Multikulturalizm - fəlsəfi lüğət
*
elə etmək lazımdır ki, bu prosesdə və qloballaşan
cəmiyyətdə - iqtisadi, sosial, hətta siyasi birliklərdə hər bir xalqın,
millətin mədəniyyəti, mənəviyyatı qorunub saxlanılsın;
*
əgər bir xalqın mədəniyyəti, mənəviyyatı qorunmazsa,
gendə, düşüncədə, əməldə saflıq, düzlük, doğruluq, əxlaqi
gözəlliklər itər,
*
hazırda insanlıq genini itirmiş bəzi ölkədə olduğu kimi,
terror, dağıntı, zor, haqsızlıq bütün dünyanı bürüyər;
*
qloballaşan dünyada haqqı, ədaləti, gözəllikləri necə
qorumalı- bu suala multikulturalizm cavab verir.
-
Multikulturalizm siyasi nəzəriyyə olaraq yaxın tarixlərdə
ortaya çıxsa da qısa zaman ərzində çox populyar termin halına
gəlmişdir.
-
“Çox mədəniyyətçilik” kimi dilimizə tərcümə edilən
multikulturalizm:
*
mütərəqqi demokratik quruluşlann milli və etnik azlıqlara
qarşı yürütdükləri yeni bir siyasi konsepsiyanı ifadə edir.
-
Milli, etnik və dini cəhətdən rəngarəng, kosmopolit
cəmiyyətlər həmişə mövcud olmuşdur, yəni:
*
multikulturalizmi sadəcə demoqrafik (milli, etkik, dini)
müxtəliflik olaraq anlamaq doğru deyil;
*
əksinə multikulturalizm siyasi quruluşun bu müxtəlifliyə
verdiyi müəyyən cavabdan ibarətdir.
-
Multikulturalizm toplumxm bir xüsusiyyəti deyil, siyasi bir
proqramdır.
-
Tarixi prosesdə milli dövlətlər tərəfindən mədəni
müxtəlifliyə bir sıra mövqe və ya siyasi proqram tətbiq edilmişdir:
*
birincisi assimilyasiya siyasətidir - Fransa kimi, bir çox
milli dövlətlər quruluş dönəmində milli və etnik kimlikləri diqqətə
almadan tək millət adı altında cəmiyyətin inteqrasiyasını
dəstəkləmişdir - binada milli azlıqlann haqlarına göz yumulur;
*
ikinci yanaşma plüralizmdir -
klas^k1}t^‘'**WWVflTÇ7ak^ etməsi ilə mədəni müxtəlifliyin
ifao© eailməsı önünaəKi
17
Yaşar Əhmədov AzərHətəmov
məhdudiyyətlər aradan qalxır- amma müxtəlifliyin inkişaf
etdirilməsi və ya ifadəsi vətəndaş cəmiyyətinin öhdəsinə verilir -
dövlət sadəcə olaraq özəl kimliklərin ictimai təşkilatlanmasına
şərait yaradır, aktiv şəkildə müxtəlifliyi təşviq etmir.
-
Multikulturalist siyasətdə mədəni müxtəlifliyin varlığı və
dəyəri qəbul edilməklə yanaşı bunların siyasi taşkilatlanması
təmin edilir və dövlət proqramı çərçivəsində təşviq edilir;
*
Kanada,
Avstraliya
və
İsveçrə
bu
baxımdan
multikulturalist dövlətlər hesab edilir.
-
Multikulturalİzm siyasəti liberal və mühafizəkar siyasi
nəzəriyyələrin tənqidlərinə məruz qalmışdır.
-
Mühafizəkarlara görə, çoxmədəniyyətlilik:
*
toplumun interqasiyasmı deyil, yəni brliyi yox, fərqliliyi
təşviq edir;
*
xüsusilik universallığın yerini alır;
*
azlıqların
hüquqları
cəmiyyətin
əksəriyyətinin
mənfəətlərindən daha ön plana keçir;
*
etnik mənşənin vurğulanması, milli və vətəndaş birliyini
zədələyir;
*
bu proses heç şübhəsiz cəmiyyətin iteqrasiyasmı zəiflədir,
onu kövrək hala gətirir.
-
Mühafizəkarlar sağlam vətəndaş cəmiyyətinin inkişaf
etdirilməsi üçün daha çox:
*
hər kəs tərəfindən paylaşılan dəyərlər sistemi,
*
müştərək mədəniyyətin dəstəklənməsinin zəruri olduğunu
düşünürlər.
-
Liberal siyasi nəzəriyyələr:
*
müitikulturalizmə bir mənalı yanaşmırlar,
*milli xalqların öz müqəddəratını təyin etmə və təmsil
haqlanna müsbət baxırlar;
*mədəni haqları önə çıxarmaq məqsədi ilə qanunlarda xüsusi
güzəştlərin edilməsini nəzərdə tutan cox etniklik hü- quqlırmı
məqbul hesab etmirlər;
18
Multikulturalizm - felsəfi lüğət
*
liberallar insan hüquqları və vətəndaş azadhqlanm etnik
kimliklər və azlıqların ənənəvi dəyərlərindən üstün tuturlar.
-
Bəzi siyasi nəzəriyyəçilər multukulturalizmi:
*
fərdləri tamamilə mədəniyyətin bir məhsulu hesab
etdiyinə,
*
fərdi azadlıqları məhdudlaşdırmasma görə tənqid.edirlər:
-
Liberallara görə, fərdi azadlıqlar qrup kimliyindən daha
əhəmiyyətlidir;
-
Multikulturalistlər isə:
*
fərdin dünyagörüşü və əxlaqi seçimlərinin qrup içində
formalaşdığını,
*
bütövlükdə qrupun qorunmasının vacibliyini irəli sürürək
bu tənqidə cavab verirlər.
-
Multikulturalizm sosial - mədəni davranışın və müvafiq
siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir.
-
Multikulturalizm ayrıca götürülmüş ölkədə, bütövlükdə
dünyada:
*
müxtəlif millətlərə və dinlərə məxsus insanlann mədəni
müxtəlifliklərinin qorumnası, inkişafı və harmonizasiyasma,
*
azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə
inteqrasiyasına yönəldilmişdir.
-
Multikulturalizm mürəkkəb sosial - mədəni dəyişikliklər
şəraitində yanaşı yaşama problemləri ilə bağlıdır.
-
Zaman və məkan anlamına, həyatın mənası anlayışına təsir
edən bu dəyişikliklər bizi öz doğm-a mədəniyyətimizlə yaxınlığa
yenidən baxmağa və digər mədəniyyətlərlə təmas axtarışına sövq
edir.
-
Bu ünsiyyət, bu mədəniyyətlərarası dialoq ideyası
yaşadığımız qeyri - sabit və kifayət qədər dəyişkən olan müasir
dünya üçün mühüm rola çevrilir.
-
Mədəni siyasət anlayışı bu gün daha genişdir, çünki öz
mədəni özəlliklərinin, mədəni sərvətlərinin bu və ya digər şəkildə
təzahürü ilə əlaqədar baxdığımız bütün problemlər çox vaxt sosial
münaqişələr sırasından olan problemlərlə bağlıdır.
19
Dostları ilə paylaş: |