Fotoşəkillər çiçəyin ortasına yerləşə biləcək ölçüdə kəsilir.
Öz işlərini daha tez başa vuran uşaqlar başqa kiçik çiçəklər çəkirlər.
Güldan rəsmlə ifadə edilmiş uşaq hüquqlarının yığcam formasını nümayiş etdirir (Maddə
7, 28).
Müəllim uşaqların çəkdikləri şəkillərin hamısından bir rəsm yaradır.
Dərs 4
Ətraf şərait:
Plakat yazı taxtasından və ya divardan asılıb.
Şagirdlər böyük yarımdairə şəklində əyləşiblər; böyük sinifdə iki yarımdairə lazım gələ
bilər. Bütün şagirdlərin rəsmi görmək imkanı təmin olunmalıdır.
Şagirdlər aşağıdakı suallar ətrafında fikir yürüdürlər:
Mən bu fəaliyyət zamanı nədən zövq aldım?
Mən nə öyrəndim?
Mən başqa uşaqlar haqqında nə bilirəm?
Mən müəllim haqqında nə bilirəm?
Müəllim şagirdlərin öz cavablarını və fikirlərini bir-birləri ilə bölüşməsi prosesinə
bələdçilik edir.
Sonda müəllim şagirdlərə uşaq hüquqları haqqında müəyyən məlumat verir. Xüsusilə də
o, güldanda ifadə olunan sözügedən iki hüquqdan bəhs edir. O, uşaqları “Uşaq Hüquqları Günü
(20 Noyabr)” barədə məlumatlandırır.
O, plakatın harada, məktəbin dəhlizində, yoxsa foyesində nümayiş etdirilməsinin
məqsədəuyğun olduğunu şagirdlərlə müzakirə edir. Şagirdlər hər iki variantın müsbət və mənfi
tərəflərini müzakirə edirlər. Hamının görə bilməsi üçün plakat haradan asılmalıdır? Sinfimizə
yeni uşaqlar gələndə biz nə edirik?
2-ci sinif
ADLAR SADƏCƏ HƏRFLƏRİN BİRLƏŞMƏSİ DEYİL!
Dərsin planı
Əsas sual / dərsin
mövzuları
Əsas tapşırıq
Əyani vasitələr
Dərs 1
Bizim adlarımız!
Bütün uşaqlar bir-
birlərinin adları
haqqında daha çox şey
öyrənirlər (interaktiv
A4 ölçülü vərəqlər
yanaşma).
Dərs 2
Necə olub, mənə bu adı
qoyublar?
Sinif uşağa ad
qoyulmasının səbəbləri
haqqında düşünür.
Üzərində əsas
cümlələrin yazıldığı
kağız lentlər (dar, uzun
kağız parçaları);
tezislər komplekti
Dərs 3 və 4
Bütün uşaqların
danışmağa öz hekayəsi
var!
Şagirdlər öz həyatları
barədə bir-birlərinə
müəyyən məlumat
verirlər.
Onlar özlərinin boy
ölçülərində öz
rəsmlərini çəkirlər.
Uşaqların ailələri
haqqında informasiya
(ev tapşırığı); hər uşaq
üçün bir flipçat vərəqi;
markerlər və rənglər
Dərsin məqsədləri
Uşaq hüquqları Konvensiyasının 7-ci maddəsi uşağın ada malik olmaq hüququnu təmin
edir. Soyad uşağın öz ətrafındakı qrupla əlaqəsini göstərir. Ad isə uşağı fərdə, bu dünyanın
təkrarsız varlığına çevirir.
Uşaqlar öz adları ilə fəxr etməlidirlər. Uşaq öz adının hansı mənanı kəsb etdiyini, hansı
ümidləri özündə ifadə etdiyini və valideynlərinin onun üçün niyə məhz həmin adı seçdiyini
bilməlidir.
Müəllim bu mövzuda söhbət edərkən hər ehtimala qarşı ehtiyatlı olmalıdır; sinifdə öz
həqiqi valideynləri ilə birgə yaşamayan, yaxud məcburi miqrasiya və ya mühacirət edərək öz
adlarını dəyişmək məcburiyyətində qalmış uşaqlar ola bilər. Müəllim belə uşaqlarla işləyərkən
həssas olmalı, onları başa düşməlidir.
Bu dərsdə uşaqlar öz sinif yoldaşları ilə birgə özlərinə nəzər salırlar. Ona görə də bu
bölmə əvvəlki bölmədə başladılmış xətti davam etdirir, hərçənd öz-özlüyündə ayrıca bir bölmə
kimi də götürülə bilər.
Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar
Haqqında
Vasitəsilə
Üçün
Müəllim
Şagirdlər uşaq hüquqları
haqqında indi nə bilirlər?
Konkret sinif otağında və
ümumiyyətlə, məktəb
icmasında uşaq hüquqlarının
prinsipləri hansı yollarla
müşahidə olundu?
Məktəbdən kənarda necə
hərəkət etməyi öyrənmə:
Şagirdlər öz gələcək
həyatları üçün nə
öyrəndilər?
7, 8, 12 və 13-cü maddələr
Məktəb bizim həyatımızın bir
hissəsidir; sinif öz hüquqları
olan bir mikro-icmadır.
Mənim sinifdəki bütün digər
Uşaqlar plakatın harada
asılmalı olduğu barədə
qərarın verilməsində iştirak
edirlər. Ola bilsin, plakat
uşaqların adlarını bilən bir
şəxsiyyətim var və sinifdəki
uşaqlar da mənə mənim adım
vasitəsilə müraciət edirlər.
Solda göstərilən maddələr bu
bölmə vasitəsilə sinifdə
təcrübədən keçirilir.
üçün yer ayrılmasına xüsusi
ehtiyac yaransın, bu halda
məsələ başqa müəllimlərlə,
texniki heyətlə və ya məktəb
direktoru ilə müzakirə oluna
bilər.
Şagirdlər
Mən uşaq hüquqları
haqqında nə öyrəndim?
Mən uşaq hüquqlarını sinifdə
necə təcrübədən keçirdim?
İndi mən hansı fəaliyyətə
qadirəm?
Uşaq
olaraq bizim xüsusi
hüquqlarımız var:
Bizim adımız var və heç kəs
bizi adımızdan məhrum edə
bilməz (Maddə 7).
Bir uşaq kimi, mənim öz
həyat hekayəm, başqa
uşaqların yaşadığı həyatdan
fərqli, özünəməxsus bir
həyatım var. Bu, həmişə
mənim şəxsiyyətimin bir
hissəsi olaraq qalacaq
(Maddə 8).
Mənim öz fikrim ola bilər və
öz düşündüyümü söyləyə
bilərəm, bütün başqa uşaqlar
da həmçinin (Maddə 12 və
13).
Mən gördüm ki, bütün qalan
uşaqlar və müəllim mənim
söylədiklərimdən qeydlər
götürürdülər. Onların hamısı
mənə qulaq asırdılar və indi
hər kəs mənim adımı bilir. Öz
adımla mən xüsusi,
başqalarından fərqli bir
fərdəm.
Mən sinifdəki bütün başqa
uşaqların adlarını bilirəm.
Mən onların həyatları
haqqında da nəsə bilirəm.
Mən həyətdə və ya başqa bir
yerdə kimisə görəndə onun
adını soruşacaq və öz adımı
ona söyləyəcəyəm.
Əyani vasitələr
Kağız lentlər
Plakat ölçüsündə vərəqlər
Köhnə şəkilli jurnallar
Müxtəlif rəngli boyalar
Fırçalar
Bir neçə qayçı
Yapışqan
Tezislər komplekti (aşağıya bax)
Prosedur
Dərs 1: Bizim adlarımız!