7
gözəlin dirilik mənbəyinə çevrilməsi lirik qəhrəmanın etirafın-
da səmimi və olduqca məhrəm notlarla səslənir.
Aşağıdakı misralarda fikir təzə olmasa da (“Bayraqları
bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən
varsa, Vətəndir”), deyim tərzi yenidir.
Olduğun yer vətən deyil, öldüyün yer vətəndir.
Şairin əsasən cinas qafiyələr üzərində köklənmiş bayatısı
da şirin və cazibədar səslənir.
Mən aşiq nərdivana,
nər deyil hər divanə.
Imkan düşüb namərdə,
qalıb yüz nər divanə.
Bayatının III–IV misraları dərin sosial məzmunla yüklən-
mişdir.
Kitabdan da göründüyü kimi şair onu qayğılandıran, bir in-
san və vətəndaş kimi düşündürən, narahat edən problemləri
poeziyanın gündəminə çıxarır.
Şairin əsas mövzularına çevirilimş problemlər hansılardır?
İlk və son beşiyimiz olan təbiət, əzəli və əbədi məhəbbətimiz
vətən, məhəbbət və gözəllik, ümummilli dərdimiz Qarabağ, hə-
yatımızın faciəvi mənzərələri, məmur özbaşınalığının törətdiyi
naqisliklər və s. mövzular şairin təqdimində həm heyrət və həm
də hiddət doğurur.
Qeyd etmək xoşdur ki, müəllif Vətən haqqında ümumi da-
nışmır, konkret bədii ifadə vasitələrindən və müxtəlif detallar-
dan istifadə edərək kiçik bir lövhədə onun yadda qalan obra-
zını yaradır:
Cənnətdir Qarabağ,Qonaqkənd, Xanbulan,Hacıkənd,
ormanlar çəkibdir üzünə yaşıldan bir rübənd.
8
Dağ çayı zirvənin boynuna atılan bir kəmənd,
doymaram gəzsəm də mən səni evbəev,kəndbəkənd,
Vətən, Vətən!
Mən F.Ziyanı klassik milli və Şərq poeziyasının bilicilərin-
dən biri kimi tanıyıram.
Bu səbəbdən də onun şeirlərində həmin örnəklərdən gəl-
mə söz və ifadələrə rast gələndə təəcüblənmədim.Ona görə
də aşağıdakı metonimiyaları – əvəzləmələri də təbii qəbul
edirəm:
Mənim Kəbəm də sən, Mədinəm də sən,
bir daşın bəs eylər min heyrət üçün.
Bir ovuc torpağın yetər, ey Vətən
yüzlərlə zəvvara ziyarət üçün.
Ancaq təəssüf doğuran bir hal-qəziyə də bizi düşünməyə,
duyğulanmağa vadar edir.
Necə olur ki, bu gözəl-göyçək Vətənin,qibləgaha və zi-
yarətgaha çevrilmiş torpağın nankor, nanəcib övladları və-
zifə piramidasına dırmaşan kimi ölkəni talan edir, məğrur
və uca millətin sinəsinə dağ çəkib, bu qədim yurdun halal
sakinlərini dilənçiyə, didərginə çevirirlər? Bu haqqı onlara
kim verib?
Şairə görə:
Ləyaqətdən danışmağa haqqımız varmı,
məmələkətin əsgəri də rüşvət verirsə?
Rüşvət kimi ağır mərəzin məktəbli balalarımızın əxlaqını,
mənəviyyatını zədələməsi, kasıb uşaqlarının təhsildən kənar-
da qalması, işsizliyin dəhşətli bir bəlaya çevrilib həyatımıza
daxil olması da ölkənin gələcəyi üçün məsuliyyət daşıyan hər
9
bir vətəndaşı narahat etdiyi kimi, həssas şairi də dərindən
sarsıdır və o öz dərdli düşüncələrini kövrək misralara büküb
oxuculara təqdim edir:
İndi uşaq böyütmək də əzab, faciə,
bir aylıq maaş təkcə kitab - dəftərə yetmir.
Şagirdlərdən pul yığılır hər ay məktəbdə,
daha kasıb balaları məktəbə getmir.
Yerdəkilərdən əli üzülən və buna görə də bədbinləşən şair
kömək üçün üzünü Allaha tutur, Ulu Yaradandan bədəməl
sahiblərini cəzalandırmağı rica edir.(“Sənin varlığına şübhəm
var, Allah”).
F.Ziyanın “Mənim şair anam” kitabına toplanmış şeirlər,
qəzəllər və çeçen xalqının mücadiləsindən bəhs edən “Yenil-
məzlik simfoniyası” poeması göstərir ki, şair maraqlı və gər-
gin poetik axtarışlarını uğurla davam etdirməkdədir. ”Yenil-
məzlik simfoniyası” poeması həm də bizim öz dərdimizdən,
Qarabağ faciəsindən yazılmış uğurlu əsərdir.
O da qeyd olunmalıdır ki, bəzi şeirlərin sənətkarlıq və poe-
tik səviyyəsi oxucunu qane etmir.
Ayrı-ayrı şeirlərdə dil və ifadə qüsurlarına rast gəlmək
mümkündür. Məsələn:”Elə bil ciyərim köksümdən çıxır” (ürə-
yim əvəzinə) (“Keç günahımdan”), M.P.Vaqifin dəst-xəttini
xatırladan “Nə gözəl” şeirində “Şirin ruhlu olan, xoş avaz ola”
misrasında “Şirin” sözü yerinə düşməyib, “döyülə-döyülə qa-
çırıq müdam” misrasındakı “müdam” ifadəsi köhnədir. “Mənə
dünyanı yenidən tanıtdın” deyimi poetik misraya dəxli olma-
yan nasiranə cümlədir və s.
Sözsüz, bu tipli xırda qüsurlar kitabdan alınan xoş təəssü-
ratı korlamır.
Əsas məsələ odur ki, şair öz poetik qayəsini həyata keçir-
məyə nail olub.
10
Oxucunu düşündürən, duyğulandıran bir kitab ərsəyə gəti-
rib.
Ona poetik axtarışlarında yeni uğurlar diləyirəm.
Mürşüd Məmmədli
Bakı, İyul, 2004
Söz ardı
Bu qeydlərin vaxtı ilə nəşr olunmasına baxmayaraq (525-
ci qəzet, s.167, 27.08.2004-cü il), müəllifin ruhuna ehtiram
əlaməti kimi hazırki kitabda da yer alması mənəvi ehtiyacdan
doğdu.
Mərhum Mürşüd Məmmədli onu yaxından tanıyanların xa-
tirində dəyərli ziyalı, filoloq,dilçi alim,azərbaycan və rus ədə-
biyyatının gözəl bilicisi və tədqiqatçısı kimi həmişə yaşaya-
caqdır.
O həm də nəcib insan, maarifçi alim, tanınmış ictimai-siya-
si xadim idi.Dərin mütaliəsi və geniş müşahidəsi vardı.Eyni
zamanda sərt xarakteri və dönməz iradəsi ilə də seçilirdi.
Dövrü mətbuatda mütəmadi nəşr olunan ədəbi və ictimai-si-
yasi yönlü yazıları oxucuları arasında tez-tez rezonanslı fikir
müxtəlifliyinə səbəb olardı.
Mürşüd müəllim nəşr olunan şeirlərimə həmişə diqqətlə,
tələbkarlıqla yanaşar, hər dəfə özünün peşəkar münasibətini
bildirərdi.
Növbəti kitablarımdan birinə redaktorluq etməyə və ön söz
yazmağa boyun olmuşdu.Lakin vaxtsız əcəl onu aramızdan
qəfil apardı.Odur ki, onun bir neçə il əvvəl “Mənim şair anam”
kitabımla bağlı yazdığı qeydləri bu topluya daxil etməyi özü-
mə borc bildim.Və hər dəfə bu kitab varaqlanarkən o kamil
söz xiridarının, xalqını çox sevən vətənpərvər alimin ruhuna
rəhmət dilənməsini arzulayıram.
Müəllif
Dostları ilə paylaş: |