Microsoft Word kimya-1-2011. doc



Yüklə 145,31 Kb.
Pdf görüntüsü
tarix07.04.2018
ölçüsü145,31 Kb.
#36417


 

 

5



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1      

 

Təbiət elmləri seriyası   2011 

 

 

 

 

 

 

 

BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ FƏALİYYƏTİ 

(2010-cu il) 

 

İ.Ə.ƏLİYEV 

science_dp@bsu.az 

 

Məqalədə 2010-cu ildə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və əmək-

daşları  tərəfindən yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında  əvvəlki illərlə müqayisəli 

şəkildə  əldə edilmiş nailiyyətlər və alimlər qarşısında duran vəzifələr öz əksini tapmışdır. 

Bunlar geniş şəkildə 5 aprel 2011-ci ildə Elmi Şurada AMEA-nın Rəyasət Heyətinin, İnstitut 

direktorlarının və qabaqcıl universitetlərin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti 

iclasında dinlənilərək müzakirə olunmuşdur. 

 

Müstəqil Azərbaycan Respublikasının 2011-ci il oktyabrın 18-də dövlət 



müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ər-

zində respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması Azər-

baycan xalqının tarixi nailiyyətidir. Bu proseslərdə intellektual potensialın ya-

xından iştirakı, elmi qurumların yeri və rolu mühüm əhəmiyyət kəsb etmişdir. 

Elmin rolunu cəmiyyətin həyatında  əvvəlcədən görən ümummilli lider 

Heydər  Əliyev demişdir: «Dünya elmində 

−  Şərqdə  və  Qərbdə  əldə olunan 

bütün nailiyyətləri dərindən öyrənməli, dövlətimizin inkişafı üçün Azərbaycan 

elminə və təhsilinə tətbiq etməliyik». 

Qloballaşan dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə, təhsilə, 

zəngin biliklərə, elmə, müasir dünyada sürətlə inkişaf edən informasiya tex-

nologiyalarına arxalanmaq lazımdır. Bu reallığı düzgün qiymətləndirən dövlət 

başçısı  İlham  Əliyev son 7 ildə ölkə  həyatının bir çox strateji əhəmiyyətli 

sahələri kimi, elmə və təhsilə xüsusi qayğı ilə yanaşmış, həmin sahələrdə yeni 

dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir.  

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin “Azərbaycan 

Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın mərkəzlərində dok-

torantura təhsilinin maliyyələşdirilməsi haqqında” 9 fevral 2010-cu il tarixli 

sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində apa-



 

 

6



rılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin 

beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürət-

ləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu 

il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin 

Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin 

Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 

min manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiy-

yətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, 

gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.  

Prezident administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev «İcti-

mai və humanitar elmləri: zaman kontekstində baxış» məqaləsində  nəinki 

ictimai və humanitar elmlərin, bütövlükdə elmimizin dünəni və bu günü haq-

qında əsaslandırılmış fikirlər irəli sürdü. Əslində bu bir daha alimlərimizi hə-

min sahədə səfərbərliyə çağıran çağırış idi. Bu məqalədə Azərbaycan elminin 

inkişaf konsepsiyası bir daha hərtərəfli şəkildə nəzərdən keçirildi. 

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının for-

malaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. 

Ali təhsil  əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indek-

sinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının 

sürətlənməsinə hərtərəfli təsir göstərir. 

Bakı Dövlət Universitetinin 17 fakültəsinin 126 kafedrasında, 2 elmi-təd-

qiqat institutunda (ETİ), 3 elmi-tədqiqat mərkəzində (ETM) və 24 elmi-tədqi-

qat laboratoriyasında (ETL) elmin müxtəlif istiqamətlərinə aid fundamental və 

tətbiqi xarakterli elmi-tədqiqat işləri  aparılır (şəkil 1). 

 

Şəkil 1. BDU-nun elmi strukturu. 



 

 

7



2010-cu ildə BDU-da 1581 nəfər professor-müəllim və elmi işçi heyəti, 

o cümlədən 1349 nəfər professor-müəllim və 232 nəfər elmi işçi çalışmışdır. 

Bunlardan 7 nəfəri AMEA-nın həqiqi üzvü, 14 nəfəri AMEA-nın müxbir üz-

vü, 254 nəfəri elmlər doktoru, o cümlədən 246 nəfəri professor, 882 nəfəri fəl-

səfə doktoru, o cümlədən 575 nəfəri dosentdir. Universitetin professor-müəl-

lim heyəti, elmi işçiləri və əməkdaşları həmişə dövlətin qayğısını və diqqətini 

hiss etmişlər. Müxtəlif dövlət mükafatları ilə  təltif olunmuşlar. Onlardan 32 

nəfər 


− Əməkdar elm xadimi, 45 nəfər − Əməkdar müəllim, 14 nəfər − Azər-

baycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, 1 nəfər 

− Xalqlar dost-

luğu ordeni, 5 nəfər 

− Dövlət mükafatı, 1 nəfər  −  İstiqlal ordeni, 4 nəfər  − 

Şərəf ordeni, 30 nəfər – Şöhrət ordeni və 45 nəfəri Tərəqqi medalına layiq 

görülmüşlər; hal-hazırda 13 nəfər Milli Məclisin deputatıdır. 

2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir 

sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 

elmi iş yerinə yetirilmişdir.  

BDU-nun Elmi Şurasının 16 saylı 28.12.2010-cu il tarixli qərarı ilə 

2011-ci ildə tarix fakültəsinin nəzdində Erməni araşdırmaları elmi-tədqiqat la-

boratoriyasının açılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

qarşısında vəsatət qaldırılmışdır. Ermənistan dövlətinin və erməni diasporunun 

dünyada Azərbaycan xalqına və Türk dünyasına qarşı apardığı təxribatın qarşı-

sını almaq, onların iç üzünü açmaq, müstəqil Azərbaycanımızın haqq səsini 

dünyaya çatdırmaq, işğal olunmuş torpaqlarımız və Dağlıq Qarabağ haqqında 

gerçəklikləri dünya birliyinə çatdırmaq üçün belə bir laboratoriyanın yara-

dılmasına böyük ehtiyac vardır.  

2010-cu ildə Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərə-

findən 65 monoqrafiya, 101 kitab, 107 dərslik, 114 dərs vəsaiti, 2747 məqalə, 

o cümlədən 1999 məqalə respublikada, 748 məqalə xaricdə, 1497 tezis, o cüm-

lədən 747 tezis respublikada, 750 tezis xaricdə, 47 metodik göstəriş, 216 proq-

ram nəşr etdirilmişdir (şəkil 2,3).  

Hesabat ilində universitetin mühüm elmi nailiyyətlərindən biri də univer-

sitetin professor-müəllim heyətinin kitablarının xarici ölkələrdə nəşr olunma-

sıdır. Bunlara misal olaraq, fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafed-

rasının müdiri akad. B.M.Əsgərovun və kafedranın professor əvəzi, f.r.e.d. 

S.R.Fiqarovanın Almaniyanın “Springer Verlag” nəşriyyatında çap olunmuş 

“Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases”  

adlı monoqrafiyasını (2010-cu il, 374 s.) göstərmək olar. 

Xaricdə  nəşr olunmuş 748 məqalənin 502-si təbiət elmləri, 246-sı isə 

humanitar elmlər üzrədir. Məqalələrin 143-ü, yəni xaricdə nəşr olunmuş bütün 

məqalələrin 19,1%-i Tomson Reyters Agentliyi tərəfindən indekslənən A, B 

və C kateqoriyalı jurnallarda (Türkiyədə qəbul olunmuş təsnifata görə A kate-



 

 

8



qoriyalı jurnalın impakt faktoru 2-dən yuxarı, B kateqoriyalı jurnalın impakt 

faktoru 0-1, C kateqoriyalı jurnalın impakt faktoru 0-1 arasında) çap olunmuş-

dur (cədvəl 1). Qeyd etmək lazımdır ki, çap olunmuş əsərlərinin sayı 2008-ci 

ilə nisbətən 2,2 dəfə artmışdır. Nəticədə, Universitet sovet dövründə 1982-ci 

ildə əldə edilmiş ən yüksək göstəricini yeniləmiş, tarixində ilk dəfə dünya üzrə 

reytinq siyahısına daxil edilmişdir (Şəkil 4). A kateqoriyalı jurnallarda 22 mə-

qalə, B kateqoriyalı jurnallarda 15 məqalə, C-kateqoriyalı jurnallarda 106 mə-

qalə. A və B-kateqoriyalı jurnallarda çap olunmuş  məqalələr fizika, riyaziyyat 

və tətbiqi riyaziyyat, kimya, tarix sahələrində, C-kateqoriyalı jurnallarda nəşr 

olunmuş  məqalələr kimya, biologiya, fizika, riyaziyyat və  tətbiqi riyaziyyat 

sahələrinə aiddir. Qeyd etmək lazımdır ki, 2010-cu ildə BDU alimlərinin im-

pakt faktoru olan jurnallarda dərc etdirdiyi məqalələr bütövlükdə Azərbaycan 

Respublikasının elm və təhsil müəssisələrinin alimlərinin məqalələrinin ~30%-

ni təşkil edir (şəkil 5). 

913 986

1023


876

1021


1278 1339

1554


1676

2226


2597

2732 2747

0

500


1000

1500


2000

2500


3000

1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010

M

ə

qa



ri



n

 s

a



, ə


d

ə

dl



ə

İllər


 

Şəkil 2. BDU alimləri tərəfindən nəşr olunmuş məqalələrin sayı. 

91 92


96

106


87

127 130


187

154


207

204


159

221


0

30

60



90

120


150

180


210

240


1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010

D

ə



rs

lik


 v

ə

 d



ə

rs

 v



ə

sa

itl



ə

ri

n



in

 s

a



, ə


d

ə

dl



ə

İllər


 

Şəkil 3. BDU alimləri tərəfindən nəşr olunmuş dərslik və dərs vəsaitləri. 


 

 

9



 

Şəkil 4. BDU alimləri tərəfindən impakt faktorlu jurnallarda nəşr edilmiş 

məqalələrin sayı. 

 

Şəkil 5. Azərbaycan üzrə impakt faktorlu jurnallarda nəşr edilmiş məqalələrdə  

BDU alimlərinin payı. 

           

2010-cu ildə AMEA-nın illik hesabatına mühüm nəticə kimi daxil edil-

mək üçün mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələri 

üzrə 17, fizika fakültəsi üzrə 14, kimya fakültəsi üzrə 13, biologiya fakültəsi 

üzrə 9, geologiya fakültəsi üzrə 4, tarix fakültəsi üzrə 12, filologiya fakültəsi 

üzrə 3, hüquq fakültəsi üzrə 2, sosial elmlər və psixologiya fakültəsi üzrə 2, 

şərqşünaslıq fakültəsi üzrə 1, kitabxanaçılıq-informasiya fakültəsi üzrə 2, ila-

hiyyat fakültəsi üzrə 2 olmaqla cəmi 81 elmi-tədqiqat işi təqdim olunmuşdur. 

Onlardan fizika və texnika elmləri sahəsində 5, kimya elmləri sahəsində 3, yer 

elmləri sahəsində 1, biologiya elmləri sahəsində 3, humanitar və ictimai elmlər 

sahəsində 18 iş olmaqla, cəmi 30 elmi-tədqiqat işinin nəticələri AMEA-nın 

illik hesabatına daxil edilmişdir. 




 

 

10



Cədvəl 1 

2010-cu ildə Bakı Dövlət Universiteti əməkdaşları tərəfindən xaricdə nəşr 

olunmuş məqalələr haqqında məlumat 

 

Onlardan impakt-faktorlu 

A,B,C kateqoriyalı jurnallarda 

Fakültə, ETİ, ETM 

Xaricdə çap   

olunmuş məqalələrin 

sayı 

A B  C 


1 Kimya 

141 


10* 

46** 



2 Mexanika-riyaziyyat 

54 2 


13 


3 Tətbiqi riyaziyyat və kibernetika 

38 1 


11 


Fizika 


54 2 

16 



5 Biologiya 

88 - 


14 


6 Coğrafiya 

31 - 


7 Geologiya 



23 - 



8 Filologiya 

35 




9 Tarix 

74 




10 Hüquq 

11 




11 Beynəlxalq  hüquq və  

beynəlxalq  münasibətlər 

43 - 





12 Sosial 

elmlər və psixologiya 

49 





13 Kitabxanaçılıq-informasiya 4 





14 Jurnalistika 

11 




15  Şərqşünaslıq 19 



16  İlahiyyat - 





17 Tətbiqi Riyaziyyat ETİ 26 



18 Fizika 

Problemləri ETİ 46 



19 NANO 


ETM 



 



CƏMİ 748 

22 


15 

106 


* 8 məqalə fizika fakültəsinin əməkdaşlarının həmmüəllifliyi ilə; 

**2 məqalə fizika fakültəsinin əməkdaşlarının həmmüəllifliyi ilə. 

 

2010-cu ildə akad. Məhərrəmov A.M., dos. Bayramov Q.M., f.-r.e.n. 



İmaməliyev A.R., f.-r.e.n. İbrahimov T.C. (AMEA-nın Fizika İnstitutu) 

müəllif olduqları “Elektrooptik qurğular üçün kolloid-maye kristal kompozit” 

2009/005-AZ saylı ixtiraya görə 37 ölkəni  əhatə edən Avro-Asiya Patenti 

almışlar.  

2010-cu ilin ən böyük nailiyyətlərdən biri də BDU-nun dünya üzrə rey-

tinq siyahısına daxil edilməsidir. Top-universitetlərin siyahısına hal-hazırda 

17 000 universitet daxildir. Beynəlxalq reytinq agentliklərin ali məktəblərə 

tələblərinin əsas kriteriyaları bunlardır: 

• Elmi tədqiqatların həcminin və effektivliyinin artırılması; 

• Professor-müəllim heyətinin və elmi işçilərin yüksək impakt faktorlu 

jurnallarda məqalələrinin nəşr edilməsi üçün tədbirlərin görülməsi; 



 

 

11



• Xarici tələbələrin və müəllimlərin tədris prosesinə cəlb olunması; 

• Tələbə və müəllimlərin mübadiləsinin genişlənməsi; 

• Universitet saytının dünya saytlarının standartlarına uyğunlaşdırılma-

sı və s. 

