25
23. Yazıqlar və pozuqlar
Məmulatın üst hissəsində
pozuq, cızıq, yazıqların
olması
Pardaqlama və cilalama
texnologiyasının pozulması
24. Alət dəymiş yerlərdə
izlər
Kiçik qövsvari çat
Məmulata almaz kəsiyi naxışları
vurarkən ustanın ehtiyatsızlığı
25. Yataq tıxacının
tərpənməsi
Tıxacın pis durumu
Tıxacın boğaz hissəyə pis
oturması, diametrin uyğun
gəlməməsi
26. Tam cilalanma, tam
pardaxlanma
Cızıq şəklində kobud
cilalanma və bəyaz ləkələr
və xətlər
Cilalanma, pardaxlanma
texnologiyasının pozulması
27. Nazik pərdə və rəngin
yanması və qaynaması
Üst hissədə qabarların,
ilişikliklərin olması
Mufel (odadavamlı kamera)
bişməsi texnologiyasının
pozulması
28. Zəif birləşmə, rənglərin
tündləşməsi, qiymətli
metalların üst qatının
silinməsi
Axmalar, rəngin dəyişməsi,
kiçicik sürtünmə nəticəsində
rəngin silinməsi
Məmulatların mufel bişirilməsi
texnologiyasının pozulması
29. Qopuqlar, ilişikliklər,
cilalanmış, pardaxlanmış
(düzəldilmiş, rənglənmiş)
-
Istehsalat zamanı əmələ gəlmiş
mexaniki zədələr
Bəzək qüsurları
30. Xarici yapışıqlar
Bir məmulatın digərinə
dəyməsi nəticəsində qalmış
izlər
Ancaq isti halda toxunmadan
əmələ gələ bilər
31. Almaz naxışların
düşməsi, axıra
çatdırılmaması, simmetriya
pozuntusu
Şəkil əyriliyi
Usta-rəssasmın almaz kəsicisi
ustasının yol verdiyi səhv
nəticəsində zay məhsul. Gilyoşir
maşınlarında və pantoqraflarda
texnologiyasının pozulması
26
32. Bəzək vurma zamanı
məmulatın silikatlı və s.
rənglərlə, qiymətli
metallardan olan
preparatlarla ləkələnməsi
Nöqtələr, ləkələr
Ehtiyatsız işin nəticəsi
33. Rəngin az və çox
yandırılması (bişirilməsi)
şəkilin tünd və açıq rəngi
Rəngin dəyişməsi (çox
bişirilmiş) donuq, turşu və
qələvilərə qarşı davamsız
rənglər (axıra qədər
bişməməsi)
Rəng bişirmə, rəngin pozulması
(vaxtı və temperaturu)
Mexaniki zədələr
1. Sınıqlar, qopuqlar
-
Malların yüklənməsi, boşaldılması,
seçilməsi, qablaşdırılması və nəqli
zamanı mexnaiki zədələr
27
3. ŞÜŞƏ MƏMULATLARININ ISTEHLAK XASSƏLƏRINI
FORMALAŞDIRAN AMILLƏR
Şüşə məmulatlarının istehlak xassələrinin formalaşmasının ilkin mərhələsi
onların tərkibini təşkil edən xamaterialların quruluşu və keyfiyyətindən asılıdır.
Xammateriallar əsas və yaxud şüşə əmələ gətirən və köməkçi materiallara
bölünürlər. Şüşə əmələ gətirən əsas materialları şüşə kütləsinə daxil etmək üçün
turşular, qələvilər və qələvi tərkibli oksidlər götürülür ki, bunlar da lazımı fiziki və
kimyəvi xassələr əldə etmək, hazır məmulata rəng, həmçinin bişmə prosesini və
şüşə kütləsinin şəffaflaşdırılmasını sürətləndirmək üçün tətbiq edilir. Bəzi hallarda
eyni material müxtəlif funksiyaları yerinə yetirə bilər.
Əsas materiallar. Buraya kvars qummu, bor turşusu, yaxud bura, çöl şpatı,
kaolin, soda və natrium sulfat, potaş, əhəng və təbaşir, dolomit, surik, sink oksidi,
alüminium, kalsium, maqnezium, barium-oksidləri, nefelin, şüşə qırıntıları və
başqa birləşmələr daxildir.
