Yaşar Əhmədov AzərHdtamov
-
Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə
etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə
əlaqədar ondan imtina etmişlər.
-
Bəzi xalqlann nümayəndələri bu və ya digər dövlətlərin
milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu
etmirlər:
*
bu vəzifənin həlli üçün bütün dünyada “Homo sapiens”
tipli insandan “Homo culturalies” tipli insana keçid beynəlxalq
proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq
edilməsi zəruridir.
-
Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir,
çünki bu, təəssüf ki:
*
bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya,
qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə apanb
çıxaran yoldur.
-
Multikulturalizmin nəzəri əsasını liberalİ
2
un, xüsusən də
liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil
edir, bu səbəbdən də multikultural cəmiyyətdə:
*
nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq
mümkündür,
*
həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol
verilmir.
-
Multikulturalizmlə liberalizm arasında bir mühüm fərq
vardır:
*
liberalistlər fərdlərin,
*
multikulturalizm isə qruplann hüquqlarını ön plana çəkir.
-
İngilis dilindən hərfi tərcümədə multikulturalizm “çoxlu
mədəniyyətlər” deməkdir.
-
Əksər
Avropa
dövlətlərində
cəmiyyətdə
çoxlu
mədəniyyətlərin olmasını qəbul etmirlər, deyirlər ki, belə olduqda
o cəmiyyət ölümə məhkumdur,
*
Fransada, Almaniyada, Hollandiyada, Belçikada və Av-
ropanm başqa dövlətlərində baş verdiyi kimi o öz eyniyyətini
itirir.
8
Multikulturalizm - fəlsəfi lüğət
-
Əgər bizə belə bir Qərb anlamında “multikulturluluq” və ya
“çoxlu mədəniyyətlilik” lazımdırsa, onda o, bizim xalqların illərlə
yığdığı nəhəng dəyərlər qatının itirilməsinə, fəlakət və tənəzzülə
gətirib çıxaracaqdır.
-
Multikulturalizm cəmiyyətdə təzahür edən çoxnövlü
mədəni müxtəlifliyin növlərindən biridir.
-
Multikulturalizmsiz humanizm, yüksək fərdi və beynəlxalq
münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma,
qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir.
-
Etnik, irqi, dini və mədəni müxtəlifliklər dövlət tərəfindən
tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə:
*
cəmiyyətin inkişafımn müxtəlif sahələrində ciddi
problemlərə, hətta münaqişələrə səbəb olur;
*
buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər
bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb
edir.
-
Etnik, irqi, dini və mədəni müxtəlifliklərlə bağlı dövlətin
üzləşdiyi problemlərin həll edilməsinin mümkün siyasət
modellərindən biri multikulturalizmdir.
-
Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl
etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu
müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə
çalışırdı:
*
assimilyasiya və ya izolyasiya (təcridolma).
-
Multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid
etmə), assimilyasiya və aparteidi kimi təzahürləri qeyd edə
bilərik.
-
İzolyasionizm elə bir siyasətdir ki:
*
o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla
mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır - nümunə
kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İm- miqrasiya
haqqında Qanunu” göstərmək olar;
Yaşar Əhmədov AzərHətəmov
*
bir sözlə: izolyasiya siyasəti milli azlıqların mədəni - etnik
dəyərlərinin titular etnosun (əhalinin çoxluğunu təşkil edən etnos)
etnik - mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını
almaqla milli azlıqlann cəmiyyətə inteqrasiya olmalarına imkan
vermir.
*
İzolyasiya siyasəti iki formada özünü büruzə verir:
*
0
,
milli
azlıqların
ölkəyə
daxil
olub
orada
məskunlaşmasına mane olur;
*
cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların
assimilyasına mane olmaq məqsədilə onları təcrid edir - ikinci
halda bu siyasət aparteid adlanır.
-
Assimilyasiya izolyasionizmə alternativ olan siyasətdir;
*
bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli
azlıqlann və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin
əridilməsini nəzərdə tutur;
*
bir sözlə: assimilyasiya siyasəti milli azlıqların mədəni -
etnik dəyərlərini titular etnosun mədəniyyətinə qatmaqla
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv
edilməsini nəzərdə tutur.
-
Tarixi hadisələrin gedişi bu siyasət modellərinin
səmərəsizliyini göstərdi - belə ki:
*
müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı
bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı,
*
qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə
izolyasiya siyasətinin də yanlış olduğu müəyyən olundu.
-
Etnik,
irqi,
dini
və
mədəni
müxtəlifliklərin
tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya
siyasətlərinin iflasa uğraması XX əsrin 60-70-ci illərində əvvəlcə
Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli
ölkələrində multikultu- ralizm siyasətinin meydana gəlməsinin
başlıca səbəblərindən biri olmuşdur.
-
Multikulturalizm
etnik,
irqi,
dini
və
mədəni
müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi:
10
Dostları ilə paylaş: |