42
- Bir-iki xırda qrammatik səhvlər buraxılıb: 1.
«otur öz yerində» bir yerdə yazılmır; 2. «qara
meymun» ifadəsini Böyük hərflə yazmaq lazımdır:
hər-halda prezidentə müraciət edirsiniz!
Beynəlxalq münasibətlər sistemi formalaşdıqca, daha
çox ölkələri əhatə etdikcə, qloballaşma prosesi, elmi-
texnoloji inkişaf sürətini artırdıqca, diplomatik fəaliyyətin
bir növü olan diplomatik yazışma da beynəlmilləşir və bəzi
kiçik fərqləri istisna etməklə, sənədlər, məktublar eyni
texnologiyanın istifadə olunması ilə tərtib edilirlər.
Şə
ffaflıq əsrində diplomatik yazışmanın bir çox sənədləri
istər-istəməz geniş oxucu dairəsinə əlinə düşür. Diplomat
nəinki rəsmi sənədlərin, şəxsi məktublarının, sosial
şə
bəkələrdəki qeydlərinin yazılmasına diqqqət yetirməli
olur, çünki təsadüfən, zarafatla yazılan bir söz, atmaca
sonradan diplomatik skandala səbəb ola bilər.
Maraqlıdır
1)
XIX əsrin sonlarında ABŞ- span münasibətləri
43
kifayət qədər gərgin idi. Gec-tez müharibənin baş
verəcəyəni siyasi dairələr dərk edirdi. Müharibənin
başlanması arzusunda olan qüvvələr istənilən təxribata əl
atırdılar. Belə bir şəraitdə yerli amerika qəzetlərinin
birində oğurluq yolu ilə edilmiş spaniyanın ABŞ-dakı
səfiri Düpui de Lomanın Amerika prezidenti Mak-Kinli
barədə xoşagəlməz ifadələr işlətdiyi şəxsi məktub çap
edilir. Çapdan dərhal sonra səfir istefa ərizəsini təqdim
edir və ispan höküməti rəsmi ABŞ-ın etirazı hələ Madridə
çatmamış, istefanı qəbul edir
19
.
2)
2013-cu ilin aprel ayında Argentinanın yerli
nəşrlərindən biri Uruqvay prezidentinin audioçıxışının
mətnini çap edir. Rəsmi görüşün bitdiyi üçün rahat danışa
biləcəyini güman edən prezident Xose Muxika mikrofonun
hələ də işlədiyini unudaraq köməkçilərindən birinə «Bu
qoca ifritə əvvəlki çəpgözdən də betərdir» - deyə bildirir.
Çəpgöz dedikdə, Argentinanın mərhum prezidenti Nestor
Kirşner, qoca ifritə adı altında Nestorun həyat yoldaşı,
hazırkı Argentina prezidenti Kristina Kirşner nəzərdə
19
www.BiblioFond.ru/view.aspx?id=23751
44
tutulurdu. Uruqvay prezidenti Muxika həmkarına açıq
məktubla üzrxaqlıq etsə də, qarşı tərəf hələ də baş vermiş
skandala öz münasibətini açıqlamayıb
20
.
Bütün
bunlar
diplomatik
yazışmada
standartlaşdırma,
unifikasiya
və
trafaretləşdirmə
səviyyəsinin günbəgün artmasına səbəb olur.
Standartlaşdırma
dedikdə,
informasiya
mübadiləsinin səmərəli üsullarının təminatı məqsədi ilə
sənədlərə qarşı sürülən vahid norma və qaydaların təsbiti
başa düşülür. Bir sözlə, eyni tipli obyektlərin
tutuşdurulması zamanı ilkin olaraq qəbul edilən standartın,
nümunənin, etalonun təsbiti, sənədlərə qarşı vahid ölçülər,
formalar, qaydalar və tələblərin tətbiqindən gedir. Tarixi
inkişafın nəticəsi olaraq sənədin yalnız ən funksional
xassələri qorunub saxlanmış və yayılmışdı. Diplomatik
yazışmaya gəldikdə, söhbət əksəriyyəti rəsmi-işgüzar və
bir qismi daha çox diplomatik sahədə istifadə olunan
sözlər, dayanıqlı söz birləşmələri, qrammatik forma və
cümlə quruluşlarından gedir. Məsələn, «nəzərdə tutulduğu
20
http://www.rosbalt.ru/main/2013/04/12/1117241.html
45
kimi», «məqsədəmüvafiq hesab edilə bilər», «məlumat
üçün qeyd edək ki», «cavab olaraq bildirir ki» və s. Rəsmi-
işguzar ünsiyyətdə onlar nə qədər yerində görsənsələr də,
adi məişətdə yaxud ədəbi üslubda bir o qədər qəribə, bəzən
komik də görünürlər. Həyətdəki yeniyetmələrin mübahisə
zamanı bir-birinə «Sizə ərz etmək istəyirəm ki, siz səhv
edirsiniz!» deməyini təsəvvür etmək olarmı?!
Dəfələrlə təkrarlanan vəziyyətlərin eyni tipdə
olması həyatın reallığından kağız üzərinə də köçür və
standart ifadələrdə əks olunur. Bu prosesə unifikasiya
deyilir. Sənədlərin unifikasiyası zamanı aşağıdakı
prinsiplərə riayət etmək lazımdır:
1)
Mətndə vəziyyətin (sosial, ictimai, beynəlxalq və s.)
məzmununun obyektiv şəkildə əks etdirilməsi;
2)
nformasiyanın tərkibi və sənədin növü arasında
müvafiqliyə ciddi riayət edilməsi;
3)
Uzun illərin təcrübəsinin sınağından keçərək
seçilmiş dayanıqlı ifadələrin, söz birləşmələrinin,
cümlə modellərinin dil düsturlarından istifadə.
Faktiki olaraq, unifikasiya standartlaşdırma ilə
Dostları ilə paylaş: |