2
MÜNDƏRİCAT
Giriş ............................................................................................................. 3
FƏSİL 1. BİZNESİN STRATEJİ İDARƏ EDİLMƏSİNİN NƏZƏRİ-
METODOLOJİ ƏSASLARI ................................................................................ 6
1.1.Biznesin strateji idarə edilməsinin mahiyyəti və məzmunu .................... 6
1.2.Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları .................... 13
1.3. Biznes strategiyasının işlənib hazırlanması və reallaşdırılmasının
informasiya təminatı ............................................................................................. 20
FƏSİL 2. BİZNES STRATEGIYASININ İŞLƏNİB HAZIRLANMASI
VƏ REALLAŞDIRILMASI ÜZRƏ MENECMENT SİSTEMİ ..................... 29
2.1.Strateji planlaşdırma və onun mərhələləri ............................................ 29
2.2.Biznes strategiyasının işlənib hazırlanması xüsusiyyətləri .................. 37
2.3.Strateji planın reallaşdırılmasına nəzarətin təşkili ............................... 47
FƏSiL 3. BİZNESİN STRATEJİ İDARƏ EDİLMƏSİ MEXANİZ-
MİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ................................................................ 54
3.1.İnnovasiya tipli idarəetmə sisteminin qurulması ........................... 54
3.2. Firmanın təşkilati- idarəetmə strukturunun təkmilləşdirilməsi ........... 65
3.3. Biznesin strateji idarə edilməsində rəqabətqabiliyyətinin
yüksəldilməsi.......................................................................................71
Nəticə ........................................................................................................ 79
İstifadə olunmuş ədəbiyyat .................................................................... 81
3
Giriş
Mövzunun aktuallığı. Azərbaycanda biznesin mövcud olduğu və inkişaf
etdiyi mühitin spesifik xüsusiyyətləri biznesin idarə edilməsinə əhəmiyyətli
dərəcədə təsir göstərən prinsiplərin, yanaşmaların, metod və vasitələrin elmi
dərkini və əsaslandırılmasını zərurətə çevirir.
İqtisadi inkişafın hazırkı mərhələsində biznesin düzgün qurulmuş idarəetmə
strategiyası düzgün qurulmuş idarəetmə strategiyası təkcə rəqabət üstünlüyü
sayılmır, həm də tezliklə sadəcə olaraq salamat qalmağın üsullarından birinə
çevriləcəkdir. Strategiya əslində bazar mühiti və müəssisənin imkanları barədə
xüsusi olaraq yığılmış və təhlil olunmuş informasiyalar əsasında müəssisənin
müəyyən edilməsidir. Reallaşdırmanın strategiyalar problemi müasir müəssisələr
üçün yeni vəzifələr sahəsi sayılır. Tədqiqatlar göstərir ki, müstəqil olaraq
strategiyanın işlənib hazırlanmasını və tətbiqini həyata keçirməkdən ötrü hər on
şirkətdən doqquzu həm təşkilati və ya maliyyə baxımdan, həm də bilik sahəsində
kifayət qədər resurslara malik deyillər.
Strateji idarəetmə prosesinin reallaşdırılması zəruriliyi yalnız xarici
dəyişikliklər fonunda deyil, həm də müəssisələrin idarə edilməsinə daxili tələblər
baxımından son dərəcə aydın görünür. Bu proseslər müasir texnologiyalardan geri
qalır. Odur ki, çox hallarda müasir müəssisələrin idarə edilməsi kompleks
strategiyanın reallaşdırılmasının köməyi ilə deyil, yalnız hansısa şərti olaraq qəbul
edilmiş əmsal nəzərə alınmaqla əvvəlki maliyyə və marketinq nəticələrinin və
idarəetmə qərarlarının proyeksiyasının yekunu sayılan sadə planların vasitəsilə
həyata keçirilir. Eyni zamanda, Azərbaycan müəssisələrinin menecerlərinin
fəaliyyətində strateji məsələlərin ziyanına olaraq idarəetmənin operativ və texniki
məsələlərinə aludəçilik üstünlük təşkil edir.
Lakin yaddan çıxarmaq olmaz ki, iqtisadi inkişafın hazırkı mərhələsində
düşünülmüş strategiya və onun reallaşdırılmasının işlək mexanizmi olmadan
uzunmüddətli perspektivdə müəssisənin uğurlu fəaliyyətini təmin etmək son dərəcə
mürəkkəbdir. İntuitiv rəhbərlik üslubu indi öz yerini daha tez-tez starteji planlar