44
DERMATOLOGİYAYA AİD
“… O dəriləri başqasıyla əvəz edəcəyik”
Müqəddəs Qurani-Kərimin Ən-Nisa (4-cü) surəsinin 56-cı
ayəsində deyilir:
«Ayələrimizi inkar edənləri oda atacağıq.
Onların dəriləri yanıb bişdikcə, əzab (həmişə) dadsınlar
deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Allah yenilməz
qüvvət, hikmət sahibidir».
Bu ayədə dermatologiyaya (dəri haqqında elmə) aid məlu-
mat vardır. Göstərilir ki, insan dərisi bişdikdə və yandıqda ağrı
və başqa əzab hissləri duyulmur (itir). Deməli, orqanizmə
ətrafdan olan təsirlər nəticəsində yaranan əzab (ağrı, yanma,
donma və s.) hissləri dəri vasitəsilə duyulur.
Dermatologiya sahəsində çalışan alimlər dərinin quruluşu
və funksiyalarını ətraflı öyrənmişlər. Məlumdur ki, insan
bədənini örtən dəri 3 qatdan ibarətdir. Birincisi, üst nazik qat
olan epidermisdir. İkincisi, onun altında yerləşən derma qatıdır.
Üçüncüsü, birləşdirici toxumadan ibarət olan ən qalın qatdır.
Bu qatda tər vəziləri, piy vəziləri, kapillyarlar, piy toxuması və
reseptorlar yerləşir (şək. 12).
Dərinin funksiyaları aşağıdakılardır:
-
dəri bütün toxumaları və orqanları mexaniki zədədən
qoruyur.
Orqanizmə yad maddələrin, xəstəlik törədən mikrob-
ların keçməsinə mane olur. Günəşdən gələn ultrabənövşəyi
şüaların zərərli təsirindən müdafiə olunmaq üçün tünd
piqment (melanin) buraxır;
-
dəridə raxit xəstəliyinin qarşısını alan «D» vitamini əmələ
gəlir.
-
dəri bədən temperaturunun sabit saxlanılmasında iştirak edir;
-
dəri
ifrazat işi də görür, tər vəziləri vasitəsilə suyun və
duzların artıq hissəsi orqanizmdən çıxarılır;
-
dəridə təzyiqi, ağrını, soyuğu, istini qəbul edən müxtəlif
reseptorlar vardır. Bu reseptorların sayəsində insan özünü
45
yaralanmadan, yanıqdan, donmadan qoruyur. Dəri hissiy-
yatı itdikdə orqanizm ətraf mühitdən heç nə hiss etmədən
zədələr alır. Dəri hissiyyatı orqanizmin ətraf mühitlə qar-
şılıqlı əlaqəsində mühüm rol oynayır.
Şəkil 12. İnsan
dərisinin sxematik quruluşu
I.
Epidermis
II.
Əsil dəri
III.
Dərialtı toxuma
1.
Buynuzlaşmış hüceyrələr qatı
2.
Canlı hüceyrələr qatı
3.
Reseptorlar
4.
Piy vəzisi
5.
Tər vəzisi
Reseptorlar ətraf mühitin təsirindən yaranan qıcıqları qəbul
edə bilən sinir uclarıdır. Onların dəridə yerləşməsini ilk dəfə
1834-cü ildə E.Veber göstərmişdir. T.Bliks 1882-ci ildə
müəyyən etmişdir ki, hər bir hissiyatın öz reseptorları vardır.
Məsələn, istini qəbul edən, soyuğu duyan, ağrıları hiss edən və
46
s. reseptorlar. Bütün bu reseptorların hamısı dəridə yerləşir. Hər
bir növ reseptorun miqdarı da fərqlidir. Məsələn, dəridə soyuğu
hiss edən reseptorlar istini hiss edən reseptorlardan çoxdur.
Dərinin 1 sm
2
sahəsində 12-13 ədəd soyuğu və 1-2 ədəd istini
hiss edən reseptorlar yerləşir.
Ağrını hiss edən reseptorlar 20-ci əsrin əvvəllində A. Frey
tərəfindən ətraflı öyrənilib. O, göstərmişdir ki, dəridə ağrı hiss
edən nöqtələr (reseptorlar) digərlərinə nisbətən miqdarca
üstünlük təşkil edir. Məsələn, əlin üst hissəsinin 1 sm
2
sahəsində iki yüzə qədər ağrı hiss edən reseptorlar yerləşir.
Cərrahi əməliyyatlar zamanı ağrını hiss etməmək üçün
müxtəlif kimyəvi maddələrin köməyi ilə bədənin lazım olan
nahiyyəsini keyləşdirirlər. Bu maddələr məhz dəridə olan
reseptorların işini tomozlayır və xəstə, əməliyyat zamanı ağrını
hiss etmir.
Beləliklə, 1400 il bundan əvvəl yazılmış Qurani-Kərimdə
əzabı (ağrını, yanığı və s.) hiss edən nöqtələrin (reseptorların)
dəridə yerləşməsi barədə dəqiq elmi məlumatlar 19-cu əsrdə
müasir alimlər tərəfindən bir daha sübuta yetirilmişdir.
«Bəli, Biz onun barmaqlarını
da düzəltməyə qadirik!»
Müqəddəs Qurani-Kərimin Əl-Qiyamə (75-ci) surəsinin 4-
cü ayəsində deyilir:
«Bəli, Biz onun barmaqlarını da
(barmaq sümüklərini də, barmaqların uclarını da)
düzəltməyə qadirik!»
.
Bu ifadə insanın barmaqlarında hər bir şəxs üçün özünə
məxsus olan əlamətlərin (izlərin) olması barədə məlumat verir.
Bu əlamətlər həyatdan getmişlərin, hazırda yaşayanların və
bundan sonra həyata gələcək insanların hamısında fərqlidir.
Barmaqların uclarında bu qədər fərqi yaratmaq ancaq Allaha
məxsusdur. İnsan öldükdə və o dünyada onu yenidən
47
diriltdikdən sonra onun barmaq izlərinə qədər dəqiqliklə bərpa
ediləcəyi göstərilir.
İnsan barmaqlarının ucundakı dəridə izlərin (xətlərin) bü-
tün insanlarda fərqli olduğunu ilk dəfə 1686-cı ildə anatom
M.Malpiki, sonralar isə 1823-cü ildə Y. Purkine söyləmişlər.
İngilis alimi F. Qalton 1900-1909-cu illərdə insanın
barmaq izlərini öyrənmək sahəsində geniş tədqiqatlar aparmış
və barmaq izlərinə görə insanları bir-birindən fərqləndirmə
(tanıma) metodunu təklif etmişdir. İngiltərədə cinayətkarları
aşkar etmək üçün bu üsuldan ilk dəfə istifadə olunmuşdur.
İnsanın (barmaqların, ovucun, dabanın və s.) dərisindəki
xətləri öyrənən elmə dermatoqlifika (yunanca «derma» – dəri,
«qlife» – xətçəkmə deməkdir) deyilir. Dermatoqlifika artıq
sübut edib ki, yer üzərində barmaq izləri oxşar (eyni) olan iki
adam yoxdur.
Şotlandiya polisi E. Henri ömrünü barmaq izlərinin dəqiq
öyrənilməsinə həsr etmiş və bir daha göstərmişdir ki, hər bir
şəxsin barmaqlarının izi ancaq onun özünə məxsusdur. Yəni
heç vaxt başqasında təkrar olunmur.
Barmaq izlərini öyrənən sahə daktiloskopiya adlanır. Hal-
hazırda dünyanın bütün ölkələrində daktiloskopiyanın köməyi
ilə hər hansı bir müqəssiri və ya cinayətkarı asanlıqla müəyyən
etmək olur. Daktiloskopiya təkcə cinayətkarların üzə
çıxarılmasında deyil, hətta insanın psixologiyasının aşkar
olunmasında da rol oynayır. Müasir daktiloskopiya əsasında
beş növ barmaq izinin mövcud olduğu aşkar edilib. Hər bir növ
barmaq izinin isə saysız-hesabsız formaları mövcuddur. Məhz
bu formalar əsasında hər bir şəxsi digərindən fərqləndirmək
olur (şək. 13).
Beş növ barmaq izləri isə insanın psixologiyasının əsas
cəhətlərini özündə əks etdirir. Məsələn, baş barmağın birinci
bəndi (falanqası) böyükdürsə, bu, iradənin çox güclü olmasını
göstərir (şək. 14). Məlumdur ki, Qalileyin, Dekartın, Nyutonun,
Volterin baş barmaqları belə formaya malik olub. Lakin