13
Fatihə surəsinin şərhi.
qullarının yoluna yönəlt "Bizi doğru yola yönəlt" ayəsinin sözündəki "Bizi yönəlt" deyə tərcümə
edilən "İhdinə" sözü "Hidayət etmək" kökündən törəmişdir. Mənası "Açıqlamaq, göstərmək,
aparmaq, müvəffəqiyyətli etməkdir. Təbəri buradakı ifadənin, "Sən bizi doğru yolda qərarlı
olmağını müvəffəq et. O yolda getməkdə bizə müvəffəqiyyət bəxş et." mənasını verdiyini
demişdir və Abdullah b. Abbasın (r.a) da ayəni bu şəkildə izah etdiyini rəvayət etmişdir. Eyni
zamanda Abdullah b. Abbas (r.a) belə rəvayət edilmişdir: "Cəbrayıl, Allahın Elçisinə r dedi ki:
"Ey Məhəmməd, de ki: "Sən bizə doğruya aparan yolu ilham et." Uca Allahın , Məhəmmədə
doğru yolu ilham etməsi, onu müvəffəq qılması deməkdir. Təbəri deyir ki: "Bu ayənin ifadə
etdiyi məna, bundan əvvəlki ayənin ifadə etdiyi məna kimidir. Yəni bu ayədə də qula. rəbbinə
itaət etməkdə qərarlı olmağa müvəffəq qılınmasını istəməsi əmr edilməkdədir. Buna görə bu və
bundan əvvəlki ayələrin mənası belədir: "Ey Allahım, yalnız sənə ibadət edərik. Sənin heç bir
ortağın yoxdur. İbadəti sənin xaricindəki ilah və bütlərə deyil, yalnız sənə təsis edərik. Sən bizə,
sənə ibadət etməmizdə kömək et. Sən bizləri, özlərinə nemət verdiyin Peyğəmbərlərini və
itaətkar istifadə edən müvəffəq etdiyin yola və üsula müvəffəq et." Təbəri deyir ki: "Hidayətin,
müvəffəqiyyətə çatdırma mənasını verdiyi Ərəb dilində məşhur olan bir xasdır. Necə ki, bu
ayədəki hidayətdən törədilən “Lə yəhdi” sözü də bu mənadadır...
“Allah zalımlar dəstəsini
hidayətə yönəltməz” (İmran, 86) Yəni Allah, zalım bir dəstəni haqqa müvəffəq etməz. Quran-
kərimin şərh etdiyi adlanan əshabə və təbiin, “Sıratal müstəqimin” mənası haqqında müxtəlif
fikirlər zikr etmişlər. Əli ibn Əbu Talıb və Abdullah b. Məsud, (r.a) "Sıratal mustəqim"dən
məqsədin, Uca Allahın kitabı olduğunu rəvayət etmişlər. Cabir b. Abdullah, Abdullah b.
Abbas, Abdullah b. Məsud, Əbdürrəhman b. Zeyd, İbni Səman əl-Ənsarı (r.a) "Sıratal
mustəqim"dən məqsədin "İslam" olduğunu demişlər. Məhəmməd b. əl-Hanəfiyyə və Abdullah
b. Abbasdasın nəql olunan digər bir fikrinə görə "Sıratal mustəqim"dən " məqsəd. Allanın
dinidir.
Nemət Olanlar.
"Nemət verdiyin şəxslərin yoluna": Buradakı yol (sırat) birinci "sırat"dan, bir şeyin bir şeydən
əvəz olması şəklində bir əvəzdir. Mənası isə: Bizim hidayətimizi davamlı et, deməkdir. Bu ayədə
sözü keçən yolun (siratın) bir başqa məna olduğunu da söylənmişdilər. Ömər b. əl-Xattab və
İbn əz-Zübeyr (r.a) ayənin bu qismini “sirat” sözündən sonra "mən" əlavə edərək şəklində oxu-
muşlar. "Nemət verdiyin" kimlər olduqları barəsində fərqli rəylər irəli sürülmüşdür. Ancaq
təfsirçilərin böyük əksəriyyəti deyir ki: “Burada peyğəmbərlərin, sıddiqlərin (Sadiq olanların,)
şəhidlərin və salehlərin yolu nəzərdə tutulmuşdur.” Bu fikirləri də Uca Allahın buyruğundan
zikir olunmuşdur:
“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi
nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri
hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə
olacaqlar. Onlar necə də gözəl yoldaşlardır” (Nisa, 69). Beləliklə Ayədə bunların dümdüz yol
üzrə olduqlarını göstərməkdədir. Fatihə surəsində də nəzərdə tutulanda budur.
Təbəri deyir ki: "Əgər deyiləcək olsa ki: "Nə üçün burada nemət verilənlərin kimlər olduqları və
o nemətlərin nələr olduqları zikr edilməmişdir?" cavab olaraq deyilər ki: "Ərəblər
danışmalarının bir qismi ilə ifadə etmək istədikləri şeyləri ifadə edə bilsələr, sözü qısa kəsərlər,
hər şeyi zikr etməyə lazımlılıq görməzlər. "Özlərinə nemət verdiyin şəxslər" ifadəsi də bu
qabildəndir. Çünki Uca Allah bundan əvvəlki ayələrdə qullarına, özündən kömək istəmələrini
və doğru yolda davam etməyə müvəffəq qılınmalarını diləmələrini əmr etmişdir. Beləcə,
buradakı "nemətdən məqsədin, "Seçmə qulların tutduqları sağlam və dümdüz yol (sıratal
mustəqim)" olduğu aydın olmuşdur.
Qəzəbə uğrayanlar və azmışlar.
14
Fatihə surəsinin şərhi.
“Qəzəbə uğramışların və azmışların yoluna deyil” Kimlər olduqları barəsində fərqli fikirlər
vardır. Lakin icma isə, qəzəbə uğrayanların yəhudilər, azmışlarda xaçpərəstlər olduğu demişlər.
Çünki Adiyy b. Hatimdən (r.a) rəvayətinə görə, Peyğəmbər (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) belə buyurmuşdur: "Yəhudilər, Allahın qəzəbləndiyi şəxslərdir, Xristianlar da
azmış şəxslərdir." (Tirmizi, 2954: Müslim, Salat: 27; Əbu Davud, Salat: 17) Eyni ilə Abdullah b.
Abbas, Abdullah b. Məsud, Rebi' b. Ənəs, Abdullah b. Zeyd və atası Zeyd də "Qəzəbə
uğrayanlardan məqsədin, Yəhudilər olduğunu demişlər. Bu təfsirin doğruluğuna Uca Allahın
yəhudilər haqqındakı:
“Və Allahın qəzəbinə düçar oldular.” (Bəqərə, 61) “Allahın onlara
qəzəbi tutmuş” (Fəth, 6). Lakin xristianlar haqqında da Uca Allah belə buyurmuşdur: “Əvvəlcə
onlar yolunu azmış, bir çoxlarını da azdırmış və (sonra da) dümdüz yoldan çıxmışlar” (Maidə,
77) Eyni zamanda bəzi təfsirçiləri şərhinə görə, qəzəbə uğrayanların müşriklər, azmışlar da
münafiqlərdir. Deyirəm: Qəzəb; şiddət, qatılıq deməkdir. Sərt təbiətli adam üçün deyilər. Eyni
ilə bu söz qatılığı səbəbi ilə olduqca zərər verici, qəddar ilan haqqında istifadə edilər. sözü isə,
üst-üstə dözən dəvə dərisindən bir parça deməkdir. Bununla belə, sərt olan şəxslər üçün bu ad
verilmişdir. “Azmışların yoluna deyil” buyruğunda isə keçən "dalal" sözü Ərəbcə doğru yoldan,
haqq yoldan azaraq uzaqlaşıb getmək deməkdir. Təbəri deyir ki: "Qəzəbə uğrayanlardan
məqsəd, Uca Allahın bu ayədə bəyan etdiyi Yəhudilərdir.
