Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   2   3   4   5   6   7   8   9   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
15 
e)  X
əzər çökəkliyi  (Şimali  Xəzəryanı,  Qafqaz,  Xəzərarxası  və 
Şimali İran ərazilərinin qovuşduğu yerdə əmələ gəlmişdir. Xəzər 
d
ənizi iki çökəklikdən ibarətdir: Orta və  Cənubi Xəzər.  Onları 
Abşeron-Pribalxan qalxımı ayırır. Cənubi Xəzər çökəkliyi müasir 
dövrd
ə  intensiv  əyilmə  zonasına  çevrilmişdir.  Burada Pliosen-
Dördüncü dövr çöküntül
ərinin qalınlığı 7 km-dən artıqdır);  
ə)  Kür  dağarası  çökəkliyi  (Alp  qırışıqlıq  qurşağının  Qafqaz 
seqmentind
ə  daxili strukturdur.  O, Böyük və  Kiçik Qafqaz 
dağları,  Dzirül  massivi  və  Xəzər dənizi ilə  həmsərhəddir. 
Uzunluğu 450 km., eni isə 170 km.-dir. Kür dağarası çökəkliyin 
tektonikası ilə İ. M. Qubkin, H. Ə. Əhmədov, Ə. V. Məmmədov, 
F.  S. 
Əhmədbəyli və b. məşğul olmuşlar. Əsas tektonik struktur 
elementl
əri Orta və  Aşağı  Kür  çökəklikləridir.  Orta Kür 
çök
əkliyində Alazan-Əyriçay, Palantökən sinklinoriumu, Daşyüz, 
Çatma-
Göyçay  antiklinoriumu,  Aşağı  Kür sinklinoriumunda 
Kürd
əmir-Saatlı, Mil-Muğan gömülmüş qalxımları mövcuddur).  
 
Respublika 
ərazisində Palçıq vulkanları Ə. Ə. Yaqubov, M. M. 
Zeynalov, A.  A. 
Əliyev, F.  S.  Məhərrəmova və  b.  tərəfindən 
t
ədqiq edilmişdir. Azərbaycanda fəaliyyətdə olan, yaxud sönmüş 
palçıq  vulkanları  Abşeron  yarımadasında,  Qobustanda,  Xəzər 
d
ənizində  geniş  yayılmışdır.  Quruda və  Xəzər dənizində  40-dan 
artıq  palçıq  vulkanı  məlumdur.  Onlar  vaxtaşırı  fəaliyyət 
göst
ərirlər.  Bunların  içərisində  Böyük Kənizi, Touraqaçay, 
Otmanbozd
ağ,  Keyrəki, Qalmas və  b.  göstərmək olar.  Quruda 
yayılmış  palçıq  vulkanları  morfoloji  quruluşlarına  görə  yastı 
konus  formasındadırlar.  Fəaliyyətləri dövründə  püskürmə 
m
əhsulu 300-400 m. hündürlüyə atılır və 3-3,5 km
2
  sah
əni əhatə 
edir. 
Palçıq  vulkanlarının  məhsullarında  gil,  vulkan  brekçiyası, 
d
ərin qatlardan gələn qaymalar, qaz, su və  neft  axımı  müşahidə 
olunur.  D
əniz  palçıq  vulkanları  ada  və  sualtı  qalxım  formalarda 
m
əlumdur. Bunlardan Xarazirə, Gil, Qarasu, Səngi-Muğan və b. 
göst
ərmək olar.  Alimlər belə  qənaətə  gəlmişlər  ki,  palçıq 
vulkanlarının  əmələ  gəlməsi üçün müəyyən  şərait  olmalıdır. 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
16 
Onların  ən mühümləri  –  antiklinal  strukturun,  qırılma-sürüşmə 
pozulmasının,  plastik  gil  süxurunun,  yeraltı  su mənbəyinin və 
karbohidrogen qaz toplusunun olmasıdır.  
 
Fa
ydalı qazıntıları: Azərbaycan yerüstü və yeraltı filiz, qeyri-
filiz  faydalı  qazıntıları  ilə  zəngindir.  Bu  baxımdan  ilk  növbədə 
Respublikanın neft və qaz yataqlarını yada salmalıyıq. Eramızdan 
əvvəl VI-VII  əsrlərdə  Abşeron  yarımadasında  qaz  və  neftin yer 
s
əthinə  sızması  məlum idi və  eyni zamanda neftdən müxtəlif 
sah
ələrdə  istifadə  olunması  qeyd  olunur.  Abşeron  yarımadasının 
neftliliyi bar
ədə  ilk  yazılı  məlumat X əsrdə  Məsudi, XIII-XIV 
əsrlərdə  Marko Polo və  b.  tərəfindən  verilmişdir.  XVI  əsrin 
sonunda Balaxa
nı  kəndində  Allahyar Məmməd Nuri ilk dəfə 
olaraq neft 
əldə etmək məqsədiylə dərinliyi 60 m. olan əl quyusu 
qazdırır.  Əsrin  əvvəllərində  Qasımbəy dünya təcrübəsində  ilk 
d
əfə  olaraq Xəzər dənizində  sahildən 20-30 m.  uzaqda neft 
istehsal etm
ək fikrinə  düşür  və  bu məqsədlə  əl  quyusu  qazır. 
