18
2.1. Ekspertiza aparılmasının qayda və metodları
Şüşədən hazırlanmış məmulatların keyfiyyət və sayının ekspertizası eyni
zamanda aparılır.
Malları müşaiət edən sənədlərlə saazişlərin texniki şərtləri və alış nümunəsi
ilə tanışlıqdan sonra ekspert aşağıdakıları qeyd edir: naryadın nömrəsi, tarixi,
təşkilatın adı, ekspertizada iştirak edən vəzifə adamlarının telefonu, familiya, adı,
dəmir yolunda verilən yerlərin sayı, kontrakt, trans, dəmir yol fakturasının
nömrəsi, vaqonun (konteynerin) nömrəsi, istehsalçının, mal göndərənin, mal alan
haqqında məlumat, qablaşdırmanın və markalanmanın vəziyyəti.
Bütün xarici silikat məmulatların keyfiyyətinə görə yüz faiz saf-çürük
edilməsidir. Məmulatların qüsuru tuş və ya xüsusi qələmlə qeyd edilir. Ekspertə
təqdim edilən mallar əvvəlcədən yerlərinin nömrəsinə və ya çeşidinə (adına,
sayına, ölçüsünə) görə seçilməlidir.
Iş partiyalardan birinin yoxlanması ilə başlanır. Qablaşdırılmamış mal
yeşiklərini açdıqca üst hissədən vurulmuş yapışqanlı kontrol lentləri kəsilməli,
lakin cırılmamalı, qopardılmamalı. Yeşiklərdəki mallar stolun üstünə yığılır,
ordaca saf-çürük edilir, keyfiyyət və say kəmiyyətləri müəyyənləşdirilir. Sayın
uyğun olub olmaması yeşiklərin üstündə olan müşaiət vərəqələrindən (qablaşdırma
vərəqələrindən, yeşiklərin sayı və ya konteynerlərin sayı) bilmək olar.
Ekspertlər tərəfindən açılmış yeşiklərdə uyğunsuzluq olarsa, bu zaman
mallar daha diqqətlə yoxlanır, yeşiklərin üstünldəki kontrol lentləri, yeşiyə
vurulmuş mismarların vəziyyəti, müşaiət vərəqələrindəki yazılar diqqətlə nəzərdən
keçirilir. Əcər yuxarıda göstərilənlərdə qüsur yoxdursa, bu zaman malların netto və
brutto kütlə çəkisini dəqiqləşdirməmiş bunu da ancaq malların üstündə olan marka
və sənədlərdən müəyyənləşdirmək olar.
Tərtib edilmiş aktda ayrı-ayrı çatışmamazlıq, artıq mal, asortimentdəki
uyğunsuzluq ətraflı təsvir edilir. Sənəddə göstərilən ölçülərin uyğun olmasını
19
yoxlamaq üçün millimetrlik xətkeşlərdən, şpangen sirkullardan, şuplardın
(qüsurları ölçmək üçün lupa, ölçülü stəkan, silindr) istifadə edilir.
Qabaritli ölçülər xətkeşlər vasitəsilə – məmulatın, diametri və hündürlüyü
(oval şəkilli məmulatların hündürlüyünə, kiçik və böyük diametrlər) ölçülür.
Iki düz xəttin (horizontal və vertikal) kəsişmə nöqtəsinə görə məmulatın
hündürlüyü təyin edilir.
Məmulatın tutumu sm
3
-lə və ya məmulatın içinə tökülmüş 20°C qızdırılmış
suyun qramla ölçülməsi nəticəsində təyin edilir.
Flakon, qrafin, butulkaya boğaz hissəyə çatana qədər su tökülür. Dolça və
bankalara isə qapağın aşağı kəsiyinə qədər, qalan məmulatlara isə ləbələb su
tökülməklə tutum ölçülür.
Məmulatın divarlarını, ağzının, gövdəsinin, oturacağının (dibinin) qalınlığını
ölçmək üçün ştangensirkullardan istifadə edilir.
Məmulatdakı çatın səbəbini öyrənmək üçün laborotoriya şəraitində
polyariskop cihazından istifadə edirlər (bu cihaz şüşənin daxili gərginliyini təyin
etmək üçündür). Daxili gərginlik olduqda bu qüsuru gizli istehsalat qusuru kimi
qəbul edirlər, əks halda isə bu mexaniki qüsur hesab edilir.
2.2. Konteynerlərdə gələn şüşə məmulatlarının ekspertizası
Konteynerlərlə göndərilmiş, üstündəki möhrləri normal olan malların
yoxlanmasını ancaq mal alan tərəf tələb edir. Konteynerlər açılmamışdan əvvəl
ekspertlər malların müşaiət edən sənədlərlə tanış olmalı, konteynerlərdəki
möhürüstü nömrələr nəqliyyat sənədləri ilə uyğun gəlməlidir.
Ekspertiza sifariş etmiş tərəfin eksperti konteynerin nə dərəcədə
doldurulduğunu öyrənir, malların konteyner əbərkidilmə metodlarını, isladılmış və
ya əzilmiş qutuların vəziyyətini yoxlamalıdır.
20
Müstəqil nəqliyyat vasitəsilə yerinə çatdırılmış mallar taralardı olarsa (taxta
yeşik, karton yeşik) malların say vahidi, ancaq mallar boşaldıqdan sonra
müəyyənləşdirilə bilər.
Müstəqil nəqliyyat sayılan nəqiyyat vasitəsi ilə gələn qablaşdırılmış malların
say vahidlərinin yoxlanması, ancaq konteynerlərin açılması və malların
boşaldılması nəticəsində mümkündür.
Konteynerlərdə zədələnmə əlamətləri müəyyən edildikdə, konteyner açılır.
Konteynerlər üzrə ixtisaslaşmış ekspertlər, konteynerdən boşaldılmış malların,
yerlərinin nömrəsini qeyd edir, ekspertizanı sifariş edən də öz növbəsində
nömrələrin qeydiyyatının müstəqil aparır.
Yer nömrələrinin qeydiyyatı və sayı elə aparılmalıdır ki, onun yenidən
sayılmasına ehtiyac olmasın. Konteynerlər boşaldıqdan, malların növlərinə görə
ayırdıqdan, faktiki sayını yoxladıqdan, markalarını, müşaiət edən sənədləri
sifarişçinin sənədləri ilə müqayisədən sonra yerlər sayılır, ekspertlər ekspertiza aktı
tərtib edir.
Həmin aktda mal göndərilən konteynerlərin (nəqliyyat vasitəsini)
kommersiya və texniki vəziyyəti göstərilməlidir-plombların üstünə vurulmuş
möhurlər göndəriş vərəqəsindəki möhürə uyğun olaraq gəlməsi və yaxud da
göndərici vərəqəsində plombun olmadığının göstərici olmadıqda-plombların
olması və sayı haqqında məlumat, həmin plombların açılması və ya sındırılması
haqqında, plombun üstündəki möhürün dəqiq təsviri.
Konteynerdəki yerlərə zədələnmiş və təzədən qablaşdırılmış malların
vəziyyəti və sayına əsasən ayrıca bir ekspertiza aktı tərtib edilir, qablaşdırmanın
daxildən yoxlanmış yerlərinə görə isə daha bir və ya neçə akt tərtib etmək lazım
olur. Bu da mal alan idarələr və y a sifarişçilərin sayından asılıdır.
Dostları ilə paylaş: |