Kvars qumu şüşə xammal kütləsinin əsas hissəsini təşkil edir. Kvars
qummu vasitəsilə şüşənin tərkibinə silisium oksidi (SiO
2
) daxil edilir. Kvars
qumunun tərkibində 60 faizdən 75 faizə qədər silisium olur. SiO
2
təbiətdə amorf və
kristall formalarında rast gəlinir və ərimə temperaturu 1713
0
C, sıxlığı 2,65 q/sm
3
-
dir. Kvars qumu çöl şpatlı dağ suxurlarına atmosfer agentlərinin (su, hava,
hərəkətin dəyişməsi) təsirindən dağılması nəticəsində əmələ gəlir.
Yüksək keyfiyyətli qumun tərkibində 99 faizdən çox SiO
2
olmalıdır. Ən
yaxşı qumun tərkibində dəmir, titan xrom qatışıqları olmamalıdır, çünki onlar
şüşəni xoşa gəlməyən rənglərə boyayır. Ən zərərli qatışıq dəmir birləşməsi sayılır
ki, şüşəyə sarımtıl yaşıl rəng verir, bu da ultrabənövşəyi şüaların buraxılmasını
kəskin surətdə aşağı salır. Hazır məmulatların xarici görünüşünü pisləşdirir.
Məişətdə şüşə məmulatları istehsal edən zaman qumun tərkibində dəmir
birləşmələri qatışığı 0,03 faizdən, büllurda – 0,012 faizdən çox olmamalıdır.
Həmçinin titan iki oksidin (0,01-0,2 faiz) və xrom oksidinin (0,05-0,1 faiz) miqdarı
28
da ciddi məhdudlaşdırılır. Qumun yararlılığının qiymətləndirilməsi üçün onun
dənələrinin eyni, həmçinin dispersiya dərəcəsi çox lazımdır. Eyni ölçülü qumm
dənələri bişərkən bərabər əriyir və şüşə kütləsində «daş» nöqsanının əmələ
gəlməsinin qarşısının alır. Tozaoxşar (0,012 m-dən az) hissəciklərin olması «xal»
nöqsanı əmələ gəlməsinə səbəb olur.
Bor (H
3
BO
3
) turşusu, yaxud bura (Al
2
B
4
O
7
10H
2
O) şüşənin tərkibinə bor
anhidridi daxil etmək üçün tətbiq edilir.Bor turşusu yüksək temperaturada bor
anhidrici vəsuya, bura isə bor anhidridi və natrium oksidinə parçalanır. Bor
anhidridin 600
0
C-də əriyir, soyuyan zaman şəffaf şüşə kütləsinə çevrilir. Bor
oksidi şüşəyə qiymətli xassələr verir, genişlənmə əmsalını, şüşə kütləsinin bişmə
temperaturasını və özlüyünü azaldır, kimyəvi və termiki davamlılığını və
möhkəmliliyini artırır. O mexanikləşdirilmiş üsulla hazırlanan yüksək keyfiyyətli,
yaxud xüsusi məmulat alınması üçün tətbiq edilir. Bor oksidinin şüşənin tərkibinə
qatmaq üçün, həmçinin təbii minerallardan – aşarit, tinkal və s.-dən istifadə edilir.
1-1,5 faiz bor anhidridinin əlavə edilməsi şüşə kütləsinin bişirilməsi zaman
məhsuldarlığını 15-20 faiz artırır.
Çöl şpatı şüşənin tərkibinə gil torpağı Al
2
O
3
-ni daxil etmək üçün əsas
xammaldır. Bu məqsəd üçün kaolin (Al
2
O
3
2SiO
2
.
2H
2
O), peqmatit, sienit,
obsidion, təmiz gil, torpaq (tərkibində alüminium oksidi var) və başqa maddələr
işlədilir. Nefelin silitri çox qiymətli xammaldır, onun tərkibindəki gil torpaqda 20
faizə qədər qələvi var, bu da çox baha olan potaş və sodaya qənaət etməyə imkan
verir. Gil torpağın sıxlığı 3,85 q/sm
3
və ərimə hərarəti 2050
0
C-dir.
Gil torpağın bişmə sürətini azaldır, lakin şüşə kütləsinin (az miqdarda qələvi
olduqda) şəffaflığını artırır, termiki və kimyəvi davamlılığını, mexaniki
möhkəmliyini və bərkliyini artırır. Şüşənin termiki genişlənmə əmsalını azaldır, gil
torpaq sortlu, istiyə davamlı və kimyəvi qablar, pəncərə və butılka şüşəsi
hazırlanmasına işlədilir.
Soda (Na
2
CO
3
) şüşənin tərkibinə natrium oksidini daxil etmək üçündür. O
susuz sodadan alınır və 855
0
C-də əriyir. Sodanın çatışmayan cəhəti tərkibində
Dostları ilə paylaş: |