Frank-Kondon
prinsipi
böyük əhəmiy-yətə malikdir. Molekulun işıq
kvantı ilə qarşılıqlı təsiri zamanı elektron təbəqəsi o qədər sürətlə həyəcanlanmış hala keçir ki, nüvələrin
vəziyyətinin dəyişməsinə inmkan olmur. Elektron keçidi zamanı nüvələrarası məsafənin dəyişməməsi onu
göstərir ki, potensial enerji əyrilərində bu keçid şaquli xətlə ifadə olunmalıdır (şəkil). Nüvələrarası
məsafənin dəyişmə-məsi ilə elektron kеçidləri daha ehtimallıdır və onlara udma spektrində daha intensiv
zolaqlar uyğun gəlir.
Kompleks birləşmələrdə elektron spektrlərinin meydana gəlməsi hər şeydən əvvəl aşağıdakı
səbəblərlə əlaqədardır.
1.
Keçid elementlərin ionlarının (
d
1
-d
9
) kompleksəmələgəlməsi zamanı liqandların sahə təsiri altında
d
-orbitalların eyniliyi pozulur və onların enerjisi qeyri-bərabər olan bir neçə yarımsəviyyəyə parçalanması
baş verir. Nəticədə kompleksdə d-elektronlar işıq kvantlarını udaraq enerjisi az olan yarımsəviyyədən
enerjisi çox olan yarımsəviyyəyə keçir;
d
’
-d
’’
keçidləri
d-
element ionlarının ammin- və akvokompleksləri
üçün xarakterdir. Bu keçidlər görünən oblastda az intensiv udma zolaqları əmələ gətirir.
2.
Dolmuş
π-
orbitallarına malik liqandlar elektronlarını metal ionunun vakant orbitallarına verə bilər.
Yük keçidi ilə əmələ gələn bu komplekslər spektrdə yüksək intensivlikli maksimum əmələ gətirir. Yük
keçidi ilə komplekslərə, məsələn, [Fe(SCN)
3
] aiddir.
3.
Tutulmamış
π
-orbitalına və π-akseptor qabiliyyətinə malik liqandlar bu orbitallara metal ionlarının
d-elektronlarını qəbul edə bilər. Donor rabitəli (dativ, əks koordinasion) komplekslərin spektrində in-
tensiv udma zolaqları olur. 2,2-dipiridil, 1,10-fenantrolin və s. belə komplekslər əmələ gətirir.
Dostları ilə paylaş: |