1735-ci ild
ə  səyyah Lerxe, 1841-ci ildə  Fransa  yazıçısı  Düma 
Suraxanıdakı  məşhur  «Atəşgah»  barədə  əsərlərinin birində 
m
əlumat verilmişlər.  
Bakı neftinin elmi əsaslarla öyrənilməsi məşhur alman geoloqu 
H.  V.  Abixin XIX 
əsrin  ikinci  yarısından  başlayaraq 
Az
ərbaycanda  apardığı  tədqiqatlarla  bağlıdır.  Neft  quyularının 
rotor üsulu il
ə 100-120 m. dərinliyə qazılması da ilk dəfə Bakıda 
t
ətbiq olunur. Abşeronda zəngin neft yataqlarının aşkar edilməsi 
daxili (H. 
Tağıyev, M. Nağıyev, Ş. Əsədullayev və b. ) və xarici 
(Rotşild,  Nobel,  Montaşev  və  b.  ) kapitalistləri  bu  işə  sərmayə 
qoymağa sövq etdi.  
Layların  stratiqrafik  yaşlarının  təyin  olunmasında  paleontoloji 
üsul  mühüm  rol  oynayır.  Bu sahədə  kadrlar 1920-ci ildə  yeni 
yaranan Az
ərbaycan  Politexnik  İnstitutunda  V.  V.  Boqoçovun 
r
əhbərlik etdiyi “Paleontologiya və tarixi geologiya” kafedrasında 
hazırlanırdı.  Respublikada neft sənayesinin  inkişafıyla  əlaqədar 
30-cu ill
ərdə  regional geologiya, xəritəalma  işləri  genişlənir  (Ş. 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
17 
Ə. Əzizbəyov, Ə. Ş. Şıxəlibəyli, R. N. Abdullayev və b. ). Eyni 
zamanda Az
ərbaycan Neft Elmi-Tədqiqat və Lahiyə İnstitutunda 
v
ə  onun tərkibində  fəaliyyət göstərən  mikrofauna  laboratoriyası 
t
əşkil olunur (B. E. Livental, C. İ. Cəfərov və b. ) və burada təcili 
t
əyinatlar aparılırdı.  
XX 
əsrin ikinci yarısından başlayaraq Xəzər dənizində geoloji-
k
əşfiyyat  işləri və  neft  istehsalı  sürətlə  artır.  Neft  daşları, 
Qumdaşı,  Pirallahı  adası  və  b.  neftli-qazlı  strukturların  kəşf 
edilm
əsində  geoloqlardan  Ə.  Ə.  Yaqubov, A.  T.  Əliyev,  F.  İ. 
S
əmədov və  b.  böyük  rolu  olmuşdur.  Azərbaycanda 
karbohidrogen  yataqlarının  öyrənilib,  inkişaf  etdirilməsi 
sah
əsində  1994-cü  ilin  sentyabr  ayında  Azərbaycan 
Respublikasının  Prezidenti  cənab H.  Ə.  Əliyevin rəhbərliyi 
altında  bağlanan  “Əsrin  müqaviləsi”  mühüm iqtisadi əhəmiyyət 
k
əsb edir. Qısa müddətdə Çıraq, Azəri, Kəpəz yataqları sınaqdan 
çıxaraq  istismara  verildi,  terminallar  quruldu.  Hasil olan neft 
Bakı-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Subsa neft kəmərlərilə 
xarici bazara çıxarılır.  
M
əlum  olduğu  kimi, Azərbaycan zəngin karbohidrogen 
ehtiyatlarına  malik  olmaqla  yanaşı,  bollu  filiz  yataqları 
m
ənbəyidir.  Azərbaycanda dəmir,  mis,  qurğuşun  və  s.  filizlərin 
olması  eramızdan  əvvəlki dövrlərdə  səyyah, tarixçi, 
coğrafiyaşünaslara  məlum idi.  XIV-XV  əsrlərdə  yunanlar uzun 
m
əsafə  qət edərək,  Böyük  Qafqaz  dağlarının  cənub  yamacında, 
Kiçik  Qafqazın  şimal-şərq hissəsində  mis, dəmir və  s.  əritmək 
m
əqsədilə sobalar quraşdırmışlar. XVIII əsrin sonunda Rusiyadan 
g
ələn məmurlar, təbiətşünaslar:  Musin-Puşkin,  Eyxvald  və  b. 
Qazax  rayonunda  qızıl,  Daşkəsəndə  dəmir, Zəylikdə  alunit 
filizl
ərinin  olması  barədə  məlumatlar verirlər.  XIX  əsrin 
ortalarından  başlayaraq  H.  V.  Abix, F.  Frex, Q.  Arthaber və  b. 
t
ərəfindən Respublikanın ayrı-ayrı mahallarının geoloji xəritələri 
t
ərtib  olunur.  XX  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycanın 
faydalı qazıntı yataqlarının öyrənilməsində canlanma hiss olunur. 
Bu dövrd
ə əsasən Rusiyadan gələn geoloqlar fəaliyyət göstərirlər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə