29
zərərli qatışıqların, yəni xlorlu Na və Na
2
O
4
, dəmir oksidinin olmasıdır. Şüşə
sənayesində ən çox mirabilit (Na
2
O
4
10H
2
O) şəklində Na
2
O
4
tətbiq edilir. Ərimə
temperaturu 884
0
C-dir. Na
2
O
4
sodaya nisbətən çox ucuz və az defisit xammaldır.
Potaş şüşə sənayesində daha qiymətli xammaldır. O kristall və
susuzlaşdırılmış olur. Şüşə birləşməsində əsasən ərimə temperaturu 881
0
C olan
susuz potaş tətbiq edilir. Kalium oksid məmulata parlaqlıq, şəffaflıq verir,
kristallaşmanı azaldır. O yüksək keyfiyyətli qablar, büllur və rəngli məmulatlar,
optik şüşə hazırlanmasında tətbiq edilir.
Əhəng və təbaşir vasitəsilə şüşənin tərkibinə kalsium-oksidi daxil edilir ki,
bu da şüşəyə kimyəvi davamlılıq verir, şüşə kütləsinin işıqlı olmasına və tez
bişməsinə səbəb olur. Əhəng çöküntü suxurudur, təbaşir-kalsitin müxtəlif növüdür,
yumşaq və boş suxurludur. Əhəng 600
0
C-dən yuxarı temperaturda parçalanır və
kalsium oksid ayrılır. Zərərli qatışıq dəmir oksidi sayılır ki, 0,03 faizə qədər icazə
verilir.
Dolomit (CaCO
3
.
MgCO
3
) karbon turşusundan ibarət olub, qızdıran zaman
kalsium və maqnezium oksidləri ayrılır. Maqnezium oksidi şüşənini termiki
genişlənməsini və kristallaşmasını azaldır, həmçinin özlülüyünü, möhkəmliyini və
kimyəvi davamlılığını artırır.
Sink belili - o şüşəyə sink oksidi daxil etmək üçündür. Onlar bişmə
prosesində tam şüşəyə keçirirlər. Tərkibində sink oksidi olan məmulatlar işıq
şüasını sındırır, yüksək parlaqlığı və şəffaflığı ilə fərqlənir. Sink oksidi
laboratoriya, texniki və bəzi başqa xüsusi növ şüşə istehsalında geniş tətbiq edilir.
Surik yüksək sıxlıqlı, xarakter parlaqlı və işıqda bərq vuran qiymətli büllur
məmulatına və optik şüşə istehsalına işlədilir. Surik 880
0
C temperaturda
parçalanaraq atom halında oksigen ayrılır ki, şüşə kütləsinin şəffaflaşmasını
asanlaşdırır. Tərkibində qurğuşun suriki olan məmulatlar asan cilalanır, pardaqlanır
və s. onlar işıq şüasını asan sındırır, kimyəvi davamlılıq aşağıdır, rentgen şüalarını
udur. Büllur məmulatların xüsusiyyəti təmiz, melodik olması və ağac çubuqla
toxunduqda uzun cingiltili səs verməsidir. Qurğuşun büllurun çatışmayan cəhəti
30
bişmənin oksidləşdirici bərpaedici şəraitinə yüksək həssaslığıdır. Qurğuşun-barium
büllurun bu çatışmayan cəhəti yoxdur, öz xassələri ilə qurğuşun büllurundan
fərqlənmir.
Son illərdə şüşə bişirlməsinə başqa oksidlər, o cümlədən dörd valentli nadir
elementlər də tətbiq etməyə başlayıblar. Məsələn, geranium oksidi, titan iki oksid
sirkonium iki oksid, torium oksidi, germanium oksidi sındırma göstəricisini artırır,
titan iki oksid, bundan başqa, kimyəvi davamlılığını artırır və spektrin
ultrabənövşəyi şüalarını udur.
Sirkonium iki oksid şüşənini kimyəvi və termiki davamlılığını, sıxılma və
dartılma zamanı möhkəmliyini artırır, kövrəkliyini azaldır (termiki genişlənmə
əmsalını azaldır).
Göstərilən maddələrdən başqa, tərkibində eyni zaman bir neçə şüşə əmələ
gətirici oksidlər olan materiallar tətbiq edilir. Buraya əsasən dağ suxurları –
nefelin, traxit gülü və s. daxildir.
Şüşə qırıntıları şüşə kütləsinin bişməsini sürətləndirir. O şixtanın tərkibinə
15-30 faizə qədər əlavə edilir. Şüşə qırıntısının kimyəvi tərkibi əsas şixtanın
tərkibinə uyğun olmalıdır. Müxtəlif tərkibli qatışıq şüşə qırıntısından istifadə
edilmir, belə ki, bu şüşə kütləsini bişmə prosesinin rejimini və məmulatın formaya
salınmasını dəyişə bilər.
Köməkçi materiallar. Əsas köməkçi materiallar boyalar, tutqunluq
verənlər,şüşənin rəngini alanlar, şəffaflıq verənlər, oksidləşdiricilər, bərpaedicilər
və şüşə kütləsinin bişməsini sürətləndirənlər daxildir.
Boyaqlar şüşəyə müəyyən rəng vermək üçün şüşənin tərkibinə daxil edilir.
Şüşə kütləsinin bişmə prosesində boyaqlar ya həll olur, ya kremzyonla birlikdə
boyanmış silikat əmələ gətirir, ya da kalloid-disper hissəcikləri halında qalar.
Şüşənin bu və ya digər işıq şüalarını seçib udmasını təmin edir.
I. Molekulyar boyaqlar, II. Kalloid-dispersiya boyaqları deyilir.
Molekulyar boyaqlar bir qayda olaraq ağır metal oksidləri (CO, Ni, Mg, Si,
Cr) daxildir. Onlar əlavə isti emalsız müəyyən rənglər verir. Şüşənin rəngi boyayıcı
31
oksidin xarakter və miqdarından, şüşə kütləsinin kimyəvi tərkibindən, mühitdən və
bişmə şəraitindən asılıdır. Az miqdarda (0,1-0,5 faiz) ən aşağı dərəcədə
oksidləşmiş kobalt şüşəyə göy rəng, çox miqdarda qırmızı çalarlıqlı bənövşəyi-göy
rəng verir. Şüşəyə kobalt və manqan peroksid birləşməsini daxil etdikdə al-qırmızı,
bənövşəyi və qara rəngli şüşə alınır.
Manqan peroksidi natrium-kalsium şüşəsini qırmızımtıl bənövşəyi rəngə,
dəmirlə birlikdə narıncı və qırmızımtıl qəzvəyi rəngə boyayır. Manqan peroksidi
və xrompik əlavə etməklə qara şüşə alınır. Manqan oksidi şüşəyə bənövşəyi rəng
verir və s. Ən ağır dərəcədə oksidləşmiş nikel kalium-kalsium şüşəsini qırmızımtıl
– bənövşəyi rəngə, natrium-kalsium şüşəsini qəhvəyi çalarlıqlı bənövşəyi rəngə
boyayır.
Mis oksidi (1-2 faiz) şüşəyə mavi, yaxud yaşıl, xrom-oksidi yaşıl rəng verir.
Şüşə kütləsinin tərkibində kalium sulfid, dəmir sulfid, uran oksidi daxil etməklə
sarı rəng alına bilər. Müxtəlif boyaqların kombinələşdirilməsinə müxtəlif rəng və
çalarlıqlı şüşə alınır. Sarı və qırmızı boyaqları qarışdırmaqla narıncı və qəhvəyi
rəngli şüşə alınır. Ən aşağı dərəcədə oksidləşdirilmiş dəmir şüşəni göy-yaşıl rəngə,
dəmir oksidi Sarı rəngə boyayır, hər ikisini birlikdə şüşənin tərkibinə daxil
etməkdə yaşıl rəngli şüşə alınır. Iki oksidli qalay və kriolit şüşəyə ağ rəng, manqan
oksidi (12-13 faiz) və dəmir sulfid qara rəng verir.
Kolloid dispersiya boyaqları şüşəyə isti emalından sonra rəng verir.
Boyağın
intensivliyi,
isti
emal
zamanı
ayrılan
boyaq
hissəciklərinin
böyüklüyündən və miqdarından asılıdır. Belə boyaqlara qızıl, gümüş, miss, selen,
sürmə və başqaları daxildir. Onlardan yaqutu-qırmızı rəngli şüşə almaq üçün
istifadə edilir.
Tutqunluq verənlər - şüşəyə süd-ağ, süd rəng vermək, həmçinin onu
tutqunlaşdırmaq və yüksək işıq səpələmə qabiliyyəti verən maddələrə deyilir. Elə
maddə tutqunluq verən kimi tətbiq edilir ki, bu şüşənin əriməsi prosesində ya həll
olur, ya da həll olmur, şüşə soyuduqda ərintidən xırda kristallar halında ayrılır.
Onların işıq sındırma əmsalı şixtanın başqa komponentlərinə nisbətən kəskin
Dostları ilə paylaş: |