19
Siyasət.Hüquq.Hərbi iş
310
illiyi
Bencamin Franklin
1706-1790
YANV
AR
Bencamin Franklin 1706-cı il yan-
var ayının 17-də Bostonda anadan ol-
muşdur. 17 uşaqlı ailənin 15-ci övladı
olmuşdur.
Müstəqil təhsil almışdır. Mad-
di sıxıntı üzündən məktəbə yalnız 2
il gedə bilmiş, 12 yaşından qardaşı-
nın mətbəəsində çalışmağa başlamış-
dır. 1727-ci ildə Filadelfiyada şəxsi
mətbəəsini yaratmışdır. 1731-ci ildə
Amerikada ilk dəfə olaraq pulsuz
kütləvi kitabxana yaratmışdır. Həmin
dövr üçün bu görünməmiş addım idi.
1743-cü ildə Amerika Fəlsəfə
Cəmiyyətinin və Filadelfiya Akademi-
yasının yaradıcısı olmuşdur.
1737-1753 illərdə Pensilvaniyanın,
1753-1774-cü illərdə isə bütün Şimali
Amerika koloniyalarının poçtmeysteri
vəzifəsini icra etmişdir.
1776-cı ildə İngiltərəyə qarşı itti-
faq yaratmaqdan ötrü Fransaya səfir
göndərilmişdir. Xüsusi diplomatik ba-
carığı nəticəsində fransız-amerikan da-
nışıqları uğurla başa çatmışdır.
1783-cü ildə Versal danışıqlarında
Böyük Britaniyanın Amerikanı suveren
və müstəqil olduğunu rəsmən tanıması
da onun əməyinin nəticəsidir.
1785-ci ildə vətəninə qayıdanda qa-
nunverici yığıncağın prezidenti seçil-
mişdir.
Bir çox ölkələrin, o cümlədən Rusi-
ya Elmlər Akademiyasının üzvü (1789-
cu ildə, Rusiyanın ilk amerikalı üzvü)
seçilmişdir.
Bencamin Franklin Amerika Konsti-
tusiyasının müəlliflərindən biri olmuş-
dur.
Elmdə elektrik və optika sahəsindəki
tədqiqatları ilə tanınır. O, Pensilvaniya-
da ilk yanğınsöndürmə idarəsinin yara-
dıcısıdır.
ABŞ-ın baniləri arasında yeganə
şəxsdir ki, Amerika Birləşmiş Ştatla-
rının yaranmasında əsas rol oynayan
hər üç sənədə imza atmışdır. Bun-
lar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ
Konstitusiyası və 13 Britaniya koloni-
yasının müstəqillik uğrunda apardığı
müharibəni bitirən 1783-cü il Versal
sülh müqaviləsidir.
1928-ci ildən Franklinin portreti
ABŞ-ın 100 dollarlıq pul əskinaslarının,
müxtəlif illərdə poçt markaları-
nın üzərin-də təsvir olunur. Bir çox
şəhərlərdə büstü, abidəsi qoyulmuşdur.
O, yalnız dövlət qulluqçusu və qu-
rucusu kimi deyil, həm də alim kimi
o dövrün ən məşhur simalarından idi.
Belə ki, müasir dövrdə ən çox müzakirə
edilən insan hüquqları ilə bağlı elmi ya-
naşmanın banilərindən biri olmuşdur.
Franklin yaşamaq hüququ, azadlıq hü-
ququ və mülkiyyət hüququnu insanın
təbii ayrılmaz hüquqlarından sayırdı.
Onun elmi pamfletləri və məqalələri
əsasında günümüzdə ən inkişaf etmiş
dövlətlər insan hüquqları sahəsində öz
daxili strategiyalarını müəyyən edirlər.
Bencamin Franklin 1790-cı il aprel
ayının 17-də Filadelfiyada vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Dombrovski, V. Frank-
linin həyatı: bioqrafik
povest /V.Dombrovski,
A.Şmulyan; tərc. ed.
Z.Balıyev.- Bakı:
Gənclik, 1979.- 156 s.
Время - деньги!
/Б.Франклин.- Москва:
АСТ, [2015].- 317 с.
Айзексон, У.
Бенджамин Франклин.
Биография /Уолтер
Айзексон; пер.:
В.Кузин, Д.Айше.-
Москва: «Манн, Иванов
и Фербер», 2013.- 480 с.
Иванов, H. Отцы-
основатели. Рождение
США /Н.Иванов,
П.Черкасов, А.Исеров.-
Москва: АСТ-Пресс,
[2013].- 126 с.
İ n t e r n e t d ə
www.anl.az
www.americansights.ru
www.az.wikipedia.org
17
Dövlət xadimi
20
Tarix
Əbdülkərim Əlizadə
1906-1979
YANV
AR
Əbdülkərim Əli oğlu Əlizadə 1906-cı
il yanvar ayının 11-də Bakı yaxınlığın-
dakı Bilgəh kəndində anadan olmuşdur.
1927-ci ildə Leninqrad Şərq İnstitu-
tuna qəbul olmuş, 1930-cu ildə həmin
institutu bitirmişdir.
1935-1941-ci illərdə SSRİ EA-nın
Şərqşünaslıq İnstitutunda, eyni za-
manda Leninqrad Şərq İnstitutunda və
Leninqrad Dövlət Universitetində ça-
lışmışdır. 1935-ci ildə namizədlik dis-
sertasiyası müdafiə etmişdir. 1941-ci
ildən ömrünün sonunadək Azərbaycan
EA sistemində işləmiş, 1944-1950-ci
illərdə Tarix İnstitutunun direktoru ol-
muşdur.
Ə.Əlizadə 1954-cü ildə tarix elmləri
doktoru elmi dərəcəsi almış, 1955-ci
ildə Azərbaycan EA-nın həqiqi üzvü
seçilmişdir. 1950-1957-ci illərdə qədim
və orta əsrlər tarixi şöbəsinin, sonra
şərqşünaslıq şöbəsinin müdiri, ictimai
elmlər üzrə akademik katib olmuşdur.
1958-1963-cü illərdə akademiyanın
Şərqşünaslıq İnstitutunun ilk direkto-
ru olmuşdur. 1963-cü ildən ömrünün
sonuna kimi Şərqşünaslıq İnstitutunun
Mətnşünaslıq və məxəzləri çapa hazır-
lama şöbəsinə rəhbərlik etmişdir.
Akademik Ə.Əlizadə görkəmli
şərqşünas İ.P.Petruşevski ilə birlikdə
Azərbaycanın orta əsrlər tarixşünaslı-
ğının əsasını qoymuşdur. Azərbaycanın
və qonşu Yaxın Şərq ölkələrinin
Səlcuqilər və monqollar dövrü tari-
xinin tədqiqatçısıdır. Alimin 1956-cı
ildə nəşr olunmuş “XIII–XIV əsrlərdə
Azərbaycanın sosial-iqtisadi və siya-
si tarixi” adlı sanballı monoqrafiya-
sı (rus dilində) və 60-dan artıq elmi
məqaləsi Azərbaycanın və eləcə də
qonşu Şərq ölkələrinin orta əsrlər ta-
rixinin öyrənilməsi sahəsində xü-
susi əhəmiyyət kəsb edir. Onun
rəhbərliyi ilə onlarla elmlər doktoru və
elmlər namizədi yetişmişdir. Nizami
Gəncəvinin “İsgəndərnamə” əsərinin
“Şərəfnamə” hissəsinin elmi-tənqidi
mətnlərini hazırladığı üçün 1948-ci ildə
ona SSRİ Dövlət mükafatı verilmişdir.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni,
Rəşidəddinin “Cami Ət-Təvarix”,
Məhəmməd ibn Hinduşah Naxçıvani-
nin “Dəstur Əl katib fı təyin əl məratib”,
A.A.Bakıxanovun “Gülüstani İrəm” və
bir sıra başqa əsərlərin elmi-tənqidi
mətnlərini hazırlamışdır.
Şərqşünasların Münhen (1957),
Moskva (1960), Tehran (1966, 1969),
Ankara (1961, 1970), Varşava (1955),
Təbriz (1969) konqreslərinin və digər
elmi məclislərinin iştirakçısı olmuş,
Azərbaycanın tarix elminin yeniliklərini,
nailiyyətlərini dünya alimlərinə çatdır-
mışdır. Ə.Əlizadənin 60-a qədər elmi
əsəri nəşr olunmuşdur. Əsərləri ingilis,
alman, ərəb, türk, fars və bir sıra başqa
dillərə tərcümə olunmuşdur.
Akademik 1960-cı ildə “Əməkdar
elm xadimi” fəxri adına, 1978-ci ildə
Azərbaycan SSR Dövlət mükafatına la-
yiq görülmüş, “Qırmızı Əmək bayrağı”,
“Qafqazın müdafiəsi”, “Böyük Vətən
müharibəsində şərəfli əməyə görə”,
“Şərəf nişanı” orden və medalları ilə
təltif olunmuşdur.
Əbdülkərim Əlizadə 1979-cu il de-
kabr ayının 3-də Bakıda vəfat etmişdir.
Paytaxtın mərkəzi küçələrindən biri
akademikin adını daşıyır.
Ə d ə b i y y a t
Akademik Əbdülkərim
Əlizadə: Azərbaycan
şərqşünaslıq elminin ba-
nisi: sənədlər, məktublar,
xatirələr /tərt. Z.Əlizadə;
red. Y.Mahmudov.- Bakı:
Təhsil, 2005.- 196 s.
Əlizadə Əbdülkərim Əli
oğlu //Azərbaycan Sovet
Ensiklopediyası.-Bakı,
1980.- C.IV.- S.170.
Социально-
экономическая и
политическая история
Азербайджана: XIII-
XIV вв.: [монография]
/Абдул-Керим Али-
заде (предисл.); ред.
И.Петрушевский; отв.
за вып. З.Али-заде;
Ин-т Стратегических
Исследований Кавказа
(ISSC).- Баку: Кавказ,
2012.-460 с.
К вопросу об освещении
ширванско-грузинских
отношений в XI-XII
веках /А.Али-заде //Изв.
АН Азерб. ССР. Сер.
истории, философии и
права.- 1977.- №4.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.istoriya.az
11
110
illiyi
Akademik