BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4 Təbiət elmləri seriyası 2010
QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA ATMOSFER YAĞINTILARININ
VƏ HAVANIN NİSBİ RÜTUBƏTLİYİNİN ÇOXİLLİK DƏYİŞMƏ
TENDENSİYASININ QİYMƏTLƏNDİRİLMƏSİ
S.H.SƏFƏROV
*
, M.M.MƏHƏRRƏMOVA
**
*
Milli Aviasiya Akademiyası,
**
Bakı Dövlət Universiteti
meteo@naa.edu.az
Təqdim olunan məqalədə Quba-Xaçmaz iqtisadi rayonu ərazisində atmosfer yağın-
tılarının və havanın nisbi rütubətliyinin aylıq qiymətlərinin çoxillik dəyişmə tendensiyaları
təhlil edilmişdir. Bu məqsədlə 1961-2005-ci illərin müşahidə məlumatlarından istifadə edil-
məklə iqlimşünaslıqda qəbul edilmiş fərq və trend üsullarının köməyilə bu elementlərin qlobal
və regional istiləşmə fonunda dəyişmələri qiymətləndirilmişdir.
Atmosfer yağıntıları iqlimin vacib xarakteristikalarından biridir. Yağıntılar
haqqında məlumatlar kənd təsərrüfatı işlərinin aparılmasında, hidrotexniki qurğuların
inşasında və bir sıra digər vacib məsələlərin həllində istifadə olunur. Müasir qlobal və
regional iqlim dəyişmələri fonunda atmosfer yağıntılarının hər bir ölkə iqtisadiy-
yatının müxtəlif sahələrinə təsirini qiymətləndirmək üçün onun regional dəyişmə
xüsusiyyətlərinin tədqiqi vacib elmi və praktiki əhəmiyyət kəsb edir. İqlimşünaslıq
elmində atmosfer yağıntılarının miqdarı əsas iqlim göstəriciləri və ya ərazinin iqlim
ehtiyatları kimi qəbul olunduğu üçün onların müasir dəyişmə tendensiyalarını
qiymətləndirməklə, atmosfer yağıntıları kimi əhəmiyyətli iqlim ehtiyatının da
dəyişmələri haqqında əsaslandırılmış elmi fikir yürütmək mümkündür.
İqlim dəyişmələri istiqamətində aparılan çoxsaylı tədqiqatların nəticələrinə
görə müəyyən olunmuşdur ki, qlobal və regional miqyasda iqlim elementlərinin
ekstremal qiymətlərinin təkrarlanmasının tezliyi artmağa başlamışdır. Belə hallar
özünü son onillikdə havanın temperaturunun daha sürətlə artması, yüksək tempe-
raturla müşayiət olunan quraqlıq və müxtəlif ölkələrin ərazilərinin katastrofik subas-
ması hadisələrinin daha tez-tez təkrarlanması formasında büruzə verməyə başla-
mışdır. Bununla əlaqədar olaraq bir sıra digər vacib parametrlərin də çoxillik dəyişmə
tendensiyaları tədqiq olunmalıdır. Bunlara havanın rütubətliyi göstəricisi olan nisbi
rütubətliyi, küləyin sürət və istiqamətlərini, havanın maksimal və minimal
temperaturlarını və s. aid etmək olar.
Azərbaycan Respublikası ərazisində atmosfer yağıntılarının çoxillik dəyişmə
tendensiyasının qiymətləndirilməsi üzrə aparılan tədqiqatlar göstərmişdir ki, 1997-ci
ilə qədər olan dövrdə bu iqlim elementinin əhəmiyyətli dəyişkənliyi, demək olar ki,
müşahidə olunmamışdır [2]. Oxşar nəticələr Gürcüstanın Böyük Qafqazın cənub
yamacındakı ərazilər və Cənubi Gürcüstan üçün də [7] alınmışdır. Yağıntıların əhə-
miyyətli artması isə Moldova [1] və Belarus Respublikaları [5] ərazisində, həmçinin
153
Rusiya Federasiyasının bəzi bölgələrində müşahidə olunmuşdur. Atmosfer yağıntı-
larının miqdarının Şimali Qafqazın mərkəzi hissəsində müxtəlif fəsillər üzrə dəyişmə
tendensiyasının tədqiqi göstərmişdir ki, yağıntıların miqdarının davamlı artımı qış,
yay və payız fəsillərində baş verdiyi halda, yaz fəslində azalması baş vermişdir [6].
Bütün bunlar göstərir ki, yeni müşahidə məlumatları əldə olunduqca müvafiq
tədqiqatlar davam etdirilməlidir.
Son vaxtlar iqlim normaları hesablanarkən orta qiymətin hesablanması döv-
rünün seçilməsi vaxtı iqlim sistemindəki müxtəlif stasionarlıq hesabına normaların
dəyişməsinin minimallaşdırılması ehtimalı ortaya çıxır. Digər tərəfdən, hesablama
dövrünün seçilməsinin fiziki və statistik meyarlarından əlavə, həm də iqlim norma-
larının hansı məqsədlər üçün hesablanması nəzərə alınmalıdır. İqlim normalarının
hesablanması dövrünün seçilməsi [5]-də lazımi səviyyədə əsaslandırılmış, havanın
orta temperaturunun və atmosfer yağıntılarının aylıq, fəsillik və illik iqlim normaları
[2] və [3]-də təhlil edilərək qiymətləndirilmişdir. Bunları nəzərə almaqla, biz də
apardığımız tədqiqatlarda havanın nisbi rütubətliyinin aylıq iqlim normalarını
hesablamaq üçün 1961-1990-cı illərin müşahidə məlumatlarından istifadə etmişik.
Havanın nisbi rütubətliyin qiymətlərinin zamana görə dəyişməsi orta kvadratik
sapma kəmiyyəti ilə xarakterizə olunur. Məlumdur ki, bu göstəricilərin zamana görə
dəyişməsi normal paylanma qanunu ilə şərtləndirilir. Buna görə də orta kvadratik
sapma kəmiyyətinə əsasən onların iqlim normalarından müxtəlif qiymətli sapmaların
təkrar olunması (və yaxud təminatı) haqqında mülahizə yürütmək olar. Məsələn,
±2,3σ olduqda R=2%, ±2,0σ olduqda R=5%, ±1,6σ olduqda R=10%, ±1,3σ olduqda
R=20%,
±0,84σ olduqda R=40% təşkil edir. Məsələn, 10%-li illərdə baxılan göstə-
ricilər (normadan)
±1,6σ qiymətindən artıq olan kəmiyyət qədər fərqlənəcək və 90%-
li illərdə bu
±1,6σ diapazonunda tərəddüd edəcək [5]. Yağıntıların zamana görə
dəyişkənliyi isə variasiya əmsalı ilə qiymətləndirilir.
Atmosfer yağıntıları. Atmosfer yağıntıları tədqiq olunan ərazinin əsas iqlim
ehtiyatlarından biridir. Atmosfer yağıntılarının ərazi üzrə paylanması bir sıra amillərlə
və bunlardan ən əsasları ümumi və yerli atmosfer sirkulyasiyasının xüsusiyyətləri,
oroqrafiya və yer səthinin xarakteristikalarıdır.
Atmosfer yağıntılarının iqlim normaları tərtib olunarkən istifadə olunan sıra-
ların variasiya əmsalları da hesablanmışdır. Belə ki, bu kəmiyyət yağıntıların
miqdarının zamana görə dəyişməsinin tarazlığını xarakterizə edir.
Quba-Xaçmaz iqtisadi rayonu ərazisindəki hidrometeoroloji stansiyalarının
aylıq yağıntı normalarının müəyyən qiymətləri [2 və 3]-dən götürülmüş, digərləri isə
hesablanmış və ərazinin iqlim ehtiyatlarının təhlilinin tamlığını təmin etmək üçün
onların qısa təhili aparılmışdır. Bu qiymətlər cədvəl 1-də verilmişdir.
Dekabr ayında yağıntı normaları Quba-Xaçmaz iqtisadi rayonu ərazisi üzrə
21,8 – 36,1 mm, yanvarda 18,2- -31,3 mm, fevralda isə 23,7 – 31,2 mm intervalında
paylanmışdır. Cədvəl 1-dən göründüyü kimi, yağıntıların minimal miqdarı dekabr və
yanvarda Qırız stansiyasında, fevralda isə Siyəzəndə müşahidə olunmuşdur. Ən çox
yağıntı isə Xaltanda düşmüşdür.
Yaz fəslinin bütün aylarında düzənlik ərazilərdə (Siyəzən, Xaçmaz) yağıntı-
ların miqdarı 23,1 – 30,2 mm intervalında olduğu halda, dağətəyi və dağlıq hissələrdə
yağıntıların miqdarı artmaqda davam etmiş və martda 37,6-42,1 mm-dən mayda 54,9-
85,4 mm-ə qədər dəyişmişdir.
154
Yay fəslinin iyun və iyul ayları ərzində düzənlik və dağətəyi ərazilərdə
yağıntıların miqdarı azalmağa başlamış, dağlıq hissədə isə iyunda maksimum yağıntı
norması müşahidə olunmuşdur.
Avqust-oktyabr aylarında artıq düzənlik və dağətəyi ərazilərdə yağıntıların
miqdarı artmağa, dağlıq hissədə isə azalmağa başlamışdır. Noyabr ayında isə bütün
baxılan ərazidə yağıntının miqdarı oktyabr ayına nisbətən azalmışdır.
Cədvəl 1
Yağıntı normalarının aylıq qiymətləri (mm)
Aylar
Stansiyalar
01 02 03 04 05 06 07 08 09 10 11 12
Siyəzən 22,7 23,7 23,1 29,2 27,3 19,6
8,6
13,0 28,8 34,1
30,1
24,4
Xaçmaz 23,4 24,3 24,3 30,2 26,0 18,2 11,8 14,8 32,7 36,6
32,9
31,6
Quba 31,3 30,3 37,6 47,8 54,9 47,5 29,8 33,7 62,1 64,0
47,0
36,1
Qırız 18,2 25,0 41,1 67,9 85,4 91,1 56,5 53,5 48,2 48,7
28,6
21,8
Xaltan 30,1 31,2 42,1 58,8 58,8 42,9 33,4 33,8 57,1 59,6
45,1
34,5
Havanın nisbi rütubətliyi. Havanın rütubətliyini xarakterizə etmək çün bir sıra
göstəricilərdən istifadə olunur. Praktiki cəhətdən bunlardan ən vacibi havanın nisbi
rütubətliyidir. Belə ki, o, havanın su buxarı ilə doyma səviyyəsini xarakterizə edir.
Çünki, havanın temperaturunun artması ilə doymuş su buxarının elastiklik təzyiqi
sürətlə artır, bu vaxt havanın nisbi rütubətliyi azalır. Buna görə də nisbi rütubətliyin
illik gedişi havanın orta temperaturunun illik gedişinə tərs mütənasibdir. Havanın
nisbi rütubətliyinin normalarının aylıq qiymətləri cədvəl 2-də verilmişdir.
Cədvəl 2
Havanın nisbi rütubətliyi normalarının aylıq qiymətləri, %
Aylar
Stansiyalar
01 02 03 04 05 06 07 08 09 10 11 12
Siyəzən
82 82 81 77 73 67 64 65 62 78 82 83
Xaltan
78 78 72 74 75 75 73 73 71 79 76 73
Xaçmaz
83 83 81 76 73 68 66 68 75 81 84 85
Quba
82 84 83 75 72 68 65 67 76 82 82 83
Qırız
56 60 64 66 71 75 77 76 73 66 57 55
Cədvəl 2-dən göründüyü kimi, qış aylarında havanın nisbi rütubətliyi düzənlik
və orta dağlıq ərazilərdə 73-85% intervalında paylandığı halda yüksək dağlıq hissədə
bu göstərici 55-60% təşkil etmişdir. Mart və aprel aylarında təxminən eyni tendensiya
müşahidə olunduğu halda, mayda bu göstərici bütün ərazi üzrə təxminən eyni ol-
muşdur (71-75%), Yay aylarında isə düzənlik və orta dağlıq hissədə ən az (64-68%),
yüksək dağlarda isə ən çox (73-77%) nisbi rütubət müşahidə olunmuşdur. Sentyabrda
ən aşağı nisbi rütubətlik Siyəzəndə qeydə alındığı halda (62%), oktyabr və noyabrda
Qırızda müşahidə olunmuşdur.
Tədqiq olunan mövzunun aktuallığını alaraq burada Quba-Xaçmaz iqtisadi
rayonu ərazisi üzrə aqroiqlim ehtiyatlarının formalaşmasında mühüm rol oynayan bir
155
sıra iqlim ehtiyatlarının çoxillik dəyişmə tendensiyaları ən son illərin (1961-2005-ci
illər) məlumatlarına əsasən qısa da olsa təhlil olunur.
Quba-Xaçmaz iqtisadi rayonu ərazisində atmosfer yağıntılarının və havanın
nisbi rütubətliyinin müasir dəyişmə tendensiyalarını qiymətləndirilməsi fərq və xətti
trend üsulu ilə həyata keçirilmişdir.
Fərq üsulundan istifadə etdikdə baxılan iqlim ehtiyatlarının 1991-2005-ci il-
lərdəki orta qiymətləri ilə bu göstəricilərin 1961-1990-cı illər üzrə hesablanmış norma
qiymətlərinin fərqləri təhlil edilmişdir. Belə yanaşma IPCC tərəfindən tövsiyyə edil-
mişdir. Belə ki, hər bir region üzrə bu səpgili məlumatlar almaqla, dünya üzrə alınmış
nəticələri unifikasiya etmək və real dəyişmələri qiymətləndirmək mümkündür [4].
Xətti trend üsulundan istifadə etdikdə, baxılan göstəricilərin, ancaq 1991-2005-
ci illər dövründə dəyişkənliyi qiymətləndirilmişdir. Belə üsulla qiymətləndirilmə
aparmaqla, həm fərq üsulu ilə alınmış nəticələrin doğruluğunu təsdiqləmək, həm də
son 15 ildə iqlim elementlərinin mümkün ola bilən dəyişmə sürətini müəy-
yənləşdirmək olar.
Bu göstəricilərin hər iki üsulla dəyişkənliyinin qiymətlərinin iqtisadi rayon əra-
zisi üzrə paylanması təhlil olunmuş, təhlilin nəticələri cədvəl və qrafik formalarında
verilmişdir.
Atmosfer yağıntılarının çoxillik dəyişmə tendensiyası. Atmosfer yağıntılarının
dəyişkənliyinin fərq üsulu ilə qiymətləndirilməsinin nəticələri cədvəl 3 və cədvəl 4-də
verilmişdir.
Cədvəl 3
1991-2005-ci illərdə atmosfer yağıntılarının 1961-1990-cı illər dövrünə
nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)
Aylar
Stansiyalar
01 02 03 04 05 06 07 08 09 10 11 12
Siyəzən
0 13 -32 -31 -10 -4 32 41 25 24 4 -12
Xaltan
-21
6 -12 -38 13 39 -12 -16 13 -14 -12 -6
Xaçmaz
0 7 -11 -47 -20 -1 28 -4 35 21 8 -22
Quba
-11 29 -4 -33 -16 -14
-13 22 18 5 19 11
Qırız
-29
0 -2 -34 -20 -23
-29 -10 31 -14 36 -17
Bizim apardığımız tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, avqust
ayında havanın temperaturunun bütün rayon ərazisi üzrə artımı baş vermişdir. Bu
fonda, Quba stansiyası istisna olmaqla, atmosfer yağıntılarının azalması baş vermişdir
ki, bu da klassik iqlimşünaslıq nəzəriyyəsinin prinsiplərinə uyğun gəlir. Bununla
bərabər, qeyd etmək lazımdır ki, avqust ayında yağıntıların azalması statistik
cəhətdən əhəmiyyətli olmamışdır.
Havanın nisbi rütubətliyinin çoxillik dəyişmə tendensiyasının təhlili
göstərmişdir ki, bu iqlim göstəricisinin sıralarında əhəmiyyətli dəyişkənliklər aşkar
etmək mümkün olmamışdır (bax cədvəl 5).
156
Cədvəl 4
Atmosfer yağıntılarının aylıq qiymətlərinin dəyişkənliyinin statistik əhəmiyyət-
liyinin Styüdent (kəsrin altı) və Fişer (kəsrin üstü) meyarları ilə qiymətləndirilməsi
(«+» işarəsi dəyişkənliyin statistik cəhətdən əhəmiyyətliyini, «-» işarəsi isə əhə-
miyyətsizliyini göstərir)
Aylar
Stansiya
01 02 03 04 05 06 07 08 09 10 11 12
- - - - - - + + - + + -
Siyəzən
- - - - - - - - + - - -
- + - - + + - - + - - +
Xaltan
- - - - - - - - - - - -
- + - - + + - - + - - +
Xaçmaz
- - - - - - - - - - - -
- - - + - - - - - - - -
Quba
- - - - - - - - - - - -
- - - +
+ - - - - - - -
Qırız
- - - + - - - - - - - -
Cədvəl 5
1991-2005-ci illərdə havanın nisbi rütubətliyinin 1961-1990-cı illər dövrünə
nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)
Aylar
Stansiyalar
01 02 03 04 05 06 07 08 09 10 11 12
Siyəzən
-5
-3 -3 4 3 3 4 3 2 6 -5 -4
Xaltan
-5 -7 -2 -9 -1 -1 -2 2 2 -2 -3 -1
Xaçmaz
-3
-2 -2 -2 0 1 2 1 2 2 3 3
Quba
1 -2 -2 -2 2 0 -1 1 2 -1 1 1
Qırız
8 6 5 5 3 2 2 4 5 3 9 11
Bunlar nəzərə alınaraq havanın nisbi rütubətliyinin məkan və zamana görə
paylanmasının ətraflı təhlil aparılmamışdır.
ƏDƏBİYYAT
1.Прогноз климата Молдовы на начало XXI века /под ред. А.В. Гольберта и
З.А.Мищенко. Кишинев, 1993, 117с.
2.Сафаров С.Г. Современная тенденция изменения температуры воздуха и атмосферных
осадков в Азербайджане. Баку: Элм, 2000, 300 с.
3.Xəlilov S.H., Səfərov S.H. Azərbaycan Respublikasında havanın temperaturunun və
atmosfer yağıntılarının aylıq normaları (1961-1990). Bakı, 2001, 109 s.
4.Climate Change 1995. The Science of Climate Change /J.T.Houghton et.al (Ed.).
Cambridge, 1996, 572 p.
5. Климат Беларуси / чл.-корр. Логинова В.Ф. Минск, Институт геологических наук АН
Беларуси, 1996, 234 с.
6. Ашабоков Б.А., Бисчоков Р.М., Деркач Д.В. Исследование изменения режима
атмосферных осадков в центральной части Северного Кавказа // Метеорология и
гидрология, 2008, №2, с.98-102.
7.Элизбарашвили Ш.Э. Моделирование и геоинформационное картографирование
атмосферных осадков в горных условиях (на примере горных регионов Грузии) /
Автореф. дис. на соиск. академической степ. доктора географии. Телави, 2008, 13 с.
ОЦЕНКА МНОГОЛЕТНЕЙ ТЕНДЕНЦИИ ИЗМЕНЕНИЯ АТМОСФЕРНЫХ
157
ОСАДКОВ И ОТНОСИТЕЛЬНОЙ ВЛАЖНОСТИ ВОЗДУХА
В ГУБА-ХАЧМАЗСКОМ ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ
С.Г.САФАРОВ, М.М.МАГЕРРАМОВА
РЕЗЮМЕ
В представленной статье проанализирована многолетняя тенденция изменения
месячных значений количества атмосферных осадков и относительной влажности
воздуха. С этой целью были использованы данные наблюдений за 1961-2005 годы и с
помощью методов разности и тренда были оценены изменения этих элементов на фоне
глобального и регионального потепления климата.
ESTIMATION OF THE MULTIYEAR TENDENCY OF THE CHANGE
OF ATMOSPHERIC PRECIPITATION AND RELATIVE HUMIDITY
IN GUBA-KHACHMAZ ECONOMIC REGION
S.H.SAFAROV, M.M. MAHARRAMOVA
SUMMARY
The current article presents an analysis of multiyear tendency in the change of monthly
indicators of the atmospheric precipitation quantity and relative humidity. For this purpose,
data of surveillance for the period of 1961-2005 have been used. Changes of these elements
against the background of global and regional climate warming have been estimated through
methods of difference and trend.
158
Document Outline - Cədvəl 1
- Havanın nisbi rütubətliyi normalarının aylıq qiymətləri, %
- 1991-2005-ci illərdə atmosfer yağıntılarının 1961-1990-cı illər dövrünə nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)
- 1991-2005-ci illərdə havanın nisbi rütubətliyinin 1961-1990-cı illər dövrünə nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)
Dostları ilə paylaş: |