17
termini, ifadəni tapmaq hərdən uzunmüddətli danışıqların
uğurla sonunclanmasına, diplomatik mübahisələrin və
gərginliklərin qarşısını almağa yardımçı olur.
Maraqlıdır
1)
XVII əsrin əvvəllərində Fransa kralı IV Henrix
diplomat Janneni Hollandiyaya vasitəçi missiyası ilə
göndərir: Birləşmiş vilayətləri və spaniyanı mülh
danışıqlarına sövq etmək. Şahzadə Oranlı və
spaniya kralı üzdə razılıq versələr də, reallıqda
danışıqları mümkün qədər uzadır, istənilən bəhanə
ilə özünü incimiş kimi göstərib danışıqları
dayandırırdılar. Danışıqların ikinci ilində sözün
qüdrətini yaxşı bilən Jannen «sülh» sözünü
«uzunmüddətli atəşkəslə» əvəz edir və nəticədə
spaniya ilə Niderland arasında 12 illik sazişin
bağlanmasına nail olur
7
.
2)
1978-ci ildə Qərbi Avropa dövlətlərinin liderləri
Avropa Şurasının iclasında Avropa valyuta sazişinin
7
http://www.ling-expert.ru/conference/langlaw1/langdiplomat.html
18
məzmununu müzakirə edirlər. Saziş gələcək avropa
pul
vahidinin
embrionu
olacaq
hesablaşma
valyutasının varlığını ehtiva edir. Bəs onu necə
adlandırmaq lazımdır?
clasda çaşqınlıq hökm sürür. Böyük Britaniyanın
sistemdə bilavasitə iştirak etmədiyinə görə ingiliscə ad
vermək bir o qədər də uyğun deyil. Fransız dilinə qarşı heç
kim açıq çıxış etməsə də, əksəriyyətin bunu fransız
intellektual imperializm nümunəsi kimi dəyərləndirəcəkləri
sezilir.
Fransanın prezidenti Valeri Jiskar d’Esten çıxış üçün
söz istəyir və valyutaya konkret ad verməməyi, elə
məqsədinə uyğun olaraq ingilis dilində adlandırmağı təklif
edir: European Currency Unit (Avropa hesablaşma
vahidi).
Təklif əvvəlcə təəccüb doğurur (niyə Fransanın
nümayəndəsi bu güzəştə gedir), sonra hamının razılığına
səbəb olur. Alman kansleri Helmut Şmidt Fransanın inad
göstərməməsinə, Böyük Britaniyanın baş naziri Ceyms
Kallagen adın ingilis dilində olmasına razılığını ifadə edir.
19
Ə
vvəlki gərginliyi ümumi rahatlıq abu-havası əvəz edir və
heç adbaad sorğuya belə ehtiyac qalmır. Protokolda
təklifin qəbul olunduğu qeyd edilir. Və bu an Jiskar d’Esten
ə
lavə edir:
- Praktikada biz abbreviaturadan istifadə etməli
olacağıq. Buna görə sənəddə European Currency Unit
ifadəsinin yanında mötərizədə onun qısaldılmış variantını
qeyd etmək lazımdır: ECU.
Kimdəsə daxilində buna qarşı etiraz olsa belə, artıq
onu nümayiş etdirmək yersiz idi. Və beləliklə, Fransa
prezidentinin diplomatik söz məharəti nəticəsində avropa
valyutası ECU düz 1998-ci ilə həm tərəflərin hamısını razı
salan, həm də Fransanın Valua sülaləsi dövrü zamanı
istifadə etdiyi ən dəyərli pul vahidinin adını daşımağa
başlayır
8
.
Təbii ki, diplomatiyada sözdən əks məqsədlərlə də
istifadə olunur. Diplomatik söz «oyunları» ilə bağlı ən
bariz nümunələrdən biri tarixən işğalçıların işğal faktını
8
Валери Жискар д’Эстен. Власть и жизнь. М., 1990. С. 119-121.
20
ört-basdır etmək üçün tətbiq etdikləri ifadələr və
terminlərdir. Vaxtilə Napoleon, Hitler, Stalin, S.Hüseyn
kimi liderlər, hazırkı ABŞ administrasiyası, Rusiya,
Ermənistan hökümətləri və s. hər vəclə «işğal» sözünün
istifadə etməkdən yayınırlar. Anşlyus, anneksiya, könüllü
birləşmə, yardım, müdafiə məqsədi ilə müdaxilə,
təhlükəsizlik zolağı, tarixi ədalətin bərpası–beynəlxalq
qınaqdan, hüquqi məsuliyyətdən qurtulmaq üçün bunlardan
geniş istifadə olunur. Xalq diplomatiyası çərçivəsində
Ermənistanın
sülh
quruculuğu
sahəsində
çalışan
vətəndaşları ilə görüşlərim zamanı onların bir qismi
çətinliklə olsa da, ən azı keçmiş Dağlıq Qarabağ Muxtar
vilayəti ətrafındakı rayonları dövlətlərinin işğal etdiklərini
qəbul etsələr də, rəsmi şəkildə bunun nə özlərinin, nə də
hökümətlərinin etiraf edəcəklərini bildirirdilər.
Eyni şəkildə hər il aprelin sonlarında ABŞ
prezidentləri dırnaqarası erməni soyqırımı ilə bağlı hərəkət
edirlər. Hər prezident özünəməxsus bir ifadə «kəşf»
etməklə həm Ermənistanın, həm də Türkiyənin könlünü
almağa çalışır. Və, düzü, bilmirəm, insanı daha çox nə
Dostları ilə paylaş: |