27
Preeklampsiya fonunda sarılıq meydana çıxdıqda (bilirubin 30
mkmol/l-dən artıq) doğuşun başa çatdırılması məsələsi həll
olunmalıdır. Kəskin qaraciyər çatışmazlığı aşkar edildikdə təcili
doğuş vacibdir (C).
U
Kəskin qaraciyər çatışmazlığı ilə əlaqədar ensefalopatiyanın ilkin
mərhələlərində sedativ dərman vasitələrindən mümkün qədər istifadə
edilməməlidir
U
(C).
Qısa müddət ərzində (6 saata qədər) qadının ümumi vəziyyətinin
sabitləşdirmək məqsədilə əməliyyatönü hazırlıq aparılır.
►
Prednizolon 600-1000 mq V/D (2-3 gün ərzində davam
etdirilməlidir)
►
Dövr edən qanın həcminin normallaşdırılmasına xüsusi diqqət
verilməlidir (C). 30-40 ml/kq həcmdə infuzion terapiya (qlükoza-
duz məhlulları, 6%-li hidroksietilnişasta), diurezin furosemidlə
(20-60mq) stimulyasiyası.
►
Protrombin indeksi 70%-dən aşağı, qanın laxtalanma müddəti 10
dəqiqədən artıq, fibrinogenin konsentrasiyası 1,5 q/l-dən aşağı
olduqda təzə dondurulmuş plazma köçürülür (15 ml/kq)
►
Ümumi zülalın konsentrasiyası 50 q/l-dən aşağı olduqda və ya
albuminin konsentrasiyası 25 q/l-dən aşağı olduqda 400 ml 10%-
li albumin (Albumin human) infuziyası
►
Aprotinin (Kontrikal 100000 TV) V/D, menadion (vikasol) 2-4 mq
►
Laktuloza 15-20 ml günda 3-4 dəfə, enteral
►
B qrupu vitaminləri, C vitamini, V/D
►
H
B
2
B
-blokatoru, proton pompasının inhibitoru – famotidin, V/D (C)
Hamiləliyin başa çatdırılması ümumi anesteziya altında
aparılmalıdır.
Əməliyyatdan sonrakı dövrdə:
►
Konservativ müalicə effekt vermədikdə, əvəzedici terapiyanın
efferent üsulları – plazmaferez, enterosorbsiya, hemodializ,
fasiləsiz (daimi) hemofiltrasiya
►
Enteral nutritiv qidalanma 500-1000 ml həcmində
►
İnfuzion terapiya 20-30 ml/kq həcmdə (qlükoza-kalium,
kristalloidlər, 6%-li hidroksietilnişasta, göstəriş olduqda albumin
və təzə dondurulmuş plazma)
►
Antibakterial terapiya: III-IV nəsil sefalosporinlər (göstəriş olduqda)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
Kəskin qaraciyər çatışmazlığı fonunda hemorragik sindrom
inkişaf etdikdə:
►
Təzə dondurulmuş plazma 15 ml/kq-dan az olmayaraq
►
Trombosit konsentratı 7-8 dozadan az olmayaraq
►
Kriopresipitat 7-8 dozadan az olmayaraq
►
Hemotransfuziya
►
Aprotinin (kontrikal 500000 TV, qordoks 500000-1000000 TV)
V/D, vikasol (Menadione) 2-4 ml V/D
DDL sindromu
Ağır preeklampsiyaların bazis müalicəsinə əlavə olaraq:
1.
Laborator müayinə:
Trombositlərin miqdarı, laxtalanma müddəti, laxtanın
retraksiyası, rekalsifikasiya müddəti, PDFF
(polidifenilenftolid) (etanol testi, OFT, D-dimer),
fibrinogenin konsentrasiyası, protrombin indeksi, AHTV,
qanın laxtalanma müddəti, antitrombin III
2.
Hemorragik sindrom olmadıqda intensiv terapiya taktikası
(xroniki, yarımkəskin)
Əsas xəstəliyin müalicəsi
Enoksaparin-natrium, nadroparin-kalsium 0,3 ml/gün dəri altına
Asetilsalisil turşusu (Acetylsalicylic acid) 100 mq/gün,
enteral
3.
Hemorragik sindromda intensiv terapiya taktikası (kəskin)
Qanaxmanın cərrahi yolla dayandırılması
Davamlı ASV
Təzə dondurulmuş plazma, 15 ml/kq-dan az olmayaraq
Kriopresipitat 7-8 dozadan az olmayaraq
Trombosit konsentratı 7-8 dozadan az olmayaraq
Proteazaların inhibitorları: aprotinin (kontrikal, qordoks,
trasilol) – 500000 TV/gün
Hemotransfuziya – göstəriş olduqda (qan itkisi 1500 ml-dən
artıq olduqda)
Doğuşdan/əməliyyatdan sonrakı dövrdə – tromboembolik
ağırlaşmaların profilaktikası məqsədilə nadroparin-kalsium
0,3 ml/gün dozada təyin edilir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
HELLP sindromu
Ağır preeklampsiyaların bazis müalicəsinə əlavə olaraq
aşağıdakı tədbirlər həyata keçirilir:
Diaqnostik meyarlar
1.
Zərdabda və sidikdə sərbəst hemoqlobinin təyini
2.
Trombositopeniya (trombositlərin miqdarı 150x10
P
9
P
-dan aşağı,
PDFF artması)
3.
Bilirubin səviyyəsinin yüksəlməsi, qeyri-düz fraksiya hesabına
4.
AST, ALT, QF səviyyəsinin yüksəlməsi
5.
Metabolik asidoz
6.
Proteinuriya
7.
Sidik cövhərinin, kreatininin konsentrasiyasının artması
HELLP sindromu zamanı
U
hamiləliyin başa çatdırılması taktikası
U
konkret klinik vəziyyətlə təyin olunur. Trombositlərin sayı 20x10
P
9
P
/l-
dən çox olarsa, trombosit transfuziyası aparılarsa, hamiləliyin
konservativ başa çatdırılması mümkündür (B). Simptomlar tezliklə
aradan qalxdığı halda da hamiləliyin uzadılması və hamiləliyin
konservativ yolla başa çatdırılması mümkündür. Doğuşun cərrahi
yolla başa çatdırılması trombositlərin sayı 20x10
P
9
P
/l-dən az olduğu
halda, trombosit transfuziyası aparıldıqdan sonra tövsiyə edilir (B).
Ağır preeklampsiyanın, massiv damardaxili hemolizin, DDL-sindromun
müştərək klinikası qeyd olunduqda hamiləliyin təcili cərrahi yolla başa
çatdırılması və intensiv terapiyanın aparılması tələb edilir.
Medikamentoz terapiya
1.
Diurezlə bağlı problem olmadıqda (30 ml/saatdan artıq)
metabolik asidozun korreksiyası, sonra gücləndirilmiş diurez.
2.
İnfuzion terapiya – bədən kütləsinin hər kiloqramına 80-90 ml
(izotonik qlükoza-duz məhlulları, mannitol, 6%-li
hidroksietilnişasta məhlulları). Diurez saluretiklərlə stimulə edilir
(diurezin tempi saatda 200-250 ml saxlanılmaqla).
3.
Anuriya inkişaf edərsə, infuzion terapiyanın həcmi 600 ml-ə
qədər məhdudlaşdırılmalı, hemodializ aparılmalıdır.
4.
Qlükokortikoidlər: prednizolon 300-600 mq, deksametazon
(Dexamethasone) 32-64 mq – trombositlərin miqdarı 50x10
P
9
P
/l-
dən az olarsa (C).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |