18
Qıcolmaların
profilaktikası
və müalicəsi
Arterial təzyiqin
tənzimlənməsi
(A)
Hamiləliyin təhlükəsiz
başa çatdırılmasının
təmin edilməsi
Fəsadların
profilaktikası
və müalicəsi
Ağır preeklampsiya və eklampsiya zamanı
təxirəsalınmaz
T
yardımın əsas istiqamətləri
T
T
Preeklampsiyanın müalicəsində başlıca prinsip hamiləliyin
başa çatdırılmasıdır
T
(A)
T
.
T
Doğuş vaxtının müəyyən edilməsində ana və döl tərəfdən risk
nəzərə alınır. Bununla yanaşı doğuş üsulunun seçilməsi vacib
amillərdən biridir.
T
Keysəriyyə əməliyyatının əlavə stress
faktorlarından yayınmaq məqsədi ilə mümkün qədər vaginal doğuşa
üstünlük verilməlidir. Əgər keysəriyyə əməliyyatı aparılması
qaçılmazdırsa, ana üçün riski azaltmaq məqsədi ilə regional
anesteziyaya üstünlük verilməlidir. Koaqulopatiya əlamətləri
regional anesteziyanın aparılmasına əks-göstərişdir.
T
Doğuşu təcili başa çatdırmaq üçün digər göstərişlər olmadıqda
(qanaxma) hemodinamikanı sabitləşdirmək (AT 170/110 mm.c.süt-
dan aşağı), başağrılarını aradan qaldırmaq, qıcolma əleyhinə tədbir
görmək, diurezi artırmaq məqsədilə 12-24 saat ərzində intensiv
müalicə aparılır. Doğuş (cərrahi və ya konservativ) yerinə yetirilən
müalicə tədbirlərinin müsbət effekti fonunda aparılır. Əgər AT
normallaşmırsa (<140/90 mm.c.süt) və AT göstəricisi 170/110
mm.c.süt-dan aşağıdırsa, hipotenziv terapiyanı güclü periferik
vazodilatatorlarla qüvvətləndirmək lazım deyil (nitroqliserin,
hidralazin). Bu dərman vasitələri yalnız digər vasitələrlə aradan
qalxmayan hipertonik kriz (AT 170/110 mm c.süt.-dan artıq) zamanı
istifadə olunur.
Xəstənin vəziyyəti pisləşdikdə (arterial təzyiqin 170/110 mm
c.süt.-dan yuxarı qalxması, başağrılarının güclənməsi, qıcolmaya
hazırlığın və ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrının qeyd
olunması) – hamiləlik təcili başa çatdırılmalıdır.
T
Ağır preeklampsiyaların bazis müalicəsi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
Manipulyasiyalar:
►
Periferik venanın kateterizasiyası
►
Sidik kisəsinin kateterizasiyası, sidik ifrazına dinamik (hər saat)
nəzarət
Müayinə
İnstrumental nəzarət:
AT, ÜYT
Ürəyin monitorinqi
Davamlı pulsoksimetriya (SpO
B
2
B
)
(D)
Dölün ÜYT və ürək fəaliyyətinin kardiotokoqrafik
monitorinqi
(B)
Baş beyin damarlarının transkranial dopplerometriyası
(mümkün olduqda)
Laborator nəzarət:
Hemoqlobin
Ümumi zülal
Trombositlərin sayı, protrombin indeksi, fibrinogen, qanın
laxtalanma müddəti
Qalıq azot, kreatinin
Günlük sidikdə proteinuriyanın səviyyəsi (əgər klinik
situasiya təcili yoxlanılmasını tələb etmirsə) (D)
Tədbirlər:
Davamlı oksigenasiya
Maqnezium-sulfat V/D 2 q/saat sürətlə ən azı doğuşdan 24
saat sonraya qədər (A)
Hemodinamikanı idarə etməklə arterial təzyiqin sabitləşdirilməsi:
Labetalol
(A) və ya Hidralazin
(A) və ya Nifedipin
(A) və ya
Natrium-nitroprussid (dövlət qeydiyyatından keçməyib)
Benzodiazepinlər (diazepam) (B)
Barbituratlar: natrium-tiopental V/D (С), fenobarbital – 0,2
q/sut. (B)
İnfuzion terapiya (kristalloidlər) (С)
Ağır preeklampsiyaların bazis müalicəsində istifadə edilən
dərman vasitələri və tətbiq etmə dozaları
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
Dərman vasitələri Doza
Qıcolmalara nəzarət
Maqnezium-sulfat (A)
3-4 qr yavaş V/D bolyus 5 dəqiqədən
artıq müddətdə, sonra 1-1,5 qr/saat
sürətlə V/D infuziya
Diazepam (C)
və ya
Lorazepam dövlət
qeydiyyatından keçməyib)
5-10 mq yavaş V/D bolyus – 1 dəfə
(B)
2-4 mq yavaş V/D bolyus – 1 dəfə
Natrium-tiopental
(C)
50-100 mq v/d
Arterial təzyiqə nəzarət
Labetalol (A)
10 mq yavaş V/D bolyus, hər 10-20
dəq. Maksimum ümumi 300 mq-a
dək və ya 1-2 mq/dəq. V/D infuziya
və ya
Hidralazin (A)
5 mq yavaş V/D bolyus hər 20-30
dəq.
və ya
Nifedipin (A)
80 mq/sut. daxilə və ya 5-10 mq/sut.
V/D ÜYT nəzarət etməklə
və ya
Natrium-nitroprussid
İlkin: 0,3-1 mkq/kq dəqiqədə, orta
hesabla 3 mkq/kq dəqiqədə və
maksimum 8 mkq/kq dəqiqədə
sürətlə V/D infuziya
Mayelər
Kristalloidlər (С)
1-2 ml/kq/saat sürətlə diurezə nəzarət
etməklə və ya əvvəlki saatdakı
diurezə 30 ml əlavə etməklə
məhdudlaşdırılmalıdır (D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.