R.Ə.Bayramova və Ş.N.Həsənov işləmişdir. Ə.Mərdanlı sonralar kafedranın dosenti
olmuş və ömrünün sonuna qədər kafedrada işləmişdir. Ş.Həsənov sonralar
epidemiologiya kafedrasının baş müəllimi, dosenti və yoluxucu xəstəliklər kafedrasının
dosenti olmuşdur. R.Bayramova isə ATU-nun mikrobilogiya və immunologiya
kafedrasının professoru olmuşdur.
1964-cü ildən 1992-ci ilə qədər kafedraya əməkdar elm xadimi, professor
T.Tağızadə rəhbərlik etmişdir. O, 1964-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş,
1965-ci ildə professor elmi adını almışdır, bütün ömrü boyu ATU-nun epidemiologiya
kafedrasında işləmişdir. Müxtəlif illərdə (1962-1966, 1981) Azərbaycan SSR Səhiyyə
Nazirliyinin ET Tibbi Parazitoiogiya və Tropik Təbabət İnstitutunun direktoru
olmuşdur, elmi-tədqiqatları əsasən leptospiroz, malyariya, helmintozlar və sal-
manelloz xəstəliyinin müalicə və profilaktikasına həsr edilmişdir. Azərbaycan SSR
Epidemioloqlar, Mikrobioloqlar və Parazitoloqlar Elmi Cəmiyyətinin sədri olmuşdur
(1974-cü ildən). T.Ə.Tağızadə “Səhiyyə əlaçısı” döş nişanı (1954), “Şərəf nişanı”
ordeni və medallarla təltif edilmiş, 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adma
layiq görülmüşdür.
T.Tağızadənin təşəbbüsü sayəsində epidemiologiya fənninin, digər
respublikalarda olduğu kimi, müalicə-profilaktika, pediatriya, stomatologiya
fakültələrində də tədrisinə nail olunmuşdur.
Professor T.Tağızadə kafedranın maddi-texniki bazasını genişləndirməklə
yanaşı tədrisin keyfiyyətinin yüksəldilməsinə və kadr hazırlığına da xüsusi diqqət
yetirmişdir. Hazırda kafedranın elmi dərəcəsi olan əməkdaşların əksəriyyəti onun
yetirmələridir. Professor T.Tağızadənin rəhbərliyi altında 11 doktorluq, 27 namizədlik
dissertasiyası müdafiə edilmişdir.
Kafedra yarandığı ilk günlərdən tədris işi ilə yanaşı elmi-tədqiqat işinə də geniş
yer ayırmışdır. Elmi işlərin əsas istiqamətləri respublikamızın ölkə patologiyası və
səhiyyənin aktual problemləri nəzərə alınmaqla planlaşdırılır. Belə ki, kafedra təşkil
olunan ilk illərdə malyariya, qayıdan yatalaq, dəri leyşmaniozu, pappataçi qızdırması
kimi xəstəliklərin epide- miologiyasmın öyrənilməsinə geniş yer verilirdisə, sonralar
T.Tağızadənin rəhbərliyi altında leptospiroz probleminin hərtərəfli öyrənilməsinə dair
silsilə elmi-tədqiqat işləri aparılmışdı. Alman elmi nailiyyətlər nəticəsində kafedranın
nəzdində təşkil olunmuş leptospiroz laboratoriyası keçmiş Zaqafqaziya və Orta Asiya
Respublikaları üçün metodik mərkəz kimi qəbul olunmuşdu.
Epidemiologiya kafedrasına 1992-ci ildən əməkdar elm xadimi, əməkdar
müəllim, professor İbadulla Əliaga oğlu Ağayev rəhbərlik edir.
8
downloaded from KitabYurdu.org
ÜMUMİ
EPİDEMİOLOGİYA
downloaded from KitabYurdu.org
Epidemiologiya elm kimi
Epidemiologiyanın tərifi, predmeti və vəzifələri
Epidemiologiya insanın yoluxucu xəstəliklərinin yaranması, yayılması və
profilaktikası qanunauyğunluqlarını öyrənən elmdir. Onun maraq dairəsinə törədicinin
təbiətdə saxlanması, kollektiv immunitetin formalaşması, insanların fəaliyyətinin
infeksiyamn yayılmasına təsiri, yoluxucu xəstəliklərin təkamülü və yeni törədicilərin
yaranması kimi məsələlər daxildir.
Bəşəriyyət tarix boyu kütləvi, bəzən isə dağıdıcı yoluxucu xəstəliklərlə
qarşılaşmışdır. Müəyyən illərdə insanların yoluxucu xəstəliklərdən ölüm göstəricisi
70%-ə çatmışdır. Yoluxucu xəstəliklərin vurduğu zərəri təsəvvürə gətirmək üçün təkcə
onu demək kifayətdir ki, 1918-1919-cu illərdə qrip pandemiyası dövründə dünyada 20
mln. insan məhv olmuşdur. İqtisadi cəhətdən geri qalmış, inkişaf etməkdə olan
ölkələrdə ölümün səbəbləri içərisində əvvəlki kimi infeksiyalarm xüsusi çəkisi
yüksəkdir. Hazırda Afrikanın bəzi ekvatorial ölkələrində İİV-infeksiya böyük yaşlı
əhalinin ölümünün səbəbləri arasında üçüncü yerdə durur.
İlkin olaraq epidemiologiya yoluxucu xəstəlikləri öyrənən elm kimi təşəkkül
tapmışdır. Lakin sonralar burada istifadə edilən metodlar qeyri-infeksion xəstəliklərin
öyrənilməsində də tətbiq olunmağa başlandı. Bunun nəticəsində «yoluxucu xəstəliklərin
epide- miologiyası» və «qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası» anlayışı
formalaşdı ki, onların hər ikisinin məqsəd və vəzifələri eynidir.
XX əsrin aparıcı epidemioloqlanndan sayılan V.D.Belyakov yoluxucu
xəstəliklərin epidemiologiyasını əhalinin ayrı-ayrı qruplarının xəstələnməsinin
qarşısının alınması, ümumi əhalinin xəstələnmə göstəricilərinin azaldılması və ayrı-ayrı
infeksiyalarm ləğv edilməsi üzrə nəzəri, metodik, təşkilati və praktik biliklərin,
metodların və vasitələrin sistemi kimi müəyyən etmişdir.
Xaricdə epidemiologiya - konkret populyasiyaların sağ. lamlığını və xəstələnmə
vəziyyətlərinin paylanmasını, həmçinin onları şərtləndirən amilləri öyrənən və əldə
olunmuş bilikləri patoloji hallarla mübarizədə tətbiq edən elm kimi təyin edilir.
Beləliklə, xaricdə epidemiologiya həm yoluxucu, həm də somatik xəstələnməni
öyrənən elm kimi nəzərdən keçirilir.
10
downloaded from KitabYurdu.org
Yoluxucu xəstəliklərin cpidemiologiyasınm əsas vəzifələri bunlardır:
-
yoluxucu xəstəliklərin tibbi və sosial-iqtisadi əhəmiyyətinin öyrənilməsi,
xəstəliklərin strukturunda onların yerinin müəyyən edilməsi;
-
yoluxucu xəstəliklərin yayılmasının ilin fəslindən, xəstələrin cinsindən,
yaşından, sənəti, məişət və milli fərqlərindən asılı olaraq aşkar edilməsi;
-
yoluxucu xəstəliklərin yayılmasında müxtəlif səbəb və şərtlərin rolunun
qiymətləndirilməsi;
-
yoluxucu xəstəliklərlə mübarizə və profilaktikanın strategiya və taktikasının
işlənib hazırlanması;
-
yoluxucu xəstəliklərin yayılmasının proqnozlaşdırılması. Epidemiologiyanın bir
elm kimi yaranması tarixini Hippokratla
bağlamaq lazımdır - o, 2000 il əvvəl yoluxucu xəstəliklərin əmələ gəlməsinə ətraf
mühit amillərinin təsir etdiyini söyləmişdir. Təcrübəyə arxalanaraq qədim dünya
təbibləri epidemiyalarla mübarizədə bir sıra tədbirlərdən istifadə etmişlər: xəstə
şəxslərin şəhərdən uzaqlaşdırılması, xəstələrin və ölənlərin əşyalarının yandırılması,
xəstəlik keçirmiş şəxslərin xəstələrə qulluq məqsədilə cəlb edilməsi. Avropada XIV
əsrdə karantiıı tətbiq olundu, cüzamlı xəstələrin ictimai yerlərə (kilsə, çörokxana)
getməsi, quyulardan yararlanması qadağan olunmuşdur. Rusiyada XVI əsrin
əvvəlində «qorxulu xəstəliklərdon» ölənlərin dəfn mərasiminin yerinə yetirilməsinə
qadağa qoyulmuşdur: onları ayrıca qəbiristanda basdırırdılar.
Lakin əsrlər boyu yoluxucu xəstəliklərlə mübarizədə təsadüfi metodlardan
geniş istifadə olunurdu. Epidemiologiyanın elm kimi ilkin əsasları XVI əsrdə
İntibah dövrünün italyan alimi Cirolamo
_
m_m
Frakastro (1478-1553) tərəfindən verilmişdir. Oz əsərlərində o, yoluxmanın üç
yolunu göstərmişdir: vasitəsiz (birbaşa) tomas zamanı, vasitəli (əşyalarla) və
məsafədən (mütləq xırda və gözəgörünməyən «xəstəlik rüşeymləri»nin iştirakı ilə).
C.Frakastro ilk dəfə olaraq, tibbi mənada «infeksiya» terminini tətbiq etmiş və təbii
çiçək, qızıca, taun, vərəm, quduzluq, cüzam, səpgili yatalaq və s. kimi xəstəlikləri
təsvir etmişdir. Beləliklə, o bir elm kimi yoluxucu xəstəliklərin klinikasının və
cpidemiologiyasınm əsaslannı qoymuşdur.
Rusiyada
epidemiologiyanın
sərbəst
elm
kimi
formalaşması
D.S.Samoyloviçin (1724-1810) adı ilə bağlıdır. Bu alim epidemiya-
11
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |