Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
15
e) X
əzər çökəkliyi (Şimali Xəzəryanı, Qafqaz, Xəzərarxası və
Şimali İran ərazilərinin qovuşduğu yerdə əmələ gəlmişdir. Xəzər
d
ənizi iki çökəklikdən ibarətdir: Orta və Cənubi Xəzər. Onları
Abşeron-Pribalxan qalxımı ayırır. Cənubi Xəzər çökəkliyi müasir
dövrd
ə intensiv əyilmə zonasına çevrilmişdir. Burada Pliosen-
Dördüncü dövr çöküntül
ərinin qalınlığı 7 km-dən artıqdır);
ə) Kür dağarası çökəkliyi (Alp qırışıqlıq qurşağının Qafqaz
seqmentind
ə daxili strukturdur. O, Böyük və Kiçik Qafqaz
dağları, Dzirül massivi və Xəzər dənizi ilə həmsərhəddir.
Uzunluğu 450 km., eni isə 170 km.-dir. Kür dağarası çökəkliyin
tektonikası ilə İ. M. Qubkin, H. Ə. Əhmədov, Ə. V. Məmmədov,
F. S.
Əhmədbəyli və b. məşğul olmuşlar. Əsas tektonik struktur
elementl
əri Orta və Aşağı Kür çökəklikləridir. Orta Kür
çök
əkliyində Alazan-Əyriçay, Palantökən sinklinoriumu, Daşyüz,
Çatma-
Göyçay antiklinoriumu, Aşağı Kür sinklinoriumunda
Kürd
əmir-Saatlı, Mil-Muğan gömülmüş qalxımları mövcuddur).
Respublika
ərazisində Palçıq vulkanları Ə. Ə. Yaqubov, M. M.
Zeynalov, A. A.
Əliyev, F. S. Məhərrəmova və b. tərəfindən
t
ədqiq edilmişdir. Azərbaycanda fəaliyyətdə olan, yaxud sönmüş
palçıq vulkanları Abşeron yarımadasında, Qobustanda, Xəzər
d
ənizində geniş yayılmışdır. Quruda və Xəzər dənizində 40-dan
artıq palçıq vulkanı məlumdur. Onlar vaxtaşırı fəaliyyət
göst
ərirlər. Bunların içərisində Böyük Kənizi, Touraqaçay,
Otmanbozd
ağ, Keyrəki, Qalmas və b. göstərmək olar. Quruda
yayılmış palçıq vulkanları morfoloji quruluşlarına görə yastı
konus formasındadırlar. Fəaliyyətləri dövründə püskürmə
m
əhsulu 300-400 m. hündürlüyə atılır və 3-3,5 km
2
sah
əni əhatə
edir.
Palçıq vulkanlarının məhsullarında gil, vulkan brekçiyası,
d
ərin qatlardan gələn qaymalar, qaz, su və neft axımı müşahidə
olunur. D
əniz palçıq vulkanları ada və sualtı qalxım formalarda
m
əlumdur. Bunlardan Xarazirə, Gil, Qarasu, Səngi-Muğan və b.
göst
ərmək olar. Alimlər belə qənaətə gəlmişlər ki, palçıq
vulkanlarının əmələ gəlməsi üçün müəyyən şərait olmalıdır.
Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
16
Onların ən mühümləri – antiklinal strukturun, qırılma-sürüşmə
pozulmasının, plastik gil süxurunun, yeraltı su mənbəyinin və
karbohidrogen qaz toplusunun olmasıdır.
Fa
ydalı qazıntıları: Azərbaycan yerüstü və yeraltı filiz, qeyri-
filiz faydalı qazıntıları ilə zəngindir. Bu baxımdan ilk növbədə
Respublikanın neft və qaz yataqlarını yada salmalıyıq. Eramızdan
əvvəl VI-VII əsrlərdə Abşeron yarımadasında qaz və neftin yer
s
əthinə sızması məlum idi və eyni zamanda neftdən müxtəlif
sah
ələrdə istifadə olunması qeyd olunur. Abşeron yarımadasının
neftliliyi bar
ədə ilk yazılı məlumat X əsrdə Məsudi, XIII-XIV
əsrlərdə Marko Polo və b. tərəfindən verilmişdir. XVI əsrin
sonunda Balaxa
nı kəndində Allahyar Məmməd Nuri ilk dəfə
olaraq neft
əldə etmək məqsədiylə dərinliyi 60 m. olan əl quyusu
qazdırır. Əsrin əvvəllərində Qasımbəy dünya təcrübəsində ilk
d
əfə olaraq Xəzər dənizində sahildən 20-30 m. uzaqda neft
istehsal etm
ək fikrinə düşür və bu məqsədlə əl quyusu qazır.
1735-ci ild
ə səyyah Lerxe, 1841-ci ildə Fransa yazıçısı Düma
Suraxanıdakı məşhur «Atəşgah» barədə əsərlərinin birində
m
əlumat verilmişlər.
Bakı neftinin elmi əsaslarla öyrənilməsi məşhur alman geoloqu
H. V. Abixin XIX
əsrin ikinci yarısından başlayaraq
Az
ərbaycanda apardığı tədqiqatlarla bağlıdır. Neft quyularının
rotor üsulu il
ə 100-120 m. dərinliyə qazılması da ilk dəfə Bakıda
t
ətbiq olunur. Abşeronda zəngin neft yataqlarının aşkar edilməsi
daxili (H.
Tağıyev, M. Nağıyev, Ş. Əsədullayev və b. ) və xarici
(Rotşild, Nobel, Montaşev və b. ) kapitalistləri bu işə sərmayə
qoymağa sövq etdi.
Layların stratiqrafik yaşlarının təyin olunmasında paleontoloji
üsul mühüm rol oynayır. Bu sahədə kadrlar 1920-ci ildə yeni
yaranan Az
ərbaycan Politexnik İnstitutunda V. V. Boqoçovun
r
əhbərlik etdiyi “Paleontologiya və tarixi geologiya” kafedrasında
hazırlanırdı. Respublikada neft sənayesinin inkişafıyla əlaqədar
30-cu ill
ərdə regional geologiya, xəritəalma işləri genişlənir (Ş.
Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
17
Ə. Əzizbəyov, Ə. Ş. Şıxəlibəyli, R. N. Abdullayev və b. ). Eyni
zamanda Az
ərbaycan Neft Elmi-Tədqiqat və Lahiyə İnstitutunda
v
ə onun tərkibində fəaliyyət göstərən mikrofauna laboratoriyası
t
əşkil olunur (B. E. Livental, C. İ. Cəfərov və b. ) və burada təcili
t
əyinatlar aparılırdı.
XX
əsrin ikinci yarısından başlayaraq Xəzər dənizində geoloji-
k
əşfiyyat işləri və neft istehsalı sürətlə artır. Neft daşları,
Qumdaşı, Pirallahı adası və b. neftli-qazlı strukturların kəşf
edilm
əsində geoloqlardan Ə. Ə. Yaqubov, A. T. Əliyev, F. İ.
S
əmədov və b. böyük rolu olmuşdur. Azərbaycanda
karbohidrogen yataqlarının öyrənilib, inkişaf etdirilməsi
sah
əsində 1994-cü ilin sentyabr ayında Azərbaycan
Respublikasının Prezidenti cənab H. Ə. Əliyevin rəhbərliyi
altında bağlanan “Əsrin müqaviləsi” mühüm iqtisadi əhəmiyyət
k
əsb edir. Qısa müddətdə Çıraq, Azəri, Kəpəz yataqları sınaqdan
çıxaraq istismara verildi, terminallar quruldu. Hasil olan neft
Bakı-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Subsa neft kəmərlərilə
xarici bazara çıxarılır.
M
əlum olduğu kimi, Azərbaycan zəngin karbohidrogen
ehtiyatlarına malik olmaqla yanaşı, bollu filiz yataqları
m
ənbəyidir. Azərbaycanda dəmir, mis, qurğuşun və s. filizlərin
olması eramızdan əvvəlki dövrlərdə səyyah, tarixçi,
coğrafiyaşünaslara məlum idi. XIV-XV əsrlərdə yunanlar uzun
m
əsafə qət edərək, Böyük Qafqaz dağlarının cənub yamacında,
Kiçik Qafqazın şimal-şərq hissəsində mis, dəmir və s. əritmək
m
əqsədilə sobalar quraşdırmışlar. XVIII əsrin sonunda Rusiyadan
g
ələn məmurlar, təbiətşünaslar: Musin-Puşkin, Eyxvald və b.
Qazax rayonunda qızıl, Daşkəsəndə dəmir, Zəylikdə alunit
filizl
ərinin olması barədə məlumatlar verirlər. XIX əsrin
ortalarından başlayaraq H. V. Abix, F. Frex, Q. Arthaber və b.
t
ərəfindən Respublikanın ayrı-ayrı mahallarının geoloji xəritələri
t
ərtib olunur. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın
faydalı qazıntı yataqlarının öyrənilməsində canlanma hiss olunur.
Bu dövrd
ə əsasən Rusiyadan gələn geoloqlar fəaliyyət göstərirlər.
Dostları ilə paylaş: |