25
Telefon susdu... Maksimka bir yerdə rahatca dura
bilmirdi. Sobolun və çayın taleyi onu daha çox narahat
edirdi.
Bilici Babanın söylədikləri
Salnamələr – qədim ədəbiyyatın tarixi janrıdır. Salnamə
adətən belə başlayır: "Yayda..." (yəni: filanıncı ilin...).
Salnamə adı da elə buradan götürülüb. Belarusda
salnamaələrin yazılması 12-14-cü əsrlərə təsadüf edir.
Tarixi salnamələr Pinskdə, Sluçkda yazılırdı. Smolensk
salnaməsi də məlumdur. Avramkanın salnaməsi və digər
mətnlər alimlərə uzaq tarixlə tanışlığa və onlar barədə
bilgilər verməyə kömək edir.
Ensiklopediya-elmi məlumatlar vəsaiti və toplusudur, geniş
oxucu auditoriyasına müxtəlif mövzularda arayışlar
verir. Belarusda hələ 20-ci yüzillikdə çoxcildli universal
belarus ensiklopediyası nəşr edilib. 12 cilddən ibarətdir.
Sahə ensiklopediyaları da mövcuddur, həm də fərdi və
regional ensiklopediyalar olur. Belarusda F. Skorin, Y.
Kupala və M. Boqdanoviçə həsr edilmiş fərdi
ensiklopediyalar var.
Dünya çayları- təbiətin su axınlarıdır, işlənmiş çökəkliklərlə
axır. Çaylar yerüstü və yeraltı sularla qidalanır.
Dünyanın ən böyük çayları bunlardır: Nil- uzunluğu
6650 kilometrdir. Amazonka- 6400 km. Yantsızı-6300
km. Missisipi Missuri ilə -6275 km. Xuanxe-5464 km.
Amur-4440 km. Belarusda Dnepr, Dvina, Neman, Pripyat,
Beryozina ən böyük çaylar hesab olunur.
26
Zamanla səyahət
Kuba markaları Belarus barədə danışır.
Heyranedici poçt kəşfi... Yelski panlarının
bulaqları. Yeni məkan.
aksim qayçını götürüb məktubun qırağını səliqəylə
kəsdi, ordan ikiqat bükülü vərəq çıxartdı. Məktubu
oxumadı, poçt markalarını isə kompüter stolunun
üstünə tökdü. Beş miniatürdən ibarət serial markalar
gördü. Onlardan biri eynilə məktubun üstünə yapışdırılmış
marka rəngində idi. İkinci marka 3 sentavoluq idi, üstündə
"dudutka" su dəyirmanının təsviri vardı. Üçüncü daha
bahalıydı-5 sentavo. Burada Aleksandr Karloviç Yelskinin
Zamostyedəki malikanəsinin təsviri vardı: taxtadan
tikilmiş sadə bir ev! Ola bilsin Maksimkanın
fotoalbomundakı püfə-püflə qoruyub saxladığı ulu
babasının birmərtəbəli evinin şəklindən, ya da elə paytaxt
məktəblilərinin hələ üçüncü sinifdə "Köhnə açıqcalar
Belarusdan danışır" fənnindən öyrəndiyi Vladimir
Alekseyeviç Lixodevin dərsliyindəki açıqcalarda təsvir
olunan evlərdən bir qədər geniş idi. Dördüncü marka
Dudiçin Pokrovskaya pravoslav kilsəsinə həsr edilmişdi.
Beşinci marka ən bahalısıydı – 15 sentavoya! Bu, oğlanı
daha çox valeh etdi. Markanın üstündə Yelski
malikanəsindəki bulağın təsviri vardı. Doğrudur, o bulaq
Maksimkanın "Dudutka"ya ekskursiya zamanı gördüyü
kimi deyildi. Gördüyü bulağın üstündə indi örtük vardı.
Şalbancıqlar sanki yerə basdırılmışdı. Maraqlıdır, bu
kubalı poçt işçiləri görəsən belə bir obrazı hardan tapıb
çıxarmışdılar?.. Nə isə... Ümumiyyətlə, Dudiçdə və
27
Zamostyedə Yelski nəsliylə və onların malikanəsiylə bağlı
bir o qədər çox fotoşəkil qalmayıb.
Oğlan bulağın təsvirinə xeyli baxdı. Bir azdan ona
elə gəldi ki, məktubdakı kağız parçasından xüsusi sərinlik
duyulur. Gənc filatelist bulaqlar haqqında tapmacanı
yadına saldı: "Təmizdir, gözəldir, yay uzunu çiçək açır,
amma toxumu yoxdur".
Qəflətən (oğlana bəlkə də elə göründü!) şəffaf mavi
bulaq tərpəndi və canlandı. Suyun üzərində kölgələr
qaçışdı, həqiqətdə isə onlar...hərflər idi. Maksim elə bil
ayrı aləmə düşdü, canı gizildədi, əti ürpəşdi. "Belə şeylər
ola bilərmi? Necə yəni, su canlana bilərmi? Aman Allah,
Kuba markaları üzərindəki hərflər belarus sözlərinə
çevrilir..." Maksimka həddən artıq təəccübləndi, ucadan
oxudu:
– Bulaq sirləri açır... – hər söz ayrıca sətirdə
verilmişdi. Bir azdan bütün sütun dalğalara döndü.
Ardınca yeni-yeni sözlər əmələ gəldi. Bu sözlər titrəyirdi,
tərpəşirdi, əsirdilər, onları dərhal anlamaq olmurdu: Yelski
panları, Ptiç çayı...Bütün sirlər arxivlərdə gizlənir...
Bəs sonra? Yəni markalar hər şeyi alt-üst edə
bilərmi?
Maksimkanı hələ körpəlikdən nəticə çıxarmağa
tələsməməyə öyrətmişdilər; o, bir qədər özünü itirdi.
Ətrafda baş verən hadisələr, bir qədər anlaşılmaz olsa da,
onu nəsə bir hərəkət etməyə sövq edirdi. Lakin nə etməli,
hansı tərəfə getməli?.. Oğlan gözlərini yenə hərəkət edən
kölgələrə zillədi, heyrətamiz əlvan markaları bir daha
gözdən keçirtdi. Atası ona Dominikan poçt
miniatürlərindən danışmışdı, onların üstündə sərhəd
mübahisələri yaranmışdı: 1900-cü ildə Dominikan
Respublikasının markalarının üstündəki təsvirlərdə
rəssamlar Haitinin bir hissəsini "çırpışdırmışdılar".
28
"Filatelist əməlləri"nin nəticəsi olaraq 1879-1883-cü
illərdə Çili, Peru və Boliviya arasında da "müharibələr"
olmuşdu. Onun yadına Böyük Britaniya və Venesuela
arasındakı "poçt müharibəsi" də düşdü...Ah, yəni markalar
teleqraf ola bilər? Özü də tarixi markalar!... Belə bir şeyi
təsəvvür eləmək çətindir!..
Bilici Babanın söylədikləri
Sentavo – Kubada xırda pul vahididir. Bir sentavo- bir
pesonun yüzdə biridir.
Markanın qiyməti çap olunan poçt markasının üstündə olur.
O, pulun məbləğini göstərir və siz markanı təqdim
etsəniz onun üstündəki məbləğə görə sizə poçt xidmətləri
göstərəcəklər.
Bulaq- yeraltı suların yerin üstünə çıxardığı sudur. Bulaqlar
mineral, şirin, ilıq, soyuq, isti və qaynar olur.
Dostları ilə paylaş: |