşağıdakı
tərif verilir.
İnformasiya – yaranma tarixindən, təqdimat formasın-
dan və təsnifatından asılı olmayaraq şəxslər, əşyalar, fakt-
15
lar, hadisələr və proseslər haqqında məlumatlar və
bilgilərdir.
İnformasiya anlayışına Azərbaycan Respublikasının bir
sıra qanunlarında tərif verilir.
- “İnformasiya, informasiyalaşdırma və informasiya-
nın mühafizəsi haqqında” Azərbaycan Respublika-
sının Qanunu (3 aprel 1998-ci il): “ İnformasiya –
təqdimat formasından asılı olmayaraq şəxslər, əşya,
fakt, hadisə və proseslər haqqında məlumatlardır”.
- “İnformasiya azadlığı haqqında” Azərbaycan Res-
publikasının Qanunu (01 yanvar 2005-ci il): “ İnfor-
masiya – yaranma tarixindən, təqdimat formasından
və təsnifatından asılı olmayaraq səlahiyyətli orqan-
lar tərəfindən saxlanılan, maddi daşıyıcıda qeydə
alınan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər
xarakterli məlumatların məcmusudur”.
- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Res-
publikasının Qanunu (30 sentyabr 2005-ci il): “ İnfor-
masiya – yaranma tarixindən, təqdimat formasından və
təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nə-
ticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər,
bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır”.
İnformasiyanı bir sıra əlamətlərə görə növlərə bölmək
olar.
Qəbul edən reseptorların növündən asılı olaraq, qəbul-
etmə üsuluna görə informasiya aşağıdakı növlərə bölünür:
- vizual informasiya – görmə orqanları vasitəsilə qə-
bul edilən informasiya;
- audial informasiya – eşitmə orqanları vasitəsilə qə-
bul edilən informasiya;
- taktil informasiya – toxunmaqla duyan reseptorlar
vasitəsilə qəbul edilən informasiya;
16
- iylə bağlı informasiya – iybilmə reseptorları vasitə-
silə qəbul edilən informasiya;
- dadla bağlı informasiya – dadbilmə reseptorları
vasitəsilə qəbul edilən informasiya.
Təqdim edilmə formasına görə informasiyanın növləri
aşağıdakılardır:
- mətni informasiya – dilin leksemlərini işarə etmək
üçün nəzərdə tutulmuş simvollar ardıcıllığı şəklində
ötürülən informasiya;
- ədədi informasiya – riyazi əməliyyatları işarə etmək
üçün nəzərdə tutulmuş rəqəm və işarələr vasitəsilə
verlən informasiya;
- qrafik informasiya – sxemlər, eskizlər, təsvirlər,
qrafiklər, diaqramlar və simvollar şəklində təqdim
olunan məlumat və ya verilənlər;
- səs informasiyası – dilin leksemlərindən istifadə et-
məklə şifahi danışıq və ya audioyazı şəklində ötürü-
lən informasiya;
- video informasiya – video qurğular vasitəsilə təsbit
olunan, video yazılar şəklində saxlanılan və ötürülən
informasiya.
Təyinatından asılı olaraq, informasiyanın aşağıdakı
növlərini də fərqləndrirlər:
- ictimai informasiya – qanunlarla və ya digər norma-
tiv hüquqi aktlarla müəyyənləşdirilmiş ictimai vəzi-
fələrin yerinə yetirilməsi prosesində yaradılan və ya
əldə edilən faktlar, rəylər və bilgilərdir;
- xüsusi informasiya – xüsusiləşdirilmiş anlayışlar
toplusundan ibarət olan, istifadə zamanı spesifik
(kütlə tərəfindən anlaşılmayan, lakin müəyyən in-
sanlar qrupu üçün başa düşülən və zəruri olan) mə-
lumatları çatdıran informasiyadır.
17
- şəxsi və ailə həyatına dair informasiya (fərdi
məlumat) – şəxsiyyəti birbaşa və ya dolayısı ilə
identikləşdirməyə imkan verən hadisələr, fəaliyyət-
lər, vəziyyətlər barədə faktlar, rəylər və bilgilərdir.
İstifadə sahəsindən və formasından asılı olaraq infor-
masiyanı aşağıdakı növlərə bölürlər:
- sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşı-
yıcıda qeyd olunmuş və identikləşdirilməsi mümkün
olan rekvizitlərə malik informasiyadır;
- kütləvi informasiya – əldə olunması, istifadəsi, iş-
lənməsi, başqa şəxslərə verilməsi və ya ötürülməsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məh-
dudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutu-
lan sənədləşdirilmiş informasiyadır;
- konfidensial informasiya - əldə olunması, istifadəsi,
işlənməsi, başqa şəxslərə verilməsi və ya ötürülməsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məh-
dudlaşdırılan sənədləşdirilmiş informasiyadır.
Xarakterinə və formasına görə informasiyanın aşağıda-
kı növlərini qeyd etmək olar:
- tematik informasiya – texniki, texnoloji, marketinq
və digər mövzu sahələrinə aid olan informasiyadır;
- elmi-texniki informasiya – monoqrafiyalar, disserta-
siyalar, avto referatlar, eləcə də elmi xarakterli məqa-
lələr, referatlar, xülasələr, konfrans, telekonfrans və
forum materialları və digər nəşrlərdir;
- reklam informasiyası – təşkilatlar (şirkətlər, firmalar
və s.), onların rəhbərləri və əsas vəzifələri tutan şəxslər,
təqdim olunan məhsul və xidmətlər barədə məlumatlar,
müştəriləri maraqlandıran suallara cavablar və s.
- sorğu məlumatları – sorğu kitabçalarına analoji olan
müxtəlif sorğu xarakterli məlumatlar, təşkilatların
Dostları ilə paylaş: |