17
ilə təsdiq edir. Rəqəmli imza –elektron məktubun göndəricisinin şəxsi açarı
iləşifrələnməsi ilə aparılan xüsusi imza deməkdir. Rəqəmli pullar bank tərəfindən
təsdiq olunmuş kuponlar formasında olmaqla bank tərəfindən buraxılır.
Elektron pullar
pul vəsaitlərinin hesabdan hesaba köçürülməsinin, əmanətlər
üzrə faizlərin hesablanmasının və digərlərin kağız daşıyıcılarının iştirakı olmadan
elektrik siqnallarının ötürülməsi yolu ilə həyata keçirilməsidir. Banklararası pul
köçürmələri adi bank şəbəkələrindən istifadə olunmaqla baş verir.
Bankların sürətli, coğrafi genişlənməsi və böyüməsi artıq bir ölkə miqyasında
deyil, dünya miqyasında baş verir. Hal-hazırda dünyanın iri bankları müxtəlif
qitələrdə xidmətlər göstərilməsi sahəsində rəqabət aparırlar. Bir çox ölkələrin
yeni bankları ABŞ-in güclü bankları ilə rəqabət aparmağa başlamışlar. Belə
banklar sirasına Yaponiyanın, Fransanın, Böyük Britaniyanın, Almaniyanın
bankları daxildir.
Son on il ərzində bu ölkələrin iri inkişaf edən bankları sırasına
aşağıdakılarıaid etmək olar: "Sanba Bank", "İ ndastril Bank of Canon", "Fudzi
Bank", "Sumitomo Bank" (Yaponiya), "Kredi Aqrikol", "Kredi Lionne", "Eosete
Ceneral" (Fransa), "Barklayz bank", "Neşnl Vestminster Bank" (Böyük Britaniya),
"Doyçe Bank" (Almaniya).
1.3 Kommersiya bankları bank sisteminin əsas həlqəsi kimi
Dünya bank sistemində ikinci pilləli banklar kimi kommersiya bankları mühüm
yer tutur.Əgər mərkəzi banklar
“banklar
ı
n bank
ı
”
olaraq banklara və hökümətə
xidmət edirsə, kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla
işləyir.Ümumiyyətlə, qeyd etdiyimiz kimi kommersiya bankları anlayışı bank
sektorunun ilk yarandığı dövrlərdən istifadə olunmağa başlanmışdır.Əslində,
“kommersiya”
sözü
“commerce”
sözündən
götürülüb,
mənası“ticarət”
deməkdir.Kommersiya bankları anlayışı Azərbaycan dilinə
“ticari banklar”
kimi
tərcümə olunur.Hazırda ayrı-ayrıölkələrdə kommersiya banklarına müxtəlif
çeşidli maliyyə-kredit institutları aid edilir.Onların ən başlıca fərqi isə, pul-
18
emissiyası hüquqlarının olmamasıdır. Bu banklar bəlli iki funksiyanı yerinə
yetirirlər:
borc almaq v
ə
borc verm
ə
k.
Borc almaq çox zaman əmanət şəklində,
borc vermək isə kredit şəklində ortaya çıxır.Kommersiya bankları bank sistemi
içərisindəən önəmli fəaliyyətlərindən biri də bank pulunu yarada bilməsidir.
Bank pulu banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan
miqdarıçıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində olur. Bank
pulu çek sisteminin uyğunlaşdığıölkələrdə böyük bir rola sahibdir.Azərbaycanda
çekləödəmələr inkişaf etməmişdir.Bunun bəzi tarixi və sosioloji səbəbləri vardır.
Xalq ödəmə məqsədilə nəzərdə tutduğu pulu banka qoymağa alışmamışdır.
Bundan başqa bank menecmentinin zəifliyi və onlara qarşı inamın yoxluğu,
banklarda etibar səviyyəsinin azlığı kimi fikirləri də söyləmək mümkündür.
Bazar iqtisadiyyatışəraitində mövcud olan ölkələrdə olduğu kimi
Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini
təşkil edir. Bank - fiziki və hüquqi şəxslərin pul vəsaitinin depozitə cəlb edilməsi
həmin vəsaitin müddətlik və faizlə geri qaytarmaq şərti iləöz adından vəöz
hesabına yerləşdirilməsi, fiziki və hüquq şəxslərin hesablaının açılması və
aparılmasıəməliyyatlarının məcmu-sunu həyata keçirmək üçün müstəsna hüquqa
malik kredit təşkilatIdIr. Kommersiya banklarının funksiyalarını qısaca olaraq
aşağıdakı cədvəldə görmək olar.
Kapitalın
yığılması və
səfərbər edilməsi
Kommeriya banklarının
funksiyaları
Pul ödəmələri və
hesablaşma
Vasitəçilik
Qiymətli kağızları
buraxılması və
yerləşdirilməsi
Depozit funksiyası
Bankların
konsultasiya xidməti
19
SXEM 1.1.Kommersiya banklarının funksiyaları
Bankların təsisçiləri kimi müxtəlif firmalar, banklar, şirkətlər, ayrı-ayrı fiziki
şəxslər, ölkənin daimi vətəndaşları və xarici vətəndaşlar da iştirak edə bilərlər.
Siyasi partiyalar, ictimai birliklər, fondlar və deyri-kommersiya təşkilatları
bankın səhmdarı ola bilməzlər. Azərbaycan Respublikasının mövcud
qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün
ƏdliyyəNazirliyində dövlət qeydiyyatından keçməlidir. Bununla əlaqədar olaraq,
kommersiya bankları təsdiqedici sənədlər toplusunu hazırlamalı və bu sənədləri
Mərkəzi Bankın aidiyyatı departamentlərinə təqdim etməlidirlər. Sənədlər
burada yoxlandıqdan və qanunvericilik tələblərinə uyğunlaşdırıldıqdan sonra
„Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında“ qanuna əsasən Ədliyyə
Nazirliyinə təqdim edilməlidir. Kommersiya bankı dövlət qeydiyyatından keçib
hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün Mərəzi Banka
yazılı vəsatət verir.Vəsatətlə birlikdə aşağıdakı məlumat və sənədlər təqdim
edilir:
1) dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
2) təsis sənədləri (təsis müqaviləsi, nizamnamənin qəbul olunması, nəzarət və
idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol (bir təsisçi
tərəfindən yaradılan banklar istisna olmaqla), qeydiyyat orqanında təsdiq
olunmuş nizamnamə, xarici bankın filialıüçün əsasnamə);
3) hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən
mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi;
4) təsisçilərin təklif etdiyi rəhbərlərin və baş mühasibin peşə yararlığı və
məhkum olunub-olunmadıqları barədə məlumat, həmin şəxslər tərəfindən
doldurulmuş anket.
Bank lisenziyasının alınmasıüçün müraciətə baxılması proseduru iki
mərhələdən ibarətdir: