Gültəkin-əmin Abid


bilmişdi. ən yaxşı bəzi şerləri bəstələnib İstanbul əhalisi arasında



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64091
1   2   3   4   5   6   7   8   9   ...   19

bilmişdi. ən yaxşı bəzi şerləri bəstələnib İstanbul əhalisi arasında 

bu gün  də tərənnüm edilməkdədir

4



M.Ə.Rəsulzadə nin və Ə.Cəfəroğlu Əmin Abidin  yaradıcılığı ilə 

yaxından  tanışlığına  şübhəmiz  yoxdur.  Amma  onlar  da  Ə.Abidin 

Gültəkin imzası olduğuna dair kiçik işarə belə verməmişdilər. 

Odur  ki,  yazılanlarla  kifayətlənmir,  Gültəkinin  kitabını  axtarır-

dım.  İstanbulda  Azərbaycan  Respublikasının  Baş  konsulu  işləyən 

şair Abbas Abdulla, Gültəkinin “Buzlu cəhənnəm” kitabını 1990-cı 

illərdə  Türkiyədən  Bakıya  apardığını,  kitabın  özqabığındakı  şəkli 

“Ulduz” jurnalında çap etdirdiyini söylədi. İpucu tapsam da, kitabın 

əlimə  keçməsi  Abbas  Abdullanın  konsulluqdan  çıxıb  Bakıya  qayıt-

masınadək uzandı

5



Türkiyə  radiosunun  “Azərbaycanın  səsi”  redaksiyasının  müdiri, 



ədəbiyyatımızın  gözəl  bilicisi  və  təbliğatçısı  Seyfəddin  Altaylı  da 

Gültəkinin “Buzlu cəhənnəm” kitabını axtardığımı bilirdi. O, 1997-ci 

ildə “İstiqlal  uğrunda” adlı bir kitabın surətini mənə bağışladı. 1928-

ci ildə İstanbulun Orxaniyyə mətbəəsində ərəb qrafikası ilə basılmış 

kitabı mühacirətdə olan Azərbaycan siyasi xadimləri hazırlamışdılar. 

“Milli  Azərbaycan  nəşriyyatı”  seriyasından  buraxılan  səkkizinci 

kitab  “İstiqlal    uğrunda”dır.  Şerlər  toplusuna  geniş  müqəddimə 

yazılmış, sonunda isə “Yeni Kafkasya” dərgisindən alınmış “İnqilab 

nəğmələri” və “Azəri-Türk” dərgisindən alınmış “Usta Əli və şerləri” 

məqaləsi verilmişdi. 

Bu  nüsxənin  dəyərini  artıran  oradakı  avtoqrafdır.  Müsavat  Par-

tiya


sının  qurucularından  olan  Abbas  Kazımzadə  18  dekabr  1932-ci 

ildə avtoqrafla “İstiqlal  uğrunda”nı Muxtar bəyə bağışlayıb. 

“İstiqlal    uğrunda”  kitabına  Kamal  imzalı  müəllif  geniş 

müqəddimə  yazıb.  Tərtibçi,  şerləri  haradan  aldığı,  müəlliflərin 

şəxsiyyətləri  haqqında  heç  bir  bilgi  verməmişdir. Müqəddimədə  və 

“İnqilab nəğmələri” məqaləsində Gültəkinin yaradıcılığına geniş yer 

ayırılıb.  Şerlər  doqquz  bölümdədir.  Altı  bölümün  hər  birinin 

4

 



Ə.Cəfəroğlu.  Azərbaycan  ədəbiyyatında  istiqlal mücadiləsi izləri 

“Az


ərbaycan yurd bilgisi” dərgisi, 1932, N 8-9. 

5

  Gült



əkinin “Buzlu cəhənnəm”  kitabını  geniş  ürək və  böyük 

m

əmnuniyyətlə mənə verən Abbas Abdullaya minnətdaram — Ə.Şamil. 



 

11 

                                                           




başlanğıcında  Gültəkinin  şerlərindən  alınmış  bənd  və  misralar var. 

Şerlər yazarlara görə deyil, mövzuya görə qruplaşdırılıb. 

Kit

abda  Gültəkinin  20,  Əhməd  Cavadın  9,  Sənanın  6,  Azəriza-



dənin  2,  Məs’ud  Səfvətin  2,  Ə.Yusifin,  İsmayıl  Zühutinin,  Usta 

əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin 1 şeri 

var. 2 şerin altına “… xanım”,  bir şerin altına “B” imzası, üç şerin 

altına isə üç nöqtə və ya * * * işarəsi qoyulub. 

“Buzlu  cəhənnəm”  kitabında  çap  olunan  şerlər  (“Buzlu 

cəhənnəm”  şerinin  önə  çıxarılmasını,  “Sevimli  Bakı”  şerinin  əlavə 

edilməsini nəzərə almasaq) “İstiqlal  uğrunda”da Gültəkin imzası ilə 

çap  olunan  şerlərlə  (hətta  sıra  ardıcıllığı  da)  eynidir.  “Buzlu 

cəhənnəm”ə ön söz kimi yazılmış “Gültəkin” məqaləsindəki fikir və 

mülahizələr “İstiqlal  uğrunda” kitabının müqəddiməsində Gültəkin 

haqqında  deyilənlərlə  üst-üstə  düşür.  Yoxsa  “İstiqlal    uğrunda”ya 

müqəddimə  yazan  Kamal  “Buzlu  cəhənnəm”i  toplayıb  nəşrə 

hazırlayan, “Gültəkin” başlıqlı ön söz yazan Mirzə Baladır. 

Bəs Gültəkin kimdirə Gültəkin Əmin Abiddirmi? 

Suallara  cavab  tapmaq  üçün  Gültəkin  imzası  ilə  çap  olunan 

şerlərlə  Əmin  Abidin    əlimizdə  olan  şerlərini  və  faktları 

tutuşdurmağa başladıq. Ə.Abidin həbsindən (1938) sonra yalnız bir 

dəfə  onun  şairliyindən  söz  açılıb  və  şerlərindən  nümunələr  verilib. 

Cəfər  Rəmzi  İsmayılzadə  Bakı  və  Abşeron  şairlərinin  şerlərini 

topladığı “Deyilən söz yadigardır” kitabında (1981) Ə.Abidin adına 

“Ayrılarkən”, “Nişansız nişanlıya”, “Vərəmli qız” və iki dördlük çap 

etdirib. Şerlərin haradan alınması haqda heç bir qaynaq göstərməyib. 

“Ayrılarkən”ın “İstanbuldan” qeydilə “Kommunist” qəzetinin 1923-

cü  il  12  oktyabr  sayında,”Nişansız  nişanlıya”  şerinin  isə  “Şərq 

qadını”  jurnalının  1923-cü il N 2, s. 18-də  çap  olunduğundan, 

“Vərəmli  qız”  şerinin  əlyazmasının  isə  əlyazmalar  Institutunda 

əliabbas Müznibin fondunda (fond 23) saxlandığından xəbərdardıq. 

Sonda  verilmiş  iki  dördlüyü  isə  Ə.Abidin  böyük  qardaşı 

Ə.A.Müznibin yazdığını nəinki qohumları, ədəbiyyat həvəskarlarının 

çoxu  bilirdi.  Qohumlarının  evində  Ə.A.Müznibin  bir  şəklinin 

arxasındakı aftoqrafı görmüşdüm. Orada yazılmışdı: 

Ayinədə öz surətü simamı görəndə, 

Yarəb, utanıb qərq oluram bəhri-həyayə. 

 

 

12 




Sən nəiysə həya eyləməyib xəlqə deyirsən: 

Bəndə yaradıb yollamışam dari-fənayə. 

 

Şəkli Ə.A.Müznib  Sibir sürgünöndə olarkən (1911-13) çəkdirib-



miş.  Görünür,  diqqətsizlikdən  C.Rəmzi  bu  dördlükləri  Ə.Abidin 

hesab edib. 

1990-

cı illərdən sonra çap olunan kitablarda



6

 

Gültəkindən sonra 



ya  mö’tərizədə,  ya  da  səhifənin  ətək  yazısında  Əmin  Abid 

yazılmaqla kifayətlənilirdi. 

Əlimdə bu qədər qaynaq və bilgi olmasına baxmayaraq, Gültəkin 

imzasının  Əmin  Abidə  aid  olduğuna  şübhə  ilə  yanaşırdım. 

Şübhələrim isə əsassız deyildi: 

1. 


 

20-30-


cu  illər  Ə.Cavad Türkiyədə  çap  olunan şerlərinə  görə 

Azərbaycan  mətbuatında    kəskin  tənqid  edilirdi.  Amma  bu 

məsələdə  Əmin  Abidə  gözün  üstə  qaşın  var”  —  deyən  yox 

idi. 


2. 

 

Ə.Abidin  öz  əlilə  doldurduğu  anketlərdə  və  yaradıcılıq 



tərcümeyi-halında  Gültəkin imzası ilə şerlər yazdığını və ya 

şer, hekayə, tərcümə və məqalələri çap olunan qəzet-jurnallar 

arasında “Yeni Kafkasya” dərgisini göstərmirdi. 

3. 


 

Əmin  Abidin    əlyazmalarının,  xüsusən  də  bədii  yaradıcılıq 

nümunələrinin — şer, mənsur şer, hekayə və tərcümələrinin 

qorunub  saxlandığı  Respublika  EA  əlyazmalar  İnstitutunun 

əliabbas  Müznib  fondunda  “Buzlu  cəhənnəm”    kitabındakı 

şerlərdən birinin də əlyazması yoxdur. 

4. 

 

“Buzlu  cəhənnəm”dəki  şerlərdən  birinin  altında  “Qəzvin  28 



Mayıs 1924”, ikisinin altında isə “Ərzurum 1925”, “Ərzurum 

1926”  qeydləri  var.  Ə.Abid  Vyanada,  Budapeştdə  elmi 

ezamiyyətdə  olduğunu  yazır.  Amma  Qəzvin  və  Ərzurumda 

olduğu haqda isə heç bir qaynaq yoxdur. 

5. 

 

Ə.Abid1938-ci ildə tutulub, güllələnib. Gültəkinin son şeri isə 



1926-

cı  il  tarixi  ilə  çap  olunub.  Gültəkin  Ə.Abiddirsə  niyə 

1926-38-

ci illərdə bir dənə də olsun şer yazmayıb? 

6

 

Almas  İldırım.  Qara  dastan.  Şer  və  poemalar. Tərtib edən və  ön söz 



əllifi Maarif Teymurov. Bakı, 1994, s. 10., Nəsiman Yaqublu. Müsavat 

Partiyasının tarixi. Bakı, 1997, s. 154 və s. 

 

13 

                                                           



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə