Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
11
Təəccüblüdür, bir çox universitet səviyyəli, ya digər
səviyyələrə aid olan kitablara rast gəlinir ki, heç nə artırıb-
əskiltmədən ehtiva etdiyi mətləbləri daha sadə və
oxunaqlı halda yazmaq olar, nəticədə həm təhqiq işi ilə
məşğul olan tələbələr daha az vaxt sərf etməklə
istədiklərini əldə edər, həm də kitab bütün səviyyələrdə
olan oxucular üçün faydalı olar.
Başqa bir tərəfdən bütün yazarları asan dildə yaza
bilməməklə ittiham edə bilmərik. Buna görə də sadəcə
deyə bilərik ki, ola bilər bəziləri bunu etmək istəmirlər,
çünki onların fikrincə qəliz ifadələrin azlığı kitabın elmi
dəyərini itirir. Onlar belə düşünürlər ki, mətləblərin təbii
nizamını pozub, cümlə və ifadələrin yerini dəyişməklə,
yad və işlək olmayan sözlərdən istifadə etməklə kitabı
daha elmi səviyyəli göstərmək olar. Təəssüf ki, bu məsələ
bizim cəmiyyətin dərdlərindən biri olaraq qalır.
3. Tarixdə qalmaq istəyi
Tarixdə qeyd olunmaq üçün demək istədiyim başqa bir
məsələ də var. Bir gün dostlarımdan biri mənə dedi:
Allahı tanımaq barədə ərəb dilindən fars dilinə bir kitab
tərcümə edirdim. Kitabın bəzi mətləblərinin mənə tanış
gəldiyini hiss etdim. Araşdırdıqdan sonra gördüm ki,
qeyd olunan bəhslərin çoxu eynilə sizin yazdığınız
“Aləmin Yaradanı” kitabındandır. Məlum oldu ki, kitabın
möhtərəm müəllifi həmin mətləbləri mənbə qeyd etmədən
“Aləmin Yaradanı” kitabından götürüb ərəb dilində yazıb
və nəşr edib. İndi də mən onu yenidən ərəb dilindən
tərcümə edirəm.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
12
Mən dedim: Bu kitabın nəşri elmə xidmət olaraq Allahı
tanımaq yolunda atılan bir addım olduğuna görə mənim
tərəfimdən heç bir maneəsi yoxdur. Lakin tam tərsi olaraq
mənim bu mətləbləri mənbə qeyd olunmadan onun
kitabından götürdüyüm zənn edilməklə ittiham edilmək
ehtimalı olduğuna görə kitabın müqəddiməsində həqiqəti
yaz.
Sonralar gördüm ki, təkcə həmin ərəb yazar deyil, bir
çoxları ya eynilə, ya da ifadələri dəyişdirməklə bir çox
mətləbləri mənbə qeyd etmədən öz kitablarında
yazmışlar.
Əslində bu mövzu mühüm deyil, lakin məgər yaxşı
olmazmı ki, başqalarının dediyin götürmək yerinə bu
yazarlar öz düşüncələrini işə salıb yeni mətləblər barədə
işləməklə hər kəs öz düşüncəsi qədər açılmayan mətləbləri
açsınlar və başqalarının qələm işlədə bilmədiyi məsələləri
araşdırmaqla elmə xidmət etsinlər?!
Hər yazarın başqalarının fikirlərindən istifadə edə
bilməsini inkar etmirəm. Amma əgər yeni fikir irəli
sürülmürsə, həqiqət budur ki, digərlərinin fikirləri mənbə
qeyd olunmaqla yazılmalıdır.
Allah bizim hamımıza onun pak ayinində xidmət
etməkdə daha çox güc versin. Bu məqalənin sonunda bir
daha təkrar edirəm ki, əgər bu kitabın məsələlərinin
təkmilində nəzər sahiblərinin deyə biləcəyi bir məsələ
olsa, onu müəllifə göndərmələrini xahiş edirik.
Nasir Məkarim Şirazi.
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
13
ÖLÜM HƏYATIN SONUDUR,
YOXSA YENİ HƏYATIN
BAŞLANMASI?
İnsanlar adətən “indiki” zamanda həyat sürür, təkcə bu
gün sahib olduqlarına şad olurlar. Başqa sözlə desək, “bir
günlük sərçə” həyatına razı olub yaşayırlar.
“Keçmiş” zamanda yaşayanlar da az deyil. Bu dəstəyə
aid olanlar keçmişin şirin və ya acı hadisələrinin qalığı
olan “qurumuş cəsədləri” unutqanlıq torpaqlarının
altından çıxararaq onları bəyan etməyə çalışırlar. Əslinə
onların ömürləri “keçmişlərin qəbirlərini açmaqla” keçir.
Həmişə ya keçmişin acı hadisələrinə göz yaşı tökür, ya da
keçmişlərin sevincli anları ilə sevincə qərq olurlar.
Bu arada “gələcək” zamanda düşünən və yaşayanların
sayı çox azdır. “Öz özündən qaçmaqla” gələcək zamanda
baş verəcək hadisələr barədə düşünməkdən çəkinənlər
görəsən niyə belə edirlər? Görəsən əksər insanlar yalnız
hiss etdikləri ilə yaşadıqları üçün gələcək zamanın
hisslərdən uzaq olduğunu düşünərəkmi bundan qaçırlar?
Yoxsa gələcəyin üstünü örtən və onu naməlum edən
qaranlıq pərdələr onu qorxunc edir? Ona yaxın durmaq
vahiməli görünür yoxsa? Bəlkə “gələcək” adlandırdığımız
bu dövr qocalıqla, köhnəliklə və nəhayət ölüm və yoxluqla
yanaşı anıldığına görə insanlar bütün imkanları ilə ondan
qaçırlar?
Lakin istənilən halda bu vəhşətlərə və qaç-qovlara
baxmayaraq bizim işimiz gələcək zamanladır, bizim
taleyimizin gizli qaldığı zamanla. Keçmiş artıq keçib.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
14
İndiki zaman da gözümüzü yumub açınca keçmişin bir
parçası olur. Ortada sadəcə biz qalırıq və gələcək, uzun və
sirdolu bir gələcək. Çağırmasaq da bizə doğru gəlir. Belə
olan halda niyə onu başa düşməyək, niyə bu barədə
düşünməyək?
Ölüm çox da qorxulu deyil
Dünya əhli bir çox fikirlərdə, düşüncə və məzhəblərdə
bir-biri ilə ixtilaf məqamında olsalar da, hardan
başlamaqlarından asılı olmayaraq bir nöqtədə gəlib
eyniləşirlər. O da ölüm və bu həyatın sonudur.
Həyatın başlanğıc nöqtəsi fəqirlik, ya sərvət, cəhalət, ya
elm, kamil xoşbəxtlik, ya əksinə bədbəxtlik olsa da, ölüm
vaxtı birdən-birə qəribə bir tərzdə hamı bir səthdə
eyniləşirlər. Başqa heç kəsin heç vaxt qura bilmədiyi
müsavat və bərabərçilik kamil surətdə bərqərar olur.
Buna görə də ömürlərin uzun, ya qısa olmasında söhbət
etmək olur, amma ölüm barədə bu bəhsin və söhbətin yeri
yoxdur. Hətta dirilik suyunu da qaranlıqlar aləmindən
tapib gətirsək və sonuna qədər içsək də əbədi həyat
mümkün deyil. Çünki ömrün uzunluq və miqdarı
əbədiyyət məfhumu ilə bir yerə sığmır.
Bunun nəticəsidir ki, təfəkkür tərzində olan fərqlərə
baxmayaraq bütün bəşəriyyət ölümün qəti olmasında eyni
fikirdədirlər. Bəlkə də elə buna görədir ki, Qurani-Kərimin
iki ayəsində ölümə “yəqin” deyilir, bu həqiqətə işarə
edilir. Həmin iki ayədən birində deyilir: “Yəqin (ölüm)
gələnə kimi rəbbinə ibadət et.”
1
Digər ayə pis əməl
1
Hicr surəsi, ayə 99.
Dostları ilə paylaş: |