9
XBT-10 ÜZRƏ TƏSNİFAT
O14 Nəzərəçarpan proteinuriya ilə müşayiət olunan
hamiləliklə bağlı hipertenziya
O14.0 – Orta dərəcəli preeklampsiya (nefropatiya)
O14.1 – Ağır dərəcəli preeklampsiya
O14.9 – Dəqiqləşdirilməmiş preeklampsiya (nefropatiya)
O15 Eklampsiya
O15.0 – Hamiləlik zamanı eklampsiya
O15.1 – Doğuş zamanı eklampsiya
O15.2 – Zahılıq dövrü eklampsiyası
O15.9 – Müddətinə görə dəqiqləşdirilməmiş eklampsiya
O16 Ananın dəqiqləşdirilməmiş hipertenziyası
KLİNİK TƏSNİFAT
Son vaxtlara qədər Savelyeva Q.M. tərəfindən modifikasiya
edilmiş Goeckе şkalası daha geniş istifadə edilir.
Qiymət (ballar)
Simptomlar
0 1
2
3
Ödemlər
–
Baldır
nahiyəsində
Aşağı
ətraflarda və
qarnın ön
nahiyəsində
Generalizə
olunmuş
Proteinuriya
(q/l)
–
0,033 - 0,132
0,132 - 1,0
1,0 və çox
Sistolik AT
(mm c.süt.)
130-
dən
az
130 - 150
150 - 170
170 və çox
Diastolik AT
(mm c.süt.)
85-ə
dək
85 - 90
90 - 110
110 və çox
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
Hamiləlik
dövründə ilk
dəfə aşkar
edilib
–
36-40 həftə
və ya
doğuşda
35-30 həftə
30 həftədən
tez
Dölün
hipotrofiyası
– –
1-2 həftə geri
qalma
3
həftə və
çox geri
qalma
Fon
xəstəlikləri
–
Xəstəlik
əlamətlərinin
hamiləlikdən
əvvəl qeyd
edilməsi
Xəstəlik
əlamətlərinin
hamiləlik
dövründə
qeyd
edilməsi
Xəstəlik
əlamətlərinin
hamiləlikdən
əvvəl və
hamiləlik
dövründə
qeyd
edilməsi
Cəmi: 7 və az bal – yüngül dərəcəli hestoz
8-11 bal – orta ağır dərəcəli hestoz
12 və çox bal – ağır dərəcəli hestoz
Fəsadlar
Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları:
►
Ağciyərlərin ventilyasiya pozğunluğu
►
DDL sindrom
►
HELLP sindrom
►
Böyrək çatışmazlığı
►
Ağciyər ödemi
►
Böyüklərin kəskin respirator distress sindromu
►
Serebrovaskulyar ağırlaşmalar
►
Ürəkdayanma
►
Ölüm
Serebral təzahürlər beyin arteriyalarının trombozu, fibrinoid
nekrozu, diffuz mikroinfarktı və beyində petexial hemorragiya ilə
müşayiət olunan hipertonik ensefalopatiyaya bənzəyir. Eklampsiyalı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
hamilə qadınların təxminən 20%-də
qıcolmalar zamanı SAT – 140
mm c.süt.-dan aşağı, DAT – 90 mm c.süt.-dan aşağı olur. Hipertenziv
ensefalopatiya zamanı göz dibi dəyişikliklərinə az rast gəlinir.
Güclü damar spazmı nəticəsində damardaxili həcmin azalması
səbəbindən belə xəstələrdə damardaxili mayenin artırılması ağciyər
ödemini meydana çıxara bilər və ya əksinə, belə qadınların doğuş
prosesində hətta adi qan itkisi hipovolemiyaya gətirib çıxara bilər.
Kapillyar keçiriciliyinin artması, kolloid osmotik təzyiqin aşağı
olması və ağciyər endotelinin zədələnməsi ağciyərlərin ödeminin
yaranma səbəblərindəndir.
Böyrək fəsadları qlomerulyar damarların endoteliozu ilə
əlaqədar yaranan qlomerulyar ödem və fibrin çökməsi səbəbindəndir.
Oliquriya tez-tez rast gəlinir və kəskin tubulyar nekroz ilə nəticələnə bilər.
Qaraciyər disfunksiyasına periportal qaraciyər nekrozu,
subkapsulyar hemorragiya və ya qaraciyər sinuslarında fibrin
çökməsi səbəb ola bilər. Bəzən qaraciyərin cırılması baş verə bilər.
Qaraciyərin disfunksiyası HELLP sindromun təzahürü ola bilər.
HELLP sindrom hamilə qadınlar arasında 0,3%, ağır preeklampsiyalı
qadınlar arasında isə təqribən 20% hallarda müşahidə olunur.
HELLP sindrom ağır preeklampsiyanın variantıdır. HELLP sindrom
diaqnozu qoymaq üçün: trombositopeniya, qaraciyər
disfunksiyası, hemoliz mövcud olmalıdır.
H
HELLP sindromun ağırlığı adətən trombositopeniyanın dərinliyi
ilə müəyyən edilir.
Trombositopeniya
ağır < 50000/dl
orta ağır 50000 - 100 000/dl
yüngül 100 000 - 150 000/dl
Qaraciyərin funksiyası
LDH > 600 IU/L
AST və ya ALT > 40 IU/L
Hemoliz və fraqmentasiyaya uğramış eritrositlər
HELLP sindrom həyat üçün çox təhlükəli fəsaddır. HELLP
sindrom inkişaf etdikdə hamiləlik təcili başa çatdırılmalıdır.
DDL sindrom eklampsiyalı qadınların təqribən 7%-ində baş
verir. Plasentar hipoperfuziya döl tərəfdən də ağırlaşmalara səbəb
olur. Bunlardan:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.