 

Ən məşhur və populyar reytinq Şanxay Universitetinin Ali Təhsil İnsti-



tutu tərəfindən aparılır (www.arwu.org). Reytinq göstəricilərinə  və kriteriya-

larına aşağıdakılar daxildir:  

 

• təhsilin keyfiyyəti (Nobel mükafatı laureatları-10%); 



• müəllimlərin səviyyəsi (ən çox istinad olunan alimlər-40%);  

• elmi tədqiqatların nəticələri (Nature, Science-da çap olunmuş 

məqalələr, SCIE və SSCI daxil olmuş məqalələr-40%);   

• institutun ölçüləri (10%). 

 

İngiltərənin “Times” qəzeti tərəfindən (www.timeshighereducation.co.uk 



və QS www.topuniversities.com) aparılan reytinq göstəricilərinə və kriteriya-

larına aşağıdakılar daxildir:  

 

• ali təhsil müəssisəsinin akademik cəmiyyət tərəfindən qiymətləndiril-



məsi (40%); 

• professional birliklər və biznes nümayəndələri ilə əlaqələr (10%); 

• beynəlxalq əməkdaşlıq və təhsilin inteqrasiyası (xarici tələbələrin sayı – 

5%, universitetin tərkibində xarici müəllimlərin və elmi işçilərin – 5%); 

• tələbə statistikası (tələbələrin ümumi sayının müəllimlərin və elmi iş-

çilərin sayına nisbəti – 20%); 

• elmi fəaliyyət (istinad indekslərinin müəllimlərin və elmi işçilərin sa-

yına nisbəti – 20%). 

 

Digər reytinq agentliyinin Cybermetrics (



www.webometrics.info

) kri-


teriyalarına aşağıdakılar daxildir:  

 

• saytın səhifələrinin sayı (Google, Yahoo, Live search, Exalead-kimi 



axtarış sistemləri tərəfindən aparılır – 25%); 

• sayta istinadların sayı (50%), sayta daxil olan faylların sayı (Adobe 

Acrobat (.pdf), Adobe postscript (.ps), Microsoft Word (.doc). Mic-

rosoft Power Point (.ppt) kimi formatlar – 12,5%); 

• sayta istinadların sayı (Google Scholar sistemindən istifadə olunur-

12,5%). 



 

 

12



 

4 dekabr 2010-cu il tarixində Beynəlxalq Akademik Perspektivlər  İns-

titutu (URAP, University Ranking by Academic Performance, Orta Doğu Tex-

niki Universitetinin İnformatika  İnstitutu tərəfindən 2009-cu ildən aparılır) 

dünyanın ən yaxşı 2000 universitetinin siyahısına Bakı Dövlət Universiteti də 

daxildir. 

Şanxay Universitetinin Ali Təhsil İnstitutu və Cybermetrics agentlikləri, 

ancaq açıq mənbələrdən  əldə olunan göstəricilərdən istifadə edərək univer-

sitetlərin reytinqini tərtib edir. 

Hesabat ilində Bakı Dövlət Universitetində 26 elmi konfrans  keçiril-

mişdir. Bunlardan: 2-si Beynəlxalq səviyyəli; 9-u Respublika səviyyəli; 15-i 

Universitetdaxili elmi konfranslar olmuşdur. 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9 de-

kabr 2010-cu ildə BDU-da keçirilmiş Doktorantların və Gənc Tədqiqatçıların 

XV Respublika konfransında universitetimizin 140 magistrantı  məruzə ilə 

çıxış etmişdir. Geologiya fakültəsinin II kurs magistrantı Rüstəmova Gülay 

Mirzəbəy qızı I yeri, Coğrafiya fakültəsinin keçmiş aspirantı Hacıyeva Afaq 

Zakir qızı II yeri və Fizika fakültəsinin aspirantı Yusifova Könül Əbülfəz qızı 

isə III yeri tutmuş  və Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi 

akademik Şəfaət Mehdiyev adına mükafata layiq görülmüşlər. Bundan başqa, 

Geologiya fakültəsinin  3 nəfər tələbəsi  akademik  Şəfaət Mehdiyevin anadan 

olmasının 100 illik yubileyi münasibətilə onun  irsinin öyrənilməsi məqsədilə 

keçirilən müsabiqənin qalibi olmuş və  Bünyadzadə Səmayə Kamran qızı (IV 

kurs, bakalavriat, akademik Şəfaət Mehdiyev adına təqaüdçü), Qurbanov Elvin 

Baxçalı  oğlu (IV kurs, bakalavriat), Cəfərov Səməd Eldar oğlu (II kurs ma-

gistrant) BDU rektoru tərəfindən Fəxri fərman və pul mükafatına layiq görül-

müşlər. Başqa elmi mərkəzlərdə də keçirilmiş 8 konfransda iştirak edən tələ-

bələrimiz elmi məruzələrlə çıxış edərək 57 məqalə və tezis çap etdirmişlər.   

Azərbaycan Respublikası  təhsil nazirinin Ali məktəb tələbələrinin iki 

turdan ibarət XV Respublika fənn olimpiadasının keçirilməsi barədə 31 mart 

2010-cu il tarixli 333 saylı əmrinə uyğun olraq 2010-cu il aprel ayının 21-25-

də BDU-da riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbay-

can tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus 

dili fənləri üzrə olimpiadanın I turu keçirilmişdir. Bu turda mübarizəyə qoşu-

lan 328 tələbədən 68-i II turda iştirak etmək hüququ qazanmış və onların sə-

nədləri tərtib olunaraq Respublika Təhsil Nazirliyinə göndərilmişdir. Olim-

piadanın 2010-cu il may ayının 26-da Azərbaycan  Texniki Universitetində 

keçirilmiş  II turunda iştirak etmək hüququ qazanmış həmin 68 tələbədən 30–u  

qalib gəlmiş, onlardan 5 nəfəri I yeri, 7 nəfər II yeri, 9 nəfəri III yeri və 9 

nəfəri IV (həvəsləndirici) yeri tutaraq Təhsil Nazirliyinin mukafatlarına layiq 




 

 

13



görülmüşlər. Qalib tələbələrə BDU rektorunun 05.10.2010-cu il tarixli R

−64 


saylı əmri ilə təşəkkür elan edilmişdir.  

Bundan başqa, I turu 10 aprel və II turu 8 may 2010-cu il tarixində Ra-

bitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev 

Fondu və AMEA-nın  İnformasiya Texnologiyaları  İnstitutunun birlikdə ke-

çirdikləri Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr 

olunmuş Ali məktəb tələbələri arasında “İnformatika üzrə Komandalararası V 

Respublika Olimpiadası”nda universitetimizin 21 tələbəsindən ibarət 6 koman-

dası (hər komandada 3 nəfər və 3 nəfər də ehtiyatda  olmaqla) uğurla iştirak 

etmiş və komanda üsulu ilə keçirilən yarışda Tətbiqi riyaziyyat və kibernetika 

fakültəsinin hər biri 4 tələbədən (hər komandada 1 nəfər ehtiyatda olan tələbə 

də daxil olmaqla) ibarət olan 2 komandası müvafiq olaraq III və IV yerləri 

tutmuşlar.  

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 noyabr 2010-cu il ta-

rixində “Vergilər” mövzusunda keçirdiyi olimpiadada universitetimizin 19 

tələbəsi uğurla iştirak etmişdir. 

27 aprel - 03 may 2010-cu il tarixində Bakı  şəhərində keçirilən kimya 

fənni üzrə  məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının Eks-

perimental turu universitetimizdə keçirilmişdir. Olimpiadaya Azərbaycan da 

daxil olmaqla 14 ölkədən: MDB dövlətləri, həmçinin Makedoniya, Bolqarıstan 

və Rumıniyadan 87 nəfər 9-11-ci sinif şagirdləri qatılmışdılar. Olimpiadanın 2 

nəzəri turundan sonra təcrübi mərhələdə  iştirakçılar qruplara bölünərək 

laboratoriya təcrübələri aparmışlar.  

Qeyd edək ki, olimpiada artıq 2-ci dəfədir ki, Azərbaycanda keçirilir. Bu 

tədbir Azərbaycanda ilk dəfə 10 il əvvəl keçirilmişdir. Olimpiada iştirak-

çılarının potensialı yüksək qiymətləndirilmişdir. Onlar öz ölkələrində dünya 

üzrə keçirilən milli olimpiadaların qalibləridirlər. 12 nəfərlə olimpiadaya 

qatılan Azərbaycan iştirakçılarının potensialı da yüksək olmuşdur.  

Universitetdə elmi-pedaqoji kadrların hazırlanmasına böyük diqqət ye-

tirilir. 2009-cu ilin mart ayının ortalarından başlayaraq yeni təlimatlar hazır-

lanması ilə bağlı Respublikada aspirantura və doktoranturaya qəbul dayan-

dırılmışdır. Yalnız əvvəlki illərdə qəbul olunanlar öz təhsillərini davam etdir-

mişlər. 01.01.2011-ci il tarixə olan məlumata görə Universitetin elmlər dok-

toru proqramı üzrə 1 nəfər doktorant, fəlsəfə doktoru proqramı üzrə 87 nəfər 

doktorant, o cümlədən 35 nəfər əyani, 52 nəfər qiyabi təhsil alır. Universitetdə 

286 nəfər dissertant, o cümlədən 136 nəfər ödənişsiz, 150 nəfər ödənişli 

əsaslarla elmi axtarışlarını davam etdirirlər. 

Hesabat ilində Universitetdə daimi 4 doktorluq, 2 namizədlik, eyni za-

manda 24  birdəfəlik Dissertasiya şuraları fəaliyyət göstərmişdir. BDU-da fəa-

liyyət göstərən daimi Şuralarda 8 nəfər doktorluq və 60 nəfər ixtisas üzrə 



 

 

14



fəlsəfə doktoru dissertasiyası (onlardan 32 nəfəri BDU-nun əməkdaşı, dokto-

rantura  və dissertantura yolu ilə) müdafiə etmişdir.  

Cari ildə universitet alimləri 17 doktorluq və 160 fəlsəfə doktoru 

dissertasiyası  işinə opponentlik etmişlər. 30 doktorluq və 90 fəlsəfə doktoru 

dissertasiya işinə aparıcı təşkilat olaraq rəy vermişlər. 

Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2010-cu 

ildə də Ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla 

və informasiya ilə  təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini 

davam etdirmişdir. 2010-cu ildə Elmi kitabxanaya 12 083   nüsxə çap məhsulu 

daxil olmuşdur. Bunlardan: 4145 nüsxə elmi ədəbiyyat, 5761 nüsxə  tədris 

ədəbiyyatıdır. 

2010-cu ildə elektron kataloqun zənginləşməsi prosesi davam etmişdir. 

Elmi kitabxananın Azərbaycan dilində olan çap məhsulları, nadir kitablar 

fondu, dissertasiya fondu, dövri mətbuat fondu, bədii ədəbiyyat fondu elektron 

kataloqa daxil edilmişdir.  

2010-cu ildə “Elektron kitabxananın” rəsmi saytı yaradılmışdır. Elektron 

kitabxana informasiyalaşmış  cəmiyyətin baza prinsiplərinə: informasiyanın 

əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin 

peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaran-

masına xidmət edəcək. O, uzaq məsafədən oxuculara dolğun informasiya xid-

məti göstərərək, zaman və məkandan asılılığa son qoyacaqdır. Ənənəvi kitab-

xanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı  müddətində  və 

məhdud sayda oxuculara  göstərildiyi halda, elektron kitabxana sutkanın iyir-

mi dörd saatı müddətində  fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində 

yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edəcək. Elek-

tron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən 

paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların infor-

masiya ehtiyatı  rəqəmli formada hazırlanmış müxtəlif formatlı  sənədlərdən 

ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş 

formada elektron kitabxananın Web serverlərində toplanmışdır və  ənənəvi 

ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mü-

badilə üsulu ilə alınmış elektron sənəd və  nəşr toplusundan ibarətdir. Uzaq 

məsafədə yerləşən ehtiyatlara  BDU-nun elmi kitabxanası tərəfindən lisenziya-

«istifadə hüququ» əldə edilmiş tammətnli məlumat bazaları, həmçinin kitab-

xana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən «istifadə 

üçün açıq» olan İnternet ehtiyatları aiddir. “Elektron kitabxananın” saytında 

289 adda tammətnli elektron kitablar, dərslik və dərs vəsaitləri, BDU-da nəşr 

olunan elmi jurnallar, Rusiya Federasiyasında nəşr olan nüfuzlu elmi jurnal-

ların elektron versiyalarına istinadlar, 51 adda bədii kitabların elektron nəşrlə-

ri, qəzetlər, EBSCO, Universitetskaya biblioteka, On-line, Rubrikon kimi tam-




 

 

15



mətnli məlumatlar bazalarına istinadlar, Azərbaycan və dünya ölkələrinin 

konstitusiyaları, Beynəlxalq konvensiyalar, Azərbaycan Respublikasının qa-

nunları və məcəllələri toplanmışdır. 

Zamanın tələbi olan müasir informasiya texnologiyalarını  təhsilə  tətbiq 

edərək on-line mənbələrinin istifadəsi və yayımının yüksək səviyyədə təşkili, 

müəllif hüquqları qorunaraq universitet müəllimləri tərəfindən təqdim olun-

muş elektron versiyada olan tədris və elmi materiallarının, fakültə dekanları 

tərəfindən təqdim olunan magistr dissertasiyalarının elektron versiyalarının 

açıq sənədlər arxivində (Open Access) yerləşdirilməsinə başlanılmışdır. 

