29
Lekarla
1
tanışlıq
"Dudutka" dəyirmanında. Yelski ailəsinin canlı
bitki kolleksiyası ilə tanışlıq. Lekarın qayğıları.
Bulaq suyunun möcüzəvi gücü.
aksim mavi bulağa baxdıqca onun əsirinə
çevrilirdi. Naməlum mavi məkan onu elə bil
ovsunlamışdı. Otağın divarları sanki harasa uçub
getmişdi. Yeni, əvvəllər heç vaxt görmədiyi naməlum
mənzərələr peyda olmuşdu. Amma yox...Burda nəsə ona
tanış gəlirdi. Diqqətlə baxanda o, anladı ki, Dudiçdə su
parkının sahilindəki Yelski malikanəsindədi. Və onun
çiyinlərinə sanki nəsə toxundu. Elə bil canını payız soyuğu
bürüdü. Lakin yuxarı baxanda aydın səma gördü. Günəş
şüaları hündür ağacların yarpaqları arasından bərq
vururdu. Deməli, payızdı, hə? Gün ərzində səkkiz dəfə
hava dəyişir. Oğlan bir qədər də oyan-buyana baxdı, üzünə
sanki sentyabr günəşinin ilıq şüaları düşürdü. Görəsən
onun bildiyi tapmaca bu barədədir?. "Mavi suda boşqab
üzür." Maksimka günəş barədə ikinci tapmacanı da yadına
saldı: "Pəncərəni döyəcləmir, yalnız baxır."...
Oğlan gözlərini nəhəng palıd ağacına dikdi. Ağacın
böyründə füsunkar quşarmudunun budaqları yellənirdi.
Ondan bir neçə metr aralıda onun daha bir bacısı
gizlənmişdi. Bax, bu da muzey işçilərinin yaratdığı su
dəyirmanı. Görünür, bu dəfə dəyirmanda heç kim yox idi.
Məsələ aydın idi: ekskursiyalar qurtarmışdı. Dəyirman isə
elə onlara görə işləyirdi. İşləyirdi ki, gələn adamlara iki
yüz-üç yüz il bundan qabaq taxılın una neçə döndüyünü
1
burada: Loğman
30
göstərsin. Doğrudur, Maksimkanın bəxti gətirdi, gördü ki,
suyun yaxınlığında təkərin üstündə bir qız oturub. Yaxın
gəldi. "Doğurdanmı bu, su pərisidir?.."düşündü. Qız uzun
gözəl saçlarını çırparaq ona sarı döndü. Maksimka qorxa-
qorxa ətrafa boylandı və çəmənliyə aparan cığıra üz tutdu.
Bir azdan o, gül-çiçəklə dolu olan iri bir talaya düşdü.
"Bu ki Yelskilərin yaratdığı herbaridir! Bircə fərqi
budur ki, buradakı güllər təbiidir, canlıdır, quru deyil," –
deyə Maksimka əvvəllər "Dudutka"ya ekskursiyasını
xatırladı. Və birdən məcburən geri boylandı. İnilti eşitdi.
Maksimka geri dönüb gördü ki, talanın qırağında iri bir
qaya parçasının üstündə qoca kişi oturub. Qocanın boyu
çox da hündür deyildi, yaşından xeyli qıvraq görünürdü.
Ağ saqqalı, nurlu sifəti vardı, xeyirxah adama oxşayırdı.
– Sən kimsən? – deyə Maksimka həyəcanla soruşdu.
– Hamı mənə Lekar deyir! Mən burda, şəfalı
bitkilər, güllər arasında yaşayıram. Bunların hamısını
böyük zəhmət və qayğı hesabına Yelski panları toplayıb,
bit yerə yığıb. Aleksandr Karloviç məni təsadüfən
Ozeriçinanın yanındakı çəmənlikdə gördü və bu talaya
dəvət elədi. O zaman bu gözəl otları, gülləri yerli əhali
tanımırdı. Və Aleksandr Karloviç çox narahat idi; narahat
idi ki, adamlar özlərinə zərər gətirə bilərlər. Axı bilirsən,
bəzən bir gül xəstəliklərin birini sağaldır, o birini isə
gücləndirir... Bir neçə xəstəliyi olan adama gərək xüsusi
dərman bitkisi verəsən, yalnız onun xəstəliyinə aid olan
bitkini tapasan... Mən də əlləşirəm ki, bu gözəllik
talasından insanlara bəla yox, yalnız şəfa gəlsin. Bizim
pan isə bütün gücünü cəmiyyətin xeyrinə sərf edirdi, yerli
əhali üçün çalışırdı. Və burda elə bir firavanlıq vardı ki,
adam heç burdan getmək istəmirdi. Sadə xalqdan çox şey
öyrənmiş Yelskilərin gördükləri işlər, becərdikləri
məhsullar kitablarda tədqiq edilib və bu da onunla
31
nəticələndi ki, bu iqamətgah, bu malikanə müqəddəs
məkan sayıldı, ona müqəddəs tala dedilər. Və Dudiçin,
Zamostyenin və digər yaxın kəndlərin əhalisi də buranı
sevdilər; onlar bu gül-çiçək arasında elə dincəlmək
istəyirdilər ki... Mən az qala özümü güclə gizlədirdim, ya
da başqa yerə qaçıb getmək istəyirdim ki, məni
görməsinlər.
– Məgər siz burda daimi yaşamırsız?-məsələni
anlayan və bir qədər də rahatlaşan Maksimka maraqlandı.
O, Lekara artıq "siz" deyə müraciət etdi, çünki özündən
yaşca böyüklərə və tanış olmayan adamlara gərək "siz"
deyə müraciət edəsən.
– Yox, Maksimka, mənim qeydiyyatım üç
ünvanadır.
– ???
– Adını hardan bildiyimə təəccüblənirsən, hə?.. Axı
mən çox şey bilirəm. Mənim başım kitab kimi bir şeydir:
orda hər şey yazılıb-torpaq, səma, su barədə... Və bilirəm
ki, sən buraya necə gəlib çıxmısan. Nə üçün uçub
gəlmisən?..
Amma
sən
mənim
qeydiyyatımla
maraqlanırsan. Əgər mənim pasportum olsaydı orda dərhal
üç ünvan yazılardı: tala, bax bu qaya parçası, çaya yaxın
yer-yəni su dəyirmanı, bir də soyuq havada, şaxtalı qışda
hamam. Mənim xidməti iş yerim- otlar və güllər
arasındadır. Dincələndə isə dəyirmana gedirəm. Bəzən də
Su ilə mübahisələrimiz olur: təkərin üstündə yatmaqdan
ötrü. Bir sözlə, nə qədər ki su var şərab içirəm, su qaçır-
şərab da qaçır...
– Deməli, siz də Su barədə danışırsız... Susuz
dəyirman da olmaz. Bəs əgər çayda su qurusa, ya da çıxıb
getsə onda necə olar? Ptiç çayının taleyi necə olar?
– Bizim çayın adını niyə belə qoyublar- bilirsən
bunu?.. Bu çay quşa oxşayır! Quş kimi o tərəf bu tərəfə
Dostları ilə paylaş: |