Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   2   3   4   5   6   7   8   9   ...   30

 

-  təşkilatın  bütün  hissələrini  tam  şəkildə  birləşdirir  və  təşkilatın    əsas 



cəhətlərini əhatə edir; 

-  təşkilatın    uzunmüddətli  planıdır  və  təşkilatın  planlarının  bütün 

hisssələrinin birgəliyini təmin edir; 

- təşkilatın mövcudluğuna dair əsas suallara cavabdır; 

- təşkilatın daxili zəif və güclü cəhətlərinin idarəetmə baxımından təhlilidir; 

- təşkilatm xarici mühitində onım inkişafına kömək edə biləcək imkanların, 

dəyişikliklərin və gözlənilən təhlükələrin müəyyənləşdirilməsidir; 

-  ictimai,  siyasi  mübarizə  rəhbərliyin  sənətidir,  eləcə  də  düzgün  və 

uzunmüddətli proqnozlara əsaslanan rəhbərliyin sənətidir; 

-  xarici    mühitdəki      dəyişikliklərə      təşkilatın    reaksiyasıınn  qabaqcadan 

planlaşdınlmasıdır. 

İqtisadi ədəbiyyatda bəzən strategiya aşağıdakı cəhətlərin məcmusu kimi də 

xarakterizə edirlər (24): 

- fəaliyyət planı; 

- rəqiblərə (düşmənlərə) kələk gəlməyə yönəldilmiş fəaliyyət; 

- fəaliyyət qaydası; 

- ətraf mühitdə mövqe

- perspektiv. 

Strategiyada aşağıdakı tələblərə müvafiqlik gözlənilməlidir: 

- mühüm məqsədlərin strategiyada əks olunması; 

- təşəbbüskarlığın tərəfində durma; 

- əsas səyləri zəruri vaxtda lazım olan yerdə birləşdirmək; 

-  maksimum  nəticələr  əldə  etınək  üçün  minimum  ehtiyat  sərfinin  çevik 

davranış forması kimi nəzərdə tutulması; 

- rəhbərlikdə koordinasiyanın gözlənilməsi; 

- ehtiyatlarla təminat. 

İ.Ansoffa  görə  [21]  strategiya  -  təşkilatın  öz  fəaliyyətində  rəhbər  tutduğu 

qərarları  həyata  keçirmək  üçün  istifadə  etdiyi  və  aşağıdakı  kimi  qruplaşdırılan 

qaydalann məcmusudur. 



 

1.  Mövcud  fəaliyyətin  və  gələcək  (perspektiv)  fəaliyyətin  noticələrini 



qiymətləndirmək üçün istifadə olunan qaydalar. 

2.  Firmanm  ətraf  mühitlə  münasibətini  müəyyənləşdirən  qaydalar  (biznes 

strategiyası).  Bu  qaydalann  köməyi  ilə  hazırlanacaq  məhsul  növləri,  işləniləcək 

texnologiya,  əmtəələrin  kimə  və  hara  satılması,  rəqiblər  üzərində  hansı  üsullarla 

üstünlük qazanılması müəyyənləşdirilir. 

3.  Təşkilatdaxili  münasibətləri  və  proseduralan  müəyyən-ləşdirən  qaydalar 

(təşkilati müddəalar). 

4. Firmanm gündəlik fəaliyyətini müəyyənləşdirən qaydalar. 

 

Başqa  bir  qrup  iqtisadçıların  fikrincə,  istənilən  müəssisədə,  onun 



“məskunlaşma”  mühitindən  asılı  olmayaraq  istehsal-kommersiya  fəaliyyətinin 

müəyyən  strategiyasını  aşkar  etmək  olar  (24).  Onlar  həmin  müəssisənin  yaşayış 

maraqlarını  əks  etdirən  qərarların  qəbulundakı  yanaşmalarda,  resursların 

bölgüsündəki qaydalarda, istehsal-kommersiya prioritetləri sistemində, münaqişəli 

halların həlli  qurulan  prinsiplərdə və s. meydana  çıxır. Strategiya  ən  azı ona görə 

olmalıdır  ki,  təşkilatlanmış  biznes  daim  olaraq  öz  kursunu  dəyişə  bilməsin, 

yüzfaizli  çevik  ola  bilməsin  və  təsərrüfat  sferasındakı  dəyişikliklərə  ani 

dəyişikliklərlə reaksiya verməsin. Biznes strategiyası- kifayət qədər davamlı tarixi 

intervalda  istehsal-kommersiya  təşkilatının  davranışının  tamamilə  müəyyən  və 

nisbətən sabit xəttini şərtləndirən fəaliyyət tərzidir. 

 

Strateji  idarəetməni  firma  və  şirkətlərin  baş  kursu,  uzunmüddətli  fəaliyyət 



proqramı  kimi  səciyyələndirən  prof.  T.Ə.Quliyevin  təbirincə,  strateji  idarəetmə 

uzunmüddətli  planlaşdırma,  məqsədli  layihənin  hazırlanması,  strateji  vəzifələrin 

müəyyən  edilməsi  və  onların  müddət  və  əhəmiyyət  baxımından  ranjirovkası, 

vəzifələrin 

icrası 

üzərində 



nəzarət, 

ayrı-ayrı 

inkişaf 

meyllərinin 

proqnozlaşdırılması,  inkişaf  aloqirtminin  müəyyən  edilməsi  kimi  vacib 

problemlərdən  ibarətdir  (15,  s.576).  Alimin  fikrincə,  firmaların  strategiyaları 

keyfiyyətli  olmalı,  elmi  metodlogiyaya,  prioritetliyə,  aydın  və  real  məqsədlərə, 

potensiala, insan amilinə əsaslanmalıdır. 




 

 “Biznesin inkişaf strategiyası” anlayışının daha geniş şərhinə ehtiyac vardır. 



Biznesin  strateji  vəzifələri  bütün  strateji  dövr  ərzində  yekun  taktiki  qərarların 

yüksək ehtimalla meydana çıxdığı şəraitin yaradılması kimi şərh oluna bilər. Eyni 

zamanda  strateji  inkişafın  formalaşması  və  reallaşması  prosesinin  təhlili  zamanı 

təkcə,  “tədqiqat”,  “konstruktiv”  və  “distributiv”  mərhələləri  kifayət  deyildir. 

Strategiyanın  həyat  tsiklinin  bütün  mərhələlərinin  təhlili,  həm  strategiyanın 

formalaşdırılması  prosesi,  həm  də  onun  məntiqi  sonluğa  qədər  çatdırılmış  taktiki 

təzahürü kimi tədqiqi tələb olunur. 

 

Sistemə  təsir  göstərən  alimlərin  təsnifatına  mövcud  yanaşmalarda  adətən 



aşağıdakı  təsnifatlar  üstünlük  təşkil  edir:  xarici  və  daxili;  obyektiv  və  subyektiv; 

“qabaqcadan  görünən”  və  riskin  təhlilinin  təcrübədən  qabaq  mövcud  olan 

mərhələdəki  amillər;  əhəmiyyətli  və  ikinci  dərəcəli;  daimi  və  müvəqqəti;  ümumi 

və  spesifik,  ekstensiv  və  intensiv;  kəmiyyət  qiymətləndirilməsinə  qapılan  və 

qapılmayan və s. amillər. 

 

Azərbaycanın  spesifik  xüsusiyyətləri  nəzərə  alınmaqla  biznesin  inkişafına 



təsir göstərən amillərin təsnifatını aşağıdakı kimi vermək olar (Sxem  1). 

 

Biznesin inkişafına təsir göstərən amillər 



 

İqtisadi sistemin idarə edilməsi ilə bağlı amillər 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxem 1. Biznesin inkişafına təsir göstərən amillərin təsnifatı 

Ətraf mühitin təsiri ilə bağlı 

amillər 


Sistemin fəaliyyətindən 

asılı olmayan amillər 

Sistemin fəaliyyətindən 

asılı olan amillər 

Makroiqtisadi 

amillər 


Hüquqi 

amillər 


Əmtəə bazarlarının 

vəziyyətinin dəyişməsi 

Obyektiv 

təbiət amilləri 

Rəqabət  

Yeni qərarlara 

bazarın 

reaksiyası 

Həm inkişaf, həm də onun olmadığı 

prosesdə meydana çıxan amillər 

Yalnız inkişafın gedişində təsiri 

meydana çıxan amillər 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə