18
yaşı olan belə bir markanı nə atası, nə də Maksimka tapa
bilmədi.
Kubadan göndərilmiş markalar özləriylə bərabər
sanki dəniz havası,
okean ənginliyi, ağac və bitkilərin yaşıl
yarpaqlarını, naməlum və uzaq ölkənin isti, əlvan
şəkillərini gətirmişdi. Bəs nə üçün naməlum ölkə? Məgər
Maksimka atasıyla birgə az qala hər axşam Kubaya dair
böyük alboma baxmırdımı? Belarusdan min kilometrlərlə
uzaq bir yerə sanki səyahətə çıxırdı. Matanzas,
Quantanamo, Syerra-Maestro, Kamaquey və digər Kuba
şəhərləri və şəhərcikləri elə bil oğlana tanış idi, lap Nesvij
və ya Koreliç kimi. Maksimkanın Kosta-Rikanı görmək
arzusu da vardı. Orda, paytaxt San-Xosedə yerli mərkəzi
poçtamtın ikinci mərtəbəsində filateliya muzeyi vardı.
Dünyada çox nadir muzeylərdən biriydi. Bax, orada böyük
məmnuniyyətlə olardı...
Lakin bu gün markalar arxa plana keçmişdi. Əsəs
məsələ bu idi:"Ptiç çayına nə olmuşdu belə? Sobol
sağdırmı? Ptiç çayının sularının taleyi necə olacaq?
Qunduzların, balıqların taleyi necə olacaq? Xərçənglərin
başına nələr gələcək?!"
Maksimka özünü qınadı- axı nə üçün o, xəbərlər
saytına baxmayıb? Axı hamıya yaxşı məlum olan
Yandeksdə, bəlkə də bu barədə heç nə yazılmayıb, ya da
kiməsə bu xəbər adi hadisə kimi görünə bilər. Amma bu
sayt var ha, Dudutka.bay, ayrı şeydi. Onu bu yaxınlarda
açıblar- ötən il yüz illik yubileyi bütün ölkə tərəfindən
təntənə ilə qeyd edilən məşhur muzeyin şərəfinə açıblar.
İyirminci yüzilliyin sonlarında Ptiç çayının
yaxınlığında qədim üslubda çörəkxana, yel dəyirmanı,
pendir emal edən müəssisə, buzxana, meyxana, kəndli
anbarları, samanlıqlar, pəyələr, dəmiçixana və xarrat
emalatxanaları düzəltmişdilər. Düz çayın böyründə isə
20
ki!..Yatsan yuxuna da girməz, özü də hamısı bir gündə baş
verir! Məşhur qayıqçı Dudiçin yaxınlığındakı Ptiçdə yoxa
çıxır, Kuba filatelistinin "Dudutka" muzeyinin yubileyi
münasibətilə buraxılmış marka da eyni gün gəlir. Yeri
gəlmişkən, muzey Dudiç kəndinin hardasa bir
kilometrliyində yerləşir.
– Yox, burda nəsə var!- Maksim həyəcanlandı.-
Atama zəng vuracam!..
Bilici Babanın söylədikləri
Kuba – Vest-İndiada bir dövlətdir, Kuba, Huventud və digər
qonşu adalarda yerləşir. Paytaxtı Havanadır.
"Dudutka"- maddi mədəniyyət muzeyidir, 1994-cü ildə Dudiç
kəndinin yaxınlığında yazıçı və iş adamı Yevgeni Budinas
tərəfindən yaradılıb. Müxtəlif illərdə muzeyin ərazisində
ağacdan düzəldilmiş yel dəyirmanı, dəmirçixana, pendir
emal edən müəssisə, çörəkxana tikilib. Burda təkcə
keçmişdəki əyyamla heyrətlənmək olmaz, həm də özünü
dəmirçi, çörəkçi və duluzçu kimi sınamaq olar.
Dudiç Puxoviçadan çox da uzaq olmayan bir kənddir.
Minskdən 40 kilometr aralıda yerləşir. Bu kənd
Aleksandr və Mixail Yelski qardaşlarının, heykəltəraş
Karl Yelskinin doğma yurdudur. 1600-cü ildən bəri
tanınır. 1785-ci ildən başlayaraq Yelski panlarına
məxsus olub. Kənddə taxtadan Pokrovskaya kilsəsi,
botanika bağı və bitki yetişdirmək üçün şüşəbəndlər
mövcud olub.
Yelskilər "Peleş" gerbli Litva Knyazlığının şlyaxta
1
nəslinə
mənsub olmuşlar. On altıncı əsrdən bəri tanınmış nəsil
olub. Bu nəsildən hərbçilər, ziyalılar, rəssamlar, dövlət
məmurları çıxır.
1
şlyaxta: zadəgan əsilli adamlar.