13
məsafədə hər yüz metrdən bir duran televiziya kameraları
qarşısında gözdən itib. Ehtiyat idmançıların axatarışları
heç bir nəticə verməyib. İdmançını səhərə qədər axtarsalar
da tapa bilməyiblər".
"Bu da sənin xəbərin!" deyə Maksim təəccüblənərək
tanımadığı Sobolun halına acıdı. Axı Sobol heç də
tanınmamış deyildi! Son aylarda onun şəkli "Olimpiya
qəzeti"nin birinci səhifəsini bəzəyirdi, özü də bir neçə
dəfə! Və görünür, növbəti olimpiadada amerikalı
idmançılar üçün onun əsas rəqib hesab edilməsi tamamilə
mümkün idi.
Bilici Babanın söylədikləri
Filateliya poçt markalarının toplanması və poçtla bağlı
markalı sənədlərin öyrənilməsi deməkdir; İngiltərədə
yaranıb və ilk dəfə elə burada məktubların yola
salınması üçün pul əvəzinə poçt markalarından istifadə
olunub. Belarus poçt markaları ilk dəfə 1920-ci ildə
Latviyada çap olunub.
Poçt markası xüsusi işarəli kağızdır, milli poçt idarələri
tərəfindən buraxılır və satılır. Adətən marka xırda ölçülü
kağız parçadan ibarət olur; qıraqlarında xırda dişciklər
var, arxasına isə yapışqanlı maddə sürtülür.
Məkik – ağac materialından düzəldilən qayıqdır. Bir qayda
olaraq onu palıddan, şamdan, ağcaqovaqdan
düzəldirlər. Ölçüləri uzununa 2,5-dən 10 metrə qədər,
eninə isə 1-1,5 metrə qədər olur. Belə məkiki təkpərli
avarla idarə edirlər. XX əsrin əvvəllərində qayıq məkiki
sıxışdırıb aradan çıxartdı.
14
Bütün ölkə idmançını axtarır
Təklif gəldi ki, çay axınını dayandırsınlar. Nəticəsi
nə ola bilər? İdmançı Sobol sağdırmı?
əmin ərəfədə "Olimpiya qəzeti" mətbəədə çapa tam
hazır olanda ölkənin Milli Olimpiya komitəsi ilə Su
Ehtiyatlarının mühafizəsi üzrə Baş Departamentin
birgə iclası keçirilirdi. İclasın gündəliyinə bir məsələ
salmışdılar: "İdmançını tapmaq və həqiqəti aşkar etmək
üçün Ptiç çayının axınını dəyişdirib onun suyunu sahələrə
və çöllərə axıtmağa dəyərmi?.." Bu məsələ müzakirə
olunarkən qəzetdə artıq iki xırda məqalə dərc olunmuşdu.
Və Maksimka da durduğu yerdəcə lal-dinməz həyəcanla
bu məqalələrə baxırdı. Məqalələrdən birinin müəllifi
çaylar üzrə ekspert, Su üzrə Baş Məsləhətçi Stepan
Pavloviç Nemanski idi. O, oxuculara müraciətlə
yazırdı:"Müasir mexanizmlər imkan verir ki, bir neçə saat
ərzindəcə çay axınını dayandıraq. Novopolun qarşısında
tikilən bir neçə mühərrikli qapının bağlanmasına əmr
verilsə, bu işi dərhal həll etmək olar. Su həddi aşınca axıb
ətraf ərazilərə dağılacaq. Lakin sahələrə və çöllərə
istiqamətlənəcək su ehtiyatlarına gəlincə burda məsələ bir
qədər qəlizləşir. Təkcə ona görə yox ki, çayətrafı yüz
metrlərlə torpaq ərazi bataqlığa çevriləcək. Təkcə ona görə
yox ki, balıqlar otluqların içindəcə susuz qalıb məhv olub
gedəcək. Həm də məlum deyil axı qunduz, su xərçəngi və
Ptiçin digər canlı varlıqlarının başına nə oyun gələcək!
Axı siz də bilirsiniz ki, bu gün planetdə onların sayı bir elə
çox deyil. Biz hər zaman fəxr etmişik ki, bizim Ptiç
çayımız tərtəmizdir və o, su heyvanlarına da təhlükəsiz
sığınacaq verib..." Maksimka qunduzlar barədə oxuyanda
16
"...Ptiç çayının axınını dayandırmaqla biz idmançını
xilas etməyə cəhd göstərə bilərik. Lakin qayıq və elə
Sobolun özü də kifayət qədər ciddi təchiz ediliblər.
İdmançının əyninə geydiyi rezin gödəkçə təhlükə zamanı
şişir və əsl rezin qayığa çevrilir. Bundan başqa qayığın
sahibi qayığa yüngül qıfıllarla bağlanıb. Təhlükəli
vəziyyət yarananda və qayıq aşanda idmançı suya
tullanmağa imkan tapır. Bu halda qıfılın qayışları bir neçə
metr uzanır. Və lazım olanda idmançı yenidən qayığa tərəf
üzə bilir. Sobolla bağlı konkret fikir söyləmək mənim
üçün çətindir. Lakin düşünürəm ki, Sobolun düşdüyü
burulğan (televiziya kameraları bunu çəkiblər) qayığı
çayın dibinə, yerin qabığına çırpıb. Lakin biz bunun lap
dəqiqini çayın suyunu qurudandan sonra biləcəyik ".
Maksimka tanınmış xilasedicinin mülahizələri
barədə düşünərkən təsəvvür etməyə çalışırdı: görəsən indi
idmançı nə edir? Bəlkə elə o, özü çayın dibindən çıxmağa
cəhd edir, ya da yerin dərin qatlarından çıxmağa çalışır?
Əlbəttə, Sobol qeyri-adi fiziki gücə malik bir adamdır.
Buna qətiyyən şübhə ola bilməz. Axı torpaq və su da
inanılmaz gücə malikdir. İnsan heç də hər zaman onları
ram edə bilmir.
Bilici Babanın söylədikləri
Ptiç Belarusda çaydır, suları 421 kilometrlik uzunluqda bir
məsafədə- Minsk vilayəti, Mogilyov, Qomel boyunca axır.
Ptiç Pripyat çayının sağ qoludur, öz növbəsində Dneprə
tökülür. Çay Minsk vilayətinin Dzerjinsk rayonundakı
Noreyka kəndindən bir kilometr qərb tərəfdən başlayır.
Yaz daşqınları zamanı Ptiç sularının bir hissəsi Titovka
və Treml vasitəsi ilə Svisloç çayına tökülür.