Materiallar
02 may 2009-cu il
41
cümə edənlərin ən böyük günahı dilin təbiiliyinə əhəmiyyət verməməkdir, oxuduqda,
dinlədikdə açıq – aydın
bilinir ki, əsər tərcümədir. Tərcüməçilərin əksəriyyətinin
belə bir cəhəti var ki, onlar elə sözlər tapıb işlədirlər ki, heç onu orta səviyyəli ingi-
lis işlətmir. Qudspid bildirir ki, ən yaxşı tərcümə odur ki, onu oxuyanda tərcümə
oxunduğu yada salınmır, təbii ingilis dilinə çevrilir, yeni bir dildə oxucuya oriji-
nalın öz oxucusuna bağışladığı təsiri bağışlayır.
Tərcüməçinin məqsədi təhrikedici (imperative) olduqda
adaptasiya daha geniş
yer alır. Bu zaman tərcüməçi nəinki müəyyən bir davranış tərzi təlqin etməyə çalı-
şır, həm də bunu aydın və təhrikedici şəkildə edir. O, oxucunun onu başa düşməsini
yox, tərcümənin də aydın olmasına çalışır.Bundan əlavə oxucunun da dərk etməsi-
nin ən azı 4 səviyyəsi var :
a) Uşaq səviyyəsi ( məhdud leksikonu və təcrübəsi olduğu üçün )
b) Yenicə savad alanların səviyyəsi ( şifahi məlumatı dərk edir,yazılı məlu-
matı dərk etmək qabiliyyəti məhduddur )
c) Orta səviyyəli yaşlı savadlı adamlar ( nisbətən asanlıqla həm yazılı,həm
şifahi məlumatı dərk edir)
d) Yüksək dərk etmə səviyyəsi ( bura mütəxəssislər daxildir,öz sahələrinə dair
məlumatı asanlıqla dərk edirlər.)
Eləcə də bir sıra formal ekvivalentlər o cümlədən
1) qrammatik vahidləri ,
2) sözlər arasındakı məntiqliyi ,
3) leksik mənaları saxlamağa çalışır.
Qrammatik vahidlərin tərcümədə saxlanması dedikdə:
a)
ismin isimlə,fe`lin fe`llə və s. verilməsi
b) bütün frazaların , cümlələrin orijinalda olduğu kimi (yəni mürəkkəb, qarı-
şıq cümlələr parçalanmır, ayrı şəkildə formalaşdırılmır) ,
c) bütün formal göstəricilərin (məsələn, durğuişarələri, abzaslar, pauzalar,
şe`rə məxsus formal elementlər) qarşılığını tapıb tərcümədə verilməsi nəzərdə
tutulur.
Ümumiyyətlə tərcümə haqqında, onun tərifi haqqında fikirlər saysız hesabsızdır.
Müxtəlif fikirlərin olması təbiidir, çünki dillər özü də daim inkişaf edir, dəyişir,
müxtəlif modifikasilar baş verir. Müəyyən bir dövrdə məqbul sayılan tərcümə, vaxt
keçdikcə dəyərdən düşür, qeyri-məqbul hesab edilir. Tərcümənin
məqsədi isə infor-
masiya verməkdən də artıq ola bilər. Orijinaldakı sözlərin ardıcıllığını, məntiqi
əlaqəsini əks etdirməyə cəhd edərkən formal ekvivalent yönümlü tərcümə bəzən
əlaqəsiz söz düzümünə gətirib çıxardır. Belə hallarda tərcüməçi elə ağıllı, elə kiçik
manevrlər,dəyişikliklər aparır ki, oxucu onun nə demək istədiyini anlayır,o zaman
isə artıq tərcüməçi oxucusundan `necə də ağıllıdır` yox, `nə qədər mənalıdır` sözlərini
eşidir. Hər bir halda unutmaq lazım deyil ki, ən əsas məqsəd həm məzmun, həm də
formanın tərcümədə öz əksini tapmasıdır.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
42
“BƏXTİYAR VAHABZADƏ POEZİYASINDA
MƏCAZLAR (METAFORA, METONİMİYA, TƏŞBEH)”
Əminə MAHMUDZADƏ
ADPU filologiya fakültəsi, II kurs 201-ci qrup
Elmi rəhbər: prof. Əzizxan Tanrıverdi
Yaşamaq-yanmaqdır, yanasan gərək
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
Sevimli xalq şairi Bəxtiyar Vahabzadənin bu gün müdriklik zirvəsində qərar
tutmuş poeziyasının saysız-hesabsız pərəstişkarlarının dillər əzbəri olan bu qanadlı
misraları xalqımızın həyatında kəşməkəşli, məşəqqətli, zaman miqyasında dəyiş-
məz, mərdanə həyat, yaşayış prinsipi və məsləki, yarıməsrlik fədakar sənətkar öm-
rünün məhək daşı, estetik meyarı, amalı olmuşdur.B.
Vahabzadə yaşayan, döyüşən,
səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş
Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlı-
lıq, təkrarsız fərdi, milli çalar Bəxtiyar şeirini artıq, müasir poeziyamızın tarixi-bədii
faktın və hadisəsinə çevirmişdir. O, poeziyamızı dövrün ağır sınaqlarında qoruyub
saxlamağı bacaran , “öz sinəsində hər zərbəyə açıq dərisi soyulmuş ürək gəzdirən”
həqiqi milli şairdir. Bəxtiyar sayca az olan o xoşbəxt şairlərdəndir ki, zəngin yara-
dıcılığı hamını həyəcanlandırır. Uşaq da,
böyük də, bu poeziyadan zövq alır. Bu
poeziya, sözün əsl mənasında xəlqi poeziyadır və xalqa mənsubdur. Şairin poezi-
yasını suyu büllur kimi təmiz, büllur kimi şəffaf olan bulaqlara oxşatmaq olar. Elə
bulağa ki, onun suyu ən təşnə ürəklərə də, əvəzsiz bir sərinlik , rahatlıq gətirir. Bu,
həqiqətən belədir, bəzilərinin daha üstün tutduqları təxminilik əvəzinə bu şeirlərdə
bir duruluq, dəqiqlik var. Şairin bədii obrazlarla, ən çeşidli
məcazlarla zəngin olan
poetik dili heyrətli bir sadəliklə, aydınlıqla seçilir. Şairin şeirlərində zəngin məna
çalarına malik məcazın müxtəlif növlərinə rast gəlinir. Şair metafora yolu ilə bir
əşya üzərinə müxtəlif əlamət və keyfiyyət köçürərək, əsərlərinin emosional gücünü
artırmış, yaratdığı obrazların xüsusiyyətlərini daha qabarıq ifadə etmişdir. Hətta bə-
zən şair nəzərə çatdırmaq istədiyi fikirlə əlaqədar olaraq bir neçə metafora işlədərək
demək olar ki, metafora silsiləsi yaradır.
Heyf o ilahi, qövsi qaşlara
Sınacaq kədərli düşüncələrdən.
Burada tək bir “sınacaq” sözünün köməyi ilə şair
bütöv bir bədii portret çək-
miş, fikrindən sınmış qaşları, o qaşların sahibini gözlərimiz önündə canlandırmış-
dır. Şair bəzən eyni bir predmeti ən müxtəlif sözlərlə rəngləyir. Lakin sözlərin
müxtəlifliyi onların təyin etdiyi predmetin qavranılmasını mürəkkəbləşdirmir, əksinə
daha da əyaniləşdirir. Bəxtiyar poziyasında oxucunu düşündürmək, onu daim ayıq