Cədvəl 2.
Absorbsion spektroskopiyada istifadə olunan əsas kəmiyyətlər
Kəmiyyətlər və işarələri
Təyini
Vahidi
Digər adı və işarəsi
Şüaburaxma T
I/I
0
ölçüsüz
Şəffaflıq T
Optiki sıxlıq A
ölçüsüz
İşıqudma D, ekstink-siya E
Udma əmsalı a, k
C və l
vahidlərindən asılıdır.
Ekstinksiya əmsalı k
Molyar işıqudma əmsalı,
ε
l/sm
-1
·mol
-1
Molyar Ekstinksiya əmsalı
Təbəqənin qalınlığı ,
l
-
sm
b,d
Rəngli maddə məhlulunun işıq udması həll olan maddənin təbiətindən və işığın dalğa uzunluğun-
dan asılıdır. Beləliklə,
Buqer-Lambert
qanunu ancaq monoxramatik dalğalar üçün doğrudur.
Molyar işıqudma əmsalının fziki mənası aydındır. Şüaudan təbəqənin qalınlığı 1 sm, şüaudan məhlu-
lun qatılığı 1 mol/
l
olduqda məhlulun optik sıxlığı onun molyar işıqudmasına bərabərdir (A=ε). Başqa
sözlə,
1sm qalınlıqlı küvetə yerləşdirilmiş 1M qatılıqlı məhlulun optik sıxlığı molyar işıqudma əmsalıdır.
Molyar işıqudma əmsalı dalğa uzunluğundan, temperaturdan asılı olub, maddənin daxili quruluşu ilə xa-
rakterizə olunur. Molyar işıqudma əmsalına habelə həlledicinin təbiəti, mühitin reaksiyası (məhlulun pH-
ı) təsir edir.
Xromofor və auksoxrom qruplar molyar işıqudma əmsalını artırır.
Molyar işıqudma əmsalı
məhlulun həcmindən, işıqudan təbəqənin qalınlığından və işıqudmanın intensivliyindən asılı deyil. Mol-
yar işıqudma əmsalı maddənin işıqudma qabiliyyətini xarakterizə edir. Fotometrik reaksiyalar üçün əsas
obyektiv xarakteristika olub, mümkün olan həssaslığı göstərir. Optik sıxlıq ölçüsüz kəmiyyətdir. Molyar
işıqudma əmsalı ölçüsü olan kəmiyyətdir (
l
∙sm
-1
∙mol
-1
). Lakin qəbul edilmişdir ki, molyar işıqudma
əmsalının ədədi qiyməti göstərilməsin. Molyar işıqudma əmsalının sabit qiymətdə olması təyin olunan
ionun həmin birləşmə şəklində müəyyən qatılıq intrevalında işıqudmanın əsas qanununa tabe olduğunu
göstərir. Digər tərəfdən ε
reaksiyanın həssaslığının meyarıdır
.
Eyni elementin iki müxtəlif reagentlə
əmələ gətirdiyi rəngli birləşmələrin molyar işıqudma əmsalını müqayisə etməklə bu birləşmələrdən han-
sının həmin maddənin ən az miqdarını təyin etməyə imkan verəcəyini bilmək olar. Zəif rəngli birləş-
mələrdə ε=400-500 olduğu hallarda, tünd rəngli birləşmələrdə, məsələn kadmium və sinkin ditizonla
birləşmələrində müvafiq olaraq ε=85000 və ε=94500. Ümumiyyətlə, fotometrik analizdə istifadə olunan
birləşmələrdə molyar işıqudma əmsalı 10
2
-10
5
olur. Kvant-kimyəvi hesablamalara əsaslanan
Bradue
göstərmişdir ki, ε ədədi qiymətinin 100000-dən artıq olması ehtimalı azdır.
Maddənin işıqudma qabiliyyəti qeyri-məhdud olmayıb, molekulun quruluşu ilə əlaqədardır.
ε =9·10
19
P
burada P-molekulda energetik keçid ehtimalı,
-molekul tərəfindən fotonun zəbt olunma kəsiyidir
10
-15
sm
2
. P=1
olduqda ε maksimum qiyməti
10
5
.
Fotometriyanın əsas qanununa mühüm əlavə işıqudmanın
additivliyi
qanunudur. Optik sıxlıq maddə-
nin ekstensiv xassəsidir. Bu qanuna görə
Dostları ilə paylaş: |