25
deyil ki, həmin dövrün venesiyalı diplomatı Ottaviano
Maco diplomatlara latın, yunan, fransız və ispan dilləri ilə
yanaşı türk dilini də öyrənmələrini tövsiyyə edirdi
11
.
XVIII əsrin ortalarından beynəlxalq ünsiyyət dili
kimi fransız dili qəbul edilir (bunun digər tərəflərin
hüquqlarının tapdalanması kimi başa düşülməməsi şərti
ilə). Bütün Avropada diplomatik kadrların əsas təminatçısı
olan aristokratlar sinfi arasında fransız dilini uşaq
vaxtından öyrənmək bir dəb şəklini alır. Məsələn, hətta
Napoleon Fransası ilə müharibə apardığı dövrdə belə
Rusiyada fransız dilini öz doğma dilindən yaxşı bilən
aristokratlar kifayət qədər çox idi. Oxşar vəziyyət Osmanlı
imperiyasında da mövcud idi. Məhz bunun nəticəsində
vaxtilə Rusiya, Türkiyə və Qərbi Avropada təhsil almış,
Azərbaycan Xalq Cümhuriyyətinin baniləri fransız dilində
sərbəst danışır, yazır və mübaliğəsiz söyləmək olar ki,
Versal sülh danışıqları prosesində müvəffəqiyyətlə dövlət
11
Eyyubov A. K. Diplomatiyanın əsasları. B., 2009, S. 14.
26
maraqlarımızı
müdafiə
olunmasında
bu
amilin
özünəməxsus rolu var idi
12
.
Birinci Dünya müharibəsindən sonra tədricən
beynəlxalq dil qismində ingilis dili möhkəmlənir. Hal-
hazırda da beynəlxalq ünsiyyətdə ingilis dilinin müəyyən
üstünlüyə sahib olmasına baxmayaraq, rəsmi şəkildə
dillərin bərabərhüquqluğu elan edilib və rəsmi yazışma,
xüsusən də diplomatik sənədlər mübadiləsi hər ölkənin öz
dövlət dilində aparılır. Azərbaycan dili bir diplomatik dil
olaraq gənc olsa da, artıq müəyyən təcrübəyə və
özünəməxsus xüsusiyyətlər və cizgilərə malikdir.
Bəzən ictimaiyyətdə eyni zamanda həm doğma
dilini, həm də xarici dili mükəmməl səviyyədə bilən və
tətbiq etməyi bacaran kadrların az olması ilə bağlı
məzəmmətlər, narazılıqlar səslənir. Lakin tarixən gənc
dövlətlərin əksəriyyəti, xüsusən də böyük bir imperiyaların
parçası olmuş ölkələrin bir çoxu bu problemi yaşamışdır və
bu zamana ehtiyacı olan təbii bir prosesdir. O ki qaldı
12
Maraqlananlara nümunə qismində AXC yaradıcısı Məmməd Əmin Rəsulzadənin
fransız dilindəki məqalələri və onlara rus dilində şərhləri olan kitaba müraciət
etməyi məsləhət görürəm: М.Э. Расулзаде. Сборник произведений и писем. М.,
2010.
27
diplomatik sənədlərin düzgün və aydın tərcüməsi
məsələsinə… Ümumiyyətlə, hazırda istənilən ixtisas
sahəsində (hüquqi, tibbi, ədəbi və s.) identik tərcümə ilə
bağlı problemlər mövcuddur. Dilimizin adı ilə yanaşı, onun
söz
ehtiyatı
və
bu
söz
ehtiyatının
inkişaf
qanunauyğunluqları, istiqaməti və hətta sürətinə dair həm
«sıravi» vətəndaşlar, həm də mütəxəssislər arasında
diskussiyalar davam etməkdədir. Tibbi, hüquqi terminlər,
ifadələr kimi, bəzi diplomatik ifadələr də bizə bir az yad,
qeyri-düzgün görsənə bilər. Əminəm ki, necə ki ilk illərin
doğma dilində cümlə qura bilməyən bəzi diplomatlarımızı
və rəsmi şəxslərimizi bu günün rəsmi şəxsləri ilə müqayisə
etmək olmaz, eləcə də sabahın mütəxəssisləri bu sahədə
daha da peşəkar olacaqlar.
2)
Diplomatik dilin ikinci anlamına aid xüsusi
termin və ifadələr bizim əsas tədqiqat obyektimiz
olmadığına görə, onların üzərində ayrıca dayanmaq
fikrində deyilik. Sadəcə qeyd edək ki, diplomatik dilin
inkişaf tarixi onlara da təsir etmiş və bu terminlərin böyük
ə
ksəriyyəti latın (ad HOC, akklamasiya, de-yure,
28
delimitasiya, konsul, memorandum və s.), fransız (demarş,
duayen, aqreman, denonsasiya və s.), qismən ingilis (non
paper, centlmen sazişi və s. ) mənşəli sözlərdir və
beynəlxalq statuslu, üstmilli sözlər olaraq, demək olar ki,
dəyişilmədən dünyanın əksər dillərində diplomatlar, rəsmi
şə
xslər tərəfindən tətbiq olunurlur. Ümumən dil inkişaf
etdiyi kimi, diplomatik dil də inkişaf edir, bəzi terminlər,
diplomatik ifadələr öz əhəmiyyətini itirir yaxud
məzmununu dəyişir (məsələn, draqoman, «şimal sarayları»
və ya Türkiyəyə dair «Porta» sözündən istifadə və s.
13
),
yeniləri (assosiativ üzvlük, yumşaq güc) yaranıb tətbiq
edilməkdədir.
3)
Hər bir peşənin nəinki özünəməxsus termin
bazası, həmçinin kənar adam üçün adi səslənən, lakin
həmin peşə dünyası daxilində ayrı məna kəsb edən ifadələr,
cümlələr
mövcuddur.
Məsələn,
həkimlər
«ziyan
vurmamaq» prinsipindən çıxış edərək pasiyentə xəstəliyə
ilə bağlı elə ifadələrlə məlumat verirlər ki, sonuncu çox
vaxt vəziyyətinin nə dərəcədə pis olub-olmadığını anlamır
13
Г.Никольсон. Дипломатия. – М., 1941. С. 88-89.
29
və yalnız «həkim dili» ilə tanış olanlar real vəziyyətin
nədən ibarət olduğunu dərk edirlər. Diplomatlar da kəskin
ifadələrdən, «qapını çırpmaqdan» yayınmağa çalışırlar,
lakin bu heç də onların eyni məna kəsb edən sətiraltı
kəlmələrlərdən istifadə etmədikləri anlamına gəlmir. Gəlin
bəzi nümunələrə nəzər salaq
14
:
Məsələyə etinasız yanaşa
bilmərik
Məsələyə mütləq müdaxilə
ediləcək
Bu halda hökümət öz
mövgeyinə yenidən
baxmağa məcburdur
Dostluq istənilən an
düşmənçiliyə çevrilə bilər
Mənim hökümətim hərəkət
etməkdə tam sərbəstdir
Diplomatik əlaqələrin
kəsilməsi nəzərdə tutulur
Hökümət bu hüququ özündə
saxlamağı lüzum bilir
Hökümət imkan
verməyəcək
Nəticələrə görə cavabdeh
deyil
Müharibəyə səbəb ola
biləcək hadisə törətməyə
hazırdır
14
V. .Popov. Gösğ.əsər. S. 433.
Dostları ilə paylaş: |