Èëéàñ ßôÿíäèéåâ
6
Sənətkarın yaşamaq haqqı
XX əsr ədəbi-nəzəri fikrində formalaşmış – “İlyas Əfəndiyev
bədii fikir tariximizdə fenomendir” –
qənaəti son iyirmi ilin si-
yasi, ədəbi-mədəni, nəzəri-metodoloji reallıqlarının şərtləndirdiyi
müstəvidə yeni, görünməyən çalarları ilə dövriyyəyə gəlir. XX
əsrin klassiki XXI əsrin ideya-estetik meyarları ilə üz-üzə daya-
nır, tarixi bədii yaddaş yeni ədəbi meyar, yeni zövq və dünyagö-
rüşün sınağına çəkilir. XX əsrin klassiki İlyas Əfəndiyev XXI əs-
rin müxtəlif düşüncəli və zövqlü oxucusu ilə həmsöhbətdir. Çün-
ki onun qəhrəmanlarını düşündürən məsələlər bütün qərinələr
şəxsiyyətin axtarıb aradığı mənəvi problemlərdir. Həqiqi sənətin
müasirliyi dar zaman çərçivəsi hüdudlarında mövcud deyil.
Tarixi
ədəbi proses bu məqamda çağdaş nəzəri fikrə öz təhlil və qiymət-
ləndirmə prinsiplərini, ideya-bədii meyarlarını müəyyən etməkdə
yardımçı olur.
Ədəbi-nəzəri fikrin yaddaşına nəzər yetirdikdə İlyas Əfən-
diyev fenomenini müəyyən edən və yekdil qəbul edilmiş estetik
amillər bunlardır: ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradı-
cılarından biri, ədəbiyyatımızda yeni obrazlar, xüsusən qadın ob-
razlarının mahir yaradıcısı, dramaturgiya və teatr tariximizdə
“İlyas Əfəndiyev” teatrının banisi. Nəhayət, nəsr dilində yeni
poetik sistemin müəllifi. M.F.Axundov, M.Cəlil, Ə.Haqverdiyev
sənətindən sonra İlyas Əfəndiyevin hekayə və romanları ilə Azər-
baycan nəsr dilinin yeni bir istiqaməti formalaşdı. Səməd Vurğu-
nun poetik dilə gətirdiyi dərin xəlqi tutumu, dilin milli yaddaşın
daşıyıcısı kimi missiyasını İlyas Əfəndiyev nəsrdə reallaşdırdı.
İlyas Əfəndiyev yaradıcılığının bütün istiqamətləri 1950-1990-cı
illər ümumittifaq ədəbi prosesində gedən daxili inkişaf prosesini
özündə təcəssüm etdirdi. Hətta, deyərdim ki, 50-ci illərin ikinci
yarısında cəmiyyətdə baş verən “mülayimləşmə” amilini İlyas
Áèáëèîãðàôèéà
7
Əfəndiyev sənət fəhmi ilə qabaqlamışdı. Bu, yazıçı fərdiyyətin-
dən, psixologiyasından irəli gəlirdi və İlyas Əfəndiyev ilk əsərlə-
ri, ilk qəhrəmanları ilə bədii fikrin yaradıcılıq sıxıntısı keçirdiyini
biruzə verirdi.
XX əsr (sovet dövrü) ədəbiyyatının nüfuzlu tədqiqatçıları 50-
ci illərin ikinci yarısından ədəbi fikirdə gedən yeniləşməni, ilk
növbədə şəxsiyyət konsepsiyası ilə bağlayırlar. Çünki, şəxsiyyət
konsepsiyası özündə sosial, siyasi və ideoloji fonu əks etdirir. Bu
öz növbəsində bədii əsərin poetik quruluşuna, yazıçı üslubuna tə-
sir edir, onun qəhrəman və xarakterlərinin səciyyəsini təyin edir.
Təsadüfi deyil ki, şəxsiyyət konsepsiyası incəsənətdə bədii cərə-
yanın invariantı hesab olunur. İlyas Əfəndiyevin ədəbi irsi bu gün
də ona görə yaşarlıdır ki, o ilk hekayələrindən son xatirə ro-
manlarına qədər keçdiyi böyük yaradıcılıq axtarışlarında öz qəh-
rəmanlarının mənəvi təkamülünün elə məqamlarını ümumiləş-
dirib ki, bunlar şəxsiyyətlə cəmiyyət arasındakı münasibətlərin
aparıcı cəhətlərini ehtiva edir. İlyas Əfəndiyevin ədəbi-estetik
fikirdə qəbul edilmiş lirik-psixoloji üslubunu da müəyyən edən
belə sənət prinsipləri idi. Bu gün cəsarətlə demək olar ki, İlyas
Əfəndiyevin fərdi lirik-psixoloji üslubu, ümumən, XX əsr ədəbiy-
yatımızın (sovet dövrü) bədii-estetik məzmun yönümünə böyük
təkan verdi. 30-40-cı illər ədəbi prosesində mövcud olan ritorika,
sosial-ictimai əsası olmayan pafos ədəbiyyata öz ali missiyasını
icra etməyə mane olurdu. Belə bir məqamda İlyas Əfəndiyevin
hekayələri ədəbi aləmə yenilik gətirdi. Həyata, gerçəkliyə bədii
münasibətdə fərdin mənəvi obrazı aparıcı oldu. Bu, hekayə janrı-
nın poetik strukturuna orijinal bir tutum verdi. Belə yeniliyin zə-
minində hadisələrin, münasibətlərin zahiri, ritorik təsviri əvəzində
yazıçı “mən”i, onun obrazlarda reallaşan düşüncə və iztirabları
önə keçdi. “Kənddən məktublar” adlı ilk hekayələr kitabı ədəbi
prosesdə yazıçının orijinal, fərdi ifadə tərzinin göstəricisi oldu,
daha sonra “Aydınlıq gecələr”lə İlyas Əfəndiyevin ədəbi-estetik
manifestinin əsası qoyuldu.
İlyas Əfəndiyev ədəbiyyata hekayə janrı ilə gəlmişdir və bu
janr onun yaradıcılığının mühüm bədii-estetik dəyərlərini özündə
Èëéàñ ßôÿíäèéåâ
8
ehtiva edir. 1939-cu ildə qələmə alınmış “Gözlənilməyən sevgi”
hekayəsində ədəbiyyata yeni gəlmiş yazıçını fərqləndirən sənət
sirləri nə idi? Yazıçı təhkiyəsindəki poetik intonasiya, dilin şəhdi-
şirəsinə bələdlik, obrazın yaşadığıpsixoloji gərginliyi ifadə isteda-
dı?! Daha nə? İlk növbədə onun yeni obraz və qəhrəmanları sənə-
tin qəribsədiyi, insan qəlbinə, duyğusuna məlhəm bir dillə danı-
şırdılar: “Gülara bi istehzalı gurultunu hiss etməyirmiş kimi qəri-
bə bir təbəssümlə Həsənə baxırdı. Heç bir zaman xatırımdan çıx-
mayacaq bu baxış o qədər dərin mənalar, şəfqətli, incə duyğular
söyləyirdi ki, onları sözlə anlatmaq deyil, hiss etmək lazımdı.
Mən gözəl qızın bu həzin və incə təbəssümündə, yaşla dolmuş
gözlərində birinci dəfə olaraq, qüruru qırılmış, bakirə bir qız kön-
lünün pərişan, əzgin həyəcanını duydum”.
Adətən böyük şairlərin ilk şeirlərinin sənətkarlığı ilə yaradı-
cılığının sonrakı mərhələləri arasında “çin səddi” olmur və adətən
deyirlər ki, filankəs ilk şeirlərindən şair idi. İlyas Əfəndiyev də
ilk hekayələrindən ədəbiyyata püxtə bir yazıçı kimi gəlmişdi.
Şübhəsiz, illər keçdikcə insan psixologiyasının daha dərin qatla-
rına nüfuz etməkdə bədii istedadla həyat təcrübəsi birləşirdi. “Qa-
rımış oğlan”, “Uxajor”, “Durna”, “Qoca tarını çaldı”, “Su dəyir-
manı”, “Daş hasar”, “Qırçı və qırmızı çiçək” hekayələri müxtəlif
zamanlarda yazılmışdır. Lakin bu zaman gedişatında müəllifin
hekayə qəhrəmanlarının daxili aləmi gərgin psixoloji ovqat yara-
dan situasiyalarda açılır. Bu hekayələrdə yazıçı müşahidəsi ilə
mütaliə yaddaşı həmahəngdir. “Qarımış oğlan” hekayəsinin qəh-
rəmanı Vəlinin xarakterini yazıçı təbiətdə müşahidə etdiyi, kədər,
sonsuzluq, mənəvi puçluq ovqatı yaradan aşağıdakı lövhədə ifadə
edir: “Belə insanlara adamın nə qədər yazığı gəlir... Meyvə ağac-
larında heç xöşək görmüsünüzmü? Vaxtından əvvəl şişir, başqa
meyvələr boy atdıqca, onlar saralır,... saplaqları quruyur. Nəha-
yət, qopub düşürlər... Onları nə insan yeyir, nə də torpaq qəbul
edir... insanların da belə xöşəyi olur”.
İlyas Əfəndiyev sənətinin poetik fərdiliyinin, onun bədii tə-
fəkkürünə hakim olan estetik prinsiplərin təzahürünü onun hələ
1948-ci ildə qələmə aldığı “Xəncər” hekayəsində görürük. Cənu-
Áèáëèîãðàôèéà
9
bi Azərbaycanda Milli azadlıq hərəkatı haqqında əksər yazıçıları-
mız müxtəlif janrlarda əsərlər yazmışlar. Bu hekayə də dediyimiz
mövzuya həsr edilmişdir. Vətənpərvər gənc müəllimə Südabə və
onun şagirdi İldırımın taleyi fonunda yazıçı böyük bir hərəkatın
milli-siyasi mahiyyətini verə bilir. “Xəncər” hekayəsində xəncər
simvoldur. Yeniyetmə İldırımın atasından yadigar qalan, onda cə-
sarət, mərdlik hissi aşılayan xəncər son məqamda fars cəlladının
xirtdəyinə sancılır. Yazıçı Milli hərəkatın məğlubiyyətinə göz ya-
şı axıtmır, əksinə bu yolda qalib çıxmağın yolunu xəncərdə görür.
İlyas Əfəndiyevin hekayələrində M.Lermantovun məşhur
sözləri ilə desək “xalqın tarixi qədər zəngin olan qəlbin tari-
xi”ndən danışılır. Daxili bütövlük, mənəvi zənginlik zahiri çirkin-
liyə qalib gəlir. “Gözlənilməyən sevgi”nin gözlənilənliyini yazıçı
ustalıqla, açıq mövqe bildirmədən təsvir edir. Klassik ənənələri
olan bu motivi gənc yazıçı ustalıqla qələmə alır, saf insani hisslə-
rin əbədiliyinə inandırır. Unudulmaz tənqidçimiz Y.Qarayev haq-
lı olaraq yazırdı: “Bütünlükdə bu yaradıcılıqda məhz lirik psixo-
logizmdən qiymətli sərvət, sevgidən və ürəkdən böyük mənəvi
dəyər yoxdur”. İlyas Əfəndiyev hekayələrində silsilə qadın obraz-
ları yaratmışdır. Gülara, Durna, Güllər, Gülacar, Bəyim, Südabə,
Firəngiz kimi obrazlaryazıçının roman və dram qəhrəmanları qə-
dər məşhur olmasalar da, hər biri öz taleyi, fərdi mənəvi düşüncə
və baxışları ilə yaddaqalan surətlərdir. Bu obrazların prototipləri
50-70-ci illərin adi adamları idi, lakin yazıçı bu adilərin bir-birinə
bənzəməyən dünyalarını yaratmışdır. Bu adi qəhrəmanların bədii
ifadəsi zamanı geniş, panoram təsvir və tərənnümündən həyatın
adi, ilk baxışda çox empirik görünən məişət lövhələrinin, milli-
tarixi məişət gerçəkliklərinin müxtəlif tərəflərinə geniş yer veril-
məsi müasir insani münasibətləri bütün mürəkkəbliyi və zənginli-
yi ilə göstərmək niyyətindən irəli gəlirdi. Nəzəri fikirdə “adi
adamlar”, “adi” və “böyük” ədəbiyyat ətrafındakı mübahisələr
60-70-ci illərdə meydana çıxmış hadisə deyildi. Hələ 40-cı illərdə
ədəbiyyatı “adi” və “böyük” ədəbiyyat deyə iki yerə bölənlərə
qarşı çıxış edən Səməd Vurğun yazırdı: “Mənim nəzərimdə kiçik
insan yoxdur, yalnız kiçik sənətkarlar vardır. Adi dəmir yolu fəh-