Èëéàñ ßôÿíäèéåâ
30
Eyni sözləri istedadlı şairə Mirvarid Dilbazi haqqında da
demək olar. Vətənə, xalqa bağlılıq, heyranlıq onun şeirlərində
sanki incə bir musiqiyə çevrilir. Bu musiqidə elə bil ki, bahar su-
larının şırıltısını, yenicə qayıtmış sığırçınların, qaranquşların hə-
yəcanlı səslərini eşidirik. Ağ, çəhrayı meşə çiçəklərinin rayihəsini
duyuruq. Şairədə Azərbaycan təbiətinə bir vurğunluq vardır və az
qala bu nəcib hiss onun zərif şeirlərinin bir leytmotivinə çevrilir.
***
Müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında görkəmli
xidmətli olan şairlərimizdən biri də Zeynal Cabbarzadədir. O,
həm böyüklər, həm də kiçiklər üçün yazan, rəvan bədii dilə, lirik
ahəngə malik məhsuldar bir şairdir. Onun onlarca gözəl mahnı-
lar kimə məlum deyil? O, həmişə səmimi və açıq qəlblidir.
***
Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtə-
lif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında
göstərdiyi ustalıq, məharət və incəlik mənə о qədər təsir etmişdi
ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün
qabağından çəkilmirdi... О azərbaycanlı Xuramanı necə təbii
yaradırsa, rus qadını Katerinanı da elə koloritik və gözəl ifa edir.
Fatma Qədri geniş yaradıcılıq vüsətinə malik sənətkardır.
***
Hökumə Antonionun zühuru ilə Misir çariçasının qəlbində
başlayan məhəbbət tufanını о qədər təbii, о qədər həssas, о qədər
dərin ehtirasla yaradır ki, adam səhnəni unudur, qarşısında ya-
lnız sevən və bu sevgini bütün varlığı, bütün vücudu ilə hiss edən
bir qadın görünür. Bir an adama elə gəlir ki, onun bütün taxt-tacı
bu məhəbbətin, bu ehtirasın qarşısında bir heçdir.
***
Əli Vəliyev sözübütöv, karagələn bir adam kimi tanınırdı, buna
görə də çətinliyə düşən adamların tez-tez ona müraciət etmələri
təsadüfi deyildi.
Áèáëèîãðàôèéà
31
...Əli Vəliyev qəzetdə, jurnalda redaktor olanda da, başqa
vəzifələrdə də, həmişə istedad hiss elədiyi gənc yazıçılara, şairlərə
əlindən gələn köməyi əsirgəmirdi. Ona görə də, gənc yazıçılar özlə-
rində ona qarşı bir doğmalıq hiss eləyirdilər. Kömək lazım olanda
ona müraciət edirdilər.
***
Adil İsgəndərov öz işində, necə deyərlər, bütöv sənətkar idi.
Onun quruluşlarında həll olunmamış mətləbə, tamamlanmamış
epizoda rast gəlmək olmazdı. Heç bir detal onun nəzərindən ya-
yınmazdı. O, realist bir sənətkar olmaqla bərabər, romantik idi.
Onun səhnə realizmi qanadlı, şairanə bir realizm idi. Stanislavski
üsulunu, Moskva Bədaye Teatrının ənənələrini yaradıcı şəkildə
bizim akademik teatra gətirən, bu ənənələri Azərbaycan xalqının
temperamenti ilə, Azərbaycan koloriti ilə birləşdirərək, məhz
milli ruhda inkişaf etdirən böyük rejissorumuz Adil İsgəndərov
olub.
***
“Azərbaycan”ın keçdiyi yol bizim hər birimizin mənəvi həya-
tı ilə bağlı olmuşdur... Biz balaca bir rayon şəhəri olan Füzulidə
yaşayırdıq... Elə bil ki, о, hələ məktəb masasında oturan bizi bö-
yük, geniş xarici dünya ilə bağlayırdı...
Bizim ilk əsərlərimizi də xalqa о tanıtdırdı. “Gözlənilməyən
sevgi” adlı ilk hekayəm onda nəşr olunanda aldığım məktublar,
vurulan zənglər, о zaman heç kəsin tanımadığı bir gənc olan
məndə yaratdığı hisslər indi də yadımdadır.
***
İsa Hüseynovun əsərlərini həmişə maraqla oxuyur və izləyi-
rəm. Onun yazı manerasındakı sadəlik, şairanəlik və xalq ruhu
mənə bir oxucu, bir yazıçı kimi xoş gəlir, hiss edirəm ki, o yazar-
kən çətinlik çəkmir, özünü yormur, hadisələrin təbii axını ilə
gedərək, həyatdakı mühüm cəhətləri, xüsusiyyətləri nəzərdən qa-
çırmır. Hiss olunur ki, o, insan əhvali-ruhiyyəsinə, münasibətləri-
Èëéàñ ßôÿíäèéåâ
32
nə dərindən nüfuz etmək, onları bir yazıçı kimi açıb göstərmək
istəyir. O, öz qəhrəmanlarını yaxşı bildiyi, yaxşı tanıyıb duyduğu
kənd həyatından seçir və təsvir edir.
***
Həqiqi bütöv insan qəflətən öləndə, elə bil ki, meşədə qüdrət-
li bir palıd yıxılır.
Ənvər Əlibəyli həqiqi bütöv insan idi: onun təbiətində də,
poeziyasında da mərdanəlik var idi. Sənətdə əsl poeziyanı saf və
mərd ürəklər yaradır!
Ənvərin şeirləri mənə həmişə çınqıllar arasına səpələnmiş
dağ güllərini xatırladır.
***
Onu tanıtdırmaq üçün car çəkilməmişdir. Rəssamın əsərləri
hamıya “gəl-gəl” deyir. Göy qurşağı səmada necə əlvan, necə
rəngarəngdirsə, Tahirin də sənət yolunda qoyduğu izlər o qədər
gözəldir.
***
Ədəbiyyata yeni-yeni gənc qüvvələr gəlirdi. Bunların içəri-
sində Zeynal Xəlil xüsusilə seçilirdi. Onun lap ilk şeirlərində
nəzər-diqqəti cəlb edən bir aydınlıq, yığcamlıq, hədəfi sərrast ni-
şan almaq cəhdi var idi. O da, şeirimizin özündən əvvəlki nüma-
yəndələri kimi, öz mövzusunu xalqdan, onun qurmaqda olduğu
yeni həyatdan alırdı.
***
Tofiq təbiətən şairanə və olduqca həssas bir şəxsiyyət idi.
İstər əsərdə, istərsə də aktyor oyununda psixoloji momentləri
dərindən duyurdu və özü də həyatda belə idi. Yalançı pafosdan,
zahiri təmtəraqdan, tamaşaçıları güldürmək üçün yalançı ko-
mizmdən bərk acığı gəlirdi və özü də həyatda belə idi. O, həqiqi
sənət üçün yaranmış bir istedad idi...
Áèáëèîãðàôèéà
33
***
Mehdi çox maraqlı, orijinal bir şəxsiyyət idi. Ədəbiyyatımız-
da, incəsənətimizdə baş verən müvəffəqiyyətsizliklər, gerilik əla-
mətləri onu əsəbiləşdirib özündən çıxarırdı. O, belə halların heç
birinə qarşı biganə qala bilmirdi. Elə bil ki, bütün bunlarla mü-
barizə aparmaq onun şəxsi, doğma işi idi. Elə bil, o, bunların ha-
mısına məsul idi. Mehdi nöqsanlara qarşı amansız olduğu qədər
də müvəffəqiyyətlərə sevinirdi. Salyeri paxıllığı ondan uzaq idi.
Mehdi müasir mədəniyyətin, deyərdim ki, zirvəsində dayanan
adamlardan idi. Dünya ədəbiyyatına yaxşı bələd idi. Həm də ki,
heç bir tərifli əsərləri belə doğma kimi qəbul etməzdi. Bizim ədə-
biyyatımızı da həmişə diqqətlə izləyirdi, güclü və zəif cəhətləri
haqqında aydın fikirləri olurdu.
***
Sabit Rəhman elə adam idi ki, onunla hər şey danışmaq
olardı. Hətta, ən ağır, ən çətin illərdə belə...
Sabit Rəhman ölkənin mədəni-iqtisadi yüksəlişi barədəki xal-
qı təngə gətirən bitib-tükənməz təbliğatla həqiqət arasındakı
uçurumu görüb hiss eləyən yazıçı idi.
Bu cəmiyyətdə aldanan insanlar, özlərindən asılı olmayaraq,
gülünc vəziyyətlərə düşürdülər və bunu Sabit kimi istedadlı yazı-
çılar hiss etməyə bilməzdilər.
Mən, həmişə Sabit barədə fikirləşəndə, istər-istəməz, teatr
barədə fikirləşirəm. Sabit Rəhman və Azərbaycan teatrı – mənim
üçün bu iki anlayış arasında ən sıxı bir yaxınlıq var...
***
Nigar xanım romantik təbə, təmiz, aydın koloritli dilə, zərif
zövqə malik bir şairədir. Dünya ədəbiyyatına yaxşı bələd idi.
Azərbaycan Akademik Dram Teatrında mənim gördüyüm ilk ta-
maşa Şillerin “Məkr və məhəbbət” faciəsi idi. Pyesi Nigar xanım
çox aydın, təbii bir dillə rus dilindən tərcümə etmişdi. Ancaq
sonralar o pyesi rus dilində oxuyarkən mənə elə gəlirdi ki, əksinə,
Şillerin əsərini Azərbaycan dilindən rus dilinə tərcümə ediblər...
Dostları ilə paylaş: |