30
Yuxarıda qeyd olunan ifadələr və onlara diplomatik
müstəvidə verilən məna da birdən-birə yanamamış və
uzunəsrli təkamül yolunu keçmişdi. Müharibələrlə zəngin
olan Qədim Dövr və Orta əsrlərdə, Yeni dövrün ilkin
mərhələsində dövlət nümayəndələri təhdidlərini və təzyiq
cəhdlərini daha kobud, açıq şəkildə ifadə edirdilər. Hətta
XIX-XX əsrin əvvəllərində belə, müəyyən sətiraltılığa
keçidə baxmayaraq, bu ənənə davam etməkdə idi. Gəlin
stanbuldakı rus elçisinin 1826-cı ildə osmanlı sultanının
rəis-əfəndisinin adına ünvanladığı ultimatumdakı son
abzasa nəzər salaq:
«Hökmdarının təlimatlarından irəli gələn vəzifəni
icra etmək üçün aşağıda imza atan Osmanlı dövlətinə
bəyan edir ki, mperatorun qanuni gözləntilirinə zidd
olaraq, hazırkı sənədi təşkil edən üç tələbdə göstərilən
tədbirlər altı həftəlik müddət ərzində tam şəkildə həyata
keçirilmədikləri təqdirdə, o, dərhal stambulu tərk edəcək.
Ali həzrətin nazirləri bu hadisənin yaxın fəsadlarını
asanlıqla təsəvvür edə bilərlər»
15
.
15
Сатоу Э. Руководство по дипломатической практике. М., 1961. С. 106.
31
Gördüyünüz kimi, təhdid kifayət qədər açıq şəkildə
verilib. Müasir dövrdə bu cür kəlmələrə çox nadir hallarda
rast gəlmək olar və hətta ən kəskin etirazlarda belə
qarşılıqlı diplomatik ehtirama, kiçildici, hərbi əzələ
nümayişindən qaçmağa, yaxud bunu ustalıqla misal
gətirdiyimiz cümlələr vasitəsilə pərdələməyə çalışırlar.
Belə şərti formanın tətbiqi ictimaiyyəti təşvişdən qoruyur,
diplomatlara, hökümətə isə düşünülmüş reaksiyanı
nümayiş etdirmək üçün vaxt qazandırır. Diplomat
diplomatik dilin bu özünüməxsusluğunu da yaxşı
öyrənməli, həm düzgün və yerində tətbiq etməyi, həm də
«düzgün oxumağı» bacarmalıdır.
Maraqlıdır
Diplomatik praktikaya sətiraltı mənanı daha orijinal
şə
kildə ifadə etmə halları da məlumdur. 1915-ci ildə
Yaponiya Çinə ultimatum verir. «21 tələb» kimi də tanınan
bu sənəd faktiki olaraq Çinin Yaponiyanın iqtisadli əsarəti
altına keçməsni nəzərdə tuturdu. Çin prezidenti Yuan
Ş
ikayın cavab verməkdə tərərrüd etdiyini görən yapon
32
səfiri ultimatumun çap olunduğu kağıza işıqda baxmağa
tövsiyyə edir.
ş
ıqda kağızın fonunda yapon hərbi
gəmilərinin siluetləri sezilirdi
16
.
16
Борунков А.Ф. Дипломатический протокол в России. М., 2000. С.82.
Йапонийанын Чиня ултиматумун мятнин яслиндян (21 тяляб)
33
YOXLAMA SUALLAR:
1.
Diplomatın söz ehtiyatına dair tələbləri açıqlayın.
2.
Beynəlxalq diplomatik təcrübədən diplomatik sözün
gücünü göstərən misallar gətirin.
3.
İşğal faktını ört-basdır etməyə çalışan tarixi şəxslər
və dövlətlərə dair öz misallarınızı göstərin.
4.
Diplomatik dil dedikdə nə başa düşülür?
5.
Tarixən hansı dillər beynəlxalq ünsiyyət vasitəsi
kimi istifadə olunub?
6.
Dillərin bərabərhüquqluğu prinsipi nəyi ehtiva edir?
7.
Bildiyiniz diplomatik terminləri sadalayın və onların
mənasını açıqlayın.
8.
Diplomatik
ünsiyyətdə
mənasını
dəyişən
ifadələrdən hansılarını söyləyə bilərsiniz?
34
3. Stil (üslub) anlayışı,
diplomatik üslubun özəllikləri
Zəngin söz ehtiyatına sahib olmaq tələbi yalnız
diplomatlar qarşısında durmur. Jurnalistika, yazıçılıq, elmi
fəaliyyət sahələrində də geniş söz bazasına malik olmaq və
sözdən məharətlə, yerində, düzgün istifadə etmək
zəruriyyəti mövcuddur. Diplomatik yazışma diplomatik
stilə (üsluba) tam yiyələnməyi, onu adları yuxarıda qeyd
edilən digər üslublarla səhv salmamağı ehtiva edir.
»Stil» sözü qədim yunan mənşəlidir və hərfi mənada
çubuq mənasını daşıyır. Qədim dövrdə üstü mumlu taxta
lövhələr üzərində yazırdılar. Çubuğun iti ucu ilə yazır, bel
şə
klində olan ucu iləsə səhvləri «pozub düzəldirdilər».
Funksional stil dedikdə, ünsiyyətin bu və ya digər
sahəsində istifadə edilən, peşəkar fəaliyyəti bu və ya digər
sahəsi ilə bağlı olan, tarixən formalaşmış və sosial
dərketmədən keçmiş nitq vasitələri sistemləri başa düşülür.
Bu mənada diplomatik üslub rəsmi-işgüzar üslub
növlərindən (qanunverici, metodik göstərişlər və təlimatlar,
35
sərəncamverici, statistika, texniki informasiya) biridir və
bu stilə aid olan ümumi cizgilərə malikdir:
1)
Nisbi dayanıqlılıq
2)
frat quruluq;
3)
Emosional çalarlı leksikanın yoxluğu;
4)
Neytrallıq;
5)
fadetmənin yığcamlığı və kompaktlığı.
6)
Hazır dil ştampları və klişelərdən istifadə
Rəsmi-işgüzar üslub fərdi deyil, sosial
təcrübəni əks etdirdiyi üçün ümumiləşdirilmiş leksikaya
malikdir və çoxmənalı sözlərdən qaçmağa meyillidir. Bunu
yazanın yaxud qəbul edənin söz kasadlığı deyil, stil
özəllikləri tələb edir.
Lakin diplomatik üslubun sırf quru, cansıxıcı görünə
biləcək ifadələrdən ibarət olduğunu da düşünmək yanlış
olardı. Qeyd etdiyimiz yeni terminlər, ifadələr mühafizəkar
ə
ləkdən keçirilir və ən uğurlu tapıntılar qəbul edilir.
Epitetlərdən qaçılsa da, ən «layiqliləri» diplomatik dilin
ayrılmaz parçasına çevrilirlər. Razılaşaq ki, «soyuq
müharibə», «dəmir pərdə», «zərif güc» kimi ifadələr ədəbi
Dostları ilə paylaş: |