5
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Təbiət elmləri seriyası 2011
BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ FƏALİYYƏTİ
(2010-cu il)
İ.Ə.ƏLİYEV
science_dp@bsu.az
Məqalədə 2010-cu ildə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və əmək-
daşları tərəfindən yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında əvvəlki illərlə müqayisəli
şəkildə əldə edilmiş nailiyyətlər və alimlər qarşısında duran vəzifələr öz əksini tapmışdır.
Bunlar geniş şəkildə 5 aprel 2011-ci ildə Elmi Şurada AMEA-nın Rəyasət Heyətinin, İnstitut
direktorlarının və qabaqcıl universitetlərin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti
iclasında dinlənilərək müzakirə olunmuşdur.
Müstəqil Azərbaycan Respublikasının 2011-ci il oktyabrın 18-də dövlət
müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ər-
zində respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması Azər-
baycan xalqının tarixi nailiyyətidir. Bu proseslərdə intellektual potensialın ya-
xından iştirakı, elmi qurumların yeri və rolu mühüm əhəmiyyət kəsb etmişdir.
Elmin rolunu cəmiyyətin həyatında əvvəlcədən görən ümummilli lider
Heydər Əliyev demişdir: «Dünya elmində
− Şərqdə və Qərbdə əldə olunan
bütün nailiyyətləri dərindən öyrənməli, dövlətimizin inkişafı üçün Azərbaycan
elminə və təhsilinə tətbiq etməliyik».
Qloballaşan dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə, təhsilə,
zəngin biliklərə, elmə, müasir dünyada sürətlə inkişaf edən informasiya tex-
nologiyalarına arxalanmaq lazımdır. Bu reallığı düzgün qiymətləndirən dövlət
başçısı İlham Əliyev son 7 ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli
sahələri kimi, elmə və təhsilə xüsusi qayğı ilə yanaşmış, həmin sahələrdə yeni
dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın mərkəzlərində dok-
torantura təhsilinin maliyyələşdirilməsi haqqında” 9 fevral 2010-cu il tarixli
sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində apa-
6
rılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin
beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürət-
ləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu
il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin
Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500
min manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiy-
yətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını,
gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.
Prezident administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev «İcti-
mai və humanitar elmləri: zaman kontekstində baxış» məqaləsində nəinki
ictimai və humanitar elmlərin, bütövlükdə elmimizin dünəni və bu günü haq-
qında əsaslandırılmış fikirlər irəli sürdü. Əslində bu bir daha alimlərimizi hə-
min sahədə səfərbərliyə çağıran çağırış idi. Bu məqalədə Azərbaycan elminin
inkişaf konsepsiyası bir daha hərtərəfli şəkildə nəzərdən keçirildi.
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının for-
malaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür.
Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indek-
sinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının
sürətlənməsinə hərtərəfli təsir göstərir.
Bakı Dövlət Universitetinin 17 fakültəsinin 126 kafedrasında, 2 elmi-təd-
qiqat institutunda (ETİ), 3 elmi-tədqiqat mərkəzində (ETM) və 24 elmi-tədqi-
qat laboratoriyasında (ETL) elmin müxtəlif istiqamətlərinə aid fundamental və
tətbiqi xarakterli elmi-tədqiqat işləri aparılır (şəkil 1).
Şəkil 1. BDU-nun elmi strukturu.
7
2010-cu ildə BDU-da 1581 nəfər professor-müəllim və elmi işçi heyəti,
o cümlədən 1349 nəfər professor-müəllim və 232 nəfər elmi işçi çalışmışdır.
Bunlardan 7 nəfəri AMEA-nın həqiqi üzvü, 14 nəfəri AMEA-nın müxbir üz-
vü, 254 nəfəri elmlər doktoru, o cümlədən 246 nəfəri professor, 882 nəfəri fəl-
səfə doktoru, o cümlədən 575 nəfəri dosentdir. Universitetin professor-müəl-
lim heyəti, elmi işçiləri və əməkdaşları həmişə dövlətin qayğısını və diqqətini
hiss etmişlər. Müxtəlif dövlət mükafatları ilə təltif olunmuşlar. Onlardan 32
nəfər
− Əməkdar elm xadimi, 45 nəfər − Əməkdar müəllim, 14 nəfər − Azər-
baycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, 1 nəfər
− Xalqlar dost-
luğu ordeni, 5 nəfər
− Dövlət mükafatı, 1 nəfər − İstiqlal ordeni, 4 nəfər −
Şərəf ordeni, 30 nəfər – Şöhrət ordeni və 45 nəfəri Tərəqqi medalına layiq
görülmüşlər; hal-hazırda 13 nəfər Milli Məclisin deputatıdır.
2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir
sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151
elmi iş yerinə yetirilmişdir.
BDU-nun Elmi Şurasının 16 saylı 28.12.2010-cu il tarixli qərarı ilə
2011-ci ildə tarix fakültəsinin nəzdində Erməni araşdırmaları elmi-tədqiqat la-
boratoriyasının açılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi
qarşısında vəsatət qaldırılmışdır. Ermənistan dövlətinin və erməni diasporunun
dünyada Azərbaycan xalqına və Türk dünyasına qarşı apardığı təxribatın qarşı-
sını almaq, onların iç üzünü açmaq, müstəqil Azərbaycanımızın haqq səsini
dünyaya çatdırmaq, işğal olunmuş torpaqlarımız və Dağlıq Qarabağ haqqında
gerçəklikləri dünya birliyinə çatdırmaq üçün belə bir laboratoriyanın yara-
dılmasına böyük ehtiyac vardır.
2010-cu ildə Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərə-
findən 65 monoqrafiya, 101 kitab, 107 dərslik, 114 dərs vəsaiti, 2747 məqalə,
o cümlədən 1999 məqalə respublikada, 748 məqalə xaricdə, 1497 tezis, o cüm-
lədən 747 tezis respublikada, 750 tezis xaricdə, 47 metodik göstəriş, 216 proq-
ram nəşr etdirilmişdir (şəkil 2,3).
Hesabat ilində universitetin mühüm elmi nailiyyətlərindən biri də univer-
sitetin professor-müəllim heyətinin kitablarının xarici ölkələrdə nəşr olunma-
sıdır. Bunlara misal olaraq, fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafed-
rasının müdiri akad. B.M.Əsgərovun və kafedranın professor əvəzi, f.r.e.d.
S.R.Fiqarovanın Almaniyanın “Springer Verlag” nəşriyyatında çap olunmuş
“Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases”
adlı monoqrafiyasını (2010-cu il, 374 s.) göstərmək olar.
Xaricdə nəşr olunmuş 748 məqalənin 502-si təbiət elmləri, 246-sı isə
humanitar elmlər üzrədir. Məqalələrin 143-ü, yəni xaricdə nəşr olunmuş bütün
məqalələrin 19,1%-i Tomson Reyters Agentliyi tərəfindən indekslənən A, B
və C kateqoriyalı jurnallarda (Türkiyədə qəbul olunmuş təsnifata görə A kate-
8
qoriyalı jurnalın impakt faktoru 2-dən yuxarı, B kateqoriyalı jurnalın impakt
faktoru 0-1, C kateqoriyalı jurnalın impakt faktoru 0-1 arasında) çap olunmuş-
dur (cədvəl 1). Qeyd etmək lazımdır ki, çap olunmuş əsərlərinin sayı 2008-ci
ilə nisbətən 2,2 dəfə artmışdır. Nəticədə, Universitet sovet dövründə 1982-ci
ildə əldə edilmiş ən yüksək göstəricini yeniləmiş, tarixində ilk dəfə dünya üzrə
reytinq siyahısına daxil edilmişdir (Şəkil 4). A kateqoriyalı jurnallarda 22 mə-
qalə, B kateqoriyalı jurnallarda 15 məqalə, C-kateqoriyalı jurnallarda 106 mə-
qalə. A və B-kateqoriyalı jurnallarda çap olunmuş məqalələr fizika, riyaziyyat
və tətbiqi riyaziyyat, kimya, tarix sahələrində, C-kateqoriyalı jurnallarda nəşr
olunmuş məqalələr kimya, biologiya, fizika, riyaziyyat və tətbiqi riyaziyyat
sahələrinə aiddir. Qeyd etmək lazımdır ki, 2010-cu ildə BDU alimlərinin im-
pakt faktoru olan jurnallarda dərc etdirdiyi məqalələr bütövlükdə Azərbaycan
Respublikasının elm və təhsil müəssisələrinin alimlərinin məqalələrinin ~30%-
ni təşkil edir (şəkil 5).
913 986
1023
876
1021
1278 1339
1554
1676
2226
2597
2732 2747
0
500
1000
1500
2000
2500
3000
1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010
M
ə
qa
lə
lə
ri
n
s
a
yı
, ə
d
ə
dl
ə
İllər
Şəkil 2. BDU alimləri tərəfindən nəşr olunmuş məqalələrin sayı.
91 92
96
106
87
127 130
187
154
207
204
159
221
0
30
60
90
120
150
180
210
240
1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010
D
ə
rs
lik
v
ə
d
ə
rs
v
ə
sa
itl
ə
ri
n
in
s
a
yı
, ə
d
ə
dl
ə
İllər
Şəkil 3. BDU alimləri tərəfindən nəşr olunmuş dərslik və dərs vəsaitləri.
9
Şəkil 4. BDU alimləri tərəfindən impakt faktorlu jurnallarda nəşr edilmiş
məqalələrin sayı.
Şəkil 5. Azərbaycan üzrə impakt faktorlu jurnallarda nəşr edilmiş məqalələrdə
BDU alimlərinin payı.
2010-cu ildə AMEA-nın illik hesabatına mühüm nəticə kimi daxil edil-
mək üçün mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələri
üzrə 17, fizika fakültəsi üzrə 14, kimya fakültəsi üzrə 13, biologiya fakültəsi
üzrə 9, geologiya fakültəsi üzrə 4, tarix fakültəsi üzrə 12, filologiya fakültəsi
üzrə 3, hüquq fakültəsi üzrə 2, sosial elmlər və psixologiya fakültəsi üzrə 2,
şərqşünaslıq fakültəsi üzrə 1, kitabxanaçılıq-informasiya fakültəsi üzrə 2, ila-
hiyyat fakültəsi üzrə 2 olmaqla cəmi 81 elmi-tədqiqat işi təqdim olunmuşdur.
Onlardan fizika və texnika elmləri sahəsində 5, kimya elmləri sahəsində 3, yer
elmləri sahəsində 1, biologiya elmləri sahəsində 3, humanitar və ictimai elmlər
sahəsində 18 iş olmaqla, cəmi 30 elmi-tədqiqat işinin nəticələri AMEA-nın
illik hesabatına daxil edilmişdir.
10
Cədvəl 1
2010-cu ildə Bakı Dövlət Universiteti əməkdaşları tərəfindən xaricdə nəşr
olunmuş məqalələr haqqında məlumat
Onlardan impakt-faktorlu
A,B,C kateqoriyalı jurnallarda
N
Fakültə, ETİ, ETM
Xaricdə çap
olunmuş məqalələrin
sayı
A B C
1 Kimya
141
10*
4
46**
2 Mexanika-riyaziyyat
54 2
1
13
3 Tətbiqi riyaziyyat və kibernetika
38 1
1
11
4
Fizika
54 2
4
16
5 Biologiya
88 -
1
14
6 Coğrafiya
31 -
-
-
7 Geologiya
23 -
1
-
8 Filologiya
35
-
-
-
9 Tarix
74
1
-
-
10 Hüquq
11
-
-
-
11 Beynəlxalq hüquq və
beynəlxalq münasibətlər
43 -
-
-
12 Sosial
elmlər və psixologiya
49
-
-
-
13 Kitabxanaçılıq-informasiya 4
-
-
-
14 Jurnalistika
11
-
-
-
15 Şərqşünaslıq 19
-
-
-
16 İlahiyyat -
-
-
-
17 Tətbiqi Riyaziyyat ETİ 26
4
3
1
18 Fizika
Problemləri ETİ 46
2
-
6
19 NANO
ETM
1
-
-
-
CƏMİ 748
22
15
106
* 8 məqalə fizika fakültəsinin əməkdaşlarının həmmüəllifliyi ilə;
**2 məqalə fizika fakültəsinin əməkdaşlarının həmmüəllifliyi ilə.
2010-cu ildə akad. Məhərrəmov A.M., dos. Bayramov Q.M., f.-r.e.n.
İmaməliyev A.R., f.-r.e.n. İbrahimov T.C. (AMEA-nın Fizika İnstitutu)
müəllif olduqları “Elektrooptik qurğular üçün kolloid-maye kristal kompozit”
2009/005-AZ saylı ixtiraya görə 37 ölkəni əhatə edən Avro-Asiya Patenti
almışlar.
2010-cu ilin ən böyük nailiyyətlərdən biri də BDU-nun dünya üzrə rey-
tinq siyahısına daxil edilməsidir. Top-universitetlərin siyahısına hal-hazırda
17 000 universitet daxildir. Beynəlxalq reytinq agentliklərin ali məktəblərə
tələblərinin əsas kriteriyaları bunlardır:
• Elmi tədqiqatların həcminin və effektivliyinin artırılması;
• Professor-müəllim heyətinin və elmi işçilərin yüksək impakt faktorlu
jurnallarda məqalələrinin nəşr edilməsi üçün tədbirlərin görülməsi;
11
• Xarici tələbələrin və müəllimlərin tədris prosesinə cəlb olunması;
• Tələbə və müəllimlərin mübadiləsinin genişlənməsi;
• Universitet saytının dünya saytlarının standartlarına uyğunlaşdırılma-
sı və s.
Ən məşhur və populyar reytinq Şanxay Universitetinin Ali Təhsil İnsti-
tutu tərəfindən aparılır (www.arwu.org). Reytinq göstəricilərinə və kriteriya-
larına aşağıdakılar daxildir:
• təhsilin keyfiyyəti (Nobel mükafatı laureatları-10%);
• müəllimlərin səviyyəsi (ən çox istinad olunan alimlər-40%);
• elmi tədqiqatların nəticələri (Nature, Science-da çap olunmuş
məqalələr, SCIE və SSCI daxil olmuş məqalələr-40%);
• institutun ölçüləri (10%).
İngiltərənin “Times” qəzeti tərəfindən (www.timeshighereducation.co.uk
və QS www.topuniversities.com) aparılan reytinq göstəricilərinə və kriteriya-
larına aşağıdakılar daxildir:
• ali təhsil müəssisəsinin akademik cəmiyyət tərəfindən qiymətləndiril-
məsi (40%);
• professional birliklər və biznes nümayəndələri ilə əlaqələr (10%);
• beynəlxalq əməkdaşlıq və təhsilin inteqrasiyası (xarici tələbələrin sayı –
5%, universitetin tərkibində xarici müəllimlərin və elmi işçilərin – 5%);
• tələbə statistikası (tələbələrin ümumi sayının müəllimlərin və elmi iş-
çilərin sayına nisbəti – 20%);
• elmi fəaliyyət (istinad indekslərinin müəllimlərin və elmi işçilərin sa-
yına nisbəti – 20%).
Digər reytinq agentliyinin Cybermetrics (
www.webometrics.info
) kri-
teriyalarına aşağıdakılar daxildir:
• saytın səhifələrinin sayı (Google, Yahoo, Live search, Exalead-kimi
axtarış sistemləri tərəfindən aparılır – 25%);
• sayta istinadların sayı (50%), sayta daxil olan faylların sayı (Adobe
Acrobat (.pdf), Adobe postscript (.ps), Microsoft Word (.doc). Mic-
rosoft Power Point (.ppt) kimi formatlar – 12,5%);
• sayta istinadların sayı (Google Scholar sistemindən istifadə olunur-
12,5%).
12
4 dekabr 2010-cu il tarixində Beynəlxalq Akademik Perspektivlər İns-
titutu (URAP, University Ranking by Academic Performance, Orta Doğu Tex-
niki Universitetinin İnformatika İnstitutu tərəfindən 2009-cu ildən aparılır)
dünyanın ən yaxşı 2000 universitetinin siyahısına Bakı Dövlət Universiteti də
daxildir.
Şanxay Universitetinin Ali Təhsil İnstitutu və Cybermetrics agentlikləri,
ancaq açıq mənbələrdən əldə olunan göstəricilərdən istifadə edərək univer-
sitetlərin reytinqini tərtib edir.
Hesabat ilində Bakı Dövlət Universitetində 26 elmi konfrans keçiril-
mişdir. Bunlardan: 2-si Beynəlxalq səviyyəli; 9-u Respublika səviyyəli; 15-i
Universitetdaxili elmi konfranslar olmuşdur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9 de-
kabr 2010-cu ildə BDU-da keçirilmiş Doktorantların və Gənc Tədqiqatçıların
XV Respublika konfransında universitetimizin 140 magistrantı məruzə ilə
çıxış etmişdir. Geologiya fakültəsinin II kurs magistrantı Rüstəmova Gülay
Mirzəbəy qızı I yeri, Coğrafiya fakültəsinin keçmiş aspirantı Hacıyeva Afaq
Zakir qızı II yeri və Fizika fakültəsinin aspirantı Yusifova Könül Əbülfəz qızı
isə III yeri tutmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi
akademik Şəfaət Mehdiyev adına mükafata layiq görülmüşlər. Bundan başqa,
Geologiya fakültəsinin 3 nəfər tələbəsi akademik Şəfaət Mehdiyevin anadan
olmasının 100 illik yubileyi münasibətilə onun irsinin öyrənilməsi məqsədilə
keçirilən müsabiqənin qalibi olmuş və Bünyadzadə Səmayə Kamran qızı (IV
kurs, bakalavriat, akademik Şəfaət Mehdiyev adına təqaüdçü), Qurbanov Elvin
Baxçalı oğlu (IV kurs, bakalavriat), Cəfərov Səməd Eldar oğlu (II kurs ma-
gistrant) BDU rektoru tərəfindən Fəxri fərman və pul mükafatına layiq görül-
müşlər. Başqa elmi mərkəzlərdə də keçirilmiş 8 konfransda iştirak edən tələ-
bələrimiz elmi məruzələrlə çıxış edərək 57 məqalə və tezis çap etdirmişlər.
Azərbaycan Respublikası təhsil nazirinin Ali məktəb tələbələrinin iki
turdan ibarət XV Respublika fənn olimpiadasının keçirilməsi barədə 31 mart
2010-cu il tarixli 333 saylı əmrinə uyğun olraq 2010-cu il aprel ayının 21-25-
də BDU-da riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbay-
can tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus
dili fənləri üzrə olimpiadanın I turu keçirilmişdir. Bu turda mübarizəyə qoşu-
lan 328 tələbədən 68-i II turda iştirak etmək hüququ qazanmış və onların sə-
nədləri tərtib olunaraq Respublika Təhsil Nazirliyinə göndərilmişdir. Olim-
piadanın 2010-cu il may ayının 26-da Azərbaycan Texniki Universitetində
keçirilmiş II turunda iştirak etmək hüququ qazanmış həmin 68 tələbədən 30–u
qalib gəlmiş, onlardan 5 nəfəri I yeri, 7 nəfər II yeri, 9 nəfəri III yeri və 9
nəfəri IV (həvəsləndirici) yeri tutaraq Təhsil Nazirliyinin mukafatlarına layiq
13
görülmüşlər. Qalib tələbələrə BDU rektorunun 05.10.2010-cu il tarixli R
−64
saylı əmri ilə təşəkkür elan edilmişdir.
Bundan başqa, I turu 10 aprel və II turu 8 may 2010-cu il tarixində Ra-
bitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev
Fondu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birlikdə ke-
çirdikləri Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr
olunmuş Ali məktəb tələbələri arasında “İnformatika üzrə Komandalararası V
Respublika Olimpiadası”nda universitetimizin 21 tələbəsindən ibarət 6 koman-
dası (hər komandada 3 nəfər və 3 nəfər də ehtiyatda olmaqla) uğurla iştirak
etmiş və komanda üsulu ilə keçirilən yarışda Tətbiqi riyaziyyat və kibernetika
fakültəsinin hər biri 4 tələbədən (hər komandada 1 nəfər ehtiyatda olan tələbə
də daxil olmaqla) ibarət olan 2 komandası müvafiq olaraq III və IV yerləri
tutmuşlar.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 noyabr 2010-cu il ta-
rixində “Vergilər” mövzusunda keçirdiyi olimpiadada universitetimizin 19
tələbəsi uğurla iştirak etmişdir.
27 aprel - 03 may 2010-cu il tarixində Bakı şəhərində keçirilən kimya
fənni üzrə məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının Eks-
perimental turu universitetimizdə keçirilmişdir. Olimpiadaya Azərbaycan da
daxil olmaqla 14 ölkədən: MDB dövlətləri, həmçinin Makedoniya, Bolqarıstan
və Rumıniyadan 87 nəfər 9-11-ci sinif şagirdləri qatılmışdılar. Olimpiadanın 2
nəzəri turundan sonra təcrübi mərhələdə iştirakçılar qruplara bölünərək
laboratoriya təcrübələri aparmışlar.
Qeyd edək ki, olimpiada artıq 2-ci dəfədir ki, Azərbaycanda keçirilir. Bu
tədbir Azərbaycanda ilk dəfə 10 il əvvəl keçirilmişdir. Olimpiada iştirak-
çılarının potensialı yüksək qiymətləndirilmişdir. Onlar öz ölkələrində dünya
üzrə keçirilən milli olimpiadaların qalibləridirlər. 12 nəfərlə olimpiadaya
qatılan Azərbaycan iştirakçılarının potensialı da yüksək olmuşdur.
Universitetdə elmi-pedaqoji kadrların hazırlanmasına böyük diqqət ye-
tirilir. 2009-cu ilin mart ayının ortalarından başlayaraq yeni təlimatlar hazır-
lanması ilə bağlı Respublikada aspirantura və doktoranturaya qəbul dayan-
dırılmışdır. Yalnız əvvəlki illərdə qəbul olunanlar öz təhsillərini davam etdir-
mişlər. 01.01.2011-ci il tarixə olan məlumata görə Universitetin elmlər dok-
toru proqramı üzrə 1 nəfər doktorant, fəlsəfə doktoru proqramı üzrə 87 nəfər
doktorant, o cümlədən 35 nəfər əyani, 52 nəfər qiyabi təhsil alır. Universitetdə
286 nəfər dissertant, o cümlədən 136 nəfər ödənişsiz, 150 nəfər ödənişli
əsaslarla elmi axtarışlarını davam etdirirlər.
Hesabat ilində Universitetdə daimi 4 doktorluq, 2 namizədlik, eyni za-
manda 24 birdəfəlik Dissertasiya şuraları fəaliyyət göstərmişdir. BDU-da fəa-
liyyət göstərən daimi Şuralarda 8 nəfər doktorluq və 60 nəfər ixtisas üzrə
14
fəlsəfə doktoru dissertasiyası (onlardan 32 nəfəri BDU-nun əməkdaşı, dokto-
rantura və dissertantura yolu ilə) müdafiə etmişdir.
Cari ildə universitet alimləri 17 doktorluq və 160 fəlsəfə doktoru
dissertasiyası işinə opponentlik etmişlər. 30 doktorluq və 90 fəlsəfə doktoru
dissertasiya işinə aparıcı təşkilat olaraq rəy vermişlər.
Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2010-cu
ildə də Ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla
və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini
davam etdirmişdir. 2010-cu ildə Elmi kitabxanaya 12 083 nüsxə çap məhsulu
daxil olmuşdur. Bunlardan: 4145 nüsxə elmi ədəbiyyat, 5761 nüsxə tədris
ədəbiyyatıdır.
2010-cu ildə elektron kataloqun zənginləşməsi prosesi davam etmişdir.
Elmi kitabxananın Azərbaycan dilində olan çap məhsulları, nadir kitablar
fondu, dissertasiya fondu, dövri mətbuat fondu, bədii ədəbiyyat fondu elektron
kataloqa daxil edilmişdir.
2010-cu ildə “Elektron kitabxananın” rəsmi saytı yaradılmışdır. Elektron
kitabxana informasiyalaşmış cəmiyyətin baza prinsiplərinə: informasiyanın
əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin
peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaran-
masına xidmət edəcək. O, uzaq məsafədən oxuculara dolğun informasiya xid-
məti göstərərək, zaman və məkandan asılılığa son qoyacaqdır. Ənənəvi kitab-
xanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və
məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyir-
mi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində
yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edəcək. Elek-
tron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən
paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların infor-
masiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən
ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş
formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi
ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mü-
badilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir. Uzaq
məsafədə yerləşən ehtiyatlara BDU-nun elmi kitabxanası tərəfindən lisenziya-
«istifadə hüququ» əldə edilmiş tammətnli məlumat bazaları, həmçinin kitab-
xana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən «istifadə
üçün açıq» olan İnternet ehtiyatları aiddir. “Elektron kitabxananın” saytında
289 adda tammətnli elektron kitablar, dərslik və dərs vəsaitləri, BDU-da nəşr
olunan elmi jurnallar, Rusiya Federasiyasında nəşr olan nüfuzlu elmi jurnal-
ların elektron versiyalarına istinadlar, 51 adda bədii kitabların elektron nəşrlə-
ri, qəzetlər, EBSCO, Universitetskaya biblioteka, On-line, Rubrikon kimi tam-
15
mətnli məlumatlar bazalarına istinadlar, Azərbaycan və dünya ölkələrinin
konstitusiyaları, Beynəlxalq konvensiyalar, Azərbaycan Respublikasının qa-
nunları və məcəllələri toplanmışdır.
Zamanın tələbi olan müasir informasiya texnologiyalarını təhsilə tətbiq
edərək on-line mənbələrinin istifadəsi və yayımının yüksək səviyyədə təşkili,
müəllif hüquqları qorunaraq universitet müəllimləri tərəfindən təqdim olun-
muş elektron versiyada olan tədris və elmi materiallarının, fakültə dekanları
tərəfindən təqdim olunan magistr dissertasiyalarının elektron versiyalarının
açıq sənədlər arxivində (Open Access) yerləşdirilməsinə başlanılmışdır.
Bakı Dövlət Universitetinin nəşriyyatında aşağıda qeyd olunan həcmdə
çap məhsulu hazırlanmışdır: monoqrafiyalar, dərslik və dərs vəsaiti–2250 tiraj-
la 159,5 ç.v., proqramlar və metodik göstərişlər – 2120 tirajla 90,0 ç.v., “Bakı
Universitetinin xəbərləri” jurnalı – 600 tirajla 95,25 ç.v., “The Caspian Sea.
Natural Resources” jurnalı – 80 tirajla 12,0 ç.v., konfrans materialları (A5) – 3
adda 1100 tirajla 21,75 ç.v., şöbələr üçün jurnallar (dərs jurnalı, protokol,
tövsiyələr), 137 729 tirajla, blanklar – 21 adda (A5, A4, A3) 129 150 tirajla.
Hesabat ilində kvartallar üzrə dörd seriyada nəşr olunan «Bakı Univer-
sitetinin Xəbərləri» elmi jurnalının (Baş redaktor akad. A.M.Məhərrəmov) 16
nömrəsi vaxtlı-vaxtında işıq üzü görmüşdür, onlardan 4 nömrəsi Fizika-riya-
ziyyat elmləri seriyası (seriyanın redaktoru akad. B.M.Əsgərov), 4 nömrəsi
Təbiət elmləri seriyası (seriyanın redaktoru AMEA-nın müxbir üzvü, prof
V.M.Babazadə), 4 nömrəsi Humanitar elmlər seriyası (seriyanın redaktoru
prof. T.T.Vəliyev) və 4 nömrəsi Sosial-siyasi elmlər seriyasıdır (seriyanın
redaktoru AMEA-nın müxbir üzvü, prof.M.F.Məlikova).
“Bakı Universitetinin Xəbərləri” elmi jurnalının elektron arxivi yaradıl-
mışdır. Artıq 2005-2010-cu illərdə nəşr olunmuş jurnalların hər bir nömrəsinin
elektron variantı universitetin saytında yerləşdirilmişdir.
Bakı Dövlət Universitetində «Bakı Universitetinin Xəbərləri» jurnalı ilə
yanaşı 15 elmi-nəzəri, metodik və təcrübi jurnallar öz fəaliyyətlərini davam et-
dirmişlər: Xəzəryanı ölkələri Universitetləri Assosiasiyasının “The Caspian
Sea. Natural resources” adlı jurnal (baş redaktor akad. A.M.Məhərrəmov),
“Applied and Computational mathematics” (NATO-nun qrantı ilə nəşr olunan
beynəlxalq jurnal; ingilis dilində nəşr olunur, impakt faktoru 0,66, fəxri re-
daktor – Başar Tamer (İllinoys, ABŞ), baş redaktorlar akad. Ə.M.Abbasov,
akad. F.Ə.Əliyev və prof. V.Larin (Ukrayna), Türk Dünyası Riyaziyyat Cə-
miyyəti tərəfindən 2009-cu ildə Qazaxıstan Respublikasının Almatı şəhərində
Cəmiyyətin üçüncü konqresində təsis edilmiş “Turkic World Mathematics
Society journal of Pure and Applied Mathematics” jurnalı (“Nəzəri və tətbiqi
riyaziyyat” jurnalı) Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat
İnstitutuna həvalə edilmişdir. 2010-cu ildə artıq bu jurnalın iki nömrəsi
16
AMEA-nın həqiqi üzvü Fikrət Əliyevin baş redaktorluğu ilə nəşr olunmuşdur.
“Tarix və onun problemləri” (nəzəri, elmi, metodik jurnal, baş redaktor prof.
Ə.İ.Muxtarova) Azərbaycan, rus və ingilis dillərində nəşr olunur, «Psixologi-
ya» (elmi-praktik jurnal, baş redaktor AMEA-nın müxbir üzvü, prof. B.H.Əli-
yev), «Beynəlxalq hüqüq və inteqrasiya problemləri» (elmi-analitik və praktiki
jurnal, baş redaktor, prof. R.F.Məmmədov), “Dil və ədəbiyyat” (nəzəri, elmi,
metodik jurnal, baş redaktor f.e.n. T.Cəfərli), “Folklorşünaslıq məsələləri”
(2010-cu ildə beynəlxalq qeydiyyatdan keçərək, jurnala İnternational Standard
Serial Numbering (İSSN) alınmışdır, baş redaktor AMEA-nın müxbir üzvü,
prof. A.M.Nəbiyev), “Pedaqoji aləm” (Beynəlxalq elmi-populyar jurnal, Azər-
baycan, rus və ingilis dillərində nəşr olunur, baş redaktor prof. N.M.Mux-
tarova), “Kitabxanaşünaslıq və biblioqrafiya” (elmi-nəzəri, metodik və təcrübi
jurnal, baş redaktor prof. X.İ.İsmayılov), “Kitabxanaşünaslıq və informasiya”
(elmi-nəzəri və praktiki jurnal, baş redaktor prof. A.A.Xələfov), “Kitab-
xanaşünaslıq və nəşriyyat işi” (elmi-nəzəri və təcrübi jurnal, baş redaktor prof.
B.V.Allahverdiyev), “Kitabxana.az” (elmi, metodiki və praktiki jurnal, baş
redaktor Ş.İslamova), “Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məc-
muəsi” (redaktor Arif Köten), “Sportsman” (baş redaktor Rəşad Qəmər-
şahoğlu) və s.
BDU-nun İnformasiya Texnologiyaları Mərkəzi 26 elmi-tədris sinfini
özündə birləşdirən müasir kompyuter avadanlıqları (1700 kompyuter) və proq-
ram vasitələri ilə təchiz olunmuşdur. 2010-cu ildə BDU-nun İnternet şəbəkə-
sinə qoşulan kompyuterlərin sayı artmışdır. Belə ki, test imtahanlarının keçi-
rilməsi üçün 5 yeni kompyuter-test sinfi yaradılmış və 400 yeni kompyuter hə-
min test otaqlarında yerləşdirilərək ümumuniversitet şəbəkəsinə qoşulmuşdur.
Test imtahanlarının keçirilməsi üçün yeni 2 ədəd server alınmışdır. Korpus-
lararası şəbəkənin gücləndirilməsi məqsədilə bəzi şəbəkə avadanlıqları yeniləri
ilə əvəz olunmuşdur. Yay təmiri zamanı universitetin bəzi təmir olunan struk-
turlarında şəbəkə yenilənmişdir. Bunlar Biologiya fakültəsinin dekanlığı, mü-
hasibatlıq, Yapon dili kafedrası, BH və BM fakültəsinin kompyuter sinfi, Təd-
ris Elektron Mərkəzi və s. Hesabat ilində AzRena İctimai Birliyi ilə bağlanmış
müqaviləyə uyğun olaraq İnternetin sürəti 10 meqabit/saniyədən çox olmuş-
dur.
Elektron Tədris Mərkəzi BDU-da 2005-ci ildən fəaliyyət göstərir və
onun gördüyü işlərin əsas istiqamətləri aşağıdakılardır:
• Boloniya prosesi prinsiplərinin Universitetdə tətbiqi üzrə işçi mərkəzi-
nin fəaliyyəti;
• Mövcud tyutor komandasının işlərinə dəstək verilməsi;
• Yeni tyutor hazırlığı layihəsinin həyata keçirilməsi;
17
• Multimedia kurslarının hazırlanması;
• Virtual Universitetin işinə nəzarət edilməsi və s.
Bakı Dövlət Universitetində «Gənc istedadlar» liseyi fəaliyyət göstərir.
“Gənc istedadlar” liseyi 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq BDU-nun rektoru,
millət vəkili, akademik Abel Məhərrəmovun təşəbbüsü və səyi nəticəsində
fəaliyyətə başlamışdır. Hazırda liseyin Azərbaycan və rus bölməsinin V-XI
siniflərində 484 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 70 nəfər
müəllim məşğul olur. Onlar arasında 1 elmlər doktoru, 20 nəfər fəlsəfə dok-
toru, ali kateqoriyalı müəllimlər, TQDK-nın aparıcı ekspertləri, müxtəlif dövr-
lərdə ilin ən yaxşı müəllimi adına layiq görülmüş mütəxəssislər vardır. Şa-
girdlər bir sıra intellekt, bilik və idman yarışlarının, həmçinin respublika olim-
piadasının qalibləri olmuşlar. Ötən müddət ərzində liseyin maddi-texniki ba-
zası genişlənmişdir: liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası,
biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana şa-
girdlərin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 21 oktyabr 2009-cu il tarixli
526 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında fundamental elmi təd-
qiqatların stimullaşdırılması, ölkəmizin təbii resurslarının, mədəni və tarixi
irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan
araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azər-
baycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədilə” Azərbay-
can Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır.
İlk günlərdən Bakı Dövlət Universitetinin alimləri Fondla əməkdaşlıq edərək,
Fondun İcraçı direktoru ilə görüş keçirmiş, Universitetin ictimai və humanitar
elmlərlə bağlı inkişaf konsepsiyası və fəaliyyət proqramını hazırlamışlar.
2010-cu ilin 15 avqust tarixində Fond tərəfindən elan olunmuş I müsa-
biqədə (EİF-2010-1[1]) BDU-nun əməkdaşları tərəfindən elmin müxtəlif
istiqamətlərinə aid 24 layihə təqdim olunmuşdur. Lakin respublikamızda 1800
elmlər doktoru və 8725 fəlsəfə doktorundan AR Təhsil sistemində 832 elmlər
doktorlarının və 4248 fəlsəfə doktorunun və onlardan 249 elmlər doktorunun
və 860 fəlsəfə doktorunun BDU-da çalışdığına baxmayaraq qalib gəlmiş 40
layihələrdən yalnız biri Bakı Dövlət Universitetinə aid olmuşdur. Fizika fa-
kültəsinin professoru R.C.Qasımova “Yüksək effektli dəyişən tezlikli lazer şua
mənbələrinin işlənib hazırlanması üçün dalğaların kvazisinxotron qeyri-xətti
qarşılıqlı təsirinin öyrənilməsi” mövzusunda layihəsi ilə qrant müsabiqəsində
qalib gəlmişdir (Layihənin dəyəri – 10 000 man). Udulmuş layihələrin əksə-
riyyəti AMEA-nin elmi-tədqiqat institutlarının payına düşmüşdür.
24 noyabr 2010-cu ildə elan olunmuş II qısamüddətli ünvanlı müsabi-
18
qədə (EİF-2010-2[2]) iştirak etmək üçün 5 layihə təqdim olunmuşdur (Fizika
fakültəsindən – 1, biologiya fakültəsindən – 1, geologiya fakültəsindən – 2,
tarix fakültəsindən – 1 layihə).
11 yanvar 2011-ci ildə elan olunmuş müsabiqədə (EİF-2011-1[3]) iştirak
etmək üçün BDU-nun əməkdaşları tərəfindən elmin müxtəlif istiqamətlərinə
aid 38 layihə təqdim edilmişdir. (Mexanika-riyaziyyat fakültəsindən – 3, Tət-
biqi riyaziyyat fakültəsindən – 3, Fizika fakültəsindən – 3, Kimya fakültəsin-
dən – 7, Biologiya fakültəsindən – 2, Geologiya fakültəsindən – 2, Coğrafiya
fakültəsindən – 2, Tarix fakültəsindən – 1, Filologiya fakültəsindən – 2, Ki-
tabxanaçılıq-informasiya fakültəsindən – 2, Fizika Problemləri ETİ – 6, Tət-
biqi Riyaziyyat ETİ – 4, Beynəlxalq proqramlar şöbəsi-1 layihə).
Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 35 beynəlxalq və
respublikadaxili elmi layihələr həyata keçirilmişdir. Bu layihələr Səudiyyə
Ərəbistanının Kral Əbdül Əziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna
Elm və Texnologiya Mərkəzi, Fransanın Elmi Araşdırmalar Mərkəzi (CNRS),
Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, YUNESKO-nun TWAS
proqramı, Azərbaycan Respublikasi Prezidenti yanında Elmin İnkişafı Fondu,
NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondunun
SCOPES proqramı, Avropa Birliyinin TEMPUS Programı, Almaniyanın Fols-
fagen şirkəti, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros təşkilatı), İta-
liyanın Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Dünya Bankı və s. təşkilat və
fondlar tərəfindən maliyyələşdirilir.
2010-cu ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazasını daha
da möhkəmləndirmək məqsədi ilə yeni cihazlar alınmışdır:
Səudiyyə Ərəbistanının Əbdül Əziz Krallığının verdiyi “Nanotexnologi-
yanın neftçıxarmaya tətbiqi” qrant proyekti çərçivəsində dəyəri 132600 $
məbləğində unikal imkanlara malik NTEGRA PRİMA markalı skanedici zond
mikroskopu alınmışdır. Bu skanedici zond mikroskopu STM/Tunel spekrosko-
piya / Kontakt AFM/Laterial qüvvə metodu /Rezonans AQM (yarımkontakt+
kontaktsız)/ Faza təsviri metodu /Qüvvə modulyasiya metodu /Adqeyz qüvvə-
nin təsviri / Müqavimətin artması təsviri / Maqnit-Qüvvə Mikroskopiya / Elek-
tron – Qüvvə Mikroskopiya / Eninə Qüvvə Mikroskopiya / AQM(Qüvvə +Cə-
rəyan), STM və RM litoqrafiya ölçmə metodikalarına malikdir. NTGRA
PRİMA markalı skanedici zond mikroskopunda bir neçə skanlaşdırma sxemi
reallaşmışdır. Nümunələri skan edərkən ən yaxşı ayırdetmə, xüsusilə kiçik öl-
çülərə malik skanetmə sahəsini istifadə edərkən alınır.
Qrant proyekti çərçivəsi daxilində dəyəri 180 000 $ məbləğində STA
449 F3 Jupiter (TG-DSC-DTA)+QMS 403 markalı derivatoqraf alınmışdır.
Avadanlıq aşağıdakıları təyin və tədqiq etməyə imkan verir:
19
• ərimə, eləcə də kristallaşma temperaturu və istiliyini;
• bərk halda faza keçidlərini;
• polimorfizmi;
• kristallaşma dərəcəsi;
• şüşələşməni;
• polimerlərin tikilmə reaksiyaları;
• oksidləşməyə qarşı davamlılığı;
• xüsusi istilik tutumunu;
• termokinetikanı;
• nümunənin kütləsinin dəyişməsini, termiki stabilliyini, parçalanmasını,
korroziya mərhələsini, tərkibinin analizini.
Destruksiya zamanı ayrılan qazları analiz etmək üçün avadanlıq mass-
pektrometrə qoşulmuşdur.
YUNESKO-nun maliyyə dəstəyi ilə TWAS proqramı çərçivəsində iki
yeni cihaz-Spektrofotometr Specord 250 PLUS BU (Ultrabənövşəyi və görü-
nən oblastda optik spektrlərin tədqiqi üçün, Almaniyanın “Analytik Jena”
firması, dəyəri 20000 $) və Ultrasonic VCX 500 (ABŞ-ın “Sonics” firması,
dəyəri 3700 $) alınmışdır.
Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, as-
pirant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həya-
tında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun
rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmri
ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Müvafiq komissi-
yanın qərarı və Rektorun əmri ilə 18 professor-müəllim, 10 gənc (35 yaşa qə-
dər) professor-müəllim, 13 nəfər doktorant, dissertant və magistrant, 10 nəfər
tələbə 2010/2011-ci tədris ilində 2-ci müsabiqənin qalibi elan edilmiş və
onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilir.
Bakı Dövlət Universitetində təsərrüfat hesablı elmi-tədqiqat işləri də
aparılır. Aparılan belə elmi-tədqiqat işləri bir qayda olaraq sifarişçi təşkilatlar
tərəfindən maliyyələşdirilir. Belə işlərin yerinə yetirilməsinin bir üstünlüyü də
ondan ibarətdir ki, bu cür elmi işlərin nəticələrinin istehsalatda tez və sürətlə
tətbiq edilməsində sifarişçi təşkilatlar (idarə, müəssisə və s.) daha çox maraqlı
olurlar. Çünki belə elmi işlər adəti üzrə istehsalatın ehtiyacı nəzərə alınmaqla
həyata keçirilir ki, bunun da böyük iqtisadi səmərəsi olur. BDU-nun alimləri
2010-cu ildə AMEA-nın müxbir üzvü, prof. R.Ə.Əliyevanın rəhbərliyi ilə
112500 AZN dəyərində Azərneftyağ NEZ təşkilatından 4 təsərrüfat hesablı
elmi-tədqiqat işi aparmışlar. Burada əsas sevindirici hal odur ki, bu təsərrüfat
hesablı elmi-tədqiqat işlərinin nəticələri iş başa çatandan dərhal sonra sifarişçi
təşkilatın müəssisələrində uğurla tətbiq olunur.
20
2010-cu ildə Bakı Dövlət Universitetində elm sahəsində əldə edilmiş
nailiyyətlərlə yanaşı, fakültələrin (kafedraların), elmi-tədqiqat institutlarının,
elmi-tədqiqat mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının fəaliyyətlərində
bir sıra çatışmazlıqlar, problemlər və nöqsanlar vardır. Bunlardan aşağıda
göstərilən mühümlərini qeyd etmək lazımdır:
• Universitetin bəzi qurumlarında aparılan elmi-tədqiqat işlərinin dövrün
tələblərinə cavab verən səviyyədə olmaması;
• Elmi tədqiqatlardan alınan nəticələrin istehsalatda və tədris prosesində
əhəmiyyətli dərəcədə öz əksini tapmamaları, gənc kadrların elmi-
tədqiqatların yerinə yetirilməsinə maraqlarının az olması, kifayət qədər
tədqiqatlara cəlb olunmaması;
• Universitet alimlərinin kompleks elmi-tədqiqat işlərinin aparılmasında,
beynəlxalq və daxili elmi layihələrdə və proqramlarda iştirakının
kifayət qədər olmaması;
• Bəzi kafedralarda (qurumlarda) beynəlxalq əlaqələrin genişlənməsi və
qrantların alınması üçün müntəzəm fəal işlərin görülməməsi;
• Günümüzün tələblərinə uyğun tədqiqatlar aparmaq üçün bəzi elm sahə-
lərində lazım olan müasir və zəruri cihazların və avadanlıqların olma-
ması, bəzi elmi-tədqiqat laboratoriyalarının darısqallığı, əsaslı təcili tə-
mirə ehtiyac olması, bəzi reaktivlərin, kiçik laboratoriya avadanlıqları-
nın çatışmazlığı və s.;
• Elmin, elmi ezamiyyətlərin maliyyələşdirilmə xərclərinin az olması, el-
mi ekspedisiyaların lazımi səviyyədə təşkili üçün maliyyə vəsaitinin
çatışmazlığı və s.
Respublika Prezidentinin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə
Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”-
nı, elm və təhsilin inkişafı üçün digər sərəncamlarını əldə rəhbər tutaraq elmi
tədqiqatların müasir səviyyədə aparılması üçün Universitet alimləri qarşısında
duran əsas məsələlər bunlardır:
• Elm-təhsil-praktikanın sıx şəkildə vəhdətini yaratmaq, elmi tədqiqatın
nəticələrinin praktikaya, istehsalata müntəzəm tətbiqini sürətləndirmək
üçün “Bakı Universiteti” Texnoparkının yaradılması;
• Elmin prioritet istiqamətləri üzərində elmi-tədqiqat işləri aparmaq,
müasir tələblərə cavab verməyən, aktuallığını itirmiş mövzuların icra-
sını dayandırmaq;
21
• Beynəlxalq elmi-texniki əməkdaşlığı inkişaf etdirmək; qısa və uzun-
müddətli kompleks məqsədli elmi proqramlar işləyib həyata keçirmək;
kafedra və fakültələr, institutlar, mərkəzlər, laboratoriyalar üzrə elmin
maliyyələşdirilməsini təkmilləşdirmək; Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun imkanlarından, büdcədən
kənar vəsaitlərdən (kreditlər, qrantlar, beynəlxalq donorların və maliy-
yə qurumlarının yardımları və digər mərkəzlərin elmə ayırdığı vəsait)
müntəzəm istifadə etmək;
• Xarici ölkələrin qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə birgə elmi-təd-
qiqatlar aparılmasına, beynəlxalq elmi konfranslarda iştirak etmək
üçün ayrılan ezamiyyət xərclərinin artırılmasına nail olmaq;
• Yüksəkixtisaslı elmi-pedaqoji kadrları hazırlamaq üçün əməkdaşların
dünyanın qabaqcıl tədqiqat mərkəzlərində staj keçmələrinə nail olmaq;
• Beynəlxalq və Respublikadaxili qrantların alınmasına, elmi əlaqələrin
gücləndirilməsinə və beynəlxalq elmi layihələrdə iştiraka, təsərrüfat
müqaviləli işlərin sayının artırılmasına nail olmaq;
• Professor-müəllim heyətinin geologiya, coğrafiya, biologiya, arxeolo-
giya, folklor və s. sahələrdə çöl-təcrübi elmi-tədqiqat işlərini yerinə
yetirmələri üçün əlavə vəsait ayrılmasına nail olmaq. Universitetin,
xüsusən tarix fakültəsinin tələbələrindən ibarət etnoqrafik qruplar ya-
radaraq ermənilər tərəfindən doğma ata-baba yurdlarından didərgin sa-
lınmış qaçqın və köçkünlərin elliklə məskunlaşdıqları Azərbaycan böl-
gələrinə etnoqrafik səfər və ekspedisiyalar təşkil etmək, Ermənistandan
qaçqın və köçkünlərinin yaşlı nəslinin nümayəndələrinin köməyindən
istifadə edib, unudulmuş maddi mədəniyyət örnəklərimizin bərpası
üçün çalışmaq; Ermənistan Respublikasının qədim Azərbaycan torpaq-
larından təşkil olunduğu haqqında yazılan məqalələrin dünya icti-
maiyyətinə çatdırılmasını sürətlə davam etdirmək;
• Erməni işğalçılarının uzun müddət törətdiyi cinayət əməllərinin ifşası,
xronoloji və elmi təhlili hüquq, beynəlxalq münasibətlər və beynəlxalq
hüquq, tarix, filologiya, jurnalistika və s. fakültələrin professor-müəl-
lim heyəti tərəfindən gücləndirilməsi, bu sahədə yazılan ciddi əsərlərin
dünya ictimaiyyətinə, dünyanın beynəlxalq və humanitar təşkilatlarına
çatdırılmasına nail olmaq;
• Universitetin professor-müəllim heyətinin «Bakı Universitetinin Xə-
bərləri» elmi jurnalında çap etdirdikləri məqalələrin elmi səviyyələ-
rinin yüksəldilməsinə nail olmaq; İndekslənən jurnallar siyahısına
düşməsinə və impakt faktor alınmasına çalışmaq;
• Bakı Dövlət Universitetinin dünya Universitetlərinin reytinq siyahıla-
rına düşməsinə çalışmaq və s.
22
Bakı Dövlət Universitetinin kollektivi gələcəkdə də Prezident cənab
İlham Əliyevin rəhbərliyi ilə bütün qüvvə və bacarığını elm və təhsil sahəsində
qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə səfərbər edəcək, elmimizin
dünya elminə inteqrasiyasında var gücünü əsirgəməyəcəkdir.
ƏDƏBİYYAT
1. Əliyev İ.Ə. “Bakı Dövlət Universiteti elmin inkişafı yollarında” Bakı Universitetinin
Xəbərləri, №3, 2009, c.10-20.
2. Bakı Dövlət Universitetində 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2010, 451 s.
3. Bakı Dövlət Universitetində 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2009, 515 s.
4. Bakı Dövlət Universitetində 2008-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2008, 414 s.
5. Bakı Dövlət Universitetində 2007-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2007, 492 s.
6. Bakı Dövlət Universitetində 2006-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2006, 396 s.
7. Bakı Dövlət Universitetində 2005-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2005, 265 s.
8. Bakı Dövlət Universitetində 2004-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2004, 234 s.
9. Bakı Dövlət Universitetində 2003-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2003, 176 s.
10. Bakı Dövlət Universitetində 2002-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2002, 159 s.
11. Bakı Dövlət Universitetində 2001-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2001, 198 s.
12. 9.Bakı Dövlət Universitetində 2000-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2000, 196 s.
13. Bakı Dövlət Universitetində 1999-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 1999, 229 s.
14. Bakı Dövlət Universitetində 1998-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 1998, 186 s.
НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
БАКИНСКОГО ГОСУДАРСТВЕННОГО УНИВЕРСИТЕТА (2010 ГОД)
И.А.АЛИЕВ
science_dp@bsu.az
РЕЗЮМЕ
В статье на основе сравнительного анализа описаны достижения в научно-
исследовательскитх работах, достигнутые учеными Бакинского Государственного Уни-
23
верситета в 2010 году и задачи, стоящие перед сотрудниками университета. Этот мате-
риал был заслушан и обсужден 5 апредя 2011-го года на заседании Ученого Совета
Университета с участием членов Президиума Национальной Академии наук Азербай-
джана, директоров институтов и представителей передовых университетов.
SCIENTIFIC AKTIVITY OF BAKU STATE UNIVERSITY
(2010 year)
I.A.ALIYEV
science_dp@bsu.az
SUMMARY
The article elucidates achievements and objectives of the staff of Baku State Univetsity
in 2010 in comparison with previous years. The aktivity was heard and discussed on April 5,
2011 at the meeting of Academic Council of BSU with participance of the members of Presid-
ium of Academy of Sciences of the Azerbaijan Republic, as well as university rectors and rep-
resentatives of leading universities.
Dostları ilə paylaş: |