Bakı Dövlət Universitetinin nəşriyyatında aşağıda qeyd olunan həcmdə 

çap məhsulu hazırlanmışdır: monoqrafiyalar, dərslik və dərs vəsaiti–2250 tiraj-

la 159,5 ç.v., proqramlar və metodik göstərişlər – 2120 tirajla 90,0 ç.v., “Bakı 

Universitetinin xəbərləri” jurnalı – 600 tirajla 95,25 ç.v., “The Caspian Sea. 

Natural Resources” jurnalı – 80 tirajla 12,0 ç.v., konfrans materialları (A5) – 3 

adda 1100 tirajla 21,75 ç.v., şöbələr üçün jurnallar (dərs jurnalı, protokol, 

tövsiyələr), 137 729 tirajla, blanklar – 21 adda (A5, A4, A3)  129 150 tirajla. 

Hesabat ilində kvartallar üzrə dörd seriyada nəşr olunan «Bakı Univer-

sitetinin Xəbərləri» elmi jurnalının (Baş redaktor akad. A.M.Məhərrəmov) 16 

nömrəsi vaxtlı-vaxtında işıq üzü görmüşdür, onlardan 4 nömrəsi Fizika-riya-

ziyyat elmləri seriyası (seriyanın redaktoru akad. B.M.Əsgərov), 4 nömrəsi 

Təbiət elmləri seriyası (seriyanın redaktoru AMEA-nın müxbir üzvü, prof 

V.M.Babazadə), 4 nömrəsi Humanitar elmlər seriyası (seriyanın redaktoru 

prof. T.T.Vəliyev) və 4 nömrəsi Sosial-siyasi elmlər seriyasıdır (seriyanın 

redaktoru AMEA-nın müxbir üzvü, prof.M.F.Məlikova). 

“Bakı Universitetinin Xəbərləri” elmi jurnalının elektron arxivi yaradıl-

mışdır. Artıq 2005-2010-cu illərdə nəşr olunmuş jurnalların hər bir nömrəsinin 

elektron variantı universitetin saytında yerləşdirilmişdir. 

Bakı Dövlət Universitetində «Bakı Universitetinin Xəbərləri» jurnalı ilə 

yanaşı 15 elmi-nəzəri, metodik və təcrübi jurnallar öz fəaliyyətlərini davam et-

dirmişlər: Xəzəryanı ölkələri Universitetləri Assosiasiyasının “The Caspian 

Sea. Natural resources” adlı jurnal (baş redaktor akad. A.M.Məhərrəmov), 

“Applied and Computational mathematics” (NATO-nun qrantı ilə nəşr olunan 

beynəlxalq jurnal; ingilis dilində  nəşr olunur, impakt faktoru 0,66, fəxri re-

daktor – Başar Tamer (İllinoys, ABŞ), baş redaktorlar akad. Ə.M.Abbasov, 

akad. F.Ə.Əliyev və prof. V.Larin (Ukrayna), Türk Dünyası Riyaziyyat Cə-

miyyəti tərəfindən 2009-cu ildə Qazaxıstan Respublikasının Almatı şəhərində 

Cəmiyyətin üçüncü konqresində  təsis edilmiş “Turkic World Mathematics 

Society journal of Pure and Applied Mathematics” jurnalı (“Nəzəri və tətbiqi 

riyaziyyat” jurnalı) Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat 

İnstitutuna həvalə edilmişdir. 2010-cu ildə artıq bu jurnalın iki nömrəsi 




 

 

16



AMEA-nın həqiqi üzvü Fikrət Əliyevin baş redaktorluğu ilə nəşr olunmuşdur. 

“Tarix və onun problemləri” (nəzəri, elmi, metodik jurnal, baş redaktor prof. 

Ə.İ.Muxtarova) Azərbaycan, rus və ingilis dillərində nəşr olunur, «Psixologi-

ya» (elmi-praktik jurnal, baş redaktor AMEA-nın müxbir üzvü, prof. B.H.Əli-

yev), «Beynəlxalq hüqüq və inteqrasiya problemləri» (elmi-analitik və praktiki 

jurnal, baş redaktor, prof. R.F.Məmmədov), “Dil və ədəbiyyat” (nəzəri, elmi, 

metodik jurnal, baş redaktor f.e.n. T.Cəfərli), “Folklorşünaslıq məsələləri” 

(2010-cu ildə beynəlxalq qeydiyyatdan keçərək, jurnala İnternational Standard 

Serial Numbering (İSSN) alınmışdır, baş redaktor AMEA-nın müxbir üzvü, 

prof. A.M.Nəbiyev), “Pedaqoji aləm” (Beynəlxalq elmi-populyar jurnal, Azər-

baycan, rus və ingilis dillərində  nəşr olunur, baş redaktor prof. N.M.Mux-

tarova), “Kitabxanaşünaslıq və biblioqrafiya” (elmi-nəzəri, metodik və təcrübi 

jurnal, baş redaktor prof. X.İ.İsmayılov), “Kitabxanaşünaslıq və informasiya” 

(elmi-nəzəri və praktiki jurnal, baş redaktor prof. A.A.Xələfov), “Kitab-

xanaşünaslıq və nəşriyyat işi” (elmi-nəzəri və təcrübi jurnal, baş redaktor prof. 

B.V.Allahverdiyev), “Kitabxana.az” (elmi, metodiki və praktiki jurnal, baş 

redaktor Ş.İslamova), “Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məc-

muəsi” (redaktor Arif Köten), “Sportsman” (baş redaktor Rəşad Qəmər-

şahoğlu) və s. 

BDU-nun  İnformasiya Texnologiyaları  Mərkəzi 26 elmi-tədris sinfini 

özündə birləşdirən müasir kompyuter avadanlıqları (1700 kompyuter) və proq-

ram vasitələri ilə təchiz olunmuşdur. 2010-cu ildə BDU-nun İnternet şəbəkə-

sinə qoşulan kompyuterlərin sayı artmışdır. Belə ki, test imtahanlarının keçi-

rilməsi üçün 5 yeni kompyuter-test sinfi yaradılmış və 400 yeni kompyuter hə-

min test otaqlarında yerləşdirilərək ümumuniversitet şəbəkəsinə qoşulmuşdur. 

Test imtahanlarının keçirilməsi üçün yeni 2 ədəd server alınmışdır. Korpus-

lararası şəbəkənin gücləndirilməsi məqsədilə bəzi şəbəkə avadanlıqları yeniləri 

ilə əvəz olunmuşdur. Yay təmiri zamanı universitetin bəzi təmir olunan struk-

turlarında şəbəkə yenilənmişdir. Bunlar Biologiya fakültəsinin dekanlığı, mü-

hasibatlıq, Yapon dili kafedrası, BH və BM fakültəsinin kompyuter sinfi, Təd-

ris Elektron Mərkəzi və s. Hesabat ilində AzRena İctimai Birliyi ilə bağlanmış 

müqaviləyə uyğun olaraq İnternetin sürəti 10 meqabit/saniyədən çox olmuş-

dur.    

Elektron Tədris Mərkəzi BDU-da 2005-ci ildən fəaliyyət göstərir və 

onun gördüyü işlərin əsas istiqamətləri aşağıdakılardır: 

 

•  Boloniya prosesi prinsiplərinin Universitetdə tətbiqi üzrə işçi mərkəzi-



nin fəaliyyəti; 

•  Mövcud tyutor komandasının işlərinə dəstək verilməsi; 

•  Yeni tyutor hazırlığı layihəsinin həyata keçirilməsi; 



 

 

17



•  Multimedia kurslarının hazırlanması; 

•  Virtual Universitetin işinə nəzarət edilməsi və s. 

 

Bakı Dövlət Universitetində «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. 



“Gənc istedadlar” liseyi 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti 

cənab  İlham  Əliyevin müvafiq sərəncamına uyğun olaraq BDU-nun rektoru, 

millət vəkili, akademik Abel Məhərrəmovun təşəbbüsü və  səyi nəticəsində 

fəaliyyətə başlamışdır. Hazırda liseyin Azərbaycan və rus  bölməsinin V-XI 

siniflərində 484 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 70 nəfər 

müəllim məşğul olur. Onlar arasında 1 elmlər doktoru, 20 nəfər fəlsəfə dok-

toru, ali kateqoriyalı müəllimlər, TQDK-nın aparıcı ekspertləri, müxtəlif dövr-

lərdə ilin ən yaxşı müəllimi adına layiq görülmüş mütəxəssislər vardır.  Şa-

girdlər bir sıra intellekt, bilik və idman yarışlarının, həmçinin respublika olim-

piadasının qalibləri olmuşlar. Ötən müddət  ərzində liseyin maddi-texniki ba-

zası genişlənmişdir: liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, 

biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana  şa-

girdlərin istifadəsinə verilmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin 21 oktyabr 2009-cu il tarixli 

526 saylı  sərəncamı ilə “Azərbaycan Respublikasında fundamental elmi təd-

qiqatların stimullaşdırılması, ölkəmizin təbii resurslarının, mədəni və tarixi 

irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan 

araşdırmaların səmərəliliyinin artırılmasını  və dünya elmi məkanında Azər-

baycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədilə” Azərbay-

can Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. 

İlk günlərdən Bakı Dövlət Universitetinin alimləri Fondla əməkdaşlıq edərək, 

Fondun İcraçı direktoru ilə görüş keçirmiş, Universitetin ictimai və humanitar 

elmlərlə bağlı inkişaf konsepsiyası və fəaliyyət proqramını hazırlamışlar. 

2010-cu ilin 15 avqust tarixində Fond tərəfindən elan olunmuş I müsa-

biqədə (EİF-2010-1[1]) BDU-nun əməkdaşları  tərəfindən elmin müxtəlif 

istiqamətlərinə aid 24 layihə təqdim olunmuşdur. Lakin respublikamızda 1800 

elmlər doktoru və 8725 fəlsəfə doktorundan AR Təhsil sistemində 832 elmlər 

doktorlarının və 4248 fəlsəfə doktorunun və onlardan 249 elmlər doktorunun 

və 860 fəlsəfə doktorunun BDU-da çalışdığına baxmayaraq qalib gəlmiş 40 

layihələrdən yalnız biri Bakı Dövlət Universitetinə aid olmuşdur. Fizika fa-

kültəsinin professoru R.C.Qasımova “Yüksək effektli dəyişən tezlikli lazer şua 

mənbələrinin işlənib hazırlanması üçün dalğaların kvazisinxotron qeyri-xətti 

qarşılıqlı təsirinin öyrənilməsi” mövzusunda layihəsi ilə qrant müsabiqəsində 

qalib gəlmişdir (Layihənin dəyəri – 10 000 man). Udulmuş layihələrin  əksə-

riyyəti AMEA-nin elmi-tədqiqat institutlarının payına düşmüşdür.  

24 noyabr 2010-cu ildə elan olunmuş II qısamüddətli ünvanlı müsabi-




 

 

18



qədə (EİF-2010-2[2]) iştirak etmək üçün 5 layihə təqdim olunmuşdur (Fizika 

fakültəsindən – 1, biologiya fakültəsindən – 1, geologiya fakültəsindən – 2, 

tarix fakültəsindən – 1 layihə).  

11 yanvar 2011-ci ildə elan olunmuş müsabiqədə (EİF-2011-1[3]) iştirak 

etmək üçün BDU-nun əməkdaşları  tərəfindən elmin müxtəlif istiqamətlərinə 

aid 38 layihə təqdim edilmişdir. (Mexanika-riyaziyyat fakültəsindən – 3,  Tət-

biqi riyaziyyat fakültəsindən – 3, Fizika fakültəsindən – 3, Kimya fakültəsin-

dən – 7, Biologiya fakültəsindən – 2, Geologiya fakültəsindən – 2, Coğrafiya 

fakültəsindən – 2, Tarix fakültəsindən – 1, Filologiya fakültəsindən – 2, Ki-

tabxanaçılıq-informasiya fakültəsindən – 2, Fizika Problemləri ETİ – 6, Tət-

biqi Riyaziyyat ETİ – 4, Beynəlxalq proqramlar şöbəsi-1 layihə).  

Hesabat ilində Universitetin əməkdaşları  tərəfindən 35 beynəlxalq və 

respublikadaxili elmi layihələr həyata keçirilmişdir. Bu layihələr Səudiyyə 

Ərəbistanının Kral Əbdül Əziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna 

Elm və Texnologiya Mərkəzi, Fransanın Elmi Araşdırmalar Mərkəzi (CNRS), 

Amerikanın Mülki Tədqiqatlar və  İnkişaf Fondu, YUNESKO-nun TWAS 

proqramı, Azərbaycan Respublikasi Prezidenti yanında Elmin İnkişafı Fondu, 

NATO-nun «Elm sülhün keşiyində» proqramı,  İsveçrə Milli Elm fondunun 

SCOPES proqramı, Avropa Birliyinin TEMPUS Programı, Almaniyanın Fols-

fagen  şirkəti, Açıq Cəmiyyət  İnstitutu-Yardım Fondu (Soros təşkilatı),  İta-

liyanın Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Dünya Bankı və s. təşkilat və 

fondlar tərəfindən maliyyələşdirilir. 

2010-cu ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazasını daha 

da möhkəmləndirmək məqsədi ilə yeni cihazlar alınmışdır

Səudiyyə Ərəbistanının Əbdül Əziz Krallığının verdiyi “Nanotexnologi-

yanın neftçıxarmaya tətbiqi” qrant proyekti çərçivəsində  dəyəri 132600 $ 

məbləğində unikal imkanlara malik NTEGRA PRİMA markalı skanedici zond 

mikroskopu alınmışdır. Bu skanedici zond mikroskopu STM/Tunel spekrosko-

piya / Kontakt AFM/Laterial qüvvə metodu /Rezonans AQM (yarımkontakt+ 

kontaktsız)/ Faza təsviri metodu /Qüvvə modulyasiya metodu /Adqeyz qüvvə-

nin təsviri / Müqavimətin artması təsviri / Maqnit-Qüvvə Mikroskopiya / Elek-

tron – Qüvvə Mikroskopiya / Eninə Qüvvə Mikroskopiya / AQM(Qüvvə +Cə-

rəyan), STM və RM litoqrafiya ölçmə metodikalarına malikdir. NTGRA 

PRİMA markalı skanedici zond mikroskopunda bir neçə skanlaşdırma sxemi 

reallaşmışdır. Nümunələri skan edərkən ən yaxşı ayırdetmə, xüsusilə  kiçik öl-

çülərə malik skanetmə sahəsini istifadə edərkən alınır. 

Qrant proyekti çərçivəsi daxilində  dəyəri 180 000 $ məbləğində STA 

449 F3  Jupiter (TG-DSC-DTA)+QMS 403 markalı derivatoqraf alınmışdır. 

Avadanlıq aşağıdakıları təyin və tədqiq etməyə imkan verir: 

 



 

 

19



• ərimə, eləcə də kristallaşma temperaturu və istiliyini;  

• bərk halda faza keçidlərini; 

• polimorfizmi; 

• kristallaşma dərəcəsi; 

• şüşələşməni; 

• polimerlərin tikilmə reaksiyaları; 

• oksidləşməyə qarşı davamlılığı; 

• xüsusi istilik tutumunu; 

• termokinetikanı; 

• nümunənin kütləsinin dəyişməsini, termiki stabilliyini, parçalanmasını, 

korroziya mərhələsini, tərkibinin analizini. 

 

Destruksiya zamanı ayrılan qazları analiz etmək üçün avadanlıq mass-



pektrometrə qoşulmuşdur.  

YUNESKO-nun maliyyə  dəstəyi ilə TWAS proqramı  çərçivəsində iki 

yeni cihaz-Spektrofotometr Specord 250 PLUS BU (Ultrabənövşəyi və görü-

nən oblastda  optik spektrlərin  tədqiqi üçün, Almaniyanın “Analytik Jena”  

firması, dəyəri 20000 $) və Ultrasonic VCX 500 (ABŞ-ın “Sonics”  firması, 

dəyəri 3700 $) alınmışdır. 

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, as-

pirant, magistrant və  tələbələrin elm və  təhsildə, universitetin ictimai həya-

tında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun 

rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmri 

ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Müvafiq komissi-

yanın qərarı və Rektorun əmri ilə 18 professor-müəllim, 10 gənc (35 yaşa qə-

dər) professor-müəllim, 13 nəfər doktorant, dissertant və magistrant, 10 nəfər 

tələbə 2010/2011-ci tədris ilində 2-ci müsabiqənin qalibi elan edilmiş  və 

onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilir. 

Bakı Dövlət Universitetində  təsərrüfat hesablı elmi-tədqiqat işləri də 

aparılır. Aparılan belə elmi-tədqiqat  işləri bir qayda olaraq sifarişçi təşkilatlar 

tərəfindən maliyyələşdirilir. Belə işlərin yerinə yetirilməsinin bir üstünlüyü də 

ondan ibarətdir ki, bu cür elmi işlərin nəticələrinin istehsalatda tez və sürətlə 

tətbiq edilməsində sifarişçi təşkilatlar (idarə, müəssisə və s.) daha çox maraqlı 

olurlar. Çünki belə elmi işlər adəti üzrə istehsalatın ehtiyacı nəzərə alınmaqla 

həyata keçirilir ki, bunun da böyük iqtisadi səmərəsi olur. BDU-nun alimləri 

2010-cu ildə AMEA-nın müxbir üzvü, prof. R.Ə.Əliyevanın rəhbərliyi ilə 

112500 AZN dəyərində Azərneftyağ NEZ təşkilatından 4 təsərrüfat hesablı 

elmi-tədqiqat işi aparmışlar. Burada əsas sevindirici hal odur ki, bu təsərrüfat 

hesablı elmi-tədqiqat işlərinin nəticələri iş başa çatandan dərhal sonra sifarişçi 

təşkilatın müəssisələrində uğurla tətbiq olunur. 



 

 

20



2010-cu ildə Bakı Dövlət Universitetində elm sahəsində  əldə edilmiş 

nailiyyətlərlə yanaşı, fakültələrin (kafedraların), elmi-tədqiqat institutlarının,  

elmi-tədqiqat mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının fəaliyyətlərində 

bir sıra çatışmazlıqlar, problemlər və nöqsanlar vardır. Bunlardan aşağıda 

göstərilən mühümlərini qeyd etmək lazımdır:  

 

•  Universitetin bəzi qurumlarında aparılan elmi-tədqiqat işlərinin dövrün 



tələblərinə cavab verən səviyyədə olmaması;  

•  Elmi tədqiqatlardan alınan nəticələrin istehsalatda və tədris prosesində 

əhəmiyyətli dərəcədə öz əksini tapmamaları, gənc kadrların elmi-

tədqiqatların yerinə yetirilməsinə maraqlarının az olması, kifayət qədər 

tədqiqatlara cəlb olunmaması;  

•  Universitet alimlərinin kompleks elmi-tədqiqat işlərinin aparılmasında, 

beynəlxalq və daxili elmi layihələrdə  və proqramlarda iştirakının 

kifayət qədər olmaması;  

•  Bəzi kafedralarda (qurumlarda)  beynəlxalq əlaqələrin genişlənməsi və 

qrantların alınması üçün  müntəzəm fəal işlərin görülməməsi;  

•  Günümüzün tələblərinə uyğun tədqiqatlar aparmaq üçün bəzi elm sahə-

lərində lazım olan müasir və zəruri cihazların və avadanlıqların olma-

ması, bəzi elmi-tədqiqat laboratoriyalarının darısqallığı, əsaslı təcili tə-

mirə ehtiyac olması, bəzi reaktivlərin, kiçik laboratoriya avadanlıqları-

nın çatışmazlığı və s.;  

•  Elmin, elmi ezamiyyətlərin maliyyələşdirilmə xərclərinin az olması, el-

mi ekspedisiyaların lazımi səviyyədə  təşkili üçün maliyyə  vəsaitinin 

çatışmazlığı və s.  

