HƏBİBƏ SOLTANOVA, CABİR MƏMMƏDOV
YAXIN VƏ ORTA ŞƏRQ
ÖLKƏLƏRİNİN
İQTİSADİ VƏ SOSİAL
COĞRAFİYASI
(
Dərslik
)
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 29.03.2008-ci il
tarixli 353 saylı əmri ilə dərslik
kimi təsdiq edilmişdir.
«Bakı Universiteti»
nəşriyyatı
2008
2
Rəycilər:
BDU-nun iqtisadi coğrafiya kafedrasının professoru,
c.e.d.
İsmayılov Ç.N.
AMEA-nın Coğrafiya İnstitutunun iqtisadi və sosial coğrafiya
şöbəsinin müdiri, c.e.n.
Paşayev N.
Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq
ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı
Universiteti» nəşriyyatı, 2008, 304 səh.
Ana dilimizdə ilk dəfə çap olunan bu dərslikdə tələbələri
vətənimizə həm
coğrafi, həm də tarixi keçmiş baxımından çox yaxın olan ölkələr ilə yaxından tanış
etmək məqsədi güdür. Üç hissədən ibarət olan kitabın birinci hissəsi Yaxın və Orta
Şərq regionu barədə təbii, iqtisadi, tarixi məlumatlara həsr olunmuşdur. İkinci hissə
Yaxın Şərq (16 dövlət), üçüncü hissə isə Orta Şərq dövlətlərinin (2 dövlət) icmalına
həsr olunmuşdur. Kitabın sonunda əlavələr hissəsində region dövlətlərinin bəzi
sosial, iqtisadi və siyasi göstəricilərini özündə əks etdirən cədvəllər verilmişdir.
Uzun illər bu regionun tədrisi və tədqiqi ilə məşğul olan müəlliflər müəyyən
dövrlərdə regionun bəzi ölkələrində işləmiş, elmi məzuniyyətlərdə olmuş və elmi
məruzələrlə çıxış etmişlər.
Kitabın bu qəbildən olan digər dərsliklərdən fərqi ondadır ki, coğrafiyada
qəbul olunmuş ənənəvi ardıcıllığa riayət olunmaqla regionun və onun ayrı-ayrı
ölkələrinin iqtisadi coğrafi səciyyəsi ilə yanaşı siyasi coğrafi səciyyəsi də verilir.
Başqa sözlə, oxucu dövlət barədə iqtisadi-coğrafi məlumat əldə etməklə yanaşı,
həmin dövlətin qısa tarixi, müasir idarəolunma sistemi, yürütdüyü
xarici siyasət,
iştirak etdiyi regional təşkilatlar və Azərbaycan Respublikası ilə münasibətlərindən
də konkret məlumat əldə edə bilər.
Dərslikdən coğrafiya, tarix, beynəlxalq münasibətlər, regionşünaslıq və
diplomatiya sahəsində ixtisaslaşan bakalavr və magistr pilləsinin tələbələri istifadə
edə bilər. Regionşünaslıqla maraqlanan geniş oxucu kütləsi üçün də bu kitab faydalı
sayılır.
2008
019
019
07
658
13
1805010000
−
−
−
−
−
)
(
M
S
©
«Bakı Universiteti» nəşriyyatı, 2008
3
Müəlliflərdən
Yaşadığımız keşməkeşli dünyanın çox əlverişli geosiyasi və
hərbi strateji mövqeyində yerləşən Yaxın və Orta Şərq regionu XX
əsrin əvvəllərindən, yəni böyük ehtiyatları olan neft yataqlarının
kəşfindən sonra beynəlxalq aləmin siyasi və iqtisadi həyatında
mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.
Üç qitənin «yol ayrıcında» qərarlaşmış qədim
tarix və
sivilizasiyaya malik olan bu region həmişə Qərb dövlətlərinin maraq
dairəsində olmuş və indi də olmaqdadır. Kimi bu dövlətlərin əlverişli
coğrafi və hərbi strateji mövqeyinə görə, kimi sərvətlərinin
bolluğuna, kimi dünyəvi dinlərin (buddizm istisna olmaqla) yarandığı
məkan olmağına görə, kimi bu regiondan keçən beynəlxalq
kommunikasiya sistemlərinə görə bu regiondan pay umur.
Azərbaycan xalqını bu region ilə bağlayan cəhətlər də az deyil.
Ümumi
və oxşar tarixi keçmiş, mənəvi, dini və adət-ənənə yaxınlığı
hələ qədimdən azərbaycanlıları bu regionu tədqiq etməyə sövq
etmişdir. Məşhur səyyah və mütəfəkkirlərimizin region ölkələrinə
etdiyi səfərlər, gördüklərini və eşitdiklərini qələmə almaları indi də
öz əhəmiyyətini itirməmişdir.
Regionu tədqiq edən mütəxəssisələrin ümumi fikri belədir ki, o
dünyanın çox təzadlı bir məkanıdır. Siyasətşünaslar onu hər an
«partlamaq» təhlükəsi olan «barıt çəlləyi»nə bənzədirlər (bu günlərdə
bu oxşarlıq özünü qabarıq şəkildə büruzə verir). İqtisadçılar onu
«dünyanın neft anbarlarına bənzədirlər», o da qeyd olunmalıdır ki,
region ölkələri
təbii sərvətlərin bolluğuna, sosial-iqtisadi və mədəni
infrastrukturuna, siyasi idarəetmə qurluşuna görə bir-birindən çox
fərqlənir. Burada Bəhreyn, Qətər və Kipr kimi kiçik dövlətlərlə yanaşı
Səudiyyə Ərəbistanı, Misir, İran və Türkiyə kimi böyük əraziyə malik
dövlətlər də mövcuddur. Ölkələr dövlət quruluşuna görə bir-birindən
kəskin fərqlənirlər. Mütləq və konstitusiyalı monarxiyalar, demokratik
respublikalar ilə yanaşı, İslam respublikaları, sultanlıq və əmirliklər
eyni məkandadırlar.
Neft çıxaran dövlətlərlə yanaşı, İsrail, Turkiyə və Kiprdə
adambaşına düşən milli gəlir inkişaf etmiş ölkələrdə adambaşına
düşən milli gəlirə yaxınlaşsa da, Əfqanıstan,
Yəmən onlarla mü-
qayisədə sox geridədir. Bundan başqa regiondaxili əlaqələr
konstruktiv əməkdaşlığa deyil, qarşılıqlı ittihamlara və barışmaz
4
mövqelərə meyillidir.
Azərbaycan Respublikasında Yaxın və Orta Şərq digər xarici
regionlarla müqayisədə yaxşı tədqiq olunmuşdur. Bu sahədə
dilçilərin, ədəbiyyatçıların və tarixçilərin rolu danılmazdır. Son
illərdə region ölkələrinin coğrafi cəhətlərinin öyrənilməsinə də diqqət
artırılmışdır. Amma indiyə qədər coğrafi baxımdan regionun bütöv
şəkildə kitabı işıq üzü görməyib. Biz bu çətin işi öz üzərimizə
götürməyi qərara aldıq. Buna səbəb
olan amillər isə o idi ki, birimiz
regionun bir ölkəsi ilə əlaqədar namizədlik dissertasiyasını yerinə
yetirmiş, digərimiz uzun illər regionun bir ölkəsində dərs demişdik.
Bundan əlavə hər ikimiz region ölkələrinin coğrafiyasına dair ilk
tədris proqramlarının, dərsliklərin və dərs vəsaitlərinin müəllifləri
olmuşuq.
Üç hissədən ibarət olan dərslik xarici ölkələrdə və ölkəmizdə
nəşr olunan ən yeni məlumatlar əsasında yazılmışdır. Birinci hissədə
region barədə ümumi coğrafi məlumat öz əksini tapmışdır. İkinci hissə
Yaxın Şərq, üçüncü hissə isə Orta Şərq ölkələrəinə həsr olunmuşdur.
Kitabın sonunda region dövlətləri barədə bəzi sosial-iqtisadi
göstəricilərini əks etdirən xüsusi cədvəllər verilmişdir.
Müəlliflər Respublika Xarici İşlər
Nazirliyinin müşavirləri
tərəfindən tərtib olunmuş «Neydər Əliyev və Şərq» adlı altı cildlik
kitabından (Bakı, 2003-2005), BMT-nin İnsan İnkişafının Proqramı
(PROON), insan potensialının inkişafına dair nəşr etdirdiyi xüsusi
statistik məlumatlardan, ABŞ-da nəşr olunan «The World Almanac»
məcmuəsindən, Ə.Həsənovun «Müasir beynəlxalq münasibətlər və
Azərbaycanın xarici siyasəti» (Bakı, 2005), eləcə də müəlliflərin
regionun ayrı-ayrı dövlətlərinə dair nəşr etdikləri dərslik,
monoqrafiya
və elmi məqalələrindən, internet saytları və digər
köməkçi mənbələrdən faydalanmışdır.
Dövri nəşr olunan jurnallardan «Мировая Економика и Меж-
дународное Отношение», «Эхо планеты», «Азии и Африка сего-
дня», «Dirçəliş-XXI əsr», regiona və ölkələrə dair verilən
məlumatlardan istifadə edilmişdir.
Dərsliyə dair qeyd və təkliflərinizi Bakı Dövlət Universitetinin
«Xarici ölkələrin siyasi iqtisadi coğrafiyası və turizm» kafedrasına
göndərən həmkarlarımıza qabaqcadan təşəkkürümüzü bildiririk.