DöVLƏt katiBİ con kerriNİn bəyanati 25 noyabr 2015-ci IL Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar



Yüklə 11,51 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü11,51 Kb.
#7931


DÖVLƏT KATİBİ CON KERRİNİN BƏYANATI 

25 noyabr 2015-ci il 

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar. 

 

Bu gün biz, gender zəminində baş verən zorakılığa son qoyulması istiqamətində atılmış bir sıra 



cəsarətli və cəsur addımları özündə ehtiva edən hekayələri – insanları seksual istismara məruz 

qalmaqdan xilas olmağa kömək edən rahibələri, Argentinadakı futbol klublarında oğlanlara 

qadınlarla münasibətdə hörmət etməyi öyrədən insanları, zorakılıq qurbanlarına kömək 

məqsədilə istifadə olunan tibbi alətlər və materiallardan ibarət ilk yardım dəstinin sınaqdan 

keçirilməsi məqsədilə Detroytda vəsait toplayan sahibkar xanımları, gender zəminində baş verən 

zorakılıqlara qarşı çıxan, qanunların və ictimai asayişin gücləndirilməsini təşviq edən 

Hindistandakı universitet tələbələrini – qeyd edirik.        

 

Bu məsələ mənim üçün dərin şəxsi əhəmiyyət kəsb edir. 1970-ci illərdə mən Boston ətrafında 



prokuror vəzifəsində çalışarkən, zorlama və cinsi zəmində baş verən cinayət əməlləri törədənləri 

dəmir barmaqlıqlar arxasına salırdım. İnsanlara iki dəfə əziyyət verməmək üçün – bir dəfə 

cinayət əməlinə görə və bir dəfə də sistem tərəfindən – şahidlərin müdafiəsi proqramını 

Amerikada qəbul edən ilk ədliyyə sistemlərindən biri bizdə idi. Biz, bu cür cinayət əməllərini 

nəzarətə götürən və onların tez bir zamanda məhkəməyə təqdim olunmasını təmin edən prioritet 

istintaq bölməsi də yaratmışdıq, çünki sizin kim olmağınızdan və yaxud nə etməyinizdən asılı 

olmayaraq “yox” kəlməsi özlüyündə “yox” deməkdir, “iradəsinə qarşı” ifadəsi “iradəsinə qarşı” 

deməkdir və güc heç bir halda qəbul edilə bilməz.        

 

Bununla belə bu da bir həqiqətdir ki, bir sıra zorakılıq halları hələ də davam etməkdədir – Papua-



Yeni Qvineyada arvad öz əri tərəfindən döyülür, Birləşmiş Ştatlarda universitetin kampusunda 

tələbə cinsi hücuma məruz qalır, Konqo Demokratik Respublikasında qadınlar hökumət əsgərləri 

tərəfindən zorlanır, Avropadakı 15 yaşlı qız uşağı sünnət olunmaq təhlükəsi ilə üzləşir, ərə 

getməkdən imtina edən gənc əfqan xanım daş-qalaq edilərək öldürülür, minlərlə qadın və qız 

uşaqları İŞİD tərəfindən köləyə çevrilir və onların insan hüquqları ağır formada pozulur.        

 

Gender zəminində baş verən zorakılıq dünyanın hər bir yerindəki ölkələr, o cümlədən Birləşmiş 



Ştatlar üçün bir problemdir. Dünyadakı hər üç qadından biri öz həyatı boyunca gender zəminində 

baş verən zorakılığa məruz qalır. Yaşlı qadınların, fiziki qüsuru olan qadınların, transgender 

qadınların və təcrid olunmuş icmalarda yaşayan qadınların vəziyyəti daha da ağırdır. Bütün 

bunlar isə dəhşətli nəticələrə gətirib çıxarır, təkcə qadınlar deyil, eyni zamanda dünyanın 

müxtəlif yerlərindəki ailələr, icmalar, iqtisadiyyatlar və ölkələr bundan əziyyət çəkir.      

 

Bizim hər birimiz və hər bir kəs gender zəminində baş verən zorakılığa son qoyulması üçün nə 



isə edə bilərik. Birləşmiş Ştatlar qanunun aliliyini gücləndirməklə, bu cür problemlərdən xilas 

olanlara yardım göstərməklə, qadınlar və qızlara qarşı göstərilən köhnəlmiş münasibətlərin 

dəyişdirilməsi istiqamətində çalışmaqla bu problemlərin həllində fəal iştirak edir. Biz eyni 

zamanda münaqişə zamanı baş verən seksual zorakılığın aradan qaldırılması istiqamətində qlobal 

tərəfdaşlarımızla əməkdaşlıq edirik və birgə fəaliyyətin gücünü xüsusi vurğulayan yeni G7 

hesabatını alqışlayırıq.    

 

Əsas odur ki, biz bu işi hər gün, ildə 365 gün həyata keçirək. Qadın Zorakılığına Qarşı 



Beynəlxalq Mübarizə Günündə və ondan sonrakı 16 günlük fəaliyyət aksiyası çərçivəsində biz 

təkcə gender zəminində baş verən kədərli hadisələri işıqlandırmırıq, eyni zamanda buna son 

qoymağa çalışan qəhrəmanları da qeyd edirik. Biz bu cür problemlərdən xilas olanlara yadım 

etməyə davam edəcəyimizə, problemlərin qarşısının alınması istiqamətində çalışacağımıza və 

genderin heç bir halda zorakılığa əsas vermədiyini aydın şəkildə bəyan edəcəyimizə söz veririk.        

 

### 



Yüklə 11,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə