16
Milli Qəhrəmanlar
Elgiz Kərimov
1971-1992
YANV
AR
Elgiz Kərim oğlu Kərimov 1971-ci
il yanvar ayının 5-də Bərdə rayonun-
da anadan olmuşdur. 1987-ci ildə orta
təhsilini başa vurmuş, həmin il də hərbi
xidmətə çağırılmışdır. Əsgəri borcunu
yerinə yetirdikdən sonra doğma yurdu-
na qayıtmışdır.
Elgiz erməni işğalçılarının vətənimizə
hücumu ilə barışa bilməmiş və 1991-ci
ildə könüllü özünümüdafiə batalyonla-
rından birinə yazılmışdır. Əsgəran yaxın-
lığında gedən şiddətli döyüşlər zamanı
xüsusi fəallıq göstərmişdir. 1992-ci il 12
mart tarixində o mühasirəyə düşmüş, dö-
yüşçü dostlarını xilas etmək üçün Nax-
çıvanik kəndinə gəlmiş, bir saata yaxın
davam edən döyüş zamanı ermənilərin
mühasirəsi yarılmış, döyüşçülər azad
edilmişdi. Bu döyüşdə Elgiz Kərimov
ağır yaralanmış və 21 yaşında vətən uğ-
runda qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992-ci il tarixli 833 saylı
Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görülmüş-
dür. Bərdə rayonunda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Kərimov Elgiz Kərim oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.25.- (Ölümündən sonra).
Əsgərov, V. Kərimov Elgiz Kərim oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.149.
Kərimov Elgiz Kərim oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- Bakı,
2008.- S.113.
Seyidzadə, M. Kərimov Elgiz Kərim oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.114.
Zeynalov, R. Kərimov Elgiz Kərim oğlu (1971-1992) //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.53.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
5
45
illiyi
Milli Qəhrəman
17
Milli Qəhrəmanlar
Şamil Ramazanov
1976-1995
YANV
AR
Şamil Ağasəf oğlu Ramazanov
1976-cı il yanvar ayının 19-da Ağsu
rayonunun Rəhimli kəndində anadan
olmuşdur. 1983-1993-cü illərdə bura-
da orta məktəbdə təhsil almışdır. 19
mart 1994-cü ildə Ağsu rayonunda
hərbi xidmətə çağırılmışdır. Gəncə
şəhərindəki “N” saylı hərbi hissədə
təlim keçən Şamil komandirlərin ver-
diyi tapşırıqları layiqincə yerinə yetir-
miş, tez bir zamanda bütün silahlardan
istifadə etməyi öyrənmişdi.
1995-ci il məlum 13-17 mart
hadisələri zamanı silahlı dəstənin
zərərsizləşdirilməsi zamanı cəsur əsgər
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307
saylı Fərmanı ilə Ramazanov Şa-
mil Ağasəf oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Milli Qəhrəman Ağsu rayonunun
Rəhimli kəndində dəfn edilmişdir.
Ağsu rayonunun mərkəzi kinoteatrı
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Ramazanov Şamil Ağasəf oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən
sonra).
Əsgərov, V. Ramazanov Şamil Ağasəf oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.239.
Ramazanov Şamil Ağasəf oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.-S.173.
Seyidzadə, M. Ramazanov Şamil Ağasəf oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.185.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
19
40
illiyi
Milli Qəhrəman
18
Milli Qəhrəmanlar
Yalçın Nəsirov
1976-1995
YANV
AR
Yalçın Canhəsən oğlu Nəsirov 1976-
cı il yanvar ayının 23-də Astara rayonu-
nun Sərək kəndində anadan olmuşdur.
1982-1992-ci illərdə Sərək kənd orta
məktəbində təhsil almışdır. 1994-cü il
aprel ayının 19-da Milli Orduya çağırıl-
mışdır. İki ay daxili qoşunların tərkibində
təlim keçərək, hərbi xidmətini Tərtər və
Şamaxı rayonlarında davam etdirmiş-
dir. O, Vətənimizi azad və bütöv, güclü
görmək arzusu ilə yaşayırdı.
1995-ci il mart ayının 13-dən 17-nə
kimi dövlət çevirilişinə cəhdin qarşısı-
nın alınmasında iştirak etmişdir. Mar-
tın 17-dən 18-nə keçən gecə dəstənin
zərərsizləşdirilməsi zamanı Yalçın
ağır yaralanmış, xeyli qan itirdiyindən
həyatını xilas etmək mümkün olmamışdı.
Yalçın Nəsirov mart ayının 24-də aldığı
yaradan Sabunçu rayon xəstəxanasında
vəfat etmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Nəsirov Yalçın Canhəsən
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Astara rayonu Sərək kənd orta
məktəbi qəhrəmanın adını daşıyır. Ra-
yondakı “Qəhrəmanlar” parkında büstü
qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Nəsirov Yalçın Canhəsən oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən
sonra).
İsgəndərova, R. Astaranın ilk Milli Qəhrəmanı /R.İsgəndərova.- Bakı: Mütərcim, 2006.- 60 s.
Əsgərov, V. Nəsirov Yalçın Canhəsən oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.228.
Nəsirov Yalçın Canhəsən oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.-S.166.
Seyidzadə, M. Nəsirov Yalçın Canhəsən oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.174.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
23
40
illiyi
Milli Qəhrəman