1. Obyektlərin zədələnmə ocaqları



Yüklə 71,68 Kb.
səhifə1/2
tarix22.03.2024
ölçüsü71,68 Kb.
#183142
  1   2
MM


1.Obyektlərin zədələnmə ocaqları
FH zonasında ilk növbədə yerinə yetirilən işlərin məcmusudur. İnsanların xilas edilməsi və onlara yardım edilməsi; zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının qarşısının alınması; ikincili zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması; maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi; həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi-bu işlərə aiddir.
Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada insanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mühitin mühafizəsi, FH lokallaşdırılması, FH zədələyici amillərinin təsirinin qarşısının alınması və ya minimal səviyyəyə qədər azaldılması başa düşülür.
Digər təxirə salınmaz tədbirlər dedikdə—qəza-xilasetmə işlərinin hərtərəfli təmin olunması, FH zərərçəkmiş əhaliyə tibbi yardım və başqa yardımların edilməsi, insanların sağlamlığı və həyatını, əmək qabiliyyətini təmin edən minimal şəraitin yaradılması başa düşülür.
Real şəraitdə qəza-xilasetmə və digər təxirə salınmaz tədbirləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirə salınmaz tədbirlər)
və DTT adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olunur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH nəticələri o zaman aradan qaldırılmış hesab olunur ki, insanların həyatına və sağlamlığına təhlükə yaradan amillər aradan qaldırılmış olsun və ya, təsiri minimal səviyyəyə qədər endirilsin.
FH nəticələrinin aradan qaldırılması fövqəladə hal zonasındakı bütün vətəndaşlar və təşkilatları üçün məcburidir.
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işləri düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəza rayonlarında adamları xilas etmək, onlara yardım gösətrmək və qəzaların nəticələrini məhdudlaşdırmaq məqsədilə görülür.

Yüklə 71,68 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə