48
iradəsizliyi və çox zəifliyi ilə tanınmış olan Fransa kralı 11-ci
Luinin baş barmağının birinci bəndi çox kiçik olub.
Şəkil 13. İnsanın
barmaq izlərinin növləri
Şəkil 14. İnsan əlinin xətləri və barmaq falanqalarının
görünüşü
Beləliklə, insan barmaqlarının izi bütün adamlarda fərqli
olduğu elm tərəfindən 20-ci əsrin əvvəlində tam sübuta
yetirilməsinə baxmayaraq, bu fikir 1400 il bundan əvvəl
müqəddəs Qurani-Kərimdə verilmişdir.
49
GENETİKAYA AİD
«…Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onları
özlərinə şahid tutaraq…»
Müqəddəs Qurani-Kərimin Əl-Əraf (7-ci) surəsinin 172-ci
ayəsində deyilir:
(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman
Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb
onları özlərinə (bir-birinə) şahid tutaraq:
«Mən Sizin
Rəbbiniz deyiləmmi?» - soruşmuşam, onlar da: «Bəli,
Rəbbimizsən!» - deyə cavab vermişlər. (Belə bir şahidliyin
səbəbi) qiyamət günü: «Biz bundan qafil idik».
Bu ayədə «Adəm oğlullarının bellərindən nəsillərini
çıxarıb onların özlərinə şahid tutarıq»
ifadəsində atadan
(valideynlərdən) övladlara (nəsillərə) əlamətlərin irsən keçməsi
fikri verilmişdir.
Əlamətlərin doğrudan da irsi olaraq valideynlərdən yeni
nəslə ötürülməsini ilk dəfə 1884-cü ildə K. Negeli, O. Kertoviç,
E. Strasburger və A. Veysman göstərmişlər. Belə ki,
spermatoziod (kişi cinsi hüceyrə) yumurta hüceyrəsi (qadın
cinsi hüceyrə) ilə birləşib mayalandıqdan sonra rüşeym əmələ
gəlir. Spermatozoid atanın, yumurta hüceyrəsi isə ananın
irsiyyət maddəsini (irsi məlumatları) rüşeymə ötürür.
Rüşeymdən əmələ gələn yeni orqanizm (nəsil) hər iki
valideynin genetik xassələrinə malik olur.
Erkək və dişi cinsi hüceyrələr birləşdikdən sonra onların
nüvəsi bir-birinə qarışır. Nüvənin tərkibində irsiyyət
maddəsinin (idioplazmanın) olmasını 1888-ci ildə T. Boveri
göstərmişdir. Nüvədə irsiyyət maddəsinin xromosomdan ibarət
olması isə 1900-cü ildə kəşf olunub. İsveçrə alimi R. Mişer
dezoksiribonuklein turşusunu (DNT) 1868-ci ildə kəşf etməsinə
baxmayaraq, Amerika alimləri O. Everi, K. Makleod və M.
Makkarti DNT-nin irsi məlumatlar daşımasını xeyli sonra sübut
etdilər.
50
İrsiyyət amillərini ifadə etmək üçün U. Betson 1906-cı ildə
genetika anlayışını, 1909-cu ildə isə V. Yohansen gen terminini
elmə daxil etdi. Alimlərin fikrincə gen DNT-nin irsi informa-
siya daşıyan ən kiçik bir hissəsidir. İnsanın bütün xüsusiyyətləri
haqqında məlumat ayrı-ayrı genlərdə yerləşir.
İnsanın genetikası ingilis alimi F.Qaltonun 1876-1909-cu
illərdə apardığı tədqiqatlar sayəsində yaranmışdır. O, insanın
bir çox xüsusiyyətlərinin valideynlərdən uşaqlara irsi keçməsini
öyrənmişdir. F.Qalton və rus alimlərindən N. Koltsov, A. Sere-
brovski və Y. Filipçenko insanın bəzi mənəvi xassələrinin
(keyfiyyətlərinin) də irsi keçməsini öyrənmişlər.
Artıq elm sübut edib ki, hər bir insanın fərdi (rüşyem
əmələ gələndən sonrakı) inkişafı genetik və ictimai proqramlar
üzrə gedir. Genetik proqram insanın xassələrinin formalaşması
(inkişafı) üçün əsasdır. Məsələn, insanın boyunun hündürlüyü
(uzunluğu) genlər vasitəsilə təyin olunur. Lakin boyun
uzunluğu genetik təyin olunmuş həddə çatmaq üçün boy hor-
monunun (samototropinin) orqanizmdə sintez olunması vacib-
dir (hormonun sintezi də genetik təyin olunur). Afrikada
yaşayan Buqimen və Piqmey tayfalarının boyu 150 sm-dən
yuxarı olmur. Baxmayaraq ki, onların orqanizmində boy hor-
monu normal sintez olunur. Deməli, boyun uzunluq həddi ge-
netik təyin olunmuş (genlərdə həkk olunmuş) həddən yuxarı
qalxa bilmir. Hər bir nəsil üçün, hətta hər bir fərd üçün bu hədd
genetik, yəni irsən təyin olunub.
«… O, vaxtı müəyyən edilmiş bir yazıdır…»
Qurani-Kərimin beş surəsinin ayələrində göstərilir:
-
Ali-İmran (3-cü) surəsinin 145-ci ayəsi – «Allahın izni ol-
mayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən
edilmiş bir yazıdır.
Dünya mənfəətini istəyən şəxsə, dünya
51
mənfəətindən, savabı istəyən şəxsə isə axirət savabından
verərik. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq»;
-
Ən-Nisa (4-cü) surəsinin 78-ci ayəsi –
«Harada olursunuz
olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi
haqlayacaq.
Onları (yəhudilərə və münafiqlərə) bir xeyir
yetişdikdə: «Bu, Allahdandır» - deyərlər, bir pislik üz
verdikdə isə: «Bu səndəndir» - söyləyərlər, (onlara) de:
«Hamısı Allah tərəfindəndir». Bu camaata nə olub ki, az
qala söz də anlamırlar!»;
-
Əl-Əraf (7-ci) surəsinin 34-cü ayəsi – hər bir ümmətin
(əzəldən müəyyən edilmiş) əcəl (ölüm) vaxtı vardır.
Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanır,
nə də tələsərlər;
-
Yunus (10-cu) surəsinin 49-cu ayəsi – (Ya Məhəmməd!)
De: «Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir,
nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən
müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma,
məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar
olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat
belə nə yubanar, nə də tələsərlər»;
-
Əl-hicr (15-ci) surəsinin 5-ci ayəsi – «Heç bir ümmət
əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər».
Bu ayələrdə açıq-aşkar göstərilir ki, insanın ömrünün
uzunluğu qabaqcadan təyin olunmuş bir vaxtdır. İnsan bunu nə
uzada, nə də qısalda bilər.
Müasir elmi faktlara görə də insan ömrünün uzunluğu irsi
olaraq genlərdə yazılmış bir məlumatdır. Bu məlumatı insan
dəyişə bilməz. Bir çox alimlərin fikrincə ömrün uzunluğu növü
xarakterizə edən əlamətdir. Bu əlamət təkamül prosesində
genetik olaraq bərkidilmiş (yazılmış) və fərdi inkişafda özünü
biruzə verir. Məşhur amerikalı genetik T.Dobrjanski yazır ki,
insanın ölümü (ömrü) onun genotipi ilə (gendə həkk olunmuş
məlumatla) müəyyən olunur. Hal-hazırda insan ömrünün
uzunluğunda genetik amilin rolu heç bir şübhə doğurmur. Belə