12
halda doğru sayılır ki, iki halda qoyulan tələbi ödəyə bilir, yəni dəqiqliyi və
yenidən istifadə edilməni.
Ekspert qiymətləndirmənin dəqiqliyi. Ekspert qiymətləndirmə üsulu
müxtəlif hallarda çox az tədqiq edilmişdir. Ekspertlərin çıxardıqları mühakimələrin
psixofizioloji mexanizmi hələ təzə-təzə öyrənilməyə başlanmışdır. Bununla
əlaqədar bəzən ekspertlərə kibernetika terminində işlənən «qara qutu» kimi
baxırlar. Lakin ekspertlərin çıxardıqları mühakimələrin orta səviyyəsinin
müəyyənləşdirilməsi imkanları da mövcuddur. Xüsusi məqsədlə qoyulmuş
tədqiqatların gedişi zamanı tədqiq ediləcək obyektləri subyektiv ehtimalla
müəyyənləşdirirlər.
Aparılan tədqiqatlar aşağıdakı məlumatları verir. Həqiqi ehtimala görə
hadisələrin baş verməsi 2%, adi halda tədqiqatın subyektiv ehtimalı 40%, lakin
yaxşı hazırlanmış və bacarıqlı ekspertlər isə 10 dəfə çox olan daha dəqiq
məlumatlar vermişlər ki, bunların subyektiv ehtimalı 4%-dən çox təşkil
etməmişdir. Xüsusilə, ekspert qiymətləndirmənin nəticəsinin dəqiqliyinin daha
rahat olmasını qısamüddətli proqnozlaşdırma məsələlərinə tətbiq edilməsində
görmək olar. Məsələn, sovet və amerika mütəxəssislərinin kosmik proqramlarının
mənimsənilməsi proseslərində alınan nəticələr qısamüddətli proqnozlaşdırmanın
dəqiqliyinə sübutdur.
13
2. ŞÜŞƏ MƏMULATLARININ KEYFIYYƏTININ EKSPERTIZASI
Şüşədən hazırlanmış məmulatların keyfiyyət və sayının ekspertizası eyni
zamanda aparılır. Malları müşaiət edən sənədlərlə sazişlərin texniki şərtləri və alış
nümunəsi ilə tanışlıqdan sonra ekspert aşağıdakıları qeyd edir: naryadın nömrəsi,
tarixi, təşkilatın adı, ekspertizada iştirak edən vəzifə adamlarının telefonu,
familiya, adı, dəmir yolunda verilən yerlərin sayı, kontrakt, trans, dəmir yol
fakturasının nömrəsi, vaqonun (konteynerin) nömrəsi, istehsalçının, mal
göndərənin, mal alan haqqında məlumat, qablaşdırmanın və markalanmanın
vəziyyəti.
Bütün xarici silikat məmulatların keyfiyyətinə görə yüz faiz saf-çürük
edilməsidir. Məmulatların qüsuru tuş və ya xüsusi qələmlə qeyd edilir. Ekspertə
təqdim edilən mallar əvvəlcədən yerlərinin nömrəsinə və ya çeşidinə (adına,
sayına, ölçüsünə) görə seçilməlidir.
Iş partiyalardan birinin yoxlanması ilə başlanır. Qablaşdırılmamış mal
yeşiklərini açdıqca üst hissədən vurulmuş yapışqanlı kontrol lentləri kəsilməli,
lakin cırılmamalı, qopardılmamalı. Yeşiklərdəki mallar stolun üstünə yığılır,
ordaca saf-çürük edilir, keyfiyyət və say kəmiyyətləri müəyyənləşdirilir.
Sayın uyğun olub olmaması yeşiklərin üstündə olan müşaiət vərəqələrindən
(qablaşdırma vərəqələrindən, yeşiklərin sayı və ya konteynerlərin sayı) bilmək
olar.
Ekspertlər tərəfindən açılmış yeşiklərdə uyğunsuzluq olarsa, bu zaman
mallar daha diqqətlə yoxlanır, yeşiklərin üstünldəki kontrol lentləri, yeşiyə
vurulmuş mismarların vəziyyəti, müşaiət vərəqələrindəki yazılar diqqətlə nəzərdən
keçirilir. Əcər yuxarıda göstərilənlərdə qüsur yoxdursa, bu zaman malların netto və
brutto kütlə çəkisini dəqiqləşdirməmiş bunu da ancaq malların üstündə olan marka
və sənədlərdən müəyyənləşdirmək olar.
Tərtib edilmiş aktda ayrı-ayrı çatışmamazlıq, artıq mal, asortimentdəki
uyğunsuzluq ətraflı təsvir edilir. Sənəddə göstərilən ölçülərin uyğun olmasını
14
yoxlamaq üçün millimetrlik xətkeşlərdən, şpangen sirkullardan, şuplardın
(qüsurları ölçmək üçün lupa, ölçülü stəkan, silindr) istifadə edilir.
Qabaritli ölçülər xətkeşlər vasitəsilə – məmulatın, diametri və hündürlüyü
(oval şəkilli məmulatların hündürlüyünə, kiçik və böyük diametrlər) ölçülür. Iki
düz xəttin (horizontal və vertikal) kəsişmə nöqtəsinə görə məmulatın hündürlüyü
təyin edilir. Məmulatın tutumu sm
3
-lə və ya məmulatın içinə tökülmüş 20°C
qızdırılmış suyun qramla ölçülməsi nəticəsində təyin edilir.
Flakon, qrafin, butulkaya boğaz hissəyə çatana qədər su tökülür. Dolça və
bankalara isə qapağın aşağı kəsiyinə qədər, qalan məmulatlara isə ləbələb su
tökülməklə tutum ölçülür. Məmulatın divarlarını, ağzının, gövdəsinin, oturacağının
(dibinin) qalınlığını ölçmək üçün ştangensirkullardan istifadə edilir.
Məmulatdakı çatın səbəbini öyrənmək üçün laborotoriya şəraitində
polyariskop cihazından istifadə edirlər (bu cihaz şüşənin daxili gərginliyini təyin
etmək üçündür). Daxili gərginlik olduqda bu qüsuru gizli istehsalat qusuru kimi
qəbul edirlər, əks halda isə bu mexaniki qüsur hesab edilir.
Şüşə məmulatları – şüşədən hazırlanmış məmulatın ekspertizasının metod və
qaydalarının unifikasiya (vahid şəklə salınma) edilməsidir. Həmin bu unifikasiyaya
istinad olaraq məişət, təsərrüfat qablarının, bədii-dekorativ məmulatların, laborator,
optik, pəncərə şüşələrinin, şüşə taraların və şüşədən hazırlanmış bir çox başqa
məmulatların ekspertizasını aparmaq olar.
Həmin ekspertizanın aparma qaydaları, əsas qüsurların xarakteristikası,
onların yaranma səbəbləri və şüşədən hazırlanmış məmulatların keyfiyyət itkisi
faizi haqqında istiqamətləndirici cədvəl üzrə ekspertiza aparılmasının sıra qaydası
müəyyən edilir.
Xarici və yerli malların say və keyfiyyətinin yoxlanması qaydaları haqqında
instruksiyalar, bağlanmış müqavilənin şərtləri haqqında metodik Moskva şəhərində
ekspertlər tərəfindən, onların praktik işi nəticəsində yaradılmışdır.
Şüşə dedikdə amorf-kristalik maddə nəzərdə tutulur. Bu da temperaturdan və
kimyəvi tərkibindən asılı olmayaraq əridilmiş kütlənin soyudulması nəticəsində