14
Teatr.Kino
Rafael Dadaşov
1946
YANV
AR
Rafael Məlik oğlu Dadaşov 1946-cı
il yanvar ayının 4-də Naxçıvanda ana-
dan olmuşdur. Naxçıvandakı Aleksandr
Puşkin adına 3 saylı rus orta məktəbini
bitirmişdir.
1966-1972-ci illərdə M.Əliyev adına
Azərbaycan Dövlət Teatr İnstitutunun
mədəni-maarif fakültəsində təhsil al-
mışdır. 1967-1974-cü illər ərzində Bakı
Dövlət Sirkində işıqçı, Dəbli Geyimlər
Evində maniken, Naxçıvan MR Mahnı
və Rəqs Ansamblında aparıcı konfrans-
ye, SSRİ Ümumittifaq Dövlət Sirkində
rejissor-inspektor işləmişdir. 1974-cü
il oktyabr ayının 10-dan 1976-cı il iyul
ayının 1-dək Naxçıvan MR-nın Xalq
Yaradıcılığı Evində təlimatçı, eyni za-
manda oranın Televiziya və Radio
Komitəsində diktor olmuşdur.
1976-cı ildən Akademik Milli Dram
Teatrının aktyor truppasının üzvüdür.
İlk dəfə Tofiq Kazımovun quruluş ver-
diyi Maqsud İbrahimbəyovun “Ümid”
(“Mezazoy əhvalatı”) psixoloji dra-
mının tamaşasında Zaur rolunu oyna-
mışdır. Əsərin ilk tamaşası 27 noyabr
1976-cı ildə göstərilmişdir. Rafael
Dadaşov bu möhtəşəm sənət ocağının
səhnəsində Don Juan (“Bəşərin kome-
diyası, yaxud Don Juan” M.İbrahimov),
Klavdi (“Hamlet” U.Şekspir), Bəhram
(“Fitnə” A.Şaiq), Rövşən (“Əliqulu
evlənir” S.Rəhman), müstəntiq (“İstin-
taq” R.İbrahimbəyov), Knyaz Xasay
(“Xurşidbanu Natəvan” İ.Əfəndiyev),
Qədim (“Büllur sarayda” İ.Əfəndiyev),
Fikrət və Rəşad (“Kimdir haqlı?”
B.Vahabzadə), Mirzə Fətəli (“Mirzə
Şəfi” N.Xəzri), Vasif (“İblis” H.Cavid),
Qiyas (“Şəhərin yay günləri” Anar), Ca-
mal (“Nişanlı qız” S.Rəhman), Həsən
Soltan (“Şeyx Xiyabani” İ.Əfəndiyev),
Mayis (“Sevgililərin cəhənnəmdə vü-
salı” İ.Əfəndiyev), Ədhəm Tağıyev
(“Dəlilər və ağıllılar” İ.Əfəndiyev), Te-
sey (“Fedra” J.Rasin), Şeyx Nəsrullah
(“Ölülər” C.Məmmədquluzadə) və s.
maraqlı obrazlar yaratmışdır.
Azərbaycan Dövlət Televiziyasın-
da hazırlanmış çoxlu teletamaşaların
iştirakçısı olmuşdur. Onlardan: Ana-
rın “Ötən ilin son gecəsi” (Rüstəm),
K.Haldoninin “Mehmanxana sahibəsi”
(Sinyor Kavaler), A.Qəhrəmanovun
“Səni axtarıram” və “Bağışla” (Vasif
müəllim), H.Cavidin “Topal Teymur”
(Orxan), Ü.Hacıbəylinin felyetonla-
rı əsasında “Ordan-burdan” (Həmid),
İ.Əfəndiyevin “Mənim günahım” (Sa-
hib), “Sarıköynəklə Valehin nağılı”
(Müstəntiq), İ.Səfərlinin “Göz həkimi”
(Rauf), A.Laurinçyukasın “Qapalı or-
bit” (Kostas), Arturo Rafin “İblis qadın”
(Şef) pyeslərinin, U.Şekspirin sonetləri
əsasında kompozisiyanın (Sevgili
qəhrəman) və b. teletamaşalarında oy-
nadığı obrazlar yaddaqalan və uğurlu-
dur. Aktyor “Var olun, qızlar”, “Yarım-
çıq qalmış serenada”, “Yay vaxtı xəzan
yarpaqları”, “Bəxt üzüyü”, “Mənim
ağ şəhərim”, “Xüsusi vəziyyət” bədii,
“Qaçaq Süleyman” televiziya filmlərinə
çəkilmişdir.
Rafael Dadaşov aktyorluq sənətində
qazandığı nailiyyətlərə görə 20 mart
1987-ci ildə “Azərbaycan Respublika-
sının Əməkdar artisti”, 15 may 2006-cı
ildə isə “Xalq artisti” fəxri adlarına la-
yiq görülmüşdür.
Ə d ə b i y y a t
Rəhimli, İ. Rafael
Dadaşov //Rəhimli İ.S.
Üç əsrin yüz otuz ili
(Akademik Milli Dram
Teatrı bu gün).- Bakı,
2003.- S.102-104.
Səlimqızı, C.
Sənətkarlar dilə gəldi:
Rafael Dadaşov: “Ya-
radıcılıq düşərgələrinin
keçirilməsi
Azərbaycanda da
ənənəyə çevrilməlidir”
/C.Səlimqızı //Mərkəz.-
2012.- 22 noyabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
4
70
illiyi
Aktyor
15
Teatr.Kino
Eldar Quliyev
1941
YANV
AR
Eldar Tofiq oğlu Quliyev 1941-ci il
yanvar ayının 18-də Bakıda anadan ol-
muşdur.
1960-1966-cı illərdə Moskvada
Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun rejissorluq fakültəsində
Sergey Gerasimovdan sənətkar dərsi al-
mışdır. 1967-ci ildən “Azərbaycanfilm”
kinostudiyasında çalışan rejissor kifayət
qədər tanınmış bədii, sənədli film və
ssenarilərin müəllifidir.
İlk ekran əsəri 1967-ci ildə
“Azərbaycanfilm”
kinostudiyasında
lentə alınan “Biri vardı, biri yoxdu...”
adlı ilk qısametrajlı film olmuşdur.
1969-cu ildə ilk böyük ekran əsəri
olan “Bir cənub şəhərində” filmi ilə özü-
nü təsdiqləmiş və bu filmlə Azərbaycan
kinosunda yeni bir mərhələnin təməli
qoyulmuşdur. Bu film dünya ekran-
larına çıxandan bir müddət sonra üç
Azərbaycan filmi ilə birgə YUNESKO-
nun kinoşedevri adlandırılmışdır.
Kinorejissorun 1979-cu ildə çəkdiyi
“Babək” filmi istər professionallığı-
na, istər kütləviliyinə, eləcə də ba-
tal səhnələrinin miqyasına görə heç
də xaricdə istehsal olunan məşhur və
bəyənilmiş kinolardan geri qalmır. Mü-
hüm faktlardan biri də budur ki, film
həmin illərdə 60-a yaxın ölkə tərəfindən
satın alınmışdır.
E.Quliyevin yaradıcılığında mənəvi-
əxlaqi məsələlərin, müasirlərimizin
xarakterlərinin psixoloji tədqiqi əsas
yer tutur. Ölkəmizdə tarixi filmlərin ya-
radıcısı kimi də tanınmış kinorejissorun
“Səmt küləyi” (1974), “Sevinc buxta-
sı” (1977), “Babək” (1979), “Nizami”
(1982) və “Təxribat” (1989) filmləri ek-
ranlarımızda bu gün də uğurla nümayiş
etdirilir.
Kinorejissor E.Quliyev bədii filmlərə
quruluş verməklə yanaşı faşizm üzərində
böyük qələbənin 60 illiyinə həsr edilmiş
xüsusi layihə üzrə Bakının və bakılıla-
rın bu qələbəyə verdiyi töhfələrdən bəhs
edən “Unudulmuş qəhrəman” adlı pub-
lisistik filmi, “Abşeron ritmləri” film-
konsertini (1970), “Səməd Vurğun”
(Y.Əfəndiyevlə birlikdə), “Dostuma
məktub” (H.Mehdiyevlə birgə) sənədli
filmləri, 2006-cı ildə ümummilli lider
Heydər Əliyevin dövlət başçısı olduğu
vaxtlarda gənclərə qarşı olan yüksək
diqqətindən bəhs edilən “Heydər Əliyev.
Dünyaya pəncərə” filmi çəkilmişdir.
Onun ssenariləri əsasında “Bizim Nəsibə
xanım” və “Özüm və zaman haqqında”
(T.İsmayılovla birgə), “Şəhidlik zirvəsi”
(X.Muradov və O.Mirqasımovla birgə)
sənədli filmləri lentə alınmışdır.
Tanınmış kinorejissor “İstanbul rey-
si” və bir çox filmin həm də ssenari
müəllifi olmuşdur. Çəkdiyi filmlərin bir
neçəsi kinofestivallarda mükafatlara la-
yiq görülmüşdür.
“Debüt” studiyasının bədii rəhbəri,
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində Kino kafed-
rasının professorudur. Eldar Quliyev
Azərbaycan mədəniyyətinin inkişafın-
dakı xidmətlərinə görə dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir. Dövlət
mükafatı laureatı olmuş, 1982-ci ildə
“Azərbaycanın Xalq artisti” fəxri adına
layiq görülmüşdür. Qırmızı Əmək Bay-
rağı Ordeni, 2011-ci ildə “Şöhrət” və
“Şərəf” ordenləri ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
E.T.Quliyevin “Şərəf”
ordeni ilə təltif edilməsi
haqqında: Azərbaycan
Respublikası Prezidenti-
nin Sərəncamı, 13 yanvar
2011-ci il //Azərbaycan.-
2011.- 15 yanvar.- S.4.
Kazımzadə, A. Eldar
Quliyev /A.Kazımzadə
//Azərbaycan kinema-
toqrafçıları: portretlər.-
Bakı, 2002.- Bur.1.-
S.190-200.
Nərimanoğlu, M. Bir
ömrün kino salnaməsi
/Məhəmməd Nərimanoğlu
//Azərbaycan.- 2011.- 1
may.- S.7.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.azerbaijanfilm.az
www.kino-teatr.ru
18
75
illiyi
Kinorejissor