“De: “Allah yanında cəza etibarilə
bundan daha pisini sizə xəbər verimmi? (Bu,) Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də
meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri
daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə, 60).
Uzun bir rəvayət olunan hekayə ilə “Adiy b. Hatim (r.a) deyir ki: "Allahın Elçisi (Allahın xeyir-
duası və salamı onun üzərinə olsun) məsciddə oturar ikən onun yanında idim, orada olanlar
mənim üçün "Bu, Adiy b. Hatimm"dir. Dedilər mən amansız (hər hansı bir adamın himayəsinə
sığınmadan) və yazısız olaraq Mədinəyə gəlmişdim. Allahın Elçisi (Allahın xeyir-duası və salamı
onun üzərinə olsun) doğru yönəlincə əlimdən tutdu. Allahın Elçisi (Allahın xeyir-duası və salamı
onun üzərinə olsun) daha əvvəl belə buyurmuşdu: "Ümid edirəm ki, Allah, onun əlini mənim
əlim
ə ver
ər." Allah
ın El
çisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) aya
ğa qalxd
ı. O
sırada hüzuruna yanında bir uşaq olan bir qadın gəldi. O ikisi, "Səndən bir şey istəyimiz var."
dedilər. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onların ehtiyaclarını
verdi. Ondan sonra mənim əlimdən tutub evinə qədər apardı. Xidmətçi, altına döşək qoydu.
Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onun üzərinə oturdu. Mən də
onun qarşısında oturdum. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
Allaha həmd edib onu təriflədikdən sonra belə buyurdu: "Lə iləhə illəllah" (Allahdan başqa
ibadətə layiq ilah yoxdur) Deməkdən səni saxlayan nədir? Sən, Allahdan başqa bir ilah
olduğunu bilirsənmi?" Dedim ki: "Xeyr." Sonra bir az danışdı, daha sonra belə buyurdu: "Sən,
hər hansı bir şeyin Allahdan daha böyük olduğunu bilirsən "Alləhu Əkbər" (Allah ən
böyükdür.) Deməkdən qaçırsanmı?" dedim ki: "Xeyr." Buyurdu ki: "Şəkk yoxdur ki, Yəhudilər
Allahın qəzəbləndiyi şəxslərdir. Xaçpərəstlər isə, yollarını azanlardır. "Dedim ki: "Mən
Müsəlman olaraq gəldim." Bu sırada baxdım ki, Allahın Elçisinin (Allahın xeyir-duası və salamı
onun üzərinə olsun) üzü sevincdən dəyişdi” (Tirmizi, Quranın. Təfsiri: Hədis Nömrə: 2953)
Abdullah b. Şakiyk deyir ki: “Bir adam Allahın Elçisinə (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) sual verdiyini eşitdiyim. "Ey Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) bunlar kimlərdir?" Allahın Elçisi(Allahın xeyir-duası və salamı onun üzərinə
olsun): (Yəhudiləri göstərərək) "Bunlar, qəzəbə uğrayanlardır" buyurdu. Adam: "Bunlar
kimlərdir?" deyə soruşdu. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun):
(Xristianlar nəzərdə tutaraq) "Onlar da yollarını azanlardır." Buyurdu” (Əhnəd b. Hənbəl,
Müsnəd, c. 5, s. 77)
Taberi deyir ki: Ayədə zikr olunan "Azmışlardan məqsəd, Uca Allahın Maidə surəsinin 77-ci
ayəsində bəyan etdiyi kimi Xristianlardır. Eyni zamanda Təbəri deyir ki: "Ərəb dilində, hər
doğru yoldan ayrılan və möhkəm yolu tutmayan bir kimsəyə "Azmış" deyilir. Uca Allah
xristianları "Azmış" olaraq zikir etməsi, onların, haqq dini buraxıb başqa yolla getmələrini
bəyan etmişdir.