 

Respublika Prezidentinin 4 may 2009-cu il tarixli Sərəncamı ilə  təsdiq 



edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə 

Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin 

inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”-

elm və təhsilin inkişafı üçün digər sərəncamlarını əldə rəhbər tutaraq elmi 

tədqiqatların müasir səviyyədə aparılması üçün Universitet alimləri qarşısında 

duran əsas məsələlər bunlardır: 

 

•  Elm-təhsil-praktikanın sıx şəkildə vəhdətini yaratmaq, elmi tədqiqatın 



nəticələrinin praktikaya, istehsalata müntəzəm tətbiqini sürətləndirmək 

üçün “Bakı Universiteti” Texnoparkının yaradılması; 

•  Elmin prioritet istiqamətləri üzərində elmi-tədqiqat işləri aparmaq, 

müasir tələblərə cavab verməyən, aktuallığını itirmiş mövzuların icra-

sını dayandırmaq; 



 

 

21



•  Beynəlxalq elmi-texniki əməkdaşlığı inkişaf etdirmək; qısa və uzun-

müddətli kompleks məqsədli elmi proqramlar işləyib həyata keçirmək; 

kafedra və fakültələr, institutlar, mərkəzlər, laboratoriyalar üzrə elmin 

maliyyələşdirilməsini təkmilləşdirmək; Azərbaycan Respublikasının 

Prezidenti yanında Elmin İnkişafı Fondunun imkanlarından,  büdcədən 

kənar vəsaitlərdən (kreditlər, qrantlar, beynəlxalq donorların və maliy-

yə qurumlarının yardımları və digər mərkəzlərin elmə ayırdığı vəsait) 

müntəzəm  istifadə etmək; 

•  Xarici ölkələrin qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə birgə elmi-təd-

qiqatlar aparılmasına, beynəlxalq elmi konfranslarda iştirak etmək 

üçün ayrılan ezamiyyət xərclərinin artırılmasına nail olmaq; 

•  Yüksəkixtisaslı elmi-pedaqoji kadrları hazırlamaq üçün əməkdaşların 

dünyanın qabaqcıl tədqiqat mərkəzlərində staj keçmələrinə nail olmaq; 

•  Beynəlxalq və Respublikadaxili qrantların alınmasına, elmi əlaqələrin 

gücləndirilməsinə  və beynəlxalq elmi layihələrdə  iştiraka, təsərrüfat 

müqaviləli işlərin sayının artırılmasına nail olmaq; 

•  Professor-müəllim heyətinin geologiya, coğrafiya, biologiya, arxeolo-

giya, folklor və s. sahələrdə çöl-təcrübi elmi-tədqiqat işlərini yerinə 

yetirmələri üçün əlavə  vəsait ayrılmasına nail olmaq. Universitetin, 

xüsusən tarix fakültəsinin tələbələrindən ibarət etnoqrafik qruplar ya-

radaraq ermənilər tərəfindən doğma ata-baba yurdlarından didərgin sa-

lınmış qaçqın və köçkünlərin elliklə məskunlaşdıqları Azərbaycan böl-

gələrinə etnoqrafik səfər və ekspedisiyalar təşkil etmək, Ermənistandan 

qaçqın və köçkünlərinin yaşlı  nəslinin nümayəndələrinin köməyindən 

istifadə edib, unudulmuş maddi mədəniyyət örnəklərimizin bərpası 

üçün çalışmaq; Ermənistan Respublikasının qədim Azərbaycan torpaq-

larından təşkil olunduğu haqqında yazılan məqalələrin dünya icti-

maiyyətinə çatdırılmasını sürətlə davam etdirmək; 

•  Erməni işğalçılarının uzun müddət törətdiyi cinayət əməllərinin ifşası, 

xronoloji və elmi təhlili hüquq, beynəlxalq münasibətlər və beynəlxalq 

hüquq, tarix, filologiya, jurnalistika və s. fakültələrin professor-müəl-

lim heyəti tərəfindən gücləndirilməsi, bu sahədə yazılan ciddi əsərlərin 

dünya ictimaiyyətinə, dünyanın beynəlxalq və humanitar təşkilatlarına 

çatdırılmasına nail olmaq;  

•  Universitetin professor-müəllim heyətinin «Bakı Universitetinin Xə-

bərləri» elmi jurnalında çap etdirdikləri məqalələrin elmi səviyyələ-

rinin yüksəldilməsinə nail olmaq; İndekslənən jurnallar siyahısına 

düşməsinə və impakt faktor alınmasına çalışmaq;  

•  Bakı Dövlət Universitetinin dünya Universitetlərinin reytinq siyahıla-

rına düşməsinə çalışmaq və s. 




 

 

22



 

Bakı Dövlət Universitetinin kollektivi gələcəkdə  də Prezident cənab 

İlham Əliyevin rəhbərliyi ilə bütün qüvvə və bacarığını elm və təhsil sahəsində 

qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə  səfərbər edəcək, elmimizin 

dünya elminə inteqrasiyasında var gücünü əsirgəməyəcəkdir. 

 

ƏDƏBİYYAT 

1.  Əliyev  İ.Ə. “Bakı Dövlət Universiteti elmin inkişafı yollarında” Bakı Universitetinin 

Xəbərləri, №3, 2009, c.10-20. 

2.  Bakı Dövlət Universitetində 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2010, 451 s. 

3.  Bakı Dövlət Universitetində 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2009, 515 s. 

4.  Bakı Dövlət Universitetində 2008-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2008, 414 s. 

5.  Bakı Dövlət Universitetində 2007-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2007, 492 s. 

6.  Bakı Dövlət Universitetində 2006-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2006, 396 s. 

7.  Bakı Dövlət Universitetində 2005-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2005, 265 s. 

8.  Bakı Dövlət Universitetində 2004-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2004, 234 s. 

9.  Bakı Dövlət Universitetində 2003-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2003, 176 s. 

10.  Bakı Dövlət Universitetində 2002-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2002, 159 s. 

11.  Bakı Dövlət Universitetində 2001-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2001, 198 s. 

12.  9.Bakı Dövlət Universitetində 2000-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 2000, 196 s. 

13.  Bakı Dövlət Universitetində 1999-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 1999, 229 s. 

14.  Bakı Dövlət Universitetində 1998-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 

nəticələri haqqında hesabat, Bakı, BDU-nun Elmi-Tədqiqat Hissəsi, 1998, 186 s. 

 

 

НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ  

БАКИНСКОГО ГОСУДАРСТВЕННОГО УНИВЕРСИТЕТА (2010 ГОД) 

 

И.А.АЛИЕВ 

science_dp@bsu.az 

 

РЕЗЮМЕ 

 

 В  статье  на  основе  сравнительного  анализа  описаны  достижения  в  научно-

исследовательскитх работах, достигнутые учеными Бакинского Государственного Уни-




 

 

23



верситета в 2010 году и задачи, стоящие перед сотрудниками университета. Этот мате-

риал  был  заслушан  и  обсужден 5 апредя 2011-го  года  на  заседании  Ученого  Совета 

Университета  с  участием  членов  Президиума  Национальной  Академии  наук  Азербай-

джана, директоров институтов и представителей передовых университетов. 



 

 

 

 

SCIENTIFIC AKTIVITY OF BAKU STATE UNIVERSITY 

(2010 year) 

 

I.A.ALIYEV 

science_dp@bsu.az 

 

SUMMARY 

 

The article elucidates achievements and objectives of the staff of Baku State Univetsity 

in 2010 in comparison with previous years. The aktivity was heard and discussed on April 5, 

2011 at the meeting of Academic Council of BSU with participance of the members of Presid-

ium of Academy of Sciences of the Azerbaijan Republic, as well as university rectors and rep-

resentatives of leading universities. 



 

Yüklə 145,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə