36
bənzətmələr tək də gözəl səslənir, sadəcə olaraq siyasi
proseslərdə tətbiqi onlara yeni məna verdi və diplomatik
lüğətin arsenalına daxil etdi. Bəzən böyük diplomatlar
ordusundan seçilərək siyasi tarixdə qalmaq üçün belə bir
yeniliyin, ifadənin tapıntısı kifayət edir. Məsələn, 1963-cü
ildə amerikan nüvədaşıyıcı sualtı qayıqlarının Aralıq
dənizində yerləşməsinə SSR -nin etiraz notasında «Aralıq
dənizin ölü dənizə çevrilməsi təhlükəsi var.» cümləsi var.
«Aralıq dənizin ölü dənizə» ifadəsi öz mənalığı və təsir
gücünə görə ədəbi əsərlədəki ən gözəl nümunələrdən geri
qalmır (həm təbii dənizin məhv olması təhlükəsini
yaşadığını göstərmə, həm də Ölü dənizə işarə etməklə
Yaxın Şərqdəki gərgin vəziyyətə və bu vəziyyətin Aralıq
dənizi regionunda yarana bilməsi ehtimalına işarə)
17
.
Ümumiləşdirsək, diplomatik, rəsmi stilin qısa ifadəsi
kimi Böyük Britaniyada işlədilən «5C» qaydasını qəbul
etmək olar:
clear
Aydın
17
Kovalyov A.Q. Göst. əsəri. S. 145.
37
complete
tam, dolğun
Concise
yığcam
Courteous
nəzakətli
Correkt
düzgün
Bu qaydaların ayrı-ayrılıqda tətbiqi nə qədər
asandırsa, onları bir yerdə (dolğun və yığcam, aydın və
nəzakətli) bir sənəddə tətbiq etmək, doğrudan da, böyük
diplomatik məharət, yazışma təcrübəsi tələb edir.
Maraqlıdır
38
Diplomatik stildə yazmaq üçün digər üslublara
xas olan bəzixüsusiyyətlərdən qaçmaq, özünü saxlamaq
lazımdır. Elmi üsluba xas olan mürəkkəblikdən qaçmalı,
qəliz və anlaşıdmaz xüsusi terminlərə meyl etməməli;
publisistik üsluba xas olan sərbəstlik və şişirtmələrdən
uzaq olmalı; ədəbi üslubun uzunçuluğu, qeyri-müəyyənliyi,
orijinal bənzətmələrindən yayınmaq lazımdır. Qeyd
edilənlər heç də diplomatın adıçəkilən sahələrdən bixəbər
olmasına dəlalət etmir. Əksinə, bəlkə də, həmin peşə
fəaliyyətləri, onların yazma üsulu ilə yaxşı tanış olmaq
lazımdır ki, eyni stildən diplomatik yazışmada istifadə
Италийалы А.Данте Ф.Петрарка
Ж.Боккаччо
39
etməyəsən. Təsadüfi deyil ki, bir çox diplomatlar həmçinin
ş
air, yazıçı, publisist kimi də tanınıblar və bəzi hallarda
xobbi kimi yanaşdıqları bu istiqamətlər onları tarixdə daha
çox tanıdıb, nəinki diplomatik fəaliyyətləri. Məşhur italyan
ş
air və yazıçıları Aligyeri Dante (
Ravenna hökmdarının
səfiri qismində çalışmışdı), Françesko Petrarka (XIV əsrin
ortalarında elmi fəaliyyətdən imtina edərək, Milan
arxiyepiskopun yanında katib, natiq və emissar olaraq
çalışır və müxtəlif diplomatik missiyalarda iştirak edir, o
cümlədən Praqada çar IV Karlla görüşür), Covanni
Bokaçço (
XIV əsrin ortalarında Ravennanın elçisi olaraq,
çar V Lyudoviq Brandenburqlu, roma papaları VI
nnokenti və V Urbanla diplomatik danışıqlar aparmışdı),
Рус Д.Фонвизин А.С.Грибойедов Ф.Тйутчев
40
rus D.Fonvizin (
XVIII əsrin ortalarında Rusiya xarici
kollegiyasında çalışmışdı), A.S.Qriboyedov, F.Tyutçev
(
XIX əsrin ikinci rübündə Münhen, Genuya ə Turindəki
rus missiyalarında, sonralar bilavasitə Rusiya X N
tərkibində müşavir qismində çalışmışdı),
azərbaycanlı Molla Pənah Vaqif, A.Bakıxanov, gözəl
publisist Ə.M. Topçubaşov, ədəbiyyat üzrə Nobel mükafatı
almış U.Çörçill, XX əsrin ikinci yarısında Sudanın əvvəl
xarici işlər, sonra baş naziri olmuş Məhəmməd Əhməd əl
Məhcub və digərləri bunu öz həyat, peşə fəaliyyətləri və
yaradıcılıqları ilə sübut edirlər. Daha müasir dövrdən də
А.БакыхановМолла Пянащ Вагиф Я.М.Топчубашов
41
belə misallar gətirmək olar: XX əsrin sonlarında
Bolqarıstanıın X N əməkdaşı olmuş şair, tərcüməçi,
diplomat,
ə
slən
azərbaycanlı
Xalid
Qiyasbəyli
(
diqqətəlayiqdir ki, həmyerlimiz, eyni zamanda 4 dildə şeir
yazır, həmçinin elmi fəaliyyətlə məşğuldur
18
), şərqşünas-
alim, fövqəladə və səlahiyyətli səfir Elman Araslı, Bakıdakı
Rusiya səfirliyinin baş müşaviri, şair A.Qladkov və b.
Tənəffüs
MG MO-nun (Beynəlxalq münasibətlər nstitutu)
tələbəsinə imtahanda sual verilir:
- Atlantik okeanda bizim sualtı qayığımız Afrika
ölkələrinin birinin ticarət gəmisini batırdı. Siz həmin
ölkənin etiraz notasına cavab yazmalısınız.
Yarımsaatdan sonra professor tələbənin cavabını
oxuyur:
- Ümumən hər şey düzgündür, əsl sovet
diplomatiyası üslubunda yazılıb. Dörd.
- Bəs hər şey düzgündürsə, niyə «dörd»?
18
http://azcongress.info/cat/67-aprel-2009/3959-2009_4_33
Dostları ilə paylaş: |