35
haqqında əsərində yazırdı ki, dünyada Allah aləmi, yəni kilsə
və yer Allahı, yəni dövlət mövcuddur. Kilsə aləmi yer
aləmindən daha əvvəl yaranmışdır və ondan üstündür.
Avqustinə görə hökmdar kilsəyə xidmət etməlidir. Onun
ideologiyası teokratik imperiyaya əsaslanırdı. Avqustin iddia
edirdi ki, hüquq, həqiqət, ədalət, sülh, rahatlıq kilsədə öz əksini
tapır. Dövlət isə insanlar tərəfindən yaradılmış müvəqqəti
məqsədləri həyata keçirmək üçün lazımdır. Ədalət olmayan
yerdə dövlət quldur dəstəsindən başqa bir şey deyildir. Dövlət
ancaq yerdəki müvəqqəti qaydaları müdafiə etmək üçündür.
Sonra dövlət kilsəyə xidmət etməlidir, yəni dövlət yer aləmini
səma aləminə istiqamətləndirməlidir. Burada azad iradə şər
qüvvə hesab edilir. Belə ki, iradə insanı birlikdən hərc-mərcliyə
istiqamətləndirir. Kafirlər birliyin düşmənləridir. Ona görə
Avqustin kafirlərin zorla, yəni silahlı yolla öldürülməsini təklif
edirdi.
Dövlətin vəzifəsi kimi qeyd edilirdi ki, sosial qaydalar
qanunlar vasitəsi ilə nizama salına bilər. Avqustinin teokratik
ideyaları Şərqi Roma imperiyasında- Bizansda həyata keçirildi.
Kilsə və dövlətin sıx əməkdaşlığı şəraitində quldarlıq
quruluşunun tənəzzülünü məhdudlaşdıran teokratik imperiya
yaradıldı.
Ərəb fılosofu İbn- Rüşddür- Averroesinin (1126-1198)
“ikili həqiqət” konsepsiyasına görə geniş kütlə üçün birgə
yaşayış normaları izah edilir və burada dinin rolu qeyd edilir.
Ona görə təbiət və cəmiyyət qanunlarını dərk edən ikili həqiqət
- fəlsəfə və din mövcuddur. İbn Rüşdün “Təkzibin təkzibi” adlı
əsərində irəli sürdüyü ikili həqiqət konsepsiyası təbiət
elmlərinin inkişafı üçün geniş imkanlar yaratmışdı. Alim
qanunların yaradılmasında, dövlətin düzgün idarə edilməsində
əxlaqi amillərə, tərbiyəyə üstünlük verirdi. Bilirik ki, antik
filosoflar tərbiyə və əxlaq məsələlərini mədəniyyətlə
əlaqələndirirdilər. Ibn Rüşd belə hesab edirdi ki, tərbiyə işi
məntiq elmindən başlamalı və buradan digər elm sahələrinə
36
keçməli, nəhayət metafizik fəlsəfə ilə tamamlanmalıdır. Filosof
hökmdarın xalq içərisindən seçilməsini məsləhət bilirdi. O
dövlət başçısını ləyaqətli, əxlaqlı olmağa, qanunlara
əsaslanaraq ölkəni idarə etməyə çağırırdı.
Fransa burjua inqilabı (1789) feodal aristokratiyasının
sərt müqaviməti ilə rastlaşdı. Yakobinlər respublikanı inqilaba
qarşı olan daxili və xarici koalisiyadan müdafiə etmək
məcburiyyətində qaldı. Belə bir şəraitdə irtica qüvvələri feodal
münasibətlərini saxlamaq üçün dini dünyagörüşü dirçəltmək
qərarına gəldilər.
Fransada yüksək zadəgan rütbəsinə malik qraf nəslindən
olan Jozef de Mestr feodal münasibətlərinin saxlanması
uğrunda mübarizə aparmışdı. Əvvəllər Russonun siyasi
görüşlərindən bəhrələnmiş müəllif liberal dünyagörüşə malik
olmuşdur. Sonralar feodal irtica qüvvələrinin tərəfdarı kimi
çıxış etmiş, on beş il Sardinya krallığının səfiri kimi
Peterburqda yaşamışdır. Burjua ideologiyasından imtina edən
müəllif elmi biliklərin qüdrətinə qarşı çıxış edirdi. O belə hesab
edirdi ki, dinə əsaslanmayan elm səmərəsiz və zərərlidir. Elm
məhz dinlə ittifaqda fayda verə bilər. Beləliklə, Mestr öz
istedadını maarifçiliyə və inqilaba qarşı mübarizəyə sərf
etmişdir. O belə hesab edirdi ki, Fransa Avropa xristianlığının
mərkəzi olacaqdır. İnqilabın heç bir səmərə verməyəcəyini
iddia edən müəllif qeyd edir ki, Fransa inqilab nəticəsində
cinayətkarların əlində oyuncağa çevrildi. Müəllifə görə ancaq
ilahi əsasa malik olan hadisələr qüdrətlidir, inqilab isə ancaq
cinayətkarlığa yol açır, inqilab şeytan əməlidir.
VII əsrin əvvəllərində tayfa ittifaklarına əsaslanan
quldarlıq quruluşu feodal quruluşu ilə əvəz edildi. Beləliklə,
tayfa sitayişləri təkallahlılığa əsaslanan yəhudi dininin və
xristianlığın təzyiqi ilə əhəmiyyətini itirdi. Belə bir şəraitdə
yeni dini dünyagörüşü olan Islam formalaşdı. Ərəb dilində
islam “itaət etmək” deməkdir. Məkkə sakini Məhəmməd (570-
632) vahid Allaha itaət etmək haqqında öz ideyasını irəli
37
sürməklə çoxallahlılığa qarşı çıxdı. Əvvəlcə, yerli əyanların
təzyiqinə məruz qalan Məhəmməd 622-ci ildə Məkkədən
Mədinəyə köçür. Bir neçə ildən sonra müsəlmanların, yəni
Allaha sədaqətlilərin mərkəzinə çevrilən Mədinə Ərəbistanın
mərkəzinə və Məhəmmədin varisləri olan xəlifələrin xilafətinə
çevrilir. Ərəb xilafəti İspaniya, Hindistan, Çin sərhədlərinə
qədər yayıldı. İslam dininin mənbəyi olan Quran Məhəmməd
peyğəmbərin yazdığı nəsihət və kəlamlardır. Sünnə
Məhəmməd peyğəmbərin mülahizələri və əməlləri barədə
yazılmış hekayələrdən ibarətdir. Quran və sünnə müsəlmanları
Şəriət yolu ilə aparan, onlara məqsədə çatmağın yolunu
müəyyən edən dini, hüquqi və əxlaqi normalardan ibarətdir.
Şəriət Allah tərəfindən yaradılan Peyğəmbər vasitəsilə
insanlara göndərilən və həyata keçirilməsi məcburi olan
göstərişlərdir. Quran müsəlman hüququnun əsası, sünnə isə
fəaliyyətdə olan hüquqdur. Belə qeyd edilir ki, həyatda baş
verən bütün məsələlər öz həllini quranda və sünnədə tapır.
Quran Məhəmməd peyğəmbərin ikinci xəlifəsi Ömərin
vaxtında 634-644
:
cü illərdə tərtib edilmişdir. Onun
tamamlanması prosesi isə xəlifə Osmanın zamanında- 644-656-
cı illərdə həyata keçmişdir.
Teokratiya, yəni siyasi- hüquqi hakimiyyətin ruhanilərin
əlində cəmləşdiyi idarəçilik üsulu insanları vahid iradə ilə
Allah və onun elçisi Məhəmmədin hakimiyyətinə tabe etməyə
çalışan bir idarəçilik idi.
İslam hüququ öz mükəmməlliyinə görə dövrünün ən
uğurlu hüquq sistemi olmuşdur. O dövrdə bir çox dünya ölkələri
İslam ölkələri hesab edilirdi ki, buna Darül-İslam (İslam dünyası)
deyilirdi. Bu İslam dininin və qanunlarının tamamilə hökm
sürdüyü ölkələr idi. İkinci, ölkələr var idi ki, onlar heç bir halda
İslamın qanunlarını qəbul etmək istəmirdilər və İslam ölkələri ilə
müharibə şəraitində idilər. Bu ölkələr Darül-hərbə (müharibə
dünyası) ölkələri idi. Müsəlmanlara sülh yolu ilə tabe olan
ölkələr darül- əhd (müahidə dünyası) adlandırılırdı. Burada
Dostları ilə